S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə13/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   9   10   11   12   13   14   15   16   ...   145

ağciyər venalarına doğru geriyə axması mümkündür. Onu da qeyd edək 
ki,  bronxial  astma  tutmalarında  qan  təzyiqinin  inspirator  azalması 
tutmanın ağırlığı ilə korrelyasiya edir və 20 mm c.s-na qədər, bəzən daha 
çox  azalır.  Xeyli  böyümüş  ürək və  ya güclü kardiomeqaliya  zamanı, 
sistolik t
əzyiqin inspirator  azalması  perikardın  gərilməsilə  əlaqədardır. 
Piyl
ənmə, hamiləlik,  döş  qəfəsinin  yuxarı  apertura  sindromu,  ağciyər 
arteriyasının  trombemboliyası,  yuxarı  boş  venaların  obstruksiyası,  şok 
zamanı  qan  təzyiqinin  inspirator  azalması,  yəni parodoksal nəbz qeyd 
edil
ə bilər. Şok zamanı bu halın meydana  çıxması, məhz hipovolemiya 
il
ə  əlaqədardır.  Ağciyər  arteriyası  şaxələrinin  trombemboliyasında  sağ 
m
ədəciyin dolub sol mədəciyə  tərəf  qabarması,  sol  mədəciyin diastolik 
dolmasını,  həcmini  azaldır  və  atım  həcminin  azalmasına  səbəb olur. 
N
əticədə qan təzyiqinin inspirator yenməsi daha ifadəli baş verir. Aortal 
requrgitasiya fonunda ür
əyin  tamponadası,  qan  təzyiqinin  inspirator 
enm
əsinin dərəcəsini  azaldır  və  qarşısını  alır.  Aortanın  kökündə  baş 
ver
ən  laylanan  anevrizma  zamanı  aortal  requrgitasiya  və  ürəyin 
tamponadası  birgə  olduqda, parodoksal nəbz qeyd edilmir, yəni qan 
t
əzyiqinin inspirator yenməsi  meydana  çıxmır.  Ürəyin sol mədəciyində 
diastolik t
əzyiqin yüksək  olduğu  hallarda,  qan  təzyiqinin inspirator 
enm
əsi  baş  vermir.  Ürəyin  sağ  hissələrinin izolə  olunmuş 
tamponadasında  da  parodoksal  nəbz  qeyd  edilmir.  Qulaqcıqlararası 
ç
əpərin böyük defektində, nəfəsalma  aktında qanın sol qulaqcığdan sağ 
qulaqcığa  keçməsinin,  sağ  qulaqcığda  venoz  təzyiqin yüksəlməsilə 
əlaqədar  olaraq  azalması  hesabına  baş  vermir.  Parodoksal  nəbzin 
subaortal  hipertrofik  kardiomiopatiya  zamanı  tranzitor  olaraq meydana 
çıxmasının mexanizmi hələ də məlum deyildir. 
 
Kapillyar n
əbz və ya Kvinke simptomu dırnağı onun yatağında bir 
q
ədər  sıxdıqda  aşkara  çıxır.  Onun  əmələgəlmə  mexanizmi nəbz 
dalğasının  kapillyar  tora  transfer  olmasıdır.  O  hipertireoz,  aortal 
requrgitasiya,  anemiya, hamil
əlik,  qızdırma,  qaynar  vannanın  qəbulu, 
qaynar hava şəraiti zamanı müşahidə edilir. 
 
N
əbz təzyiqinin yüksəldiyi bütün patoloji hallarda və xəstəliklərdə 
kapillyar n
əbz  meydana  çıxır  (aortal  requrgitasiya, sistolik arterial 
hipertoniya, 
qatı bradikardiya, atrioventrikulyar blokada və s). Kapillyar 
n
əbz  güclü  olduğu  hallarda  onu  vizual  yoxlama  zamanı  açıq-aşkar 
görm
ək olar və  bəzən xəstə  özü bunu hiss edir. Ürək  çatışmazlığı 
periferik vazokonstriksiya  il
ə müşayiət olunduğu üçün, kapillyar nəbzin 
itm
əsinə səbəb olur. 
 
X
əstə  gücəndiyi zaman, arterial qan təzyiqi  döş  qəfəsidaxili 
t
əzyiqin  artmasına  proporsional  olmaqla  artır.  Gücənmə  davam 
olunduqda, 
artıq 10 saniyədən başlayaraq artan döş qəfəsidaxili təzyiqin 
t
əsiri altında venoz qanın ürəyə qayıtması, mədəciklərin qanla dolması, 
 
32 


arterial v
ə nəbz təzyiqləri azalır, ürək yığılmalarının sayı isə artır. Ürəyin 
atım  həcminin və  arterial qan təzyiqinin azalmsaına  cavab  olaraq 
simpatik sinir sisteminin reflektor f
əallığı yüksəlir. Sonuncu taxikardiya 
tör
ədir. Gücənmə  dayandırıldıqdan  sonra  periferik  damar  müqaviməti 
yüks
əlir və arterial qan təzyiqi, nəbz təzyiqi normadan yuxarıya yüksəlir. 
Yenid
ən bərpa olunan venoz qanın ürəyə qayıtması hesabına, ürəyin sol 
m
ədəciyinin atım həcmi artır, arterial təzyiq çoxalır,  yuxu arteriyasında 
karotid 
sinus  qıcıqlanır  və  reflektor  bradikardiya  meydana  çıxır.  Bütün 
bunlar 
Valsalv sınağının sağlam adamlarda törətdiyi dəyişikliklərdir.  
 
Ür
əyin atım fraksiyası azalmış xəstələrdə Valsalv sınağı zamanı və 
ondan sonra  arterial qan t
əzyiqi, demək olar ki, dəyişilmir  və 
bradikardiya  meydana  çıxmır.  Bunun  mexanizmi  odur  ki,  Valsalv 
sınağının davam etdiyi bütün 10 saniyə ərzində ağciyərdə durğun olmuş 
qan v
ə  digər mayeler sol mədəciyə  daxil olmaqda davam edir və  onun 
atım  həcmini dəstəkləyir. Xəstələrdə  vegetativ disbalans, β-
adrenoblokatorların  qəbulu, sirkulyasiya edən  qanın  azalması, 
baroreseptorların  hipohəssaslığı,  qulaqcıqlararası  defekt,  əvvəldən 
mövcud olan simpatik hiperstimulyasiya olduqda, Valsalv 
sınağından 
sonra arterial qan t
əzyiqinin yüksəlməsi qeyd edilmir. Ürək  atımı 
haqqında məlumat əldə etmək üçün nəbz təzyiqinin göstəricisinə istinad 
etm
ək olar. Onu sistolik və  diastolik qan təzyiqləri göstəricilərinin 
f
ərqini, sistolik qan təzyiqi göstəricisinə  bölmək yolu ilə  hesablayırlar. 
Alınan  nəticə  nəbz təzyiqi  adlanır  və  onun 40%-dən  az  olması,  ürək 
atımının müəyyən qədər azalmasından, 25%-dən aşağı düşməsi isə, xeyli 
azalmasından xəbər verir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
33 


IV f
əsil 
 
V
ENOZ QAN TƏZYİQİ və VİDACİ VENA NƏBZİ 
       
 
Normal halda n
əbz dalğası kapillyarlar səviyyəsində üzülür. Odur 
ki, venalarda arteriyalara xas olan n
əbz  dalğası  hərəkətləri olmur, yəni 
venalar pulsasiya etmir. Ancaq ür
əyə  yaxın  olan  venalarda,  ürək 
f
əaliyyətinə sinxronik olaraq, həcmin böyüməsi və kiçilməsi hərəkətləri 
n
əzərə  çarpır.  Venaların,  ürək fəaliyyəti ilə  əlaqədar  olaraq  baş  verən 
gen
əlmə və yığılmaları vena nəbzi adlanır. Ürəyə yaxın iri venalar gözə 
görünmür v
ə  əllənmir. Odur ki, vena nəbzini,  əsasən vidaci venalarda 
müşahidə  və  müayinə  edirlər. Venadaxili qan təzyiqinin alçaq və 
divarlarının çox  yumşaq olması, onlarda nəbzin əllənməsini namümkün 
edir. Venoz n
əbzi  vizual  olaraq  müşahidə  edirlər. Normal halda ürəyin 
sağ qulaqcığında qan təzyiqinin periodik olaraq azalıb çoxalması, məhz 
yaxın  venalara və  o cümlədən  vidaci  venalara  verilir.  Uzanmış 
v
əziyyətdə  sağlam  adamlarda  qeyd edilən belə  vena nəbzi fizioloji 
adlanır.  Vidaci  vena  nəbzi ilə  yuxu  arteriyalarının  nəbzini  ayırd  etmək 
üçün aşağıdakı əlamətlərə istinad edirlər: 

yuxu arteriyası nəbzinə nisbətən vidaci vena nəbzi zəif və 
l
əng görünür; 
- vena n
əbzi palpator hissiyat yaratmır və mil arteriyası nəbzi 
il
ə üst-üstə düşmür; 
-  vena n
əbzi  üçün  yumşaq  toxumaların  yenməsi daha 
xarakterikdir, halbuki arterial n
əbzdə  əvvəl qabarma və 
sonra yenm
ə  nəzəri cəlb  edir;  mil  arteriyası  nəbzinin 
qabarma  fazasına, vidaci vena nəbzinin geriləmə  fazası 
uyğun  gəlir; mil və  yuxu  arteriyaları  isə  eyni zamanda 
qabarırlar; 
-  vena üz
ərinə  təzyiq etdikdə, vena nəbzi  sıxılmış  yerdən 
aşağıda davam olunduğu halda, yuxu arteriyasında belə hal 
h
əm  aşağıda  və  həm  yuxarıda  davam  edir.  Əgər mil 
arteriyasında nəbz zəif və kiçik, boyunda isə pulsasiya xeyli 
böyükdüs
ə, onda pulsasiyanın venoz mənşəli olması ehtimal 
edilir.  
       
         
Daxili  vidaci  vena  yuxarı  boş  vena  ilə, demək olar ki, eyni 
s
əviyyədə  ürəyin  sağ  qulaqcığına  açıldığı  və  bu  iki  venanın  arasında 
venoz  qapaq 
mövcud  olduğu  üçün,  venoz  təzyiqin müəyyən 
olunmasında, məhz ondan istifadə edilir. 
 
34 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə