S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə9/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   5   6   7   8   9   10   11   12   ...   145

kütl
əşməsi və  burada bronxial  tənəffüsün  eşidilməsi,  bronxofoniya 
(eqofoniya) mü
əyyən olunur. Sonuncu Evart simptomu adlanır.  
 
N
əfəsalmanın  hamısında,  yəni bütün nəfəsalma dövründə  eşidilən 
uca s
əsli  xırıltılar  pnevmoniya  və  ya ürək  çatışmazlığına  aiddir;  xronik 
bronxit,  bronxial  astma,  ağciyərin obstruktiv xəstəliyi  zamanı  erkən 
inspirator  xırıltılar,  ağciyərin  interstisial ödemi və  ağciyərin fibrozunda 
gecikmiş xırıltılar qeyd edilir; nəfəsvermə aktının əvvəlində və ortasında 
eşidilən  xırıltılar  bronxoektaziya  xəstəliyinə  xarakterikdir.  Ağciyərin 
aşağı  payları  üzərində  eşidilən  iri  qabarcıqlı  yaş  xırıltılar  ürək 
çatışmazlığına  və  ya bronxlarda bəlğəmin  yığılmasına  aid  ola  bilər. 
Sonuncu halda öskürm
ədən sonra xırıltıların yer dəyişməsi və ya itməsi 
qeyd edilir. 
 
ÖDEMLƏR.
 
Əlin bir qədər bükülmüş üç barmağı ilə dərinin sümüyə 
t
ərəf 10 saniyə ərzində təzyiqlə sıxılmasından sonra burada əmələ gələn 
çuxurcuqlar, 
ödemin  mövcudluğunu  göstərir.  Durğunluq  ürək 
çatışmazlığında  dəridə  barmaqlarla  əmələ  gətirdiyimiz çuxurcuqlar, 
dem
ək olar ki, bir dəqiqədən çox davam edir, hipoalbuminemik  ödem 
zamanı sözügedən sınaq tez başa gəlir (40 saniyəyə qədər). Ödem venoz 
qa
n dövranının pozulmasından və venoz qan durğunluğundan xəbər verir. 
         
Ayaqlarda,  daha  doğrusu  aşağı  ətraflarda kardial və 
hipoproteinemik ödeml
ərdən  başqa,  predmenstrual  (dishormonal), 
limfangioobsturktiv,  piyl
ənmə  ilə  əlaqədar,  alt  paltarla  sıxılma  mənşəli 
ödeml
ər rast gəlinə  bilər.  Ürək  çatışmazlığında  ödem  proqressivləşərək 
assit, hidrotoraks v
ə hidroperikardiumla ağırlaşa bilər. Hipotireozda lokal 
olaraq b
ərk konsistensiyalı pretibial ödem qeyd edilir. Hipotireoz inkişaf 
etdikc
ə diffuz, yəni generalizə olunmuş bərk ödem yarada bilər. Onu da 
qeyd ed
ək ki, bu ödem başlanğıcda dəridə qaşınma və qızartı ilə müşayiət 
olunur. 
 
Yataq rejimind
ə  olan xəstənin arxa tərəfində  və  ən  əvvəl oma-
büzdüm nahiy
əsində  ödem  əmələ  gəlir. Kardial mənşəli ödem üçün 
venoz qan t
əzyiqinin yüksəlməsi vacib şərtdir. Üzün və ya əllərin ayrıca 
inkişaf etmiş ödemi, bir qayda olaraq, qeyri-ürək mənşəlidir. 
 
Ödem öz inkişafına görə yüngül dərəcəli, açıq-aşkar nəzərə çapran 
v
ə  anasarka  şəkilində  rast gəlinir.  Anasarka  boşluqlarda  mayenin 
toplanması və dərialtı toxumanın ödemi ilə səciyyələnir. Dəridə barmaq 
y
eri qalırsa, artıq 4,5 kq-dan çox mayenin ləngiməsi qeyd edilir. 
 
Aşağı  ətrafların  birtərəfli ödemləri,  ayaqların  dərin  venalarında 
trombların  əmələ  gəlməsindən xəbər  verir.  Arteriyalarda  trombların 
əmələ gəlməsi və ya emboliya qanqrena törədir. Belə hal çox vaxt diffuz 
aterosklerotik z
ədələnmə nəticəsində meydana çıxır. 
 
23 


 
Durğunluq  ürək  çatışmazlığı  zamanı  çox  vaxt  meteorizm  inkişaf 
edir v
ə  qarnın  həcmi böyüyür. Kardial assit qaraciyərin böyüməsi ilə 
müşayiət olunur və  bu  zaman  böyümüş  qaraciyər  sağ  qabırğaaltı 
nahiy
ədə, girdə əşya (uşaq başına oxşar şəkildə) kimi, palpasiya zamanı 
yerini d
əyişir. Onu da qeyd edək ki, əgər qarnın yan nahiyələri üzərində 
timpanik perkutor s
əs alınırsa, assitin mövcudluğu şübhə altına düşür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24 


III f
əsil 
 
A
RTERİAL NƏBZ və ARTERİAL QAN TƏZYİQİ 
 
 
  
Qeyd etm
ək lazımdır ki, arterial nəbzin palpasiyasını bazu və mil 
arteriyaları üzərində eyni zamanda aparmaq daha effektivdir və daha tez 
n
əticələrə nail olmağa imkan verir. Nəbzin yoxluğu arteriyanın okklüziv 
z
ədələnməsindən irəli gəlir. Keçmişdə ürəyin bazu nahiyəsində aparılmış 
katerizasiyasından  sonra,  nəbzin  yoxluğu  müəyyən edilə  bilər. Gənc 
şəxslərdə  bazu  arteriyası,  bazunun  ikibaşlı  əzələsinin  altında  yerləşə 
bil
ər.  Qoca  şəxslərdə  o, getdikcə  qıvrımlaşır,  medial  tərəfə  öz yerini 
d
əyişir və ikibaşlı əzələnin altından çıxır. Sklerozlaşmış arteriyalar, həm 
d
ə bərkiyir və sərtləşir, yəni elastikliyini itirir.  
 
Periferik n
əbzin müayinəsi  zamanı  aşağıdakı  xüsusiyyətləri 
aydınlaşdırmaq lazımdır: 
         - n
əbz dalğasının artma sürəti (ləng, normal və ya sürətli); 
-  n
əbz  dalğasının  yoxuşunda  pilləli və  ya çökük yerin,                 
vibrasiyanın olması; 
 - n
əbzin dolma dərəcəsi və gərginliyi (kiçik, normal, böyük); 

arteriyanın bərkiməsi və kobudlaşması; arteriyanın barmaq 
ucları altında hərəkililiyi; 
-  arterial qan t
əzyiqi  haqqında  təəsürat  (bazu  arteriyasına 
barmaqlarla yüngülvari t
əzyiqdən sonra nəbz itirsə, arterial 
qan t
əzyiqin 120 mm c.s. və  ondan az, ortabab təzyiqdən 
sonra n
əbz itirsə 120-160 mm c.s. və güclü təzyiqdən sonra 
n
əbz itirsə 160 mm c.s.-dan çox olması ehtimal edilir). 
       
  
N
əbz  dalğasının  artma sürəti və  nəbzin dolma dərəcəsi  normal 
olduqda, n
əbzin dalğası barmaq ucları vasitəsilə yüngül zərbə kimi hiss 
olunur. N
əbzin zərbə  dalğası  qan  cərəyanının  sürəti ilə  əlaqədar olub, 
onun pikind
ə meydana çıxır. Nəbz özünün pik nöqtəsinə çatdıqdan sonra, 
y
əni nəbz dalğasının pikindən sonra, nəbzin qayıdan dalğası başlanır və 
o, 
əsasən  qanın  təzyiqi ilə  müəyyən  olunur;  bu  dalğa  qan  təzyiqinin 
aortada maksimal h
əddinə  uyğun  gəlir.  Yaşla  əlaqədar  olaraq  qanın 
qovulma sür
əti  azalır  və  zərbə  dalğası  zəifləyir.  Arteriyaların  periferik 
müqavim
əti  artdıqca,  qayıdan  dalğa  güclənir və  bu zaman o, zərbə 
dalğasını  üstələyə  bilər. Belə  hal  ahıl  adamlarda  aorta  elastikliyinin 
azalması  fonunda  rast  gəlinir; sözügedən  situasiya  vazopressorların 
t
əsirindən irəli gəlir.  
 
Əgər nəbz  dalğasının  artma  sürəti və  yuxu  arteriyalarında  nəbz 
t
əzyiqi  normaldırsa,  onda  aorta  dəliyinin  əhəmiyyətli  obstruksiyasının, 
 
25 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə