S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə5/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   2   3   4   5   6   7   8   9   ...   145

(kontraseptivl
ər,  Kuşinq  xəstəliyi, kortikosteroidoterapiya, 
hirsutizm, civz
ələr, hematomalara meyllik, əzələ  zəifliyi, 
sidik daşları, sidik turşulu diatez, emossional labillik və ya 
depressiya),  hiperparatireoz  (xoralar, böyr
ək  daşları, 
q
əbizlik, tormozlanma və ya poluriya) aiddir.  
 
 
25. 
Yorğunluğu, 
töyşüməni və 
anginoz 
ağrıları 
s
əciyyələndirmək üçün və  ya qiymətləndirmək üçün NYHA 
t
əsnifatından istifadə edilə bilər: 
-  sinif I. Simptomlar yoxdur v
ə  ya  ağır  dərəcəli 
yükl
ənmələrdə meydana çıxır; 
-  sinif  II.  Simptomlar adi intensivli yükl
ənmələrdə meydana 
çıxır; 
-  sinif  III. Simptomlar  yüngül  d
ərəcəli yüklənmələrdə 
meydana çıxır; 
- sinif IV. Simptomlar sakitlikd
ə və ya azacıq yüklənmələrdə 
meydana çıxır.  
 
 
Bel
əliklə  yüksək intensiv, orta intensiv, zəif intensiv və  qeyri-
intensiv, y
əni sakitlik yüklənmələr nəzərdə tutulur. 
 
Ür
ək-qan damar sistemi xəstəliklərə  düçar  olmuş  xəstələrin 
şikayətləri,  əsasən dörd səbəbdən təzahürə  çıxır:  ürək  əzələsinin 
işemiyası, ürəyin iltihabı, ürək ritminin pozulması və ürəyin motor və ya 
nasos  funksiyasının  zəifləməsi.  Aparıcı  simptomlara  döş  qəfəsində  hiss 
olunan ağrı və töyşümə aiddir. Ürək nahiyəsində meydana çıxan ağrıların 
s
əbəbləri  sırasında  ən çox rast gəlinəni  miokardın  işemiyası  və  ya 
perikarditdir. 
 
İşemik ağrılar, adətən qəflətən başlanır, sıxıcı xarakter daşıyır, döş 
sümüyü arxasında lokalizə olunur, sol qola, boyunun sol tərəfinə, arxaya 
v
ə  bəzən  sağ  tərəfə  irradiasiya edir.  Onlar fiziki və  ya emosional 
yükl
ənmədə, qorxu və cinsi akt zamanı təzahür oluna bilər. Stenokardiya 
tutmaları 30 dəqiqədən az davam olunur, sakitlikdə və ya nitroqliserinin 
q
əbulundan sonra dayanır. Davamlı ağrı tutmaları (30 dəqiqədən bir neçə 
saata q
ədər) miokard infarktında qeyd edilir.  
 
Ür
əyin  motor  funksiyasının  çatışmazlığı  orqanizmdə, daxili 
orqanlarda v
ə xüsusilə ağciyərdə qan durğunluğunu törədir və bu da öz 
növb
əsində  təngənəfəsliyin  meydana  çıxmasına  səbəb olur. Nəticədə 
hava  çatışmazlığı  hissi  yaranır.  Ürək  çatışmazlığının  təzahür  dərəcəsi 
NYHA t
əsnifatına əsasən qiymətləndirilir.  
 
X
əstənin vertikal vəziyyət almaqla, üfüqi vəziyyətdə  güclənən 
töyşüməni azaltmağı, ortopnoye termini ilə adlandırılır. Gecələr, uzanıb 
yatmış  zaman,  ödemin  bədənə  və  o cümlədən  ağciyərə  yayılması 
 
14 


n
əticəsində  paroksizmal gecə  təngənəfəsliyi  meydana  çıxır.  Bu  zaman 
x
əstə qəfil olaraq durur və boğulduğundan oturaq vəziyyətə keçir və çox 
vaxt t
əzə havanın qəbulu üçün pəncərəni açmağa məcbur olur.  
 
Ür
ək vurğularının sayı artdıqda ürək döyünməsi hiss olunur. Buna 
s
əbəb fiziki yüklənmə, həyacan,  qorxu,  kofein,  nikotin,  şokolad,  həzm 
pozğunluqları,  simpatomimetik  və  ya  damar  genişləndirici dərmanların 
q
əbulu, aritmiyalar ola bilər.  
 
Sinkopal hallar v
ə  ya bayılmalar  baş  beyinin  qanla  təchizatının, 
y
əni qan dövranının birdən və ciddi dərəcədə pozulmasından irəli gəlir. 
Bel
ə  epizodlar qəflətən, erkən  simptomlar  olmadan  huşun  itirilməsilə 
s
əciyyələnir. Bayılmalar müxtəlif səbəblərdən irəli gəlir: 
 - 
vazodilatasiya  (vazovaqal  tutmalar,  vazodilatatorların 
q
əbulu, siymə zamanı bayılmalar); 
-  kardial m
ənşəli (sinoatrial və  atrioventrikulyar blokadalar, 
paroksizmal taxikardiyalar); 
- ür
ək atımının azalması (aortal stenoz, obstruktiv hipertrofik 
kardiomiopatiya); 
-  ür
ək mədəciklərinin  dolmaması  (ağciyər  arteriyasının 
tromb
oemboliyası, qulacıq miksoması); 
- sirkulyasiya ed
ən qanın azalması (qanaxmalar). 
 
 
 
X
əstələrdən  anamnez  yığarkən  qohumlar  arasında  ürəyin 
anadang
əlmə qüsurların və digər genetik mənşəli kardial anomaliyaların 
varlığı araşdırılmalıdır. Qohunmlar arasında kişilərin 55 yaşa, qadınların 
65  yaşa  qədər ölməsi təsadüfləri, hiperlipidemiya, arterial hipertenziya 
halları diqqəti cəlb etməlidir. 
 
Ür
əyin zədələnməsi  hallarında  təzahür olunan ən  ağır  simptom 
onun  dayanmasıdır.  Bu  zaman  huşun  və  nəbzin qəflətən itməsi
t
ənəffüsün kəsilməsi qeyd edilir. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
15 


II f
əsil 
 
M
ÜAYİNƏ
 
 
Ür
ək xəstəliklərinin ümumi müayinə zamanı aşkara çıxarılan 
əlamətləri 
 
DƏRİ
.    D
əridə sianoz diqqəti özünə cəlb edə bilər. Sianoz      periferik 
v
ə mərkəzi olmaqla iki cür olur. 
 
Periferik  sianoz v
ə  ya akrosianoz bədənin soyuq nahiyələrində 
n
əzərə çarpır (dırnaq  yataqları, burnun ucu,  yanaqlar, qulaq mərcəkləri, 
dodaqlar). O, qan c
ərəyanının  yavaşıması,  periferik  kapillyarlarda 
hemoqlobinin  azalması  hesabına  baş  verir.  Mərkəzi tipli sianoz dərinin 
soyuq v
ə  həm də  isti nahiyələrində  müşahidə  edilir.  Bu zaman qanda 
oksig
enin  konsentrasiyası,  orta  hesabla  80%-dən  aşağı  düşmüş  olur. 
X
əstədə  təbil çubuqlarına  oxşar  barmaqlar və  dərinin istiliyi fonunda 
qeyd edil
ən sianoz, bir qayda olaraq mərkəzi tipli olur.  
 
Periferik sianozun xronik olaraq davam etdiyi hallarda 
əl 
barmaqlarının  uc  falanqalarında,  təbil  çubuğu  uclarına  oxşar  şəkildə 
defiqurasiya v
ə  deformasiya  baş  verir.  Onu  da  qeyd  edək ki, distal 
falanqaların “təbil çubuqlar” şəklində dəyişilməsi, üç aya qədər uşaqlarda 
rast g
əlinmir. Xəstənin əl barmaqları normal cəhrayı rəngə malik olduğu 
halda,  ayaq  barmaqlarının  sionotik  və  təbil  çubuqları  formasında 
görünm
əsi, persistəedici arterial keçidin mövcudluğundan, qanın sağdan 
sola keçm
əsindən, ağciyər hipertneziyasından xəbər verir.  
 
İnfeksiya  mənşəli və  ya  septik  endokarditin  gedişində  xırda 
damarların  embollarla  tutulması,  distal  falanqaların  təbil  çubuqları 
tipind
ə  qalınlaşmasını,  dırnaq  əsası  nahiyəsində  qansızmalar,  Osler 
düyünl
ərini və Ceynuey ləkələrini törədir.  
 
D
əridə  bulanıq-boz rəngli piqmentasiya, qaraciyər  çatışmazlığı 
əlamətləri,  qoltuqaltı  və  qasıq  nahiyələrində  tüklərin tökülməsi,  ürək 
əzələsində  hüceyrədaxili çöküntülü kardiomiopatiyadan  və  qaraciyərdə 
ikincili fibrozdan x
əbər verir.  
 
Ür
əyi zədələmiş olan amiloid xəstəliyi dərini də amiloidoz şəklində 
z
ədələyir. Bu zaman dəridə sarı-qəhvəyi rəngində qaşınan düyünlər və ya 
l
əkələr  görünür.  Sonuncular  qaşınma  nəticəsində  asanlıqla  qanaxmalar 
verirl
ər.  
 
X
əstədə  bədənin  aşağı  hissəsində,  sağrılarda  və  aşağı  ətraflarda 
meydana  çıxan  torlu  və  ya ləkəli mərmərə  oxşar  şəkil qırmızı  qurd 
eşənəyi, düyünlü periarteriti, krioqlobulinemiya və  ya xolesterinli 
emboliya n
əticəsində baş verə bilər. Dəridə belə mərmərə oxşar vəziyyət, 
 
16 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə