S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə4/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   2   3   4   5   6   7   8   9   ...   145

 
    - 
ağciyərin xronik obstruktiv xəstəlikləri. 
 
 
       19. X
əstədə baş gicəllənmə və bayılma hallarının qeyd edilməsi: 
-  ür
ək mənşəli  (QT  intervalının  uzanması,  trombemboliya, 
miokard infarktı və s.); 
- epilepsiya; 
- isteriya; 
- ortostatik hipotenziya; 
- qan itirm
ə; 

yuxu arteriyalarında qan cərəyanının pozulması; 

vazovaqal bayılma; 
-  skelet 
əzələləri tonusunun qəflətən itməsi;  bu  zaman  huş 
saxlanılır; ölü-yük və ya drop-ataka sindromu; əzələ tonusu 
ayağa və ya ayaqaltına təzyiq edildikdə, bərpa oluna bilər; 

körpücükaltı qanoğurlanma sindromu; 

beyin qan dövranının kəskin pozulması; 
- sinus düyününün z
əifliyi sindromu; 

metobolik pozğunluqlar; 
- ür
ək qüsurları; 
- fiziki g
ərginlik və qəfləti ölüm. 
 
 
       
20. Döş qəfəsində sıxıntı və ağrı hissləri; 

ağrının  fiziki  yükləmənin  artması  ilə  əlaqədar olaraq 
artması; 

ağrının  səciyyəvi  lokalizasiyası  və  xəstə  tərəfindən onun 
yerinin ovucla, bütün 
əllə, yumruqla göstərməsi; 
-  anginoz v
ə  ya stenokardik  ağrı  klassik  olaraq  sıxıcı, 
t
əzyiqedici xarakterə malik olur; 

ağrı  yerinin  xəstə  tərəfindən  bir barmaqla göstərilməsi, 
ağrının  5  saniyədən az  və  ya 30 dəqiqədən çox olmaqla 
davamiyy
əti, ağrının tənəffüs və digər hərəkətlərlə əlaqədar 
olaraq gücl
ənməsi,  üfüqi  vəziyyətin  alınması  ilə  ağrının 
d
ərhal  azalması  və  ya keçib getməsi, yeriməklə  ağrının 
yüngüll
əşməsi, ağrının sol yuxarı ətrafın lateral tərəfi ilə baş 
barmağa  irradiasiya  olunması  anginoz  yox,  qeyri-anginoz 
ağrılara məxsusdur; 

anginoz  ağrı  sol  yuxarı  ətrafın  medial  sahili  ilə  çəçələ 
barmağa tərəf yayılır; 
-  sakitlik v
ə  yüklənmə  şəraitində  çəkilmiş  EKQ-nin 
n
əticələri; 
- yükl
ənmə sınaqların və koronar angioqrafiyanın nəticələri; 
 
 
 
11 


21. Döş qəfəsində sıxıcı və təzyiqedici ağrıların, stenokardiyanın 
eh
timalı səbəbləri: 

koronar  arteriyaların  xronik  obsturktiv  dəyişikliləri, 
okklüziyası, obliterasiyası və ya obturasiyası, atreziyası; 
-  yem
əyin qəbulu, soyuq hava və  ya hər  hansı  bir  ürək 
vurğularının sayını, postyükünü artıran, amillər  provokator 
rolunu oynaya bil
ər; 

ağrı  səhərlər ilkin hərəkətlər  zamanı  çox  vaxt  meydana 
çıxır; 

ağrı  üzün  solğunlaşması,  meteorizm,  öyümə, tərləmə, 
töyşümə ilə, az hallarda müşayiət olunur; 
 - 
ağrı və onu müşayiət edən hallar, ürəyin pre və postyükünü, 
ür
ək vurğularının sayını azaldan, mənfi inotrop təsirə malik 
d
ərmanların qəbulundan sonra keçir
- pasiyentin anamnezind
ə risk amillərinin adları çəkilir; 
- vazospastik v
ə ya Prinsmetall stenokardiyası üçün ağrıların 
sakitlikd
ə, xüsusilə  gecə  vaxtı  və  səhərə  yaxın  saatlarda 
meydana  çıxması  səciyyəvidir;  burada  soyuq  havanın  rolu 
n
əzərə çarpır; 
-  qeyri-stabil 
stenokardiya nizamsız şəkildə, fiziki yüklənmə 
il
ə  qeyri-mütənasib  rejimdə, bəzən sakitlikdə, müxtəlif 
ağırlıqda və davamiyyət müddətilə baş verir; 

mikrosirkulyasiyanın pozulmaları ilə əlaqədar stenokardiya 
koronaroangioqrafiyada koronar ateroskleroz 
əlamətlərinin 
yoxluğu şəraitində, yüklənmə sınaqlarının müsbət nəticələri 
il
ə  qeyd edilir; belə  xəstələrdə  atım  fraksiyasının  azalması 
v
ə ürək divarlarının yığılma pozğunluqları rast gəlinir; 

miokard infarktında ağrı daha möhtəşəm olub, daha böyük 
sah
əni  əhatə  edir;  ağrı  tərləmə,  bayılma,  huşun  itirlməsi, 
öyüm
ə və  ya qusma ilə  müşayiət oluna bilər; ürəyin  aşağı 
infarktlarında hıçqırma qeyd edilə bilər; təkrar infarktlarda 
a
ğrı  yeni  lokalizasiyaya  malik  ola  bilər; xəstə  çox vaxt, 
ağrını,  güya  azaltmaq  üçün  önə-arxaya yeriməkdə  olur; 
sonuncu stenokardiyada olmur
-  aortal stenozd
a  qanın  koronar  arteriyaya  daxil  omasının 
azalması; 
 
 
       
22. Ağrının qeyri-koronarogen səbəbləri:  
-  perikardit (
uzanmış vəziyyətdə, nəfəsalmada ağrı  güclənir, 
ön
ə  əyildikdə  azalır  və  s.); nadir hallarda perikardın 
anadang
əlmə yoxluğu ağrı törədə bilər; 
- ezofaqit v
ə ya ezofaqospazm; 
 
12 


- radikulit; 
-  ön pill
əli  əzələ  və  ya  döş  qəfəsinin  yuxarı  apertura 
sindromu; 

qabırğa-qığırdaq  birləşmələrinin  iltihabı,  miozit,  nevrit, 
Tittse sindromu; 
-  aortal v
ə  ya  ağciyər  arteriyasının  stenozu  hesabına  ürək 
atımının  fiksə  olunması;  hesab  olunur  ki,  ağciyər 
hipertenziyası stenokardiya törətmir; 

aortanın  laylanması  ağrıları,  miokard infarktı  ağrılarını 
xatırladır; bu ağrılar başlanğıcda daha çox intensiv olur və 
qarına,  ayaqlara  irradiasiya  edir;  onlar  cırıcı  və  ya  sıyırıcı 
s
əciyyə  daşıyır,  halbuki  infarkt  ağrıları  həcmli olub, çox 
qısa  nisbi  zəifləmələrlə  getdikcə  intensivləşir;  xəstədə 
Marfan  sindromu,  aortanın  koarktasiyası,  hamiləliyin 
olması nəzərə alınmalıdır; 

mitral  qapağın  prolapsı  ağrı,  zəiflik,  taxikardiya,  başda 
tutqunluqla  müşayiət olunur; ürəyin ultrasəs müayinəsinin 
n
əticələri nəzərə alınır; 
-  podaq
ra  ağrıları  stenokardiya  formasında  meydana  çıxan 
hallarda da sutkalarla davam edir;  

ağciyərin infarktı üçün, döş qəfəsində olan ağrının ətrafların 
v
ə  döş  qəfəsinin hərəkətləri  zamanı  güclənməsi, müvafiq 
qabırğaarası  əzələlərin  yumşalması  (Brisko  simptomu) 
xarakterikdir.  
 
 
       23. Taxikardiya, aritmiyalar: 
 
- ür
ək ritminin tipi və tezliyi nəzərə alınır; 

aritmiyaların ehtimal səbəbləri müəyyən olunur (çay, kofe, 
kola, alkoqol, d
ərmanlar  –  ürək qlikozidləri, diuretiklər, 
antixolinergik preparatlar, kokain, hidralazin, 
vazodilatatorlar; tireoid v
əzi xəstəlikləri; hərarət, isti hava; 
ür
ək  atımının  artması;  feoxromositoma, sinus düyününün 
z
əiflik sindromu);  
- xolter monitoru müayin
əsi nəticələri nəzərə alınır. 
 
 
      24. Arterial hipertenziya: 
-  arteri
al  hipertenziyanın  davamiyyəti,  ağırlığı, fəsadları, 
müalic
ə  nəticələri, laborator və  instrumental müayinə 
üsulları ilə nəzarətin olunması nəzərə alınır; 
- onun s
əbəblərinə essensial hipertenziya, böyrək xəstəlikləri, 
aortanın  koarktasiyası,  feoxromositoma, eklampsiya, 
hiperaldosteronizm, 
hormonal 
pozğunluqlar 
 
13 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə