S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə7/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   2   3   4   5   6   7   8   9   10   ...   145

ür
əyin işemik xəstəliyi, koronaroskleroz, ateroskleroz, infarktdan sonrakı 
kardioskleroz, retinopatiya il
ə korrelyasiya verir.  
 
Yanaqların, xırda teleangiektaziyalarla birlikdə olan sianozu mitral 
qızartı  adlanır  və  venoz qan təzyiqinin  artması  ilə  əlaqədar olaraq 
meydana çıxır. Bəzən o, hipotireoz, ürək qüsurları, Kuşenqoid sindrom, 
k
arsinoid  sindrom,  sistemli  qırmızı  qurd  eşənəyi təsadüflərində  qeyd 
edilir. Sonuncu halda perikardit, miokardit, Libman-Saaks endokarditi, 
koronarit 
əlamətləri  ön  plana  çıxa  bilər. Onu da yadda saxlayaq ki, 
yanaqların qızarması, vaxtları açıq havada keçən şəxslərdə də ola bilər.  
 
Boyun nahiy
əsində  qanadvari  büküşlərin  əmələ  gəlməsi  aortanın 
koarktasiyası  ilə  müşayiət edən Terner sindromunda,  qulaqcıqlararası 
ç
əpərin defekti və ya kardiomiopatiya ilə müşayiət olunan Nunan və ya 
Ulrix sindromlarında qeyd edilir.  
 
Kuşinq 
sindromunda 
olduğu 
kimi, 
güclü 
dərəcədə 
hiperemiyalaşmış və aypara üz, ağciyər arteriyasının stenozunda da rast 
g
əlinir;  ağciyər  arteriyasının  stenozu  və  qulaqcıqlararası  çəpərin  açıq 
qalması,  Fallo  tetradası,  aortal  qapağın  prolapsı,  aorta  qövsünün  sağda 
yerl
əşməsi və  həm də  uşağın  təhsilə  yararsızlığı,  damaq-ürək-üz 
sindromu adlanır. 
 
GÖZLƏR. 
İnfeksiya  mənşəli endokardit üçün konyunktival 
qansızmalar və mərkəzində ağımtııl nöqtəsi olan mikroemboliya mənşəli 
v
ə qanaxmalara meylli petexiyalar xarakteridkir. Bu zaman görmə siniri 
diskinin  nahiy
əsində  limfositlərin  yığlmasından  əmələ  gələn  ağımtıl 
l
əkəyə malik oval və ya həlqəvarı qansızmalar tapıla bilər (Rot ləkələri). 
         Görm
ə  siniri məməciyində  hipertoniya xəstəliyi,  hipoksik  ağciyər 
ür
əyi,  obstruktiv  hiperpnoye  sindromu  zamanı  ödem  inkişaf  edir. 
Hiperkapniya
,  onurğa  beyin  və  kəllədaxili təzyiqləri yüksəldir; vidaci 
venada is
ə bu zaman təzyiq az dəyişilir. 
 
M
əxmərək  döldə  katarakta,  karlıq,  mikrosefaliya,  boydanqalma, 
persist
əedici arterial keçid, ağciyər arteriyasının stenozunu törədə bilər. 
 
Hipertelorizm  ağciyər  arteriyasının  stenozu,  qulaqcıqlararası 
ç
əpərin defekti, Daun, Nunan,  Qurler  (qarqoilizm)  sindromları,  mitral 
requrgitasiya, qapaqüstü aortal stenoz kimi ür
ək mənşəli anomaliyalarla 
birlikd
ə rast gələ bilər.  
 
Hiperxolesterinemiya v
ə  ürəyin  işemik  xəstəliyi  zamanı  gözün 
qüzehli 
qişasının ətrafında əmələ gələn həlqəvi qövs, qocalıq qövsündən 
f
ərqli  olaraq,  qalın  və  sarımtıl  görünür.  Bəzən gözün birində, həmin 
t
ərəfdə  yuxu  arteriyasının  okklüziyası  hesabına  qan  cərəyanının 
pozulduğu üçün və ya əvvəllər iltihaba düçar olduğu hallarda, sözügedən 
qövs z
əif inkişaf edə və ya olmaya bilər.  
 
19 


 
Daun  sindromunda  göz  qapaqlarının  epikantusu  ilə  olan xəstədə, 
çox vaxt ür
əyin endokardial yastıqcıqların defektləri rast gəlinir. 
 
Gözl
ərdə  Ardjill Robertson  simptomunun  tapıldığı  hallar  üçün 
aortanın  siflitik  zədələnməsi, koronar arteriya dəliklərinin stenozu 
xarakterikdir. 
 
Ekzoftalm  tireotoksik  kardiopatiya,  durğunluq,  ürək  çatışmazlığı, 
venoz qan t
əzyiqinin yüksəlməsi və  arıqlama  ilə  müşayiət olunur. 
Ekzoftalm simpati
k  hipertonus,  göz  qapaqlarının  retraksiyası,  göz 
almalarının  proptozu  hesabına  baş  verir.  Ağır  dərəcəli trikuspidal 
requrgitasiya
,  yuxu  arteriyası  ilə  kavernoz  sinus  arasında  arteriovenoz 
fistula,  göz  almalarında  sistolik  pulsasiya  yaradır.  Sonuncu halda göz 
alması üzərində küy eşidilir. 
 
Gözün  qüzehli 
qişasının titrəyici hərəkətləri iridodonez adlanır və 
bu, 
baxışların  bir  əşyadan  digərinə  sürətlə  keçirilməsində  baş  verir  və 
Marfan 
sindromunun simptomlarından biri sayılır. Bu zaman billur zəif 
fiksasiya olunur.  Billuru  fiks
ə  edən bağların zəifliyindən onun  çıxıqları 
qeyd edilir. 
İridodonez  çox  vaxt  aortanın  və  ya  ağciyər  arteriyasının 
anevrizması,  aortanın,  aortal  və  mitral  qapaqların  miksomatoz 
degenerasiyası  ilə  müşayiət olunur. Nəticədə  aortal və  mitral 
requrgitasiya 
inkişaf  edir.  Onu  da  qeyd  edək ki, Marfan  sindromunda 
billur 
yuxarıya,  anadangəlmə  homosistinuriya  zamanı  aşağıya  doğru 
çıxır. Sonuncu halda həm də arterial və venoz tromblar, miokard infarktı, 
ağciyər arteriyasının trombemboliyası meydana çıxa bilər. 
 
Arteriosklerozun müxt
əlif mərhələlərində  gözün  torlu  qişasında 
müvafiq d
əyişikliklər qeyd edilir. Birinci mərhələdə gözün torlu qişasının 
işıq  refleksi  eninə  böyüyür; ikinci mərhələdə  çarpazlaşma  simptomları 
görünür  (venaların  daralması  və  arteriolovenoz  çarpazlar); üçüncü 
m
ərhələdə mis məftili simptomu meydana çıxır (arteriolların qalınlaşması 
v
ə  onların  mis  rənginə  çalması);  dördüncü  mərhələdə  gümüş  məftili 
simptomu rast g
əlinir (arteriollar  qalınlaşıb  içi  boş  olduğundan,  öz 
qırmızı rəngini itirib ağımtıl rəng alır).  
 
Arterial hipertoniya 
ərəfəsində, yəni onun müxtəlif mərhələlərində 
gözün dibind
ə aşağıdakı dəyişikliklər baş verir: 
-  birinci m
ərhələdə arteriolların diametri diffuz olaraq azalır, 
venoartriol nisb
əti 3:2 və  ya  4:3  olmaqla  artır;  belə  hal 
durğun ürək çatımazlığında, venoz dolğunluq nəticəsində də 
baş verə bilər; 
-  ikinci m
ərhələdə  göz dibində  ocaqlı  daralmalar  və  ya 
spazmalar tapılır; 
-  üçüncü m
ərhələdə  görmə  siniri məməciyində  ödem  aşkar 
edilir. 
 
20 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə