S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə6/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   2   3   4   5   6   7   8   9   ...   145

ad
ətən  soyuqdan və  ya emosional  streslərdən  irəli gəlir və  ya güclənir. 
Əlli  yaşdan  yuxarı  olan  kişilərdə, dəri  damarlarının  xolesterinli 
emboliyası  qarın  aortasının  anevrizması  zamanı  baş  verə  bilər. 
Barmaqların ovuc səthlərində nəzərə çarpan mərmərlik, kəskin bakterial 
endokarditin  mövcudluğu  haqqında  fikir  yaradır.  Çox  saylı  xolesterinli 
emboliyalarda ayaq barmaqlarında purpur rəng, petixiyalar, xoralaşmalar 
v
ə qanqrena törənə bilər.  
 
Bayılmadan  sonra  xəstənin  üzünün  qızarması,  Morqani-Edems-
Stoks tutmasına aiddir. Qan dövranının müvəqqəti dayanmasından sonra 
üzün qızarması ümumi reaktiv hiperemiyanın bir hissəsi kimi qeyd edilir.  
 
Bağırsağın kapsinoid xəstəliyində üz və boyun dərisi tünd qırmızı 
r
əng  alır  və  çox vaxt iri və  ya  xırda  ləkələrlə  örtülür;  üzün qəflətən 
pörtm
ələri üzün şişkinliyi və periorbital ödemlə müşaiyət olunur. 
 
Ür
əyin zədələnməsi əlamətləri və dəri örtüklərinin xeyli isti olması 
tireotoksikozda, ağır dərəcəli anemiya zamanı və alkoqol mənşəli kəskin 
beri-beri x
əstəliyində rast gəlinir.  
 
Əl və  ayaqların  soyuması  neyrosirkulyator  distoniya,  arteriyaların 
okklüziyası,  kollateral  qan  dövranının  pozulması,  ürəyin  atım  həcminin 
azalması  hallarında  rast  gəlinir. Birinci halda həm də  həyacan,  döş 
q
əfəsində ağrı, taxikardiya, ətrafların səthi tərlə örtülməsi və tez yorulma 
qeyd edilir. Onu da qeyd ed
ək ki, ürəyin  atım  həcminin  azalmasında, 
qaraciy
ərin kardial sirrozu inkişaf etdiyi təsadüflərdə, qaraciyər ovucları 
v
ə ya palmar eritemanın meydana çıxması ilə əlaqədar olaraq, soyuq olan 
əllər istiləşə bilər.  
 
Sklerodermiya  zamanı  əl barmaqlarının  dartılmış,  hamarlaşmış, 
i
şıldayan  və  atrofiyaya  uğramış  dərisi, sklerodermik miokardial, 
pulmonal fibrozla, ağciyər ürəyi sindromu ilə müşayiət oluna bilər.  
 
Barmaq  uclarının  qızarması  və  ya  topaşəkilli eritema, qanın 
fasil
ələrlə  qulaqcıqlararası  cəpərin  defekti  zamanı,  sağdan  sola  atılması 
v
ə  ağciyər  hipertenziyasının  tənzimlənməsi nəticəsində  baş  verir. 
Dırnaqların  normada  ağımtıl  rəngdə  olan aypara sahələrinin sianotik 
qızarması, ürəyin xronik çatışmazlığında rast gəlinir.  
 
Hipertrofik obstruktiv kardiomiopatiya, ağciyər arteriyası dəliyinin 
v
ə ya hipertrofik subaortal stenoz hesabına, uşaqlarda altı yaş zamanında, 
ilk d
əfə olaraq, çox sayda uzunsov piqmentli ləkələrin əmələ  gəlməsilə 
s
əciyyələnir.  Bu cür piqmentli ləkələr, çil-çil ləkələrdən fərqli olaraq, 
günün t
əsirindən artıb çoxalmır. 
 
Neyrofibromatoz v
ə  krizlərlə  müşayiət olunan hipertenziya 
feoxromositoma haqqında fikir yaradır. 
 
Ağciyərin kəskin ödemi zamanı  döş  qəfəsində  və  qarın 
nahiyy
ələrində tərin meydana çıxması dərəcəsi vəziyyətin ifadə olunma 
ağırlığını göstərir.  
 
17 


 
Burun v
ə  ağız  ətrafı  Prinql  piy vəzilərinin  adenoması  (çəhrayı 
papulalar), epilepsiya v
ə  ağıl  çatışmazlığını  müşaiyət edən ürək 
z
ədələnməsi, ürək əzələsinin rabdomiomasından xəbər verir.  
 
Vizual müayin
ə  zamanı  xəstədə  ürək  çatışmazlığı  əlaməti kimi 
taxipnoyeni  aşkar  etmək  olar.  Taxipnoye  pasiyenti  yataqda  oturmağa 
m
əcbur edir. Belə halda xəstənin arxasına bir neçə balış və  ya  yastığın 
qoyulmasına  ehtiyac  olur.  Xəstənin üzündə  sianotik (göy) rəng nəzərə 
çarpa bil
ər. Ağır dərəcəli diffuz sianoz əsasən dildə və dodaqlarda daha 
aşkar  görünür.  Sonuncu  daha  çox  anadangəlmə  ürək  qüsurlarını  təmsil 
edir.   
 
Gözün buynuz qişası ətrafında gənc şəxslərdə əmələ gələn korneal 
v
ə  ya senil qövs, ksantelazmalar, dəri və  vətər  ksantomaları 
hiperlipidemiyanın  mövcudluğuna  işarədir.  Üzdə  qızartı,  sarılıq  görünə 
bil
ər.  Sonuncu, ürək  çatışmazlığı  zamanı  qaraciyərin zədələnməsindən 
x
əbər verir.  
 
Geniş  və  yüksək  alın,  şişkin  yanaqlar,  hipertelorizm  (geniş 
yerl
əşmiş  gözlər),  çəpgözlük, dik burun, burun ilə  ağız  arasında  olan 
arak
əsmənin (novça) vertikal yerləşməsi, şişkin dodaqlar, dişlərin inkişaf 
anomaliyaları  və  çənənin  hipoplaziyası,  qapaqüstü  aortal stenozu  olan 
x
əstədə Uilyams sindromunu təşkil edir.  
 
Daun sindromunda 
ənsənin  yastılığı,  kəllənin kiçikliyi, gözlərin 
yuxarı  qapaqlarının  epikantusu  (hansıki  gözlərə  monqoloid  görünüş 
verir), dilin böyüm
əsi,  ağzın  daim  açıq  olması,  burun  sümüklərinin 
ikişafdan  qalması,  ürək  qulaqcıqlarının  arasında  olan  çəpərin müxtəlif 
kombinasiyalarda rast g
əlinən defektləri, mədəciklərarası çəpərin defekti, 
atrioventrikulyar requrgitasiya mü
əyyən edilir. 
 
Ür
əyin  üçtaylı  qapağın  zədələnməsilə  müşayiət  olunan  sağ 
m
ədəciyin çatışmazlığı və ürəyin sağ qulağcığının üçtatylı qapağın bağlı 
v
əziyyətində  yığılması  zamanı,  xarici və  daxili  vidaci  venaların 
genişlənməsi və onların pulsasiyası qeyd edilir. 
 
X
əstədə ürək yığılmalarının taktına uyğun olaraq başın önə-arxaya 
t
ərəf hərəkətlərinin, yəni başın qeyd edilməsi salamverici hərəkətləri, ağır 
d
ərəcəli aortal requrgitasiya zamanı meydana çıxır və Müsse simptomu 
adlanır. 
 
Göz  qapaqlarının  şişkinliyi,  qaşların  lateral  hissəsində  tüklərin 
tökülm
əsi, saçların seyrək və quru olması, kobud və quru dəri, mimikanın 
z
əif ifadəliyi və  ya ifadəsizliyi  miksedemaya aiddir. Belə  xəstələrdə
toxumalar
arası  mayenin  artması  və  ürək  əzələsində  hüceyrələrarası 
sah
ədə  selikli  mayenin  çoxalması,  miokardın  selikli  infiltrasiyası 
hesabına kardiomiopatiya inkişaf edir.  
 
Qulaq sırğalıqlarında dərin dioqnal qatların, daha doğrusu qırışların 
əmələ  gəlməsi, adətən əlli  yaşdan sonra  rast gəlinir və o, 60% hallarda 
 
18 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə