Damar küyl
əri ürəyin sistolası ilə əlaqədar, sistolanın əvvəlində
meydana çıxır. Onlar fiziki yüklənmə zamanı güclənirlər. Damarda
obstruksiya olduqda, obstruksiya yerinin
əvvəli və sonrası arasında təzyiq
f
ərqi əmələ gəlir. Bu fərq daimi olduqda damar küyü daim olaraq, həm
sistola v
ə həm də diastola fazalarında, sistolada daha uca olmaqla eşidilir.
Sür
ətli qan cərəyanı, aortanın proksimal şaxələrində gənc şəxslərdə
sistolik küy tör
ədə bilər. Uşaqların 40-60%-də yuxu arteriyaları üzərində
sistolik qovulma küyü eşidilir. Aortanın qapaq mənşəli küyü yuxarıya
irradiasiya olunduğu üçün, onu korpücükaltı arteriya küyündən ayırd
etm
ək lazım gəlir. Adətən birinci körpücüküstü çuxurda, ikinci isə
körpücükaltı çuxurda daha yaxşı eşidilir. Çiyini aşağı və dala
çəkməklə
körpücükaltı arteriyanın körpücüklə 1-ci qabırğa arasında sıxılmasını
yaratmaqla, küyün z
əifləməsilə 2-ci halı bilmək olar. Əks tərəfdə yuxu
arteriyasını sıxmaqla karotid küyün güclənməsini bilmək mümkündür və
bu is
ə aortal küyün mövcudluğuna dəlalət edir. Periferik arteriyalarda,
xüsusil
ə döş qəfəsinin arxa divarında qabırğaarası arteriyalar və
kollateral damarlar üz
ərində, aortanın koarktasiyası zamanı, sistolik qan
c
ərəyanı ilə əlaqədar küylər eşidilir.
H
ipertireoz zamanı qalxanvari vəzin üzərində sistolik arterial küy
eşidilir. Bəzən burada venaların üzərində fasiləsiz olaraq sakit səsli vızıltı
eşidilə bilər. Damar anevrizmaları üzərində ikili
ton və ya ikili küy
müşahidə oluna bilər. Anevrizmanın sistola vaxtı genişlənməsi və
diastolada yenid
ən əvvəlki hala qayıtması küy yaradır. Aortakoronar
şuntlamadan sonra təsadüflərin 50%-də ürəyin enən tac damarı üzərində
küy
əmələ gəlir. Maraqlıdır ki, koronar arteriyanın dəliyi sistola zamanı
aortal qapaq il
ə örtülür; aorta koronar şunt damarının dəliyi isə sistola
zamanı açıqdır və sistolik qan cərəyanına məruz qalır. Onu da qeyd edək
ki, eyni hal diastola zamanı da baş verir, ancaq sonuncu halda əmələ
g
ələn küyün səsi xeyli zəif olur. Onu da qeyd edək ki, şunt damarının
okklüziyası baş verdikdə, sözügedən küy itir. Onu oturaq vəziyyətdə,
n
əfəsvermənin axırında, döş sümüyünün sol kənarı üzrə II-IV
qabırğaarası səhələrində eşitmək mümkündür (qısa, erkən sistolik küy).
Ümumiyy
ətlə, aorta-koronar şuntlamadan 6 ay sonra müvafiq küylər
xeyli z
əifləyir və bir il ərzində onlar qeyb olurlar.
Persistəedici küy
diqq
əti cəlb edir və o, arqument rolunu oynaya bilər.
Ağciyər arteriyasında onun qapaq və ya dəlik stenozundan başqa,
kötük, bifurkasiya, şaxə və sonrakı periferik damarlar tipli stenozlar rast
g
əlinə bilər. Çox vaxt o, məxmərək infeksiyasının təsiri altında, ana
b
ətnində baş verir. Belə hallarda katarakt, karlıq, boydan qalma, ağıl
z
əifliyi qeyd edilir. Ağciyər arteriyasının stenozu ilə əlaqədar əmələ
g
ələn sistolik və ya sistolodiastolik küy, qulaqcıqlararası çəpərin defekti
zamanı qeyd edilən küy kimi, döş qəfəsinin
hər yerində, demək olar ki,
57
eyni ucalıqda eşidilir. Əməliyyatdan sonra bu küylər qeyb olur. Ağciyər
arteriyası şaxələrində tromblar əmələ gəldikdə və ya tromboemboliyalar
baş verdikdə, nəfəsvermə aktında güclənən, antitrombotik və
antikoaqulyativ terapiyadan sonra itib ged
ən küylər rast gəlinə bilər.
Son ill
ər ərzində klinik kardiologiyada sistola zamanı baş verən
requrgitasiya küyl
ərini sistolik requrgitasiya küyləri adlandırırlar. Onlar
sistolanın və birinci tonun başlanması ilə meydana çıxır və bütün sistola
zamanı davam edərək, pansistolik xarakter daşıyırlar; ikinci tondan sonra
onlar eşidilmir. Ekstrasistola və ya seyrici aritmiya zamanı qəflətən
diastolanın uzanması, sözügedən küylərin ucalıq dərəcəsinə,
demək olar
ki, t
əsir göstərmir. Sonuncu onu sistolik qovulma küyündən
f
ərqləndirməyə imkan verir. Sistolik qovulma küyləri diastolanın qəflətən
uzanmasından sonra güclənir. Buna səbəb diastolanın uzanmasında son
diastolik h
əcminin artmasına baxmayaraq, aortada diastolik təzyiqin
diastolanın uzanması müddəti ərzində azalmasıdır. Başqa sözlə, növbəti
sistolada aortaya daxil olan qanın miqdarı artır, mitral requrgitasiyaya
uğrayan qanın miqdarı isə çox da dəyişilmir. Onu da qeyd edək ki, mitral
qapağın prolapsı, məməcikvarı əzələlərin işemiyası, miokardın fibrozu
zamanı, uzanmış diastoladan sonra, mitral requrgitasiya küyü zəifləyə
bil
ər. B tipli WPW sindromunda ürəyin sağ mədəciyinin
sol mədəciyə
nisb
ətən tez oyanıb erkən yığılmasına görə, mitral requrgitasiya küyü
uzanmış diastoladan sonra güclənə bilər. Bu zaman trikuspidal
requrgitasiya küyünün d
ə güclənməsi qeyd edilir.
Mitral requrgit
asiyanı mitral qapağın sol qulaqcığa prolapsı,
revmatik qapaq qüsuru v
ə xordanın cırılması yarada bilər. Çox az
hallarda
mitral requrgit
asiya sol qulaqcığın miksoması, mitral qapağın
fibroz
əsasının, yəni fibroz həlqəsinin kalsinasiyası, endokardial
yastıqcıqlarının defekti (atrioventrikulyar kanal), mitral qapağın ön
tayının degenerasiyası halında müşahidə edilir. Uşaqlarda mitral
requrgit
asiya küyü Marfan sindromunda, Ebşteyn anomaliyası zamanı,
endokardial fibroelastoz, k
əskin miokardit, məməcikvari əzələlərin və
endokardial yastıqcıqların disfunksiyası, ürəyin sol koronar arteriyasının
ağciyər arteriyası kötüyündən başlandığı anomaliyası zamanı rast gəlinir.
M
əmcikvari əzələlərin işemiyası, nekrozu, fibrozu, degenerasiyası və sair
patoloji d
əyişiklikləri müvafiq qapaq tayının disfunksiyasını və bu yolla
da requrgit
asiya küyünü yaradır. Miokardın ön-çəpər infarktında, çox
vaxt mitral requrgit
asiya meydana çıxır. Bu zaman mitral qapağın fibroz
h
əlqəsi genişlənir. Sonuncu isə məməcikvari əzələlərin dinsfunksiyasını
tör
ədir.
Mitral qapağa 120-yə qədər xord bağlanmışdır. Məməcikvari
əzələlərin disfunksiyası kimi, xordaların cırılması mitral requrgitasiya
tör
ədir.
Revma
tizm,
endokardit,
işemiya,
nekroz,
infarkt,
58