Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


oyun “Bax və müqayisə et”



Yüklə 2,56 Mb.
səhifə42/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   38   39   40   41   42   43   44   45   ...   106
SRTFM

4. oyun “Bax və müqayisə et”

Uşaqlara şəklin sağ və sol tərəfinə baxmağı təklif etmək. Onlar nə ilə fərqlənirlər? (sol şəkildə ağac soldadır, sağ şəkildə isə sağdadır; sol şəkildə pilləkan sağdadır, sağ şəkildə isə pilləkan soldadır; sol şəkildə oğlan aşağıda, sağ şəkildə isə yuxarıdadır.)




V. BÖYÜK QRUPDA RİYAZİ TƏSƏVVÜRLƏRİN FORMALAŞDIRILMASI.

1.Böyük qrup məşğələlərində riyazi işin təşkili.

“ Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı” böyük yaşlı qrupun uşaqlarında elementar riyazi təsəvvürlərin daha da genişləndirilməsini, dərinləşdirilməsini və ümumiləşdirilməsini, sayma fəaliyyətinin inkişaf etdirilməsini nəzərdə tutur. Uşaqlar 5-ə qədər ancaq görmə hissi ilə qavranılan əşyaları deyil, həm də səsləri, əl ilə toxunmaqla qavranılan əşyaları, hərəkətləri saymağı öyrənirlər.Uşaqların əşyaların sayının onların ölçülərindən. Fəzada yerləşməsindən və sayma istiqamətindən asılı olmaması haqqında təsəvvürləri dəqiqləşdirilir.

Onlar müxtəlif əşyalardan çoxluqlar tərtib etmək nümunələri üzərində 5-ə qədər ədədlərin vahidlərdən ibarət miqdar tərkibi ilə tanış olurlar. Əyani vəsaitlərə istinad edərək 5 dairəsində qonşu ədədləri müqayisə edərək, onlardan hansının az, hansının çox olduğunu mənimsəyirlər, ədədi ardıcıllıq-natural sıra haqqında elementar təsəvvür alırlar.

Böyük qrupda uşaqlar əşyaları və həndəsi fiqurları 2 və 4 hissəyə bölməyi öyrənirlər. Onlar tam və hissəni müqayisə edirlər.

Bu qrupda fəza və zaman təsəvvürlərinin formalaşmasına böyük diqqət verirlər. Belə ki, uşaqlar əşyaların ölçülərini 3 ölçü-uzunluq, en və hündürlük baxımından qiymətləndirməyi öyrənirlər; onların kəmiyyətlərin xassələri haqqında təsəvvürləri dərinləşdirilir.

Uşaqlara formaca yaxın olan həndəsi fiqurları: dairə və ovalı fərqləndirməyi, tədriclə əşyaları formalarına görə təhlil və təsvir etmək öyrədilir.

Uşaqlarda bu və ya başqa əşyanın özünə və başqa əşyaya görə vəziyyətini sözlə müəyyən etmək bacarığı möhkəmləndirilir.Məs. “Məndən solda qapı var. Məndən qabaqda stol var.” “Dovşandan sağda ayı dayanmışdır, dovşandan solda isə at dayanmışdır”

Fəzada səmtləşmə bacarığını yeriyərkən, qaçarkən, qimnastika hərəkətlərini yerinə yetirərkən inkişaf etdirirlər. Uşaqlar həftənin günlərinin adlarını və ardıcıllığını yadda saxlayırlar.




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə