Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Tədrisin metod və priyomları



Yüklə 2,56 Mb.
səhifə44/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   40   41   42   43   44   45   46   47   ...   106
SRTFM

Tədrisin metod və priyomları. Böyük qrupda riyaziyyat məşğələlərində tədrisin əyani, şifahi və təcrübi metod və priyomları əsasən kompleks halda tətbiq edilir. 4-5 yaşlı uşaqlar tərbiyəçinin qoyduğu idraki məsələni başa düşməyə və onun göstərişinə uyğun hərəkət etməyə qabildirlər.

Tərbiyəçi elə situasiya yaradır ki, mövcud biliklər verilmiş sualın cavabını tapmaq üçün kifayət etmir və yeni bir şey öyrənməyə ehtiyac yaranır.Məs. Tərbiyəçi soruşur: “Necə bilmək olar, stolun uzunluğu enindən nə qədər böyükdür?” Uşaqlara məlum olan yanınaqoyma priyomunu tətbiq etmək olmaz. Tərbiyəçi onlara uzunluğu müqayisə etmək üçün yeni ölçmə priyomunu göstərir.

Hər hansı oyun və ya təcrübi tapşırığın yerinə yetirilməsi təklifi axtarışa sövqedici səbəbdir. (tayını tapmaq, verilmiş düzbucaqlıya bərabər düzbucaqlı hazırlamaq, hansı əşyaların çox olmasını müəyyən etmək və s.)

Uşaqların paylama materialları ilə müstəqil işlərini təşkil edərək tərbiyəçi onların qarşısında vəzifələr qoyur. (yoxlamaq, öyrənmək, yeni bir şey öyrənmək və s.)

“Bərabərdir”, “bərabər deyil”, “böyükdür-kiçikdir”, “tam və hissə” və s. riyazi anlayışlar müqayisə əsasında formalaşır.Uşaqlar artıq tərbiyəçinin rəhbərliyi altında əşyaları ardıcıl nəzərdən keçirir, onların eyni əlamətlərini seçir və tutuşdura bilirlər. Uşaqlar müqayisə əsasında sadə nəticələr çıxarırlar.

Əqli fəaliyyətin (analiz, sintez, müqayisə, ümumiləşdirmə) inkişafına böyük qrupda böyük diqqət verirlər. Bu əməliyyatların hamısını uşaqlar əyaniliyə istinad edərək yerinə yetirirlər.

Əgər kiçik qruplarda bu və ya başqa xassəni ilk dəfə müəyyənləşdirərkən ancaq bir xassə ilə fərqlənən (uzundur-qısadır anlayışını aydınlaşdırarkən zolaqlar ancaq uzunluqları ilə fərqlənirdi) əşyalar müqayisə edilirdisə, indi 2-3 fərqləndirici əlaməti olan əşyalar verilir. Məs. Ancaq uzunluqları ilə fərqlənən zolaqlar deyil, həm də rəngləri ilə fərqlənən zolaqlar verilir.

Uşaqlara əvvəlcə əşyaları iki-iki müqayisə etməyi, sonra isə bir neçə əşyanı tutuşdurmağı təklif edirlər. Onlar eyni bir əşyaları bir sırada düzürlər, yaxud gahbu, gah da başqa əlamətlərinə görə qruplaşdırırlar. Müqayisə tutuşdurma üstəqoyma, yanınaqoyma, sayma, “ölçmənin modelləşdirilməsi” .sasında aparılır.

Bu işlərin nəticəsində uşaqlar obyektlərin miqdarlarını bərabərləşdirir. Yaxud onların bərabərliyini pozurlar. Yəni riyazi xarakterli elementar əməlləri yerinə yetirirlər.

Bu yaşda uşaqlar məsələlərin məzmununu və onların həlli üsullarını təcrübi işlərin gedişində dərk etdiklərindən, onların buraxdığı səhvlər daima didaktik material üzrə işlə düzəldilir.

Böyük qrupda əyani vəsaitlərin növlərini artırırlar və onların xarakterini bir qədər dəyişirlər. İllüstrativ material olaraq oyuncaqlardan, əşyalardan istifadə olunması davam etdirilir. Lakin indi şəkillər, əşyaların rəngli və siluet təsvirləri, əşyaların sxematik şəkilləri üzrə iş böyük yer tutur.

Tədris ilinin ortalarından başlayaraq sadə sxemlər, məs. Ədədi fiqurlar, ədədi pilləkən, yolun sxemi daxil edilir. Bəzən əyani vəsait kimi şərti nişanlardan da istifadə edilir. Məs. Uşaqlar avtobusda kimlərin çox olduğunu tapırlar: oğlanlar böyük üçbucaqlarla, qızlar isə kiçik üçbucaqlarla işarə edilmişdir. Təcrübə göstərir ki, uşaqlar belə abstrakt əyaniliyi asanlıqla qəbul edirlər. Əyanilik uşaqları fəallaşdırır və sərbəst hafizə üçün istinaddır.

Böyük qrup uşaqları ilə aparılan işdə şifahi danışıq təlim priyomunun rolu artır. Tərbiyəçinin göstərişləri və izahatı uşaqların fəaliyyətini istiqamətləndirir və planlaşdırır. İzahatın gedişində tərbiyəçinin sualları uşaqları eyni bir məsələnin müxtəlif həlli üsullarını axtarıb tapmağa həvəsləndirir, onlarda müstəqilliliyin yaradılmasını stimullaşdırır: “Daha necə etmək olar? Daha necə demək olar?”

Uşaqlara eyni bir riyazi əlaqələrin və münasibətlərin xarakteristikasını vermək üçün müxtəlif ifadələr tapmağı öyrədirlər. Nitqdə yeni hərəkət üsullarının hazırlanmasının böyük əhəmiyyəti vardır. Buna görə paylama materialı ilə iş zamanı tərbiyəçi gah bu, gah da başqa uşaqdan onun nə etdiyini soruşur. Hərəkətlərin danışıqla müşayiət edilməsi uşaqlara onu dərk etməyə kömək edir. Istənilən tapşırıq yerinə yetirildikdən sonra sorğu aparılmalıdır.

Böyük qrupda şifahi oyunlardan və oyun-çalışmalardan istifadə edilir: “Əksini de!”, “Ardını say!”, “Kim tez deyər?”, “Nə uzundur?” və s.

Məşğələlərə marağı saxlamaq üçün tərbiyəçi oyunlardan, yarış elementlərindən, tapmacalardan, şeirlərdən, hekayə və nağıl parçalarından istifadə edə bilər. Əlbəttə ki, bunların məzmunu məşğələnin mövzusuna uyğun olmalıdır.




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə