Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Böyük qrupda miqdar və say anlayışı. 5 dairəsində sayın öyrədilməsi



Yüklə 2,56 Mb.
səhifə46/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   42   43   44   45   46   47   48   49   ...   106
SRTFM

2. Böyük qrupda miqdar və say anlayışı. 5 dairəsində sayın öyrədilməsi.

Böyük qrupda saymaq vərdişlərinin möhkəmləndirilməsinə böyük diqqət verilir: uşaqlara əşyaları soldan sağa saymağı, sayın nəticəsini adlandırmağı öyrədirlər.

İndi uşaqlara əşyaları məsafədən, danışmadan, ürəyində saymaq təklif edilir. Böyük yaşlılar qrupunda ədədləri yadda saxlamağı inkişaf etdirməyə başlayırlar. Bundan ötrü əşyaları saymağa aid çalışmalar tədriclə mürəkkəbləşir. Məs. uşaqlara eyni vaxtda iki ədəd deyirlər, dərhal təklif edirlər ki, iki növ əşyaları, ya da eyni növdən, lakin rəngi, yaxud ölçüləri müxtəlif olan əşyaları sayıb ayırsınlar.Əşyaların adlarını onların qoyulduğu yerlə əlaqələndirirlər.

Əşyaları saymaq və sayıb ayırmaq vərdişlərinin möhkəmləndirilməsinə yönəldilmiş işlə paralel halda uşaqları həndəsi fiqurları ayırmaqda, əşyaların ölçülərini müqayisə etməkdə çalışdırırlar. Bəzi fəza təsəvvürlərini möhkəmləndirirlər: əşyanın özünə nəzərən yerini-qabaqda, arxada, solda, sağda; kağız vərəqində təsvir olunan əşyaların vəziyyətini yuxarıda, aşağıda, solda, sağda, ortada.

Bu qrupda əsasən kombinəedilmiş çalışmalardan istifadə edirlər, yəni eyni vaxtda iki-üç proqram məsələsi üzərində işlənilir. Məs. Uşaqları eyni vaxtda səsləri saymaqda və iki əşyalar toplusunu tutuşdurmaqda və bərabərləşdirməkdə, ədədlərin əmələ gəlməsində çalışdırırlar.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə