Sadə riyazi təsəvvürlərin formalaşması metodikası


Məktəbəhazırlıq qrupunda fəzaya görə səmtləşmə anlayışının öyrədilməsi



Yüklə 2,56 Mb.
səhifə92/106
tarix23.04.2022
ölçüsü2,56 Mb.
#85950
1   ...   88   89   90   91   92   93   94   95   ...   106
SRTFM

15. Məktəbəhazırlıq qrupunda fəzaya görə səmtləşmə anlayışının öyrədilməsi.

Uşaqlar məktəbəhazırlıq qrupunda fəza münasibətlərində müstəqil səmtləşməlidirlər. Onlar evdən uşaq bağçasına gedən yolu, yaxınlıqdakı ərzaq mağazasının, məktəbin, aptekin yerini bilməli, küçə hərəkət qaydalarını mənimsəməlidirlər.

Müstəvi üzərində səmtləşmək bacarığının inkişaf etdirilməsinin böyük əhəmiyyəti var.

Birinci sinif şagirdləri vərəqin sol və sağ səhifələrini, yuxarı və aşağı hissələrini tapırlar, göstərilən istiqamətdə xətlər çəkirlər və s. Göstərilən vəzifələri ancaq uşaqları məktəbəqədər tərbiyə müəssisələrində hazırlamaq şəraitində müvəffəqiyyətlə yerinə yetirmək olar.

Bütün iş qoşa əks istiqamətləri ayırmaq əsasında qurulmalıdır: sağa-sola, irəliyə-geriyə və s.

Uşaqların fəzada səmtləşməsini onların hərəkətlə əlaqəli halda yiyələnməsini təmin etmək xüsusilə vacibdir. Onlar ancaq əşyalar arasındakı istiqamətləri və münasibətləri təyin etməklə kifayətlənmirlər, həm də həmin biliklərdən istifadə etməyi bacarmalıdırlar.

Uşaqların nitqinə içində, üstdə, altında, üstündə, qabaqda, arxada, yuxarıda, aşağıda, bir-birinin dalınca, arasında, qarşısında, sol, sağ və s. sözlər daxil edilir.

Hər şeydən əvvəl sağ və sol əlləri fərqləndirmək bacarığını möhkəmləndirmək və bunun əsasında sağa, sola istiqamətlərini müəyyənləşdirmək zəruridir.

Fəza istiqamətləri bədən tərbiyəsi, musiqi məşğələlərində daha da təkmilləşir. Məs. Sağa dönün, Sol ayağını irəli qoy. və s. Göstərilən istiqamətdə hərəkət etməyi öyrətmək məqsədilə didaktik və hərəkətli oyunlardan istifadə edirlər. Uşaqlar gözü bağlı hərəkət edirlər, cəld hərəkət tempində səmtləşirlər. Məs. “Dovşanlar və canavarlar”, “Dabanbalığı və durnabalığı” hərəkətli oyunlarında uşaqlar siqnal verildikdə canavardan və durnabalığından qaçırlar və evdə gizlənirlər. O, dovşan və ya dabanbalığı gizlənmiş hesab olunur ki, onun evi (stul, qutu, kub) tərbiyəçinin verdiyi tapşırığa uyğun yerləşmi. Olsun: uşaqdan qabaqda (irəlidə), və ya dalda (arxada), solda və ya sağda.

Uşaq bağçasına yaxın ətrafda səmtləşmək bacarığını inkişaf etdirmək üçün xüsusi çalışmalar aparılır: “Mağazaya necə getmək olar?”, “Uşaq məktəbin harada yerləşdiyini, ora hansı küçə ilə və hansı istiqamətdəə getmək, harada dönmək lazım olduğunu söyləyir”.

Uşaqlara gözəçarpan əşya oriyentlərini seçməyi, onlar arasındakı fəza münasibətlərini, bir əşyadan başqa əşyaya tərəf getmək istiqamətini müəyyənləşdirməyi öyrətməkdə davam edirlər.

Böyük qrupda uşaqlar əşyanın başqa əşyaya nəzərən vəziyyətini. Həmçinin ətraf əşyalar içərisində öz vəziyyətini təyin etmək bacarığına yiyələnmişlər. Onlar indi bu və ya başqa əşyanın tutduğu vəziyyətə fikrən özlərini qoymağı öyrənməlidirlər. Bu məqsədlə 900 və 1800 dönmədə bu və ya başqa əşyanın özlərindən olan vəziyyətinin istiqamətinin təyin edilməsinə aid çalışmalar verirlər. (Glincik qabaqda idi; uşaq döndü və o sağda oldu və s.)

Böyükqrupda istifadə olunmuş oyun-çalışmalarına analoji oyunlar aparırlar: “nəharadadır?”, “Tapşırıq”, “Gizlənpaç”, “Nə dəyişdi?” və s.

Əşyaların miqdarını artırıb, onların düzülüşünü dəyişdirib, səmtləşmə sahəsini genişləndirib tapşırığı mürəkkəbləşdirirlər. Bu halda təyin etmənin cəldliyinə tələbi artırırlar, yarış elementləri daxil edirlər.

Burada vacib odur ki, uşaqlar əşyaların ancad fəza yerləşməsini deməsinlər, həm də izah etsinlər, əşyalar arasındakı zahirən göstərilən fəza münasibətlərini arxasında gizlənən səbəb, nəticə və s. əlaqələri müəyyənləşdirsinlər.

Uşaqlar fəza münasibətlərini göstərən terminləri öz nitqlərində işlətmək bacarığını aşılamaq üçün şifahi oyunlar məsləhət görülür: “Tərsinə”, “Cümləni tamamla” və s.

Atmacalı-əyləncəli məsələlərdən dəistifadə etmək faydalıdır. Məs. Tapın görək, Arif Solmazdan solda, Solmaz isə Nailədən sağda oturmuşsa, Solmaz Arifdən solda, Nailə isə Solmazdan sağda oturmuşsa, Solmaz Arifdən sağda və Arif ilə Nailənin arasında oturmuşsa Arif, Solmazvə Nailə hansı qaydada oturmuşlar.

Bundan başqa riyaziyyat məşğələlərində müstəvidə səmtləşməni öyrətmək məqsədilə həndəsi formalarla görmə imlaları verməyin böyük əhəmiyyəti var.

Tapşırığı tədriclə çətinləşdirirlər: fiqurların miqdarını artırırlar, onların düzülüş xarakterini dəyişirlər, oyunlar verirlər: “Kimin yadındadır?”, “Kimdə nə alınar?”, “Qoşa kartoçkalar” və s.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə