Şah İsmayil Xətai əsərləri



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/28
tarix25.06.2018
ölçüsü4,8 Kb.
#51013
1   ...   20   21   22   23   24   25   26   27   28

_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
146
Səbr ilən olur ziburə mey dəx
Səbr ilə yetər muradə şey dəx. 
Tut yapraqı səbrilən olur bəz, 
Səbrilən olur şərab əz-rəz. 
Səbr ilən açıldı qönçeyi-təng. 
Həm səbridən oldu ləl əz-səng. 
Həm səbr ilə tutdu çini rəngi, 
Səbr ilən alır çatık pələngi. 
Səbr ilə kişi məramə yetdi, 
Həm səbrilə təşnə camə yetdi. 
Məcnun bə səbr buldu Leyla
Səbrilə çıxar zisər bu sevda. 
Səbr ilə dytar cahan nizami, 
Səbr ilə yetər könül mərami. 
Səbr ilə tapar cahan vüqari, 
Qul səbrilə buldu kirdkari. 
Səbrilə verir zəmin nəbatat, 
Səbrilə yetir göyə minacat. 
Səbri yox olanə çox xəpəcdip
Çün səbr fütuh hər fərəcdir. 
Əksikliyini, budur, yəqin bil, 
Bəs qılma işində dəxi təcil. 
Məndən yeri vargil ol fəqirə, 
Ol hicrim əlində dil-əsirə, 
Çox etdi əgərçi ol şikayət, 
Çəkdi vəli cövr binəhayət. 
Bəm yükünə qıldı fil təki zup, 
Oldu qəm ilən vücudi çün mup. 
Içdi yüküş ol fəraq zəhrin, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
147
Ondan götürüm bu zəhp qəhrin. 
Zəxm etdi ona sənani-bəmzəm
Ləlimdən idi o zəxmə mərhəm. 
Tükəndi qərarü səbrü huşi, 
Rahət meyi ola şimdi nuşi. 
Tökdü qanını bu qəmzeyi-tiz, 
Verpəm diyət əz-ləbi-şəkəppiz. 
Verdim ona cövr ilən məmati, 
Bir bus ilə bəxş edib həyati. 
Boynuna qılım qolum həmayil, 
Heyrət bilə, ola əqli zayil. 
Vəslimə qılım bu gecə vasil
Kim, ola qamu müradi hasil. 
Bu şeri degil o xəstə halə, 
Bilsin ki, qəbul olur vüsalə. 
 
 
ŞER ƏZ ZƏBANI-MƏŞUQ 
BƏ TƏRIQI DƏVƏTI-VISAL 
 
(Məşuqə dilindən vüsala dəvət) 
 
Gəlgil bəri, ey görən cəfalər! 
Kim, yar sənə qılur vəfalər. 
 
Gəlgil ki, əgərçi pür xətasən, 
Çin oldu yanımda hər xətalər. 
 
Gəlgil bəri, ey pür əz-bəla dil, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
148
Imşəb bulasan şəfa bəlalər. 
 
Gəlgil bəri, ey bəmimdə bimar, 
Kim, bu gecə yar edər dəvalər. 
 
Ey xəstə Xətai gəl ki, yarın, 
Könlün aluban qılur vəfalər! 
 
 
AMƏDƏNI-SƏBA BƏSUYI-AŞIQ 
BA XƏBƏRI-MÜCDƏ 
 
(Sabanın Aşiqə mücdə verməsi) 
 
Əzm etdi Səba bə şadkami, 
Kim, tapdı o dilşikəstə kami. 
Sürdü atını rəvan rəvani, 
Istərdi kim, alə mücdəgani. 
Çün gəldi irişdi tərfi-babə
Min irdi fərəh bab ilə rabə. 
Gizləndi bə-tərfi-gülüstan ol, 
Eşqimni qılıpdı imtəhan ol. 
Mən dutmuş idim bu çeşmi bəp-rah, 
Ta kim, gələ əztəriqi-dərgah. 
Nagah Səbayi-nikxahim, 
Qapdı gəlübən zisər gülahim. 
Aydır, di, ver imdi mücdəkani, 
Gəlsin, dedi, ol nigari-cani. 
Kim, bu gecədir zəmani-vəslət, 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
149
Vəqti-tərəbü hüzurü işrət. 
Bu sözün onun çü guş qıldım, 
Xızr abi idi ki, nuş qıldım. 
Bu mürdə tənim bulub həyatı, 
Tapdi dilü can zibəm nicatı. 
Rəqs eylər idi tənimdə canım, 
Bu şeri oxur idi zəbanım. 
 
 
ŞER ƏZ ZƏBANI-AŞIQ BƏ 
 TƏRIQI-KAMRANI 
 
(Aşiqin sevinci) 
 
Bəh, bəh ki, mənəm o cismi-bican! 
Kim, nagah ona ulaşdı bir can. 
 
Bəh, bəh ki, mənəm o Xızrə nisbət, 
Kim, ona yoluxdu abi-heyvan. 
 
Bəh, bəh ki, mənəm səqimi-möhlik, 
Hatifdən ona irişdi dərman. 
 
Bəh, bəh ki, mənəm şikəstə Yəqub, 
Kim, buldu vüsal xubi-Kənan. 
 
Bəh, bəh ki, mənəm Əzizi-Kəbə, 
Hənnanə irişdi, buldu Mənnan. 
 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
150
Bəh, bəh ki, mənəm o muri-pamal, 
Kim, verdi ona nikin Süleyman. 
 
Ey xəstə Xətai, şakir ol kim, 
Mehrilə vüsalə döndi hicran. 
 
 
AFƏRIN KƏRDƏNI AŞIQ BƏ SƏBA 
VƏ FORISTADƏN PIŞ MƏŞUQ 
 
(Aşiqin Səbani tərif etməsi 
və Məşuqə yanına göndərməsi) 
 
Dedim ki, Səbayə: şad bulgil, 
Bər kami-dilü mürad bulgil. 
Xoş, zindədilü rəvan-fərəssən, 
Pürmüşk sözün qəbulnəfəssən. 
Qıldın bu vəfalıbı mənimlən, 
Can ola fəda sənə tənimlən. 
Dur bir dəxi var ol həbibə, 
Ol dərdə düşənlərə təbibə. 
Söylə ki, dedi o mehribanın, 
Layiq nə gətirsin ərməbanın? 
Şahlar nəzərində töhfə xoşdur! 
Yazıq onadır ki, dəsti boşdur. 
Gözdən düri-şahüvar aparsam
Ya cani pür əz-qubar aparsam. 
Can nəstə deyil, bərayi-canan, 
Dür qədri nədir bə-pişi-sultan? 


_________________________________________________________________________________________ 
www.ocaq.net 
 
 
 
151
Gövhər kişinin öz ərməbani, 
Öz qədri, misali, tərcümani. 
Kim, muri-fəqir ba-Süleyman, 
Payi mələxi apardı, büryan! 
 
 
NAMEYI-DƏHHOM 
 
(Onuncu məktub) 
 
RƏFTƏNI-SƏBA BƏ PIŞI-MƏŞUQ 
 CƏHƏTI-ƏRMƏBANO HƏDIYYƏ 
 
(Səbanın Məşuqə yanına 
 hədiyyə barədə getməsi) 
 
Çün yetdi Səba o yar qatına, 
Ol türki-vəfagüzar qatına. 
Söyləşdi, cavabın aldı gəldi, 
Hər sözdə səvabın aldı gəldi. 
Başdan diləmiş ki, dur gətirsin, 
Bir damən onunla pür gətirsin. 
Həm, beylə əqiqi-pürbəhalər, 
Yüzdən dəxi dürlü kəhrəbalər 
Qılsın yenə neçə nəzmi-əbyat, 
Fikr etsin ona həzar kərrat. 
Bu qəsd ilə, kim, qavışdı həsrət, 
Dəf oldu bəmü bəlavü möhnət. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə