Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə116/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   112   113   114   115   116   117   118   119   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13: 

Qalıq təsirlər və yekun 

 

 



Dekabr 2011 

 

13/9 



Yekun variant

 

bağlanılmasına dair qabaqcadan məlumatlandırılacaq. Dəmir yolunun işinə və əlaqədar vaxt 



qrafiklərinə  təsir göstərə bilən fəaliyyətlər Azərbaycan Dəmir Yolları  İdarəsi ilə 

razılaşdırılacaq. Belə  nəzərdə tutulur ki, avtomobil və  dəmir yolu istifadəçilərinin yoldan 

normal istifadə rejiminin pozulmasının mənfi təsiri olacaq. 

 

İşçi qüvvəsinin ixtisarı 

 

Layihənin sonuna doğru fəaliyyətlər azaldığından, işçi qüvvəsinin məşğulluğuna xitam 



veriləcək. Buna baxmayaraq, belə başa düşülür ki, əsas  ŞD2 layihəsi ilə bağlı  işlər  ŞD2 

infrastruktur layihəsinin tamamlanmasından dərhal sonra başlanacaq. ŞD2 layihəsi məşğulluq 

üçün  əlavə imkanlar təmin edəcək və ona görə  də  işçi qüvvəsinin ixtisarı ilə bağlı  təsirlərin 

yaranma ehtimalının cüzi olacağı nəzərdə tutulur. 

 

13.4 Kumulyativ 

və transsərhəd təsirlər və təsadüfi hadisələr 

 

ŞD2 infrastruktur layihəsi ilə bağlı kumulyativ təsirlər, potensial transsərhəd təsirlər və 



təsadüfi hadisələrin təsirləri qiymətləndirilmişdir. (Kumulyativ təsirlər dedikdə paralel şəkildə 

aparılan digər işlərin bu layihə ilə birlikdə toplam təsirləri nəzərdə tutulur). 

 

ŞD2 infrastruktur layihəsi ilə bağlı müxtəlif qalıq təsirlər arasında olan və kumulyativ təsirlə 



nəticələnən qarşılıqlı  əlaqə potensialı  nəzərdən keçirilmişdir. Bütün gözlənilən layihə 

fəaliyyətlərinin kumulyativ təsiri (paralel şəkildə aparılan digər işlərin bu layihə ilə birlikdə 

toplam təsirləri) “Narahatlıqların idarə olunması planı”nın yerinə yetirilməsi vasitəsilə idarə 

ediləcək. Bu plan tikinti işləri ilə yaranan səs-küy, tikinti işlərinin aparıldığı ərazidən gələn işıq, 

qoxular, həşəratlar və ziyanvericilər ilə bağlı meydana çıxan narahatlıq amillərinin qarşısını 

almaq üçün istifadə edilən prosesi təfərrüatı ilə əks etdirəcək. Bundan əlavə, icma ilə əlaqə 

saxlanılması  və icmanın  şikayətlərinin cavablandırılması mexanizmi qismində  “İcma ilə 

qarşılıqlı  əlaqə  və sosial sahəyə  təsirin idarə olunması planı” həyata keçiriləcək və 

saxlanılacaq. 

 

Mövcud nəzarət tədbirlərinin tətbiq olunmasını  nəzərə alaraq, belə hesab edilir ki, layihə ilə 



bağlı qalıq təsirlər arasındakı potensial təsirləri azaltmaq və idarə etmək üçün müvafiq 

tədbirlər qəbul edilmişdir. 

 

Mövcud məlumatların nəzərdən keçirilməsinə  əsasən, belə başa düşülür ki, terminal 



yaxınlığında aşağıdakı layihələr (bu layihələr, öz yerinə  və miqyasına  əsasən,  ŞD2 

infrastruktur layihəsinin təsirləri ilə qarşılıqlı  əlaqəyə girmək potensialına malikdir) 

planlaşdırılır və ya tikilməkdədir: 

 

 



Qızıldaş sement zavodu – Terminaldan şimala doğru təxminən 4 km məsafədə 

yerləşəcək;  

 

Qaradağ sement zavodunda qurutma sobasının modernləşdirilməsi  layihəsi – 

Mövcud Qaradağ sement zavodunun (şərqə doğru təxminən 6 km) modernləşdirilərək 

yeni qurutma sobası texnologiyasının quraşdırılması və hasilatın artırılması; və  

 

Yeni avtomagistral yol qovşağı – Terminalın bilavasitə  cənubunda yerləşəcəyi və 

ŞD2  İnfrastruktur işlərinin bir hissəsini təşkil edən Terminalın yeni giriş-çıxış yolu ilə 

birləşəcəyi planlaşdırılır. 

 

Paralel şəkildə aparılan digər işlərin bu layihə ilə birlikdə toplam təsirlərinin qiymətləndirilməsi 



nümayiş etdirdi ki, ŞD2 infrastruktur layihəsi və terminalın yaxınlığında planlaşdırılan və ya 

tikilməkdə olan digər layihələr ilə bağlı mənfi kumulyativ təsirlərin məhdud dərəcədə olacağı 

gözlənilir. 

 

ŞD2 infrastruktur Layihəsinin və  Qızıldaş Sement Zavodunun tikinti qrafiklərinin üst-üstə 



düşməsini ehtimal etdikdə, mənfi təsir yaratmaq üçün ən böyük potensiala malik aspekt yol-

nəqliyyat hərəkətinin pozulmasıdır. Həmçinin  ŞD2 infrastruktur layihəsi və avtomagistral yol 

qovşağı ilə bağlı olaraq həssas reseptorlarda kumulyativ səs-küy təsirlərinin (paralel şəkildə 

aparılan digər işlərin bu layihə ilə birlikdə toplam təsirlərinin) də baş vermə potensialı 

mövcuddur. Ona görə  də tikinti podratçılarının və magistral yol tikintisini həyata keçirən 



Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13: 

Qalıq təsirlər və yekun 

 

 



Dekabr 2011 

 

13/10 



Yekun variant

 

təşkilatın  əlaqə saxlaması lazım gələcək ki, işlərin qrafikinin planlaşdırılması  və müvafiq 



təsirazaltma tədbirlərindən istifadə olunması vasitəsilə bu təsirlər minimuma endirilsin. 

 

Daha çox məşğulluq imkanları  və iqtisadi gəlirlərin artması ilə bağlı bir sıra  əhəmiyyətli 



müsbət kumulyativ təsirlər (paralel şəkildə aparılan digər işlərin bu layihə ilə birlikdə toplam 

təsirlər) mövcuddur.   

 

Təsadüfi hadisələr müntəzəm və qeyri-müntəzəm fəaliyyətlərdən ayrıca nəzərdən keçirilir, 



çünki onlar yalnız texniki nasazlıq, insan xətası  nəticəsində  və ya bir sıra təbiət hadisələri 

(seysmik hadisələr kimi) nəticəsində meydana çıxır. 

 

ŞD2 infrastruktur layihəsinin işləri ilə bağlı potensial təsadüfi hadisələrə aşağıdakılar daxildir: 



 

 Tikinti 

fəaliyyətləri  ərzində mövcud boru kəməri dəhlizi daxilində boru kəmər(lər)inə 

təsir; 


 Tikinti 

düşərgəsi/obyektləri yerləşən ərazi daxilindəki yanacaq çənlərində hermetikliyin 

itməsi; 

 Yanacaq 

avtosisternlərində, çəlləklərdə, orta tonnajlı konteynerlərdə  və ya yanacaq 

daşıma konteynerində hermetikliyin itməsi; 

 Kiçik 

dağılmalar/sızmalar ilə bağlı kiçik həcmli dağılmalar; 

 Çirkab 

suyunu 


təmizləmə qurğusunun sıradan çıxması; 

 Yeraltı neft separatorlarının və ya septik çənlərin dolub daşması; 

 Su 

axarlına və ya Xəzər dənizinə beton sızması; və 



 Torpaq 

qalaqlarından və açıq qruntdan lilli suyun axmasına səbəb olan daşqın 

hadisələri. 

 

Layihənin dizayn mərhələsində təsadüfi hadisələrin təsirinin azaldılması üzrə tədbirlər nəzərə 



alınıb və bu tədbirlərə aşağıdakılar daxildir: 

 

 



Mövcud boru kəmərlərinin xəritələşdirilməsi vəziyyətinin qiymətləndirilməsi; 

 

Mövcud boru kəmərlərinin üzərindən suötürücülərin / kəsişmələrin inşa edilməsi; 



 

İNL avtomobil yolunda beton baryerlərdən və basdırılmış boru kəməri mühafizə 

vasitəsindən istifadə edilməsi; 

 

Bəndlər və qapalı sahələr; və 



 Yeraltı və septik çənlərin layihələşdirməsi. 

 

Bundan  əlavə, dağılma riskinin minimum olmasını  təmin etmək üçün tikinti işləri  ərzində 

prosedurlar və  nəzarət tədbirləri həyata keçiriləcək.  Əsas nəzarət tədbirlərinə  aşağıdakılar 

daxildir: 

 

 Sahənin drenaj sistemi və çirklənmə  təhlükəsi ilə bağlı  xəritələrin hazırlanması (bu 



xəritələr potensial çirklənmə yollarının mənbələrini və əsas reseptorları əks etdirir); 

 

Bütün personal üçün dağılmalara qarşı cavab tədbirləri üzrə müvafiq təlim keçirilməsi; 



və 

 Bütün 


dağılmaların  əsas təfərrüatlarını, o cümlədən bərpa işlərini (tələb olunduqda) 

sənədləşdirən dağılmalar haqqında qeydiyyat jurnalının tutulması. 

 

Bundan  əlavə,  ŞD2 infrastruktur layihəsində  işlər başlanılmazdan  əvvəl “Dağılmalara qarşı 



cavab tədbirləri planı” hazırlanacaq. Bu sənəd BP şirkətinin “Neft dağılmalarına qarşı cavab 

tədbiri planları” (NDQCTP) ilə uyğunlaşdırılacaq və üzərindən kəsişmələrin quraşdırılacağı 

boru kəmərlərini idarə edən 3-cü tərəflərə  məxsus boru kəməri sahibləri tərəfindən 

dəstəklənən planlarla inteqrasiya olunacaq.  




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə