Şahdəniz 2
infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 13:
Qalıq təsirlər və yekun
Dekabr 2011
13/3
Yekun variant
mq/m
2
/gün olacağı hesablanıb. Bu, normativ göstərici olan 133 mq/m2/gün
1
ilə müqayisə
oluna biləcək səviyyədir. Tozla mübarizə aparmaq üçün mövcud tədbirlərə torpaq yollarda
nəqliyyat vasitələrinin sürətinin məhdudlaşdırılması, təsirə məruz qalmış səthlərdən meydana
çıxan tozla mübarizə aparmaq üçün sudan istifadə edilməsi və toz səviyyəsi həddindən artıq
olduqda işlərin dayandırılması kimi tədbirlər daxildir. Gözlənilir ki, ümumiyyətlə, tikinti işləri
nəticəsində əmələ gələn toz səviyyəsi yarımquraq ərazilərdə adi hallarda baş verən tozun
çökməsi üzrə mövcud fon səviyyələri kontekstində (495-896 mq/m
2
/s arasında olacağı
hesablanıb) nəzərə çarpan olmayacaq
2
.
Səs-küy
Sahədə işləyən texnika və maşınların fəaliyyəti nəticəsində terminal ətrafındakı həssas
reseptorlarda səs-küy səviyyələrindəki artımı hesablamaq üçün səs-küyün modelləşdirilməsi
aparılmışdır. Modelləşdirmə gözlənilən tipik tikinti fəaliyyətlərini əks etdirən real ssenariyə
əsaslanmışdır (yəni texnika və maşınların 50 %-i iş yerlərinin hüdudlarında, 50 %-i isə ŞD2
infrastruktur ərazisinin mərkəzində fəaliyyət göstərməklə).
Səs-küyün modelləşdirilməsinin nəticələri göstərdi ki, Əzimkənd, 3-cü Massiv, Ümid və ya
Səngəçal qəsəbələrində göstəricilərin normadan artıq olması proqnozlaşdırılmır. Ən
yüksək
səs-küy səviyyəsi Səngəçal qəsəbəsində proqnozlaşdırılıb, belə ki, burada səs-küy
səviyyəsinin 65 dB-lik limit göstəriciyə təxminən bərabər olacağı proqnozlaşdırılıb. Lakin
proqnozlaşdırılan səs-küy səviyyəsi ətraf mühitdəki səs-küyün mövcud fon səviyyəsinin orta
göstəricisindən, yəni 67 dB(A)-dan azdır. Bu, onu göstərir ki, tikinti işlərinin səs-küyü bu yerdə
mövcud səs-küy səviyyələrinin kontekstində əhəmiyyətli dərəcədə nəzərə çarpan olmayacaq.
Tikinti işləri zamanı səs-küy yaranmasında rol oynayacaq bütün fəaliyyətlər (o cümlədən
beton dağıtma və payavurma işləri) sahədəki tikinti texnikasının və maşınlarının fəaliyyətinin
ən intensiv dövrünə təsadüf etdikdə ehtimal edilən ən pis halda meydana çıxan təsirləri
müəyyənləşdirmək məqsədilə də qiymətləndirmə aparılmışdır. Belə bir qənaətə gəlinmişdir ki,
bu ən pis ssenaridə Əzimkənd və Ümid qəsəbələrində səs-küy səviyyəsi limit göstərici olan
65dB(A) qiymətinə bərabər olacaq, Səngəçal qəsəbəsində isə bu göstəricidən artıq olacaq.
Lakin bu reseptorda proqnozlaşdırılır ki, ən pis ssenaridəki səs-küy səviyyəsi ətraf mühitdəki
səs-küyün mövcud fon səviyyəsinə [67dB(A)] oxşar olacaq. Bu isə onu göstərir ki, tikinti
işlərinin səs-küyü mövcud səs-küy səviyyələrinin kontekstində əhəmiyyətli dərəcədə nəzərə
çarpan olmayacaq.
Səs-küyün təsirinin azaldılması üçün nəzərdə tutulmuş mövcud nəzarət tədbirlərinə tikinti
texnikasını və maşınlarını istifadə edilmədiyi zaman söndürmək
və sahədəki bütün tikinti
texnikasının və maşınlarının effektiv səsboğucu cihaz ilə təchiz olunmasını tələb etmək
daxildir. Bundan əlavə, aşağıdakı təsirazaltma tədbirləri də yerinə yetiriləcək:
Mümkün olduqda, beton dağıtma işləri aparılarkən pnevmatik çəkiclərin ətrafında
portativ səsboğucu ekranladan istifadə ediləcək; və
Torpağa payaların vurulmuş ilə əlaqədar sınaq payavurma işləri başlanmazdan əvvəl
yerli icmalara nəzərdə tutulmuş iş qrafiki və işlər barədə məlumat veriləcək.
Ümumilikdə, belə bir qənaətə gəlinmişdir ki, səs-küyün həm insanlara, həm də bioloji/ekoloji
reseptorlara təsiri orta mənfi dərəcədə olacaq.
1
Avstraliya normalarından götürülmüş ən sərt normativ səviyyələr, yəni 133 µg/m
2
/gün göstəricisindən istifadə
olunub. Hər hansı bir beynəlxalq göstərici mövcud deyil
.
2
Vanquan Ta və Tao Vanq (2004); ‘Çində quraq və yarımquraq ərazilərdə tozun çökməsinin ölçmələri’, Amerikanın
İnşaat Mühəndisləri Cəmiyyəti (ASCE) səh 1-10.
Şahdəniz 2 infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 13:
Qalıq təsirlər və yekun
Dekabr 2011
13/4
Yekun variant
Quru mühitinin və sahilyanı ərazilərin ekologiyası
Hesablamaya görə, ŞD2 infrastruktur layihəsi çərçivəsində boru kəmərinin dənizdən sahilə
çıxdığı ərazidə torpağın səth qatının çıxarılması, qazılmış torpağın daşınması, drenaj işlərinin
idarə olunması və hazırlıq işləri mövcud təbii yaşayış mühitlərinin təxminən 85 hektarının
çıxarılması ilə nəticələnəcək. İtki təsirə məruz qalmış ərazinin təxminən 50 %-ində daimi
xarakter daşıyacaq. Qalan ərazilər isə müvəqqəti istifadə ediləcək və sonradan bərpa
olunacaq.
ŞD2 infrastruktur ərazisi yaxınlığındakı yerli bitki örtüyü terminal ətrafındakı ərazi üçün
səciyyəvi olan flora növləri ilə xarakterizə olunur. Bunlar isə nə nadir növlərdir, nə də nəsli
tükənməkdə olan növlər. Tədqiqatlar göstərmişdir ki, səhra/yarımsəhra bitki örtüyünün
paylanmasında və ya vəziyyətində zaman keçdikdə əhəmiyyətli dəyişiklik müşahidə olunmur.
Terminalın cənubunda sulu-bataqlıq ərazi (vadinin təmizlənməsi işlərinin planlaşdırıldığı yer),
ilk növbədə, vadi sistemi vasitəsilə mövsümi su axınlarından asılıdır.
Lakin tədqiqatlar
mövcud olan növlərdə və ya sulu-bataqlıq zonanın ümumi əhatə dairəsində heç bir
əhəmiyyətli dəyişiklik olmadığını göstərmişdir (3-cü tərəfin tikinti fəaliyyətləri nəticəsində baş
verən hallar istisna olmaqla). Sulu-bataqlıq zonadakı təbii yaşayış mühitinin nadir olduğu
hesab edilmir və işlərin təsir etdiyi ərazi ümumilikdə təbii yaşayış mühitinin funksiyası üçün
həyati əhəmiyyətə malik deyil.
Terminal ətrafında qeydə alınmış quş növlərinin təxminən 12 %-i yerdə yuva salan quşlardır.
Lakin bu günə qədər aparılmış tədqiqatlar çərçivəsində ŞD2 infrastruktur layihəsinin ərazisi
daxilində yuvalayan quşlar üçün unikal dəyərə malik təbii yaşayış mühitinin mövcudluğunu
göstərən əlamətlərə rast gəlinməmişdir. Belə ehtimal edilir ki, terminal ətrafındakı ərazilərdə
olan quşlar sənaye müəssisələrinin və avtomobil nəqliyyatının səs-küyünə artıq öyrəşmişlər.
Terminal ətrafında fauna növləri az sayda qeydə alınmışdır, bunların sayı, dördü mühafizə
statusuna malik
növ daxil olmaqla
3
, altıdır. Yalnız Aralıq dənizi tısbağası
(Testudo graeca)
müvafiq qaydada qeydə alınmışdır. İşlərin təsirinə məruz qalan ərazi optimal təbii yaşayış
mühiti deyil və mövcud populyasiyalar üçün əhəmiyyətli hesab edilmir. İşlər kiçik müvəqqəti
dəyişiklikdən artıq hər hansı bir təsirə malik olmayacaq və fauna növlərinin populyasiyalarının
ekoloji funksionallığı olduğu kimi qalacaq.
Təsirlər mövcud nəzarət tədbirlərinin yerinə yetirilməsi vasitəsilə mümkün və lazım olduğu
qədər minimuma endiriləcək. Nəzarət tədbirlərinə aşağıda göstərilənlər üzrə tələb daxildir:
Canlılar aləminin mövcud olub-olmadığını aşkar etmək üçün bitki örtüyü götürülməzdən
əvvəl yoxlama aparılır və rast gəlinmiş canlı növlərinə ziyan vurulmaması məqsədilə
müvafiq tədbirlər görülməyənə qədər işlər dayandırılır;
Sulu-bataqlıq ərazilərə, çaylara və çay sahillərinə yaxın yerlərdə torpağın üst qatının
çıxarılması və bitkilərin təmizlənməsi minimuma endirilir; və
İşlər başlanılmazdan əvvəl canlılar aləmini aşkara çıxarmaq üçün qazılmış yerlərdə
gündəlik yoxlamalar aparılır.
“Canlılar aləminin idarə olunması planı” hazırlanacaq və həyata keçiriləcək ki, bu plan da öz
növbəsində, işlər aparılan zaman, o cümlədən ŞD2 infrastruktur işlərinin təsirinə məruz
qalmış ərazilərdə rast gəlinmiş hər hansı məməlilərin, sürünənlərin və ya İUCN (Təbii
Ehtiyatların Mühafizəsi üzrə Beynəlxalq Birliyin) siyahısına və Azərbaycanın “Qırmızı kitab”ına
düşmüş hər hansı növlərin planlaşdırılmış köçürülməsi zamanı yerli canlılar aləminə və təbii
yaşayış mühitlərinə təsiri minimuma endirmək üçün nəzərdə tutulmuş fəaliyyətlər və tədbirlər
müəyyənləşdirilir.
Qiymətləndirmə nəticəsində belə bir qənaətə gəlinmişdir ki, ŞD2 infrastruktur işlərinin ekoloji
reseptorlara təsiri orta mənfi təsirdən artıq olmayacaq.
3
O cümlədən IUCN Az Riskli/Nəsli Tükənmək Təhlükəsinə Yaxın, IUCN Həssas və Azərbaycanın Qırmızı
Kitabındakı növlər.