Şah Dəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi
Fəsil 12:
Ətraf Mühitin və Sosial Sahənin İdarə
Olunması
Dekabr 2011
Yekun variant
12/5
Mövzu
Əsas Tələblər
Sızmalara qarşı
cavab tədbirləri,
məlumat verilməsi
və nəticələrin
aradan qaldırılması
işləri
Podratçılar Sızmalara qarşı cavab tədbirləri Planını və Məlumatların verilməsi Planını
hazırlayacaq və tətbiq edəcək.
Nəqliyyat və daşıma
Podratçı sahədəki nəqliyyat vasitələrini və piyadaları effektiv şəkildə idarə etmək üçün
nəqliyyatın idarə olunması planını işləyib hazırlayacaq.
Podratçılar Azərbaycanda sahədəki və sahədənkənar bütün nəqliyyat növlərini əhatə edən
daşıma planını tətbiq edəcək. Daşıma planında ən azı, aşağıdakılar əhatə olunacaq:
Nəqliyyat şöbəsi tərəfindən yerinə yetiriləcək iş həcmi;
Nəqliyyat təşkilatı barədə ümumi məlumat;
Rollar
və cavabdehliklər;
Nəqliyyat vasitələri necə əldə ediləcək və minimal standart;
Texniki
baxış və texniki xidmət sistemi;
Nəqliyyat vasitələrinin istismarı;
Sürücülər.
Sosial sahə
İctimaiyyətlə
əlaqələr və sosial
sahəyə təsirin idarə
olunması
Podratçılar İctimaiyyətlə əlaqələr və Sosial sahəyə təsirin idarə olunması Planını hazırlayacaq
və tətbiq edəcəklər. Burada tikintidə çalışan işçilərin sosial sahəyə potensial təsirlər
baxımından necə idarə olunacağı və tikintinin qonşuluğunda yaşayan əhali qrupları ilə
əlaqələrin necə tənzimlənəcəyi açıqlanır. Bu plana aşağıdakılar daxil olmalıdır:
Əhali qrupları ilə əlaqələrin qurulması, qarşılıqlı əlaqələndirmə ilə bağlı rollar və
cavabdehliklər; və
Əhali qruplarının şikayətlərinin həll olunması üçün şikayətlərə baxılması mexanizmləri.
İnfrastrukturun tikintisi ilə əlaqədar olaraq yerli əhalinin sağlamlığı üçün riskləri aradan
qaldırmaq və onlara nəzarət etmək məqsədi ilə yerli əhalinin sağlamlığı planı hazırlanacaq və
tətbiq ediləcək.
İşçi qüvvəsinin həyat
şəraitinin
yaxşılaşdırılması və
yerli əhalinin işə cəlb
olunması
Podratçılar işlərlə əlaqədar olaraq, işçi qüvvəsinin həyat şəraitinin yaxşılaşdırılması və yerli
əhalinin işə cəlb olunması planını hazırlayacaq və tətbiq edəcək: Planda aşağıdakılar müfəssəl
şəkildə açıqlanacaq:
Kadrların milliləşdirilməsi barədə düzgün düşünülmüş planı nəzərə almaq üçün
Azərbaycan vətəndaşlarından ibarət işçi heyətinin inkişaf etdirilməsi strategiyası və yerli
bazarın davamlı araşdırılması, yerli təchizatçıların cəlb edilməsi və təşkilat tərəfindən yerli
işçi tərkibinə üstünlük verilməsi yolu ilə yerli sakinlərin işə cəlb edilməsi;
Tender
əsasında həvalə edilmiş xidmətlərdə Azərbaycandan olan işçilərin qabiliyyət və
səriştələrinin inkişaf etdirilməsi üçün təklif edilən yanaşma prinsipinin müfəssəl şəkildə
açıqlanması;
Son
nəticədə Azərbaycanda qalacaq nəzərdə tutulmuş xidmətlərlə əlaqədar olaraq
kompensasiyasının faizinin hesablanması:
Təşkilatın strukturunda Azərbaycandan olan işçi tərkibi faktorunun ətraflı təsviri;
Nəzərdə tutulan kişi və qadın kadrların nisbəti;
Tikinti
mərhələsi başa çatdıqdan sonra işçi qüvvəsinin sayının ixtisar edilməsi prosesi;
Yerli iqtisadiyyata müvəqqəti vəsait qoyuluşları nəticəsində bazarın potensial
deformasiyası;
İşə qəbul prosedurları; və
İşçilərin şikayətlərini həll etmək üçün şikayətlərə baxılması mexanizmləri.
12.4 Tullantıların İdarə Olunması
ŞD2 İnfrastruktur Layihəsi ərzində yaranmış tullantılar BP-nin AGT regionu üzrə mövcud
idarəetmə planlarına və prosedurlarına müvafiq olaraq idarə olunacaq. ŞD2 İnfrastruktur
Layihəsinin tərkib hissəsi kimi əmələ gəlmiş bütün tullantılar aşağıdakı tələblərə uyğun olaraq
müəyyən ediləcək və idarə olunacaq:
Sahə üçün səciyyəvi olan Tullantıların İdarə Olunması Planları hazırlanacaq;
Tullantıların minimuma endirilməsi;
Bütün
tullantı növlərinin müəyyənləşdirilməsi və təsnifatlandırılması;
Tullantıların mənbədə çeşidlənməsi;
İşçi qüvvəsinin maarifləndirilməsi və təlimi;
AGT Regionunun tullantılar üzrə podratçılarının təsdiq edilmiş siyahısı;
AGT Regionunun tullantı növlərinin reyestri; və
AGT Regionunun tullantıların idarə olunması strategiyası
Şah Dəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi
Fəsil 12:
Ətraf Mühitin və Sosial Sahənin İdarə
Olunması
Dekabr 2011
Yekun variant
12/6
Beynəlxalq miqyasda qəbul edilmiş ən yaxşı təcrübəyə uyğun olaraq tullantıların idarə
olunması mexanizmi, AGT Regionunun PCƏYEV (Praktiki Cəhətdən Ən Yaxşı Ekoloji
Variant) üzrə tullantıların mümkün utilizasiyası/təmizlənməsi texnologiyalarının yerinə
yetirilmiş qiymətləndirilməsi ilə birlikdə, AGT Regionunun Tullantıların İdarə olunması
Strategiyası və köməkçi sənədlər tullantıların idarə olunması məsələlərinə dair qərarların
verilməsində əsas götürüləcək. Bu yanaşma prinsipinin məqsədi tullantıların ən davamlı
qaydada və bütün müvafiq AGT Regionu standartlarına və milli qanunvericiliyə uyğun olaraq
idarə olunmasını təmin etmək, eləcə də onların insan sağlamlığına təhlükə yaratmadan
səmərəli şəkildə bərpa olunmasını, yaxud utilizasiya edilməsini təmin etmək və ətraf mühitə
və sosial sahəyə təsirləri minimuma endirməkdir.
12.4.1 Tullantıların idarə olunması üzrə proseslər və prosedurlar
Tullantıların İdarə Olunması və Minimuma Endirilməsi üzrə Planlar işlənib hazırlanacaq və bu
planlar müntəzəm qaydada yenilənəcək ki, gözlənilən tullantı növlərini,
güman edilən
həcmləri və hər hansı xüsusi əl ilə idarəetmə/davranma tələblərini nəzərə almaq üçün ŞD2
İnfrastruktur Layihəsi ilə bağlı fəaliyyətlərin davametmə müddətini əhatə etsin.
ŞD2 İnfrastruktur Layihəsi ilə əlaqədar fəaliyyətlər ərzində tullantıların idarə olunması
sistemlərinin icra göstəricilərinə obyektiv şəkildə nəzarət etmək və bütün düzəldici tədbirlərin
və təkmilləşdirmə tədbirlərinin müəyyənləşdirilməsini və həyata keçirilməsini təmin etmək
üçün daxili auditlər qrafiki işlənib hazırlanacaq.
Tullantıların İdarə Olunması Planını dəstəkləmək üçün podratçılar tullantıların idarə
olunmasına dair aşağıdakıları əhatə edən təlim keçəcəklər:
Tullantı növlərinin və əlaqədar potensial təhlükələrin müəyyənləşdirilməsi;
Tullantıların çeşidlənməsi; və
Tullantıların təhvil-təsliminə dair sənədləşmə (əgər tullantıların daşınması baş veribsə).
Tullantıların utilizasiyası üzrə bütün yeni marşrutlar istifadə olunmazdan əvvəl müntəzəm
əsasda qiymətləndirilir və onlar müvafiq yerli qanunlara və normalara uyğun olmalıdır.
Tullantılar yalnız AGT Regionu tərəfindən istifadə üçün təsdiqlənmiş tullantı utilizasiyası
obyektlərinə göndəriləcək.
12.4.2 Tullantıların çeşidlənməsi və təhvil-təslim edilməsi
Təkrar istifadəyə/təkrar emala imkan yaratmaq və bir-birinə uyuşmayan materiallar arasında
təmasa yol verməmək üçün tullantı növləri mənbədə çeşidlənəcək. Çeşidləmə ilə bağlı
tələblər konteynerlərin istifadəsinə dair işarələr vasitəsilə aydın surətdə qeyd olunacaq və
orada konteyner üçün müvafiq olan tullantı növlərini əks etdirən nişanlar qoyulacaq.
Bütün tullantıların təhvil-təslim prosesi tullantının növünü, miqdarını, tullantının əmələ gəldiyi
sahəni, yükü qəbul edən tərəfi (əgər bu, tullantının əmələ gəldiyi sahə deyilsə), yükü
göndərən tərəfi özündə əks etdirən ayrıca “Tullantıların Təhvil Verilməsinə dair Qəbz”lərlə
(TTVQ), təhlükəli tullantılar olduğu təqdirdə isə “Tullantı pasportu” və tələb olunarsa, MTTP
sənədləri ilə müşayiət olunacaq. Təhvil qəbzləri imzalanmazdan və tullantılar yüklənilməzdən
əvvəl bütün tullantı yüklərinin son vizual yoxlanılması aparılacaq. Tullantıların təhvil
verilməsinə dair sənədləşmənin rəngli nüsxələri digər müvafiq sənədlər (məsələn, MTTP,
“Tullantı pasportları”) ilə birlikdə tullantını əmələ gətirən sahədə qalacaq. Tullantıların
daşınmasına cəlb olunmuş bütün tərəflər tullantıların təhvil verilməsinə dair qəbzin bir
nüsxəsini özündə saxlayacaq.
Tullantıların xarakterindən və təsdiqlənmiş təkrar emal/utilizasiya metodundan asılı olaraq,
tullantılar Mərkəzi Tullantı Toplama Sahəsi (MTTS) vasitəsilə boşaltma məntəqəsinə, yaxud
buna bənzər obyektə göndərilə bilər və ya alternativ qaydada birbaşa son təsdiqlənmiş
təyinat məntəqəsinə çatdırıla bilər.