Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə111/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   107   108   109   110   111   112   113   114   ...   181

Şah Dəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 12: 

Ətraf Mühitin və Sosial Sahənin İdarə 

Olunması 

 

Dekabr 2011 



Yekun variant

 

12/5



Mövzu 

Əsas Tələblər 

Sızmalara qarşı 

cavab tədbirləri, 

məlumat verilməsi 

və nəticələrin 

aradan qaldırılması 

işləri 

 Podratçılar Sızmalara qarşı cavab tədbirləri Planını və Məlumatların verilməsi Planını 



hazırlayacaq və tətbiq edəcək. 

Nəqliyyat və daşıma 

 Podratçı sahədəki nəqliyyat vasitələrini və piyadaları effektiv şəkildə idarə etmək üçün 

nəqliyyatın idarə olunması planını işləyib hazırlayacaq. 

 Podratçılar Azərbaycanda sahədəki və sahədənkənar bütün nəqliyyat növlərini əhatə edən 

daşıma planını tətbiq edəcək. Daşıma planında ən azı, aşağıdakılar əhatə olunacaq: 

  Nəqliyyat şöbəsi tərəfindən yerinə yetiriləcək iş həcmi; 

  Nəqliyyat təşkilatı barədə ümumi məlumat; 

 Rollar 

və cavabdehliklər; 

  Nəqliyyat vasitələri necə əldə ediləcək və minimal standart; 

 Texniki 

baxış və texniki xidmət sistemi; 

  Nəqliyyat vasitələrinin istismarı; 

 Sürücülər. 

Sosial sahə 

İctimaiyyətlə 

əlaqələr və sosial 

sahəyə təsirin idarə 

olunması 

 Podratçılar İctimaiyyətlə əlaqələr və Sosial sahəyə təsirin idarə olunması Planını hazırlayacaq 

və tətbiq edəcəklər. Burada tikintidə çalışan işçilərin sosial sahəyə potensial təsirlər 

baxımından necə idarə olunacağı və tikintinin qonşuluğunda yaşayan əhali qrupları ilə 

əlaqələrin necə tənzimlənəcəyi açıqlanır. Bu plana aşağıdakılar daxil olmalıdır:  

  Əhali qrupları ilə əlaqələrin qurulması, qarşılıqlı əlaqələndirmə ilə bağlı rollar və 

cavabdehliklər; və 

  Əhali qruplarının şikayətlərinin həll olunması üçün şikayətlərə baxılması mexanizmləri. 

  İnfrastrukturun tikintisi ilə əlaqədar olaraq yerli əhalinin sağlamlığı üçün riskləri  aradan 

qaldırmaq və onlara nəzarət etmək məqsədi ilə yerli əhalinin sağlamlığı planı hazırlanacaq və 

tətbiq ediləcək. 

İşçi qüvvəsinin həyat 

şəraitinin 

yaxşılaşdırılması və 

yerli əhalinin işə cəlb 

olunması  

 Podratçılar işlərlə əlaqədar olaraq, işçi qüvvəsinin həyat şəraitinin yaxşılaşdırılması və yerli 

əhalinin işə cəlb olunması planını hazırlayacaq və tətbiq edəcək: Planda aşağıdakılar müfəssəl 

şəkildə açıqlanacaq: 

 Kadrların milliləşdirilməsi barədə düzgün düşünülmüş planı nəzərə almaq üçün 

Azərbaycan vətəndaşlarından ibarət işçi heyətinin inkişaf etdirilməsi strategiyası və yerli 

bazarın davamlı araşdırılması, yerli təchizatçıların cəlb edilməsi və təşkilat tərəfindən yerli 

işçi tərkibinə üstünlük verilməsi yolu ilə yerli sakinlərin işə cəlb edilməsi; 

 Tender 

əsasında həvalə edilmiş xidmətlərdə Azərbaycandan olan işçilərin qabiliyyət və 

səriştələrinin inkişaf etdirilməsi üçün təklif edilən yanaşma prinsipinin müfəssəl şəkildə 

açıqlanması; 

 Son 


nəticədə Azərbaycanda qalacaq nəzərdə tutulmuş xidmətlərlə əlaqədar olaraq  

kompensasiyasının faizinin hesablanması:  

  Təşkilatın strukturunda Azərbaycandan olan işçi tərkibi faktorunun ətraflı təsviri; 

  Nəzərdə tutulan kişi və qadın kadrların nisbəti;  

 Tikinti 

mərhələsi başa çatdıqdan sonra işçi qüvvəsinin sayının ixtisar edilməsi prosesi;  

  Yerli iqtisadiyyata müvəqqəti vəsait qoyuluşları nəticəsində bazarın potensial 

deformasiyası; 

  İşə qəbul prosedurları; və 

  İşçilərin şikayətlərini həll etmək üçün şikayətlərə baxılması mexanizmləri. 

 

12.4 Tullantıların İdarə Olunması 

 

ŞD2  İnfrastruktur Layihəsi  ərzində yaranmış tullantılar BP-nin AGT regionu üzrə mövcud 



idarəetmə planlarına və prosedurlarına müvafiq olaraq idarə olunacaq. ŞD2  İnfrastruktur 

Layihəsinin tərkib hissəsi kimi əmələ gəlmiş bütün tullantılar aşağıdakı tələblərə uyğun olaraq  

müəyyən ediləcək və idarə olunacaq: 

 

 Sahə üçün səciyyəvi olan Tullantıların İdarə Olunması Planları hazırlanacaq; 



 Tullantıların minimuma endirilməsi; 

 Bütün 


tullantı növlərinin müəyyənləşdirilməsi və təsnifatlandırılması; 

 Tullantıların mənbədə çeşidlənməsi;  

 

İşçi qüvvəsinin maarifləndirilməsi və təlimi; 



 

AGT Regionunun tullantılar üzrə podratçılarının təsdiq edilmiş siyahısı; 

 

AGT Regionunun tullantı növlərinin reyestri; və 



 

AGT Regionunun tullantıların idarə olunması strategiyası 




Şah Dəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 12: 

Ətraf Mühitin və Sosial Sahənin İdarə 

Olunması 

 

Dekabr 2011 



Yekun variant

 

12/6



 

Beynəlxalq miqyasda qəbul edilmiş  ən yaxşı  təcrübəyə uyğun olaraq tullantıların idarə 

olunması mexanizmi, AGT Regionunun PCƏYEV (Praktiki Cəhətdən  Ən Yaxşı Ekoloji 

Variant) üzrə tullantıların mümkün utilizasiyası/təmizlənməsi texnologiyalarının yerinə 

yetirilmiş qiymətləndirilməsi ilə birlikdə, AGT Regionunun Tullantıların  İdarə olunması 

Strategiyası  və köməkçi sənədlər tullantıların idarə olunması  məsələlərinə dair qərarların 

verilməsində  əsas götürüləcək. Bu yanaşma prinsipinin məqsədi tullantıların  ən davamlı 

qaydada və bütün müvafiq AGT Regionu standartlarına və milli qanunvericiliyə uyğun olaraq 

idarə olunmasını  təmin etmək, eləcə  də onların insan sağlamlığına təhlükə yaratmadan 

səmərəli şəkildə bərpa olunmasını, yaxud utilizasiya edilməsini təmin etmək və ətraf mühitə 

və sosial sahəyə təsirləri minimuma endirməkdir. 

 

12.4.1 Tullantıların idarə olunması üzrə proseslər və prosedurlar 

 

Tullantıların İdarə Olunması və Minimuma Endirilməsi üzrə Planlar işlənib hazırlanacaq və bu 



planlar müntəzəm qaydada yenilənəcək ki, gözlənilən tullantı növlərini, güman edilən 

həcmləri və  hər hansı xüsusi əl ilə idarəetmə/davranma tələblərini nəzərə almaq üçün ŞD2 

İnfrastruktur Layihəsi ilə bağlı fəaliyyətlərin davametmə müddətini əhatə etsin.   

 

ŞD2  İnfrastruktur Layihəsi ilə  əlaqədar fəaliyyətlər  ərzində tullantıların idarə olunması 



sistemlərinin icra göstəricilərinə obyektiv şəkildə nəzarət etmək və bütün düzəldici tədbirlərin 

və  təkmilləşdirmə  tədbirlərinin müəyyənləşdirilməsini və  həyata keçirilməsini təmin etmək 

üçün daxili auditlər qrafiki işlənib hazırlanacaq.  

 

Tullantıların  İdarə Olunması Planını  dəstəkləmək üçün podratçılar tullantıların idarə 



olunmasına dair aşağıdakıları əhatə edən təlim keçəcəklər: 

 

 Tullantı növlərinin və əlaqədar potensial təhlükələrin müəyyənləşdirilməsi; 



 Tullantıların çeşidlənməsi; və 

 Tullantıların təhvil-təsliminə dair sənədləşmə (əgər tullantıların daşınması baş veribsə).  

 

Tullantıların utilizasiyası üzrə bütün yeni marşrutlar istifadə olunmazdan əvvəl müntəzəm 



əsasda qiymətləndirilir və onlar müvafiq yerli qanunlara və normalara uyğun olmalıdır. 

Tullantılar yalnız AGT Regionu tərəfindən istifadə üçün təsdiqlənmiş tullantı utilizasiyası 

obyektlərinə göndəriləcək.  

 

12.4.2 Tullantıların çeşidlənməsi və təhvil-təslim edilməsi 

 

Təkrar istifadəyə/təkrar emala imkan yaratmaq və bir-birinə uyuşmayan materiallar arasında 



təmasa yol verməmək üçün tullantı növləri mənbədə çeşidlənəcək. Çeşidləmə ilə bağlı 

tələblər konteynerlərin istifadəsinə dair işarələr vasitəsilə aydın surətdə qeyd olunacaq və 

orada konteyner üçün müvafiq olan tullantı növlərini əks etdirən nişanlar qoyulacaq. 

 

Bütün tullantıların təhvil-təslim prosesi tullantının növünü, miqdarını, tullantının əmələ gəldiyi 



sahəni, yükü qəbul edən tərəfi (əgər bu, tullantının  əmələ  gəldiyi sahə deyilsə), yükü 

göndərən tərəfi özündə  əks etdirən ayrıca “Tullantıların Təhvil Verilməsinə dair Qəbz”lərlə 

(TTVQ), təhlükəli tullantılar olduğu təqdirdə isə “Tullantı pasportu” və  tələb olunarsa, MTTP 

sənədləri ilə müşayiət olunacaq. Təhvil qəbzləri imzalanmazdan və tullantılar yüklənilməzdən 

əvvəl bütün tullantı yüklərinin son vizual yoxlanılması aparılacaq. Tullantıların təhvil 

verilməsinə dair sənədləşmənin rəngli nüsxələri digər müvafiq sənədlər (məsələn, MTTP, 

“Tullantı pasportları”) ilə birlikdə tullantını  əmələ  gətirən sahədə qalacaq. Tullantıların 

daşınmasına cəlb olunmuş bütün tərəflər tullantıların təhvil verilməsinə dair qəbzin bir 

nüsxəsini özündə saxlayacaq. 

 

Tullantıların xarakterindən və  təsdiqlənmiş  təkrar emal/utilizasiya metodundan asılı olaraq, 



tullantılar Mərkəzi Tullantı Toplama Sahəsi (MTTS) vasitəsilə boşaltma məntəqəsinə, yaxud 

buna bənzər obyektə göndərilə bilər və ya alternativ qaydada birbaşa son təsdiqlənmiş 

təyinat məntəqəsinə çatdırıla bilər.  

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə