Şahdəniz 2
infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 13:
Qalıq təsirlər və yekun
Dekabr 2011
13/5
Yekun variant
Torpaq, qrunt suları və səth suları
Torpağın üst qatının çıxarılması və qazılmış qruntun daşınması və drenajın idarə olunması
işləri mövcud torpağın bir yerdən başqa yerə daşınması, fiziki təsir vasitəsilə qrunt sularının
və səth sularının çirklənməsi ilə nəticələnə bilər. Bu vaxta qədər aparılmış monitorinq
planlaşdırıldığı ərazilərdə infrastruktur işlərinin hər hansı əhəmiyyətli və ya geniş əhatəli
çirklənmə ilə nəticələnməyəcəyini göstərir, lakin məhdud çirklənmə ərazilərinin olması
mümkündür.
Sulu-bataqlıq ərazilər daxilində, o cümlədən vadinin təmizlənməsi işlərinin planlaşdırıldığı
ərazilərdə
tədqiqatlar ümumi karbohidrogen miqdarının (ÜKM), poliaromatik
karbohidrogenlərin (PAK), kadmiumun (götürülmüş qrunt suyu nümunələrində) və fenolların
(torpaqda) yüksək səviyyələrdə mövcud olduğu göstərdi. Bundan əlavə, 2011-ci ilin iyun
ayında ərazidə gəzinti zamanı lokal karbohidrogen dağılmaları müşahidə edilmişdir.
Səngəçal terminalının hazırda mövcud olan hüdudları xaricində neftlə/yağla çirklənmiş torpaq,
qrunt suyu və ya digər materiallar müşahidə edildikdə və bunların daşınması tələb olunduqda,
həmin materiallar oxşar ətraf mühit keyfiyyətinə və funksiyasına, eləcə də qeydə alınmış
materialın xüsusiyyətlərinə malik olan ərazilərə köçürüləcək. Əgər çirklənmiş materiallara
Səngəçal terminalının hüdudları daxilində rast gəlinərsə, bu materiallar BP şirkətinin
tullantıların idarə olunması prosedurlarına uyğun şəkildə tullantı kimi təsnif ediləcək və idarə
olunacaq. Çirklənmənin potensial olaraq bir yerdən başqa yerə keçməsini minimuma
endirmək üçün nəzərdə tutulan digər nəzarət tədbirlərinə qazılmış torpaq qalaqlarının su
axarlarından uzaqda yerləşdirilməsi və sahənin drenaj və çirklənmə təhlükələri üzrə
xəritələrinin (bu xəritələr potensial çirklənmə mənbələrini [başqa sözlə, saxlama sahələri],
yollarını [başqa sözlə, drenajlar] və reseptorları [başqa sözlə, Xəzər dənizi] əks etdirir)
müntəzəm olaraq hazırlanması daxildir.
Qiymətləndirmə nəticəsində belə bir qənaətə gəlinmişdir ki, qrunt və səth suları orta dərəcəli
mənfi təsirə malikdir. Belə hesab edilir ki, torpağa və səth sularına təsirlər mövcud nəzarət
tədbirlərinin həyata keçirilməsi vasitəsilə mümkün və lazım olduğu qədər azaldılır.
Mədəni irs
Torpağın üst qatının çıxarılması, qazılmış torpağın daşınması və drenajın idarə olunması
işləri mədəni irsə təsir göstərmək potensialına malikdir. Torpağın üst qatından 0,15 m
yuxarıda və ya mövcud torpaq qalaqları altında dövlət tərəfindən mühafizə edilən məlum
abidələr və mədəni irs sahələrinin digər növü mövcud deyil. Mövcud torpaq qalaqlarının
altındakı sahələrin əvvəlki tikinti işləri nəticəsində əhəmiyyətli dərəcədə təsirə məruz qaldığı
ehtimal edilir və həmçinin boru kəmərinin sahilə çıxdığı ərazi də bundan əvvəl doldurucu
material və/və ya əhəng daşının çıxarılması nəticəsində təsirə məruz qalıb. Mövcud nəzarət
tədbirlərinə maddi-mədəniyyət nümunələrinin və ya arxeoloji əhəmiyyətə malik sahələrin
müəyyənləşdirilməsi üçün arxeoloji nəzarət və təsadüfi tapıntılara dair prosedur daxildir.
2011-ci ilin 4-cü rübündə aparılmış ilkin arxeoloji vəziyyətə dair tədqiqat (nəticələrin
tamamlanması üzərində iş gedir) Arxeoloji və Mədəni İrsin idarə olunması Planına məlumat
verəcək və bununla mədəni irs sahələrinə ziyan vurma potensialını daha da azaldacaq.
Payavurma işləri ŞD2 genişlənmə ərazisində yerə çalınacaq sınaq payalarının və boru kəməri
kəsişmələrində sütunların qazılaraq torpaqda hazırlanmasını əhatə edir. Payavurma işləri,
xüsusən də yerə vurulan payalar torpaq və daş özüllərdə titrəyişlər yarada bilər ki, bu da
Karvansaray kimi mədəni irs tikililərinə təsir göstərmək potensialına malikdir. Torpağa sınaq
payaların vurulması Karvansaradan 1 km-dən artıq aralıda, ŞD2 genişlənmə ərazisinin
qərbində yerləşəcək. Boru kəməri kəsişmələrində sütunların qazılaraq torpaqda
hazırlanmasının planlaşdırıldığı ərazilər Karvansaradan minimum 250 metr məsafədə yerləşir.
Payavurma işlərinin yaradacağı titrəyişlərin mənbədən 50 m-dən artıq məsafəyə keçməyəcəyi
gözlənilir və buna görə də Karvansaranın payavurma işlərinin təsirinə məruz qalacağı ehtimal
edilmir.
Şahdəniz 2 infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 13:
Qalıq təsirlər və yekun
Dekabr 2011
13/6
Yekun variant
Ümumilikdə, torpaq işlərinin və payavurma işlərinin mədəni irsə təsirinin orta dərəcəli mənfi
təsir olacağı hesab edilir.
13.3 Sosial-iqtisadi
sahəyə təsirlər
ŞD2 infrastruktur layihəsi üçün sosial-iqtisadi sahəyə təsirlərin qiymətləndirilməsi aparılmışdır
və Cədvəl 13.2-də qalıq təsirlərin xülasəsi təqdim olunur.
Cədvəl 13.2 Sosial-iqtisadi sahəyə qalıq təsirlərin xülasəsi
Miqyas
Hadisə
Coğrafi
əhatə
dairəsi
Vaxt və müddət
Ehtimal
Reseptorun
həssaslığı
Təsirin
dərəcəsi
Birbaşa təsirlər
Bütün ŞD2 infrastruktur ərazisi icazəsiz
girişin qarşısını almaq məqsədilə işlər
görülən müddət ərzində müvəqqəti
çəpərlənmiş olacaq.
Müvəqqəti təsir
İstifadə imkanının
pozulması və giriş
məhdudiyyətləri
(ŞD2 infrastruktur
ərazisi)
Yerli
Təxminən 115 hektara qədər ərazi
çobanların istifadəsindən daimi olaraq
çıxarılacaq.
Daimi təsir
Yüksək
dərəcədə
ehtimal edilir
Yerli çobanlar –
yüksək
Orta – böyük
mənfi
Yüksək
dərəcədə
ehtimal edilir
İstirahət
məqsədilə balıq
ovlayan
balıqçılar – Az
Cüzi
Yüksək
dərəcədə
ehtimal edilir
Kommersiya
məqsədilə balıq
ovlayan
balıqçılar - Orta
Mənfi
Yüksək
dərəcədə
ehtimal edilir
İstirahət
məqsədli
istifadəçilər – Az
Cüzi
İstifadə imkanının
pozulması və giriş
məhdudiyyətləri
(boru kəmərinin
sahilə çıxdığı
ərazi)
Yerli
ŞD2 İnfrastruktur Sahəsinin əksər hissəsi
işlər ərzində müvəqqəti olaraq
çəpərlənəcək (2012-ci ilin mart ayı və
2013-cü ilin iyun ayı arasında).
Müvəqqəti təsir
Ehtimal
edilmir
Sahil xəttindəki
mülklərin dəyəri
- Az
Cüzi
Yerli
Yüksək
dərəcədə
ehtimal edilir
Yerli icma –
Yüksək
Orta - Böyük
Müsbət
Məşğulluğun
yaradılması
Regional
Məşğulluq layihə müddəti ərzində mövcud
olacaq və onun pik həddinin 2012-ci ilin
aprel ayı ilə 2012-ci ilin noyabr ayı arasına
təsadüf edəcəyi gözlənilir.
Müvəqqəti təsir
Ehtimal edilir
Regional icma –
Orta
Müsbət
Yerli
Yüksək
dərəcədə
ehtimal edilir
Yerli icma –
Yüksək
Orta - Böyük
Müsbət
Təlim və
səriştələrin
təkmilləşdirilməsi
Regional
Təlim layihə fəaliyyətlərindən əvvəl
başlayacaq və layihə müddəti boyunca
davam edəcək.
Daimi
Yüksək
dərəcədə
ehtimal edilir
Yerli icma – Orta
Müsbət
Yerli və
Regional
Yerli və regional
biznes
subyektləri -
Yüksək
Orta – Böyük
müsbət
Malların və
xidmətlərin
tədarükü
Ölkə
miqyasında
Maddi-texniki təchizat işləri layihənin
davam etdiyi müddət boyunca həyata
keçiriləcək və onun faydaları layihə başa
çatdıqdan qısa müddət sonra öz qüvvəsini
dayandıracaq.
Müvəqqəti
Yüksək
dərəcədə
ehtimal edilir
Ölkə miqyaslı
biznes
subyektləri –
Yüksək
Müsbət