Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə117/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   113   114   115   116   117   118   119   120   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13: 

Qalıq təsirlər və yekun 

 

 



Dekabr 2011 

 

13/11 



Yekun variant

 

13.5 



Ətraf mühitin və sosial sahənin idarə olunması  

 

ŞD2 infrastrukturu layihəsinin işləri BP şirkəti tərəfindən təyin olunmuş  əsas podratçılar 



tərəfindən yerinə yetiriləcək. Podratçıların seçilməsi üzrə ciddi bir proses tətbiq olunacaq ki, 

ŞD2 infrastruktur layihəsi zamanı istifadə edilən  əsas podratçıların BP-nin gözləntilərinə 

cavab verən effektiv SƏTTƏM idarəetmə sistemlərinə malik olması təmin edilsin. 

 

Təyin olunmuş podratçı(lar)dan SƏTTƏM idarəetmə sistemi (İSO 14001 və OHSAS 18001 



standartı ilə uyğunlaşdırılmış) vasitəsilə  ətraf mühit və sosial tələbləri işləyib hazırlamaq, 

həyata keçirmək və onlara nəzarət etmək tələb olunacaq.  

 

Ətraf mühitin və sosial sahənin idarə olunması prosesi əvvəlki layihələrin yerinə yetirilməsi 



zamanı toplanılmış  təcrübədən, götürülmüş “ibrət dərslərindən” və eləcə  də yaxşı  tərtib 

olunmuş ekoloji monitorinq proqramından faydalanacaq. Əvvəlki layihələrdən  əldə olunmuş 

təcrübənin digər üstünlüklərinə aşağıdakıların işlənilib hazırlanmasını əhatə edir: 

 

 Tullantıların sahədə çeşidlənməsi və idarə olunması üzrə effektiv və etibarlı 



prosedurlar; 

 Tullantıların Avropa İttifaqı standartlarına uyğun inşa edilmiş  və  fəaliyyət göstərən 

təhlükəsiz utilizasiyası poliqonu; və 

 Tullantıların utilizasiya olunması və təkrar emalı üçün imkanları müəyyənləşdirmək və 

həmin imkanlardan istifadə etmək üçün effektiv proses. 

 

13.6 Yekunlar 

 

ŞD2 infrastruktur layihəsi üzrə planlaşdırma,  əsas etibarilə,  əvvəllər terminalda həyata 



keçirilmiş tikinti layihələrindən  əldə olunan təcrübədən faydalanmışdır.  ŞD2 infrastruktur 

layihəsi əvvəlki layihələrdən əldə edilmiş təcrübə barədə məlumatla təmin edilmişdir. 

 

Yekun olaraq, ŞD2 infrastruktur layihəsi özünün ekoloji və sosial-iqtisadi reseptorlar 



üzərindəki təsirinin bütün aspektlərini nəzərdən keçirib və  hər hansı  mənfi təsirlərin praktiki 

baxımdan mümkün olduğu qədər minimuma endirilməsini təmin etmək üçün mövcud nəzarət 

tədbirlərinə əlavə təsirazaltma tədbirləri daxil edib. 

 




ƏLAVƏ 2A 

 

Şah Dəniz üzrə Hasilatın Pay Bölgüsü Haqqında Sazişdən Çıxarış 

 


 


Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

ƏLAVƏ 2A 

 

Dekabr 2011 



 

2A/3 


Yekun variant

 

MADDƏ XXVI - Ətraf mühitin mühafizəsi və təhlükəsizlik 

 

26.1 Ətraf mühitin mühafizəsinin standartları 

Podratçı ARDNŞ  və Azərbaycan Respublikası Dövlət Ekologiya və  Təbiətdən  İstifadəyə 

Nəzarət Komitəsi (DEK) ilə birlikdə Neft-qaz Əməliyyatlarının tənzimlənməsi üçün uyğun olan 

təhlükəsizlik texnikası  və  ətraf mühitin mühafizəsi standartlarını  və üsullarını  işləyib 

hazırlayacaq. Təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi standartları Xəzər dənizinin 

səciyyəvi ekoloji xüsusiyyətlərini nəzərə alacaq və uyğun gəldikcə, (i) beynəlxalq Neft-qaz 

sənayesi standartlarından və onların dünyanın başqa yerlərində geoloji kəşfiyyat və hasilat 

əməliyyatlarında tətbiq edilməsindən  əldə edilmiş  təcrübədən  və (ii) Azərbaycanın mövcud 

təhlükəsizlik və ekologiya qanunvericiliyindən istifadə edəcək. Belə standartların və üsulların 

hazırlanması zamanı ekoloji keyfiyyət standartları, texniki uyğunluq və kommersiya 

rentabelliyi kimi məsələlər diqqətə alınır. 26.4 Maddəsinin birinci cümləsini nəzərə almaq 

şərtilə Qüvvəyə minmə tarixindən etibarən Neft-qaz Əməliyyatlarına tətbiq ediləcək 

standartlar kimi IX Əlavənin II hissəsində verilmiş standart və üsullar götürüləcək və onlar 

Podratçı, ARDNŞ  və DEK arasında müzakirə edilərək razılaşdırılmış yeni təhlükəsizlik və 

ətraf mühitin mühafizəsi standartları ilə  əvəz edilənə  qədər qüvvədə qalacaq; və belə 

razılaşma tarixindən etibarən yeni razılaşdırılmış standartlar və üsullar Sazişdə tam olaraq 

verilmiş kimi qanun qüvvəsini alacaq. Təhlükəsizlik texnikası  və  ətraf mühitin mühafizəsi 

standartlarının və üsullarının Podratçı ilə razılaşdırıldığından fərqli  şəkildə  tətbiq edilməsi 

halında 23.2 Maddəsinin müddəaları  tətbiq olunacağı razılaşdırılır. Tərəflər və DEK 

təhlükəsizlik texnikası  və  ətraf mühitin mühafizəsi üzrə yeni standartların və üsulların birgə 

hazırlanması və müəyyən edilməsinin hərtərəfli tətbiqi üçün ayrıca protokola dair razılıq əldə 

edəcək. Standartların və üsulların bu cür hazırlanması  və müəyyən edilməsi ilə  əlaqədar 

Podratçının çəkdiyi xərclər geri ödənəcək. 

 

26.2 Əməliyyatların aparılması 

Podratçı  Ətraf mühitin mühafizəsinin standartlarına səylə  əməl edərək bütövlükdə  ətraf 

mühitin, o cümlədən, məhdudiyyət qoymadan, yerin üstünün, yerin təkinin, dənizin, havanın, 

göllərin, çayların, flora və faunanın, kənd təsərrüfatı bitkilərinin, digər təbii ehtiyatların və 

əmlakın vəziyyətinin hər hansı potensial pozuntularını minimuma endirmək üçün Neft-qaz 

əməliyyatlarını lazımi səmərə ilə və təhlükəsiz aparacaq. Podratçı IX Əlavəsinin I Hissəsində 

təsvir edildiyi kimi həyata keçirilən bütün Neft-qaz Əməliyyatları ilə əlaqədar bütün sağlamlıq, 

əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi meyarlarını əhatə edən kompleks idarəetmə 

sistemi tətbiq edəcək. 

 

26.3 Qəza vəziyyətləri 

Ətraf mühitə zərər vuran və zərər vura bilən qəza vəziyyətlərində və ya bədbəxt hadisələr, o 

cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, partlayışlar, püskürtülər, sızmalar və başqa 

hadisələr zamanı Podratçı  həmin hallar barəsində  dərhal DEK (Dövlət Mühafizə Xidməti 

Komitəsi) və ARDNŞ-ı xəbərdar edir və vəziyyətin düzəldilməsi üçün gördüyü təcili tədbirlər 

və  əldə edilmiş  nəticələr haqqında məlumat verir. Podratçı  təcili tədbirlər görmək, qəza 

vəziyyətini nəzarət altına almaq və insan tələfatının, itkilərin və  əmlaka zərər dəyməsinin 

qarşısını almaq, habelə təbii ehtiyatlara və bütövlükdə ətraf mühitə zərər dəyməsinin qarşısını 

almaq üçün hər cür lazımi səylər göstərir. Podratçı  həmçinin görülmüş  tədbirlər haqqında 

ARDNŞ və müvafiq hökumət orqanları qarşısında hesabat verir. 



 

26.4 Qanunlara tabelik 

Podratçı  səhiyyəyə, təhlükəsizlik texnikasına,  ətraf mühitin mühafizəsinə  və  bərpasına dair 

Azərbaycan Respublikasının hamılıqla tətbiq edilə bilən mövcud və  gələcək qanunlarına, 

yaxud qərarlarına tabe olur, bu şərtlə ki, həmin qanunların və ya qərarların tələbləri  Ətraf 

mühitin mühafizəsinin standartlarından sərt olmasın.  Əgər müvafiq yurisdiksiyası olan hər 

hansı bir regional və ya hökumətlərarası orqan Müqavilə sahəsinə aid olan ətraf mühitin 

mühafizəsi normalarını  qəbul edirsə  və ya müzakirəyə verirsə, Tərəflər onların layihəyə 

göstərə biləcəyi təsiri müzakirə edir. Bu Saziş üzrə Podratçının hüquqlarına və ya 

mənafelərinə mənfi təsir göstərə bilən hər hansı normalara Podratçının tabe olmasına, yaxud 

tabe olma cəhdinə 23.2 Maddəsinin müddəaları tətbiq olunacaq. 



 

 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə