Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
ƏLAVƏ 2A
Dekabr 2011
2A/4
Yekun variant
26.5 Ətraf Mühitin Mühafizəsi Strategiyası
Ətraf mühitin mühafizəsi strategiyası hazırlanacaq və bu strategiyaya aşağıdakılar daxil
olacaq:
(a) Neft-qaz
Əməliyyatlarının ayrılmaz tərkib hissəsi kimi ətraf mühitin mühafizəsinin
idarəetmə sistemi və Ətraf mühitin mühafizəsinin standartlarında təsvir edildiyi kimi
ətraf mühitin mühafizəsi üzrə köməkçi komitənin təsis edilməsi.
(b)
Ətraf mühitin mühafizəsi üzrə iş proqramının Neft-qaz Əməliyyatlarının Ətraf mühitin
mühafizəsi standartlarında təsvir edilmiş normal mərhələləri ilə uyğun gələn
ardıcıllıqla yerinə yetirilməsi (seysmik tədqiqat, geoloji kəşfiyyat qazmaları, yatağın
istismarı və hasilat).
26.6 Ətraf mühitə ziyan vurulması
(a) Podratçı onun Azərbaycan Respublikasının müvafiq məhkəməsi tərəfindən müəyyən
edilmiş təqsiri üzündən ətraf mühitin hər hansı şəkildə çirklənməsi nəticəsində
Üçüncü tərəfin (Hökumət orqanı istisna olmaqla) məruz qaldığı birbaşa itkilər və ya
ziyan üçün məsuliyyət daşıyır. Podratçının təqsiri üzündən ətraf mühitin çirkləndiyi və
ya ona ziyan vurulduğu halda Podratçı beynəlxalq neft-qaz sənayesində hamılıqla
qəbul olunmuş üsullara müvafiq surətdə ətraf mühitin belə çirklənməsinin və ya
vurulmuş ziyanın təsirini azaltmaq üçün lazımi səylər göstərəcək.
(b) Podratçı bu Sazişin Qüvvəyə minmə tarixindən əvvəl mövcud olan, o cümlədən, lakin
bunlarla məhdudlaşmayan halların səbəbkarı olmadığı hər hansı ekoloji çirklənmə və
ya ətraf mühitə dəyən digər ziyan üçün, yaxud yaranmış ekoloji vəziyyətə və ya
problemlərə görə cavabdeh deyil və onlardan irəli gələn, yaxud onlarla bağlı iddialar,
ziyan və itkilər üçün heç bir xərc çəkmir, ödənc vermir və maddi məsuliyyət daşımır;
və ARDNŞ Podratçını, onun Subpodratçılarını, onun və onların məsləhətçilərini,
agentlərini, işçilərini, qulluqçularını və direktorlarını yuxarıda deyilənlərlə əlaqədar
olaraq hər cür və bütün məsrəflərdən, xərclərdən və məsuliyyətdən azad edəcək və
onlara kompensasiya verəcək.
(c)
Ətraf mühitin çirklənməsinə və ya ona ziyan dəyməsinə görə Podratçıya qarşı irəli
sürülən hər hansı iddialar, tələblər, məhkəmə təqibləri, yaxud məhkəmə baxışları
nəticəsində və ya bunlarla əlaqədar olaraq Podratçının məruz qaldığı hər hansı zərər,
məsuliyyət, itkilər, məsrəflər və xərclər (Podratçının Qərəzli xətası nəticəsində baş
verən belə çirklənmə və ya dəyən zərər istisna olmaqla), habelə Podratçının apardığı
hər hansı bərpa və təmizləmə işlərinə çəkilən məsrəflər Neft-qaz əməliyyatlarına
çəkilən məsrəflərə daxil edilir.
MADDƏ XXVI – ƏLAVƏ IX – Ətraf mühitin mühafizəsinin standartları və Üsulları
I. Kompleks İdarəetmə Sistemi
A. Ətraf mühitin mühafizəsi üzrə köməkçi komitə
1. Rəhbər Komitənin ətraf mühitin mühafizəsi üzrə köməkçi komitəsinin təsis edilməsi və
təşkilati strukturu Podratçının təklifində şərh olunur; təklif təsdiq olunmaq üçün
ARDNŞ-ə təqdim edilir. ARDNŞ tərəfindən təsdiq edildikdən sonra ətraf mühitin
mühafizəsi üzrə köməkçi komitə təsdiq olunmuş tövsiyələrə uyğun yaradılır və
Podratçı tərəflərin, ARDNŞ-ın, Azərbaycan Respublikası Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin, Azərbaycan Elmlər Akademiyasının və
digər müvafiq tədqiqat institutlarının nümayəndələrindən ibarət olur.
2.
Responsibilities of the environmental sub-committee shall be to: Ətraf mühitin
mühafizəsi üzrə köməkçi komitənin vəzifələri bunlardan ibarət olacaq:
- Müəyyən edilmiş ekoloji parametrlərə nəzarət üçün nəzarət proqramını tərtib
etmək
- Nəzarət proqramını əlaqələndirmək
- Nəticələri nəzərdən keçirmək və tövsiyələr vermək
-
İllik hesabatı dərc etdirmək
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
ƏLAVƏ 2A
Dekabr 2011
2A/5
Yekun variant
B. Ekoloji iş proqramı
Neft-qaz əməliyyatları zamanı əməl ediləcək ekoloji iş proqramı 26.2 Maddəsinə əsasən
aşağıdakı mərhələlərə bölünəcək:
1.
For seismic surveys Seysmik tədqiqatlar üçün
-
Ətraf mühitə təsirin qiymətləndirilməsi
- Seysmik
əməliyyatlar üçün sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin
mühafizəsini idarəetmə planı, o cümlədən qəza halları üçün prosedurlar, neft
dağılması halları ilə bağlı fövqəladə tədbirlər planı, tullantıların idarə olunması
planı və audit proqramı
2. Geoloji
kəşfiyyat qazması işləri üçün
- Qazmanın ətraf mühitə təsirinin qiymətləndirilməsi
-
Ətraf mühitin ilkin vəziyyətinin tədqiqi
- Geoloji
kəşfiyyat qazması işləri üçün sağlamlıq, təhlükəsizlik texnikası və ətraf
mühitin mühafizəsini idarəetmə planı, o cümlədən qəza halları üçün prosedurlar,
neft dağılması halları ilə bağlı fövqəladə tədbirlər planı, tullantıların idarə
olunması planı (o cümlədən qazma şlamlarının atılması) və audit proqramı
3.
İşlənmə və hasilat üçün
-
İşlənmə və Hasilat Müddəti üçün ekoloji iş proqramı İşlənmə Proqramı ilə birgə
təsdiq edilmək üçün ARDNŞ-a təqdim ediləcək.
II Ətraf mühitin mühafizəsi standartları
Aşağıda neftin və təbii qazın geoloji kəşfiyyatı və hasilatı sahəsində tullantılar üzrə ümumi və
konkret normativlər verilmişdir.
A. Ümumi normativlər
1. Aşağıdakı normativlərdə göstərilənlər istisna edilməklə işlədilmiş yağlar, quyulardan
çıxan , lay suyu və qum, buruq məhlulu, qazma şlamı, yaxud geoloji kəşfiyyat və
hasilat sahələrində əmələ gələn digər tullantılar atılmır.
2.
İcazə olmadan bilavasitə dəniz səthinə tullantıların atılması qadağandır. Belə
normativlərlə yol verilən bütün tullantılara kessonlarla buraxılma yolu ilə nəzarət edilir;
kessonların açıq tərəfləri həmişə dəniz səthindən azı iki (2) fut (60 sm) dərində
yerləşdirilir.
B. Tullantılara nəzarət və təlimatlar
1. Lay suları
(a) Lay suyu Xəzərin suyu ilə birgə uyuşmaya görə standart sınaqdan keçirsə və bu iki suyun
qarışığı laydan əldə olunan karbohidrogenlərin ümumi həcminin azalmasına səbəb
olmursa, bu halda Podratçı lay təzyiqini lazımi səviyyədə saxlamaq üçün lay suyundan
istifadə etməyə cəhd göstərəcək. Əgər bu iki su uyuşan olsa, Podratçı lay suyunu yalnız
təmizlədikdən sonra və laydakı təzyiqi saxlamaq üçün tələb olunan suyun miqdarından
çox olduqda və ya qəza halları, nasazlıq və mexaniki zədələnmələr baş verdikdə Xəzər
dənizinə axıda bilər. Bu iki su uyuşmadığı halda Podratçı çıxan lay sularını hamılıqla
qəbul edilmiş beynəlxalq Neft-qaz sənayesi standartları və üsullarına uyğun surətdə
təmizlədikdən sonra dənizə ata bilər.
2. Qazma şlamı və qazma məhlulları
(a) Zəhərlilik dərəcəsi aşağı olan və bioloji parçalanan qazma məhlulları istisna olmaqla,
digər neft əsaslı qazma məhlullarının tullanılması qadağandır.
(b) Zəhərlilik dərəcəsi aşağı olan və bioloji parçalanan qazma məhlullarından istifadə
nəticəsində əmələ gələn qazma şlamı istisna olmaqla, çevrilmiş emulsiyalı qazma
məhlulları və ya əgər varsa, tərkibində radiasiya olan qazma məhlulları, işlənmiş maşın
yağı, soyuducu yağ, transmissiya yağı və ya neft əsaslı hər hansı sürtgü yağları olan
qazma məhlullarının istifadəsi ilə əmələ gələn qazma şlamlarının tullanılması qadağan
olunmalıdır.
(c) Qazma məhlulu sistemində (yuyucu maye) xloridlərin maksimum konsentrasiyası
qəbuledici suyun (yəni dənizin) mühit konsentrasiyasından 4 (dörd) dəfədən çox
olarsa,qazma şlamları və qazma məhlullarının tullanılması qadağan olunmalıdır.