Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə113/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   109   110   111   112   113   114   115   116   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13: 

Qalıq təsirlər və yekun 

 

 



Dekabr 2011 

 

13/3 



Yekun variant

 

mq/m



2

/gün olacağı hesablanıb. Bu, normativ göstərici olan 133 mq/m2/gün

1

 ilə müqayisə 



oluna biləcək səviyyədir. Tozla mübarizə aparmaq üçün mövcud tədbirlərə torpaq yollarda 

nəqliyyat vasitələrinin sürətinin məhdudlaşdırılması, təsirə məruz qalmış səthlərdən meydana 

çıxan tozla mübarizə aparmaq üçün sudan istifadə edilməsi və toz səviyyəsi həddindən artıq 

olduqda işlərin dayandırılması kimi tədbirlər daxildir. Gözlənilir ki, ümumiyyətlə, tikinti işləri 

nəticəsində  əmələ  gələn toz səviyyəsi yarımquraq  ərazilərdə adi hallarda baş verən tozun 

çökməsi üzrə mövcud fon səviyyələri kontekstində (495-896 mq/m

2

/s arasında olacağı 



hesablanıb) nəzərə çarpan olmayacaq

2



 

Səs-küy 

 

Sahədə  işləyən texnika və maşınların fəaliyyəti nəticəsində terminal ətrafındakı  həssas 



reseptorlarda səs-küy səviyyələrindəki artımı hesablamaq üçün səs-küyün modelləşdirilməsi 

aparılmışdır. Modelləşdirmə gözlənilən tipik tikinti fəaliyyətlərini  əks etdirən real ssenariyə 

əsaslanmışdır (yəni texnika və maşınların 50 %-i iş yerlərinin hüdudlarında, 50 %-i isə ŞD2 

infrastruktur ərazisinin mərkəzində fəaliyyət göstərməklə). 

 

Səs-küyün modelləşdirilməsinin nəticələri göstərdi ki, Əzimkənd, 3-cü Massiv, Ümid və ya 



Səngəçal qəsəbələrində göstəricilərin normadan artıq olması proqnozlaşdırılmır.  Ən yüksək 

səs-küy səviyyəsi Səngəçal qəsəbəsində proqnozlaşdırılıb, belə ki, burada səs-küy 

səviyyəsinin 65 dB-lik limit göstəriciyə  təxminən bərabər olacağı proqnozlaşdırılıb. Lakin 

proqnozlaşdırılan səs-küy səviyyəsi ətraf mühitdəki səs-küyün mövcud fon səviyyəsinin orta 

göstəricisindən, yəni 67 dB(A)-dan azdır. Bu, onu göstərir ki, tikinti işlərinin səs-küyü bu yerdə 

mövcud səs-küy səviyyələrinin kontekstində əhəmiyyətli dərəcədə nəzərə çarpan olmayacaq. 

 

Tikinti işləri zamanı  səs-küy yaranmasında rol oynayacaq bütün fəaliyyətlər (o cümlədən 



beton dağıtma və payavurma işləri) sahədəki tikinti texnikasının və maşınlarının fəaliyyətinin 

ən intensiv dövrünə  təsadüf etdikdə ehtimal edilən  ən pis halda meydana çıxan təsirləri 

müəyyənləşdirmək məqsədilə də qiymətləndirmə aparılmışdır. Belə bir qənaətə gəlinmişdir ki

bu  ən pis ssenaridə Əzimkənd və Ümid qəsəbələrində səs-küy səviyyəsi limit göstərici olan 

65dB(A) qiymətinə  bərabər olacaq, Səngəçal qəsəbəsində isə bu göstəricidən artıq olacaq. 

Lakin bu reseptorda proqnozlaşdırılır ki, ən pis ssenaridəki səs-küy səviyyəsi ətraf mühitdəki 

səs-küyün mövcud fon səviyyəsinə [67dB(A)] oxşar olacaq. Bu isə onu göstərir ki, tikinti 

işlərinin səs-küyü mövcud səs-küy səviyyələrinin kontekstində  əhəmiyyətli dərəcədə  nəzərə 

çarpan olmayacaq. 

 

Səs-küyün təsirinin azaldılması üçün nəzərdə tutulmuş mövcud nəzarət tədbirlərinə tikinti 



texnikasını  və maşınlarını istifadə edilmədiyi zaman söndürmək və sahədəki bütün tikinti 

texnikasının və maşınlarının effektiv səsboğucu cihaz ilə  təchiz olunmasını  tələb etmək 

daxildir. Bundan əlavə, aşağıdakı təsirazaltma tədbirləri də yerinə yetiriləcək: 

 

 



Mümkün olduqda, beton dağıtma işləri aparılarkən pnevmatik çəkiclərin  ətrafında 

portativ səsboğucu ekranladan istifadə ediləcək; və 

 Torpağa payaların vurulmuş ilə  əlaqədar sınaq payavurma işləri başlanmazdan  əvvəl 

yerli icmalara nəzərdə tutulmuş iş qrafiki və işlər barədə məlumat veriləcək. 

 

Ümumilikdə, belə bir qənaətə gəlinmişdir ki, səs-küyün həm insanlara, həm də bioloji/ekoloji 



reseptorlara təsiri orta mənfi dərəcədə olacaq. 

 

                                                      



1

 Avstraliya normalarından götürülmüş  ən sərt normativ səviyyələr, yəni 133 µg/m

2

/gün göstəricisindən istifadə 



olunub. Hər hansı bir beynəlxalq göstərici mövcud deyil

.

 



2

 

Vanquan Ta və Tao Vanq (2004); ‘Çində quraq və yarımquraq ərazilərdə tozun çökməsinin ölçmələri’, Amerikanın 



İnşaat Mühəndisləri Cəmiyyəti (ASCE) səh 1-10.

 



Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13: 

Qalıq təsirlər və yekun 

 

 



Dekabr 2011 

 

13/4 



Yekun variant

 

Quru mühitinin və sahilyanı ərazilərin ekologiyası 

 

Hesablamaya görə,  ŞD2 infrastruktur layihəsi çərçivəsində boru kəmərinin dənizdən sahilə 



çıxdığı ərazidə torpağın səth qatının çıxarılması, qazılmış torpağın daşınması, drenaj işlərinin 

idarə olunması  və hazırlıq işləri mövcud təbii yaşayış mühitlərinin təxminən 85 hektarının 

çıxarılması ilə  nəticələnəcək.  İtki təsirə  məruz qalmış  ərazinin təxminən 50 %-ində daimi 

xarakter daşıyacaq. Qalan ərazilər isə müvəqqəti istifadə ediləcək və sonradan bərpa 

olunacaq. 

 

ŞD2 infrastruktur ərazisi yaxınlığındakı yerli bitki örtüyü terminal ətrafındakı  ərazi üçün 



səciyyəvi olan flora növləri ilə xarakterizə olunur. Bunlar isə  nə nadir növlərdir, nə  də  nəsli 

tükənməkdə olan növlər. Tədqiqatlar göstərmişdir ki, səhra/yarımsəhra bitki örtüyünün 

paylanmasında və ya vəziyyətində zaman keçdikdə əhəmiyyətli dəyişiklik müşahidə olunmur. 

 

Terminalın cənubunda sulu-bataqlıq ərazi (vadinin təmizlənməsi işlərinin planlaşdırıldığı yer), 



ilk növbədə, vadi sistemi vasitəsilə mövsümi su axınlarından asılıdır. Lakin tədqiqatlar 

mövcud olan növlərdə  və ya sulu-bataqlıq zonanın ümumi əhatə dairəsində heç bir 

əhəmiyyətli dəyişiklik olmadığını göstərmişdir (3-cü tərəfin tikinti fəaliyyətləri nəticəsində baş 

verən hallar istisna olmaqla). Sulu-bataqlıq zonadakı  təbii yaşayış mühitinin  nadir olduğu 

hesab edilmir və  işlərin təsir etdiyi ərazi ümumilikdə  təbii yaşayış mühitinin funksiyası üçün 

həyati əhəmiyyətə malik deyil. 

 

Terminal ətrafında qeydə alınmış quş növlərinin təxminən 12 %-i yerdə yuva salan quşlardır. 



Lakin bu günə  qədər aparılmış  tədqiqatlar çərçivəsində  ŞD2 infrastruktur layihəsinin  ərazisi 

daxilində yuvalayan quşlar üçün unikal dəyərə malik təbii yaşayış mühitinin mövcudluğunu 

göstərən əlamətlərə rast gəlinməmişdir. Belə ehtimal edilir ki, terminal ətrafındakı ərazilərdə 

olan quşlar sənaye müəssisələrinin və avtomobil nəqliyyatının səs-küyünə artıq öyrəşmişlər. 

 

Terminal  ətrafında fauna növləri az sayda qeydə alınmışdır, bunların sayı, dördü mühafizə 



statusuna malik növ daxil olmaqla

3

, altıdır. Yalnız Aralıq dənizi tısbağası 



(Testudo graeca)

 

müvafiq qaydada qeydə alınmışdır.  İşlərin təsirinə  məruz qalan ərazi optimal təbii yaşayış 



mühiti deyil və mövcud populyasiyalar üçün əhəmiyyətli hesab edilmir. İşlər kiçik müvəqqəti 

dəyişiklikdən artıq hər hansı bir təsirə malik olmayacaq və fauna növlərinin populyasiyalarının 

ekoloji funksionallığı olduğu kimi qalacaq. 

 

Təsirlər mövcud nəzarət tədbirlərinin yerinə yetirilməsi vasitəsilə mümkün və lazım olduğu 



qədər minimuma endiriləcək. Nəzarət tədbirlərinə aşağıda göstərilənlər üzrə tələb daxildir: 

 

 Canlılar aləminin mövcud olub-olmadığını aşkar etmək üçün bitki örtüyü götürülməzdən 



əvvəl yoxlama aparılır və rast gəlinmiş canlı növlərinə ziyan vurulmaması  məqsədilə 

müvafiq tədbirlər görülməyənə qədər işlər dayandırılır; 

 Sulu-bataqlıq  ərazilərə, çaylara və çay sahillərinə yaxın yerlərdə torpağın üst qatının 

çıxarılması və bitkilərin təmizlənməsi minimuma endirilir; və 

 

İşlər başlanılmazdan  əvvəl canlılar aləmini aşkara çıxarmaq üçün qazılmış yerlərdə 



gündəlik yoxlamalar aparılır. 

 

“Canlılar aləminin idarə olunması planı” hazırlanacaq və həyata keçiriləcək ki, bu plan da öz 



növbəsində, işlər aparılan zaman, o cümlədən  ŞD2 infrastruktur işlərinin təsirinə  məruz 

qalmış  ərazilərdə rast gəlinmiş  hər hansı  məməlilərin, sürünənlərin və ya İUCN (Təbii 

Ehtiyatların Mühafizəsi üzrə Beynəlxalq Birliyin) siyahısına və Azərbaycanın “Qırmızı kitab”ına 

düşmüş hər hansı növlərin planlaşdırılmış köçürülməsi zamanı yerli canlılar aləminə və təbii 

yaşayış mühitlərinə təsiri minimuma endirmək üçün nəzərdə tutulmuş fəaliyyətlər və tədbirlər 

müəyyənləşdirilir. 

 

Qiymətləndirmə nəticəsində belə bir qənaətə gəlinmişdir ki, ŞD2 infrastruktur işlərinin ekoloji 



reseptorlara təsiri orta mənfi təsirdən artıq olmayacaq. 

                                                      

3

 O cümlədən IUCN Az Riskli/Nəsli Tükənmək Təhlükəsinə Yaxın, IUCN Həssas və Azərbaycanın Qırmızı 



Kitabındakı növlər.  


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə