Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə114/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   110   111   112   113   114   115   116   117   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13: 

Qalıq təsirlər və yekun 

 

 



Dekabr 2011 

 

13/5 



Yekun variant

 

Torpaq, qrunt suları və səth suları 

 

Torpağın üst qatının çıxarılması  və qazılmış qruntun daşınması  və drenajın idarə olunması 



işləri mövcud torpağın bir yerdən başqa yerə daşınması, fiziki təsir vasitəsilə qrunt sularının 

və  səth sularının çirklənməsi ilə  nəticələnə bilər. Bu vaxta qədər aparılmış monitorinq 

planlaşdırıldığı  ərazilərdə infrastruktur işlərinin hər hansı  əhəmiyyətli və ya geniş  əhatəli 

çirklənmə ilə  nəticələnməyəcəyini göstərir, lakin məhdud çirklənmə  ərazilərinin olması 

mümkündür. 

 

Sulu-bataqlıq  ərazilər daxilində, o cümlədən vadinin təmizlənməsi işlərinin planlaşdırıldığı 



ərazilərdə 

tədqiqatlar ümumi karbohidrogen miqdarının (ÜKM), poliaromatik 

karbohidrogenlərin (PAK), kadmiumun (götürülmüş qrunt suyu nümunələrində) və fenolların 

(torpaqda) yüksək səviyyələrdə mövcud olduğu göstərdi. Bundan əlavə, 2011-ci ilin iyun 

ayında ərazidə gəzinti zamanı lokal karbohidrogen dağılmaları müşahidə edilmişdir. 

 

Səngəçal terminalının hazırda mövcud olan hüdudları xaricində neftlə/yağla çirklənmiş torpaq, 



qrunt suyu və ya digər materiallar müşahidə edildikdə və bunların daşınması tələb olunduqda, 

həmin materiallar oxşar  ətraf mühit keyfiyyətinə  və funksiyasına, eləcə  də qeydə alınmış 

materialın xüsusiyyətlərinə malik olan ərazilərə köçürüləcək.  Əgər çirklənmiş materiallara 

Səngəçal terminalının hüdudları daxilində rast gəlinərsə, bu materiallar BP şirkətinin 

tullantıların idarə olunması prosedurlarına uyğun şəkildə tullantı kimi təsnif ediləcək və idarə 

olunacaq. Çirklənmənin potensial olaraq bir yerdən başqa yerə keçməsini minimuma 

endirmək üçün nəzərdə tutulan digər nəzarət tədbirlərinə qazılmış torpaq qalaqlarının su 

axarlarından uzaqda yerləşdirilməsi və sahənin drenaj və çirklənmə  təhlükələri üzrə 

xəritələrinin (bu xəritələr potensial çirklənmə  mənbələrini [başqa sözlə, saxlama sahələri], 

yollarını [başqa sözlə, drenajlar] və reseptorları [başqa sözlə, Xəzər dənizi]  əks etdirir) 

müntəzəm olaraq hazırlanması daxildir. 

 

Qiymətləndirmə nəticəsində belə bir qənaətə gəlinmişdir ki, qrunt və səth suları orta dərəcəli 



mənfi təsirə malikdir. Belə hesab edilir ki, torpağa və  səth sularına təsirlər mövcud nəzarət 

tədbirlərinin həyata keçirilməsi vasitəsilə mümkün və lazım olduğu qədər azaldılır. 

 

Mədəni irs 

 

Torpağın üst qatının çıxarılması, qazılmış torpağın daşınması  və drenajın idarə olunması 



işləri mədəni irsə  təsir göstərmək potensialına malikdir. Torpağın üst qatından 0,15 m 

yuxarıda və ya mövcud torpaq qalaqları altında dövlət tərəfindən mühafizə edilən məlum 

abidələr və  mədəni irs sahələrinin digər növü mövcud deyil. Mövcud torpaq qalaqlarının 

altındakı sahələrin əvvəlki tikinti işləri nəticəsində əhəmiyyətli dərəcədə təsirə məruz qaldığı 

ehtimal edilir və  həmçinin boru kəmərinin sahilə  çıxdığı  ərazi də bundan əvvəl doldurucu 

material və/və ya əhəng daşının çıxarılması nəticəsində təsirə məruz qalıb. Mövcud nəzarət 

tədbirlərinə maddi-mədəniyyət nümunələrinin və ya arxeoloji əhəmiyyətə malik sahələrin 

müəyyənləşdirilməsi üçün arxeoloji nəzarət və  təsadüfi tapıntılara dair prosedur daxildir. 

2011-ci ilin 4-cü rübündə aparılmış ilkin arxeoloji vəziyyətə dair tədqiqat (nəticələrin 

tamamlanması üzərində iş gedir) Arxeoloji və Mədəni  İrsin idarə olunması Planına məlumat 

verəcək və bununla  mədəni irs sahələrinə ziyan vurma potensialını daha da azaldacaq.  

 

Payavurma işləri ŞD2 genişlənmə ərazisində yerə çalınacaq sınaq payalarının və boru kəməri 



kəsişmələrində sütunların qazılaraq torpaqda hazırlanmasını  əhatə edir. Payavurma işləri, 

xüsusən də yerə vurulan payalar torpaq və daş özüllərdə titrəyişlər yarada bilər ki, bu da 

Karvansaray kimi mədəni irs tikililərinə təsir göstərmək potensialına malikdir. Torpağa sınaq 

payaların vurulması Karvansaradan 1 km-dən artıq aralıda,  ŞD2 genişlənmə  ərazisinin 

qərbində yerləşəcək. Boru kəməri kəsişmələrində sütunların qazılaraq torpaqda 

hazırlanmasının planlaşdırıldığı ərazilər Karvansaradan minimum 250 metr məsafədə yerləşir. 

Payavurma işlərinin yaradacağı titrəyişlərin mənbədən 50 m-dən artıq məsafəyə keçməyəcəyi 

gözlənilir və buna görə də Karvansaranın payavurma işlərinin təsirinə məruz qalacağı ehtimal 

edilmir. 

 



Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13: 

Qalıq təsirlər və yekun 

 

 



Dekabr 2011 

 

13/6 



Yekun variant

 

Ümumilikdə, torpaq işlərinin və payavurma işlərinin mədəni irsə  təsirinin orta dərəcəli mənfi 



təsir olacağı hesab edilir. 

 

13.3 Sosial-iqtisadi 



sahəyə təsirlər 

 

ŞD2 infrastruktur layihəsi üçün sosial-iqtisadi sahəyə təsirlərin qiymətləndirilməsi aparılmışdır 



və Cədvəl 13.2-də qalıq təsirlərin xülasəsi təqdim olunur. 

 

Cədvəl 13.2  Sosial-iqtisadi sahəyə qalıq təsirlərin xülasəsi 



Miqyas 

Hadisə 

Coğrafi 

əhatə 

dairəsi 

Vaxt və müddət 

Ehtimal 

Reseptorun 

həssaslığı 

Təsirin 

dərəcəsi 

Birbaşa təsirlər 

Bütün ŞD2 infrastruktur ərazisi icazəsiz 

girişin qarşısını almaq məqsədilə işlər 

görülən müddət ərzində müvəqqəti 

çəpərlənmiş olacaq.  

 

Müvəqqəti təsir 



İstifadə imkanının 

pozulması və giriş 

məhdudiyyətləri 

(ŞD2 infrastruktur 

ərazisi) 

Yerli  


 

 

 



 

Təxminən 115 hektara qədər ərazi  

çobanların istifadəsindən daimi olaraq 

çıxarılacaq. 

 

Daimi təsir 



Yüksək 

dərəcədə 

ehtimal edilir 

 

Yerli çobanlar – 



yüksək 

 

Orta – böyük 



mənfi 

 

Yüksək 



dərəcədə 

ehtimal edilir 

 

İstirahət 



məqsədilə balıq 

ovlayan 


balıqçılar – Az 

Cüzi 

Yüksək 


dərəcədə 

ehtimal edilir 

 

Kommersiya 



məqsədilə balıq 

ovlayan 


balıqçılar - Orta 

Mənfi 

Yüksək 


dərəcədə 

ehtimal edilir 

 

İstirahət 



məqsədli 

istifadəçilər – Az 



Cüzi 

İstifadə imkanının 

pozulması və giriş 

məhdudiyyətləri 

(boru kəmərinin 

sahilə çıxdığı 

ərazi) 

Yerli 


ŞD2 İnfrastruktur Sahəsinin əksər hissəsi 

işlər ərzində müvəqqəti olaraq 

çəpərlənəcək (2012-ci ilin mart ayı və 

2013-cü ilin iyun ayı arasında). 

 

Müvəqqəti təsir 



Ehtimal 

edilmir 


Sahil xəttindəki 

mülklərin dəyəri 

- Az 

Cüzi 

Yerli 


Yüksək 

dərəcədə 

ehtimal edilir 

Yerli icma – 

Yüksək 

Orta - Böyük 

Müsbət 

Məşğulluğun 

yaradılması 

Regional 

Məşğulluq layihə müddəti ərzində mövcud 

olacaq və onun pik həddinin 2012-ci ilin 

aprel ayı ilə 2012-ci ilin noyabr ayı arasına 

təsadüf edəcəyi gözlənilir. 

  

Müvəqqəti təsir 



Ehtimal edilir 

Regional icma – 

Orta 

Müsbət 

Yerli 


Yüksək 

dərəcədə 

ehtimal edilir 

Yerli icma – 

Yüksək 

Orta - Böyük 

Müsbət 

Təlim və 

səriştələrin 

təkmilləşdirilməsi 

Regional 

Təlim layihə fəaliyyətlərindən əvvəl 

başlayacaq və layihə müddəti boyunca 

davam edəcək. 

 

 

Daimi 



Yüksək 

dərəcədə 

ehtimal edilir 

Yerli icma – Orta 



Müsbət 

Yerli və 

Regional  

Yerli və regional 

biznes 

subyektləri  - 



Yüksək 

 

 



 

Orta – Böyük 

müsbət 

Malların və 

xidmətlərin 

tədarükü 

Ölkə 

miqyasında 



Maddi-texniki təchizat işləri layihənin 

davam etdiyi müddət boyunca həyata 

keçiriləcək və onun faydaları layihə başa 

çatdıqdan qısa müddət sonra öz qüvvəsini 

dayandıracaq.  

 

Müvəqqəti 



 

 

 



 

 

 



 

 

Yüksək 



dərəcədə 

ehtimal edilir 

Ölkə miqyaslı 

biznes 


subyektləri – 

Yüksək 


 

Müsbət 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə