Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə115/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   111   112   113   114   115   116   117   118   ...   181

Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13: 

Qalıq təsirlər və yekun 

 

 



Dekabr 2011 

 

13/7 



Yekun variant

 

Miqyas 



Hadisə 

Coğrafi 

əhatə 

dairəsi 

Vaxt və müddət 

Ehtimal 

Reseptorun 

həssaslığı 

Təsirin 

dərəcəsi 

Tikinti maşınlarının 

hərəkəti ilə bağlı 

icmanın 


təhlükəsizliyinin 

pozulması və 

icmanın 

təhlükəsizliyinə 

təsir (sahədən 

kənar) 


Yerli 

Sahədən kənar nəqliyyat axınının hərəkəti 

layihə müddəti ərzində davam edəcək. 

 

 



 

Müvəqqəti 

Ehtimal 

edilmir 


Yol istifadəçiləri 

və yerli icma – 

Yüksək 

Mənfi 

Yolun vəziyyətinin 

korlanması 

Yerli 


 

Layihə müddəti ərzində tikinti 

materiallarının daşınması nəticəsində 

yolun vəziyyətində dəyişikliklər baş 

verəcək və bu dəyişikliklər layihə 

tamamlandıqdan sonra başa çatacaq.  

 

Müvəqqəti 



Yüksək 

dərəcədə 

ehtimal 

edilmir 


Yerli avtomobil 

yolları - Yüksək 

Avtomagistral - 

Az 


Cüzi 

Avtomobil və 

dəmir yolları ilə 

bağlı işlər 

Yerli və 

regional 

Yolların bağlanılmasının və yol işlərinin 

layihə müddəti boyunca baş verəcəyi 

gözlənilir, lakin bunların qısa müddətli 

olacağı gözlənilir. 

 

Müvəqqəti 



Yüksək 

dərəcədə 

ehtimal edilir 

Yerli, regional və 

ölkə miqyaslı 

biznes 


subyektləri – 

Yüksək 


Mənfi 

İşçi qüvvəsinin 

ixtisarı 

Yerli 


İşçi qüvvəsinin ixtisarının layihənin sona 

çatmasından əvvəl başlayacağı ehtimal 

edilir, çünki heyətlə komplektləşdirmə 

səviyyələri azalır, lakin gözlənilir ki, əsas 

ŞD2 layihəsi işçilər üçün müvafiq 

məşğulluq imkanları təmin edəcək. 

 

 

Daimi 



Ehtimal 

edilmir 


Yerli icma – 

Yüksək 


Cüzi 

 

 

İstifadə imkanının pozulması və giriş məhdudiyyətləri 

 

İşlərin başlanğıcında ilkin sahə obyektlərinin qurulması, yekun mərhələlər  ərzində  İNL 



sahəsinin yolunun və  dəmiryolu kəsişməsi yatağının bağlanılması ilə  əlaqədar layihə 

fəaliyyətləri  ŞD2 infrastruktur ərazisinin  əhatə dairəsi daxilindəki torpaq sahəsinə giriş 

imkanlarına dəyişikliklər ilə  nəticələnəcək.  ŞD2 infrastruktur ərazisinin bütün perimetr üzrə 

boydan-boya daimi hasara alınması  nəzərdə tutulmasa da, tikinti işləri  ərzində texniki 

təhlükəsizlik və mühafizə məqsədilə hər bir sahəni müvəqqəti çəpərləmək lazım gələcək. 

 

İstirahət məqsədilə balıq ovlayan insanların,  ərazidən istirahət məqsədilə istifadə edən 



şəxslərin və sahil xəttindəki mülklərin həssaslığının az olacağı təxmin edilir; belə hesab edilir 

ki, təsirlər mümkün və lazım olduğu qədər minimuma endirilmişdir və  təsirazaltma tədbirləri 

tələb olunmur. Ümumilikdə çobanlara təsirin orta dərəcədən böyük dərəcəyə qədər dəyişən 

mənfi təsir olacağı və kommersiya məqsədilə balıq ovlayan balıqçılara təsirin isə mənfi təsir 

olacağı gözlənilir. 

 

Məşğulluğun yaradılması 

 

Gözlənilir ki, işlərin davam etdiyi müddət ərzində layihədə 450 ilə 700 nəfər arasında şəxs işlə 



təmin olunacaq. Dörd yerli icma üçün məşğulluq imkanlarını maksimuma çatdırmaq 

məqsədilə  “İşçi qüvvəsinin rifahının yüksəldilməsi və yerli məşğulluq planı” hazırlanacaq və 

həyata keçiriləcək. Təxmin edildiyinə görə, məşğulluqla bağlı yerli və regional təsirlər mövcud 

nəzarət tədbirləri vasitəsilə mümkün qədər maksimuma çatdırılır. Layihə  nəticəsində yerli 

miqyasda, xüsusi olaraq da yerli icmalar daxilində orta-böyük dərəcəli müsbət təsir gözlənilir. 

 



Şahdəniz 2 infrastruktur layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 13: 

Qalıq təsirlər və yekun 

 

 



Dekabr 2011 

 

13/8 



Yekun variant

 

Təlim və səriştələrin inkişaf etdirilməsi 

 

“Təlim planı” da tətbiq olunacaq ki, həmin plan bundan əvvəl AÇG və  ŞD layihələri üçün 



həyata keçirilmiş  təlim proqramlarına oxşar təlim proqramlarını müəyyənləşdirəcək. “Təlim 

planı”nın məqsədi Azərbaycan vətəndaşlarının təliminə xüsusi diqqət yetirməklə  təlim və 

səriştələrin təkmilləşdirilməsi üzrə imkanlar təmin etmək olacaq. Səriştələrin yaradılmasına 

zəmanət üzrə rəsmi sistem tətbiq ediləcək, səriştələrin aşılanması ilə bağlı keçirilən sınaqların 

və verilən təlimlərin qeydiyyatı aparılacaq. Buna əsasən, belə hesab olunur ki, ŞD2 

infrastruktur layihəsi yerli miqyasda, xüsusi olaraq da dörd yerli icmada təlim və  səriştələrin 

inkişaf etdirilməsinə orta dərəcədən yüksək dərəcəyə qədər müsbət təsir göstərəcək. 

 

Malların və xidmətlərin tədarük edilməsi 

 

Materialların, avadanlıqların, malların və xidmətlərin tədarük edilməsinə layihə  fəaliyyətləri 



həyata keçirilməzdən  əvvəl başlayacaq və bu, layihə  ərzində davam edəcək. Biznes 

subyektləri (şirkətlər) üçün gözlənilən faydaları hal-hazırda kəmiyyətlə müəyyənləşdirmək 

mümkün deyil, çünki maddi-texniki təchizat strategiyası və tikinti müqavilələrinin bağlanılması 

hələ  həyata keçirilməyib. Lakin layihənin tələb olunan spesifikasiyalarına cavab verən 

avadanlıqların (məsələn: texnika və tikinti maşınları) və materialların (məsələn: çınqıl) 

mümkün olduqda Azərbaycan daxilindən əldə olunmasına üstünlük veriləcək. Bunun yerli və 

regional səviyyədə orta - böyük müsbət təsirə, ölkə  səviyyəsində isə müsbət təsirə malik 

olacağı təxmin edilir. 

 

Tikinti maşınlarının hərəkəti nəticəsində yaranan narahatlıq 

 

Bakı-Salyan magistral yolundakı mövcud nəqliyyat axınında Layihə çərçivəsində maşınlarının 



hərəkətinin payının pik hədd kimi 162 təşkil edəcəyi gözlənilir (2012-ci ilin may ayı ilə oktyabr 

ayı arasında). Nəqliyyat axınına təsirləri minimuma endirmək üçün mövcud nəzarət 

tədbirlərinə “Nəqliyyat və yol hərəkətinin idarə olunması planı”nın həyata keçirilməsi daxildir. 

Sözügedən planda əsas diqqət sürücülərin və onların avtomobillərinin yolda olarkən 

təhlükəsizliyini təmin etməyə  və onların təhlükəsiz sürücülük davranışlarını  qəbul etməsini 

təmin etməyə yönəldilib. Sahədən kənar nəqliyyat axınlarının hərəkəti ilə bağlı yerli icmalara 

potensial təsirləri daha da minimuma endirmək məqsədilə, icma ilə davamlı  əlaqə 

saxlanılması prosesinin bir hissəsi kimi sahədən kənar nəqliyyatın hərəkəti ilə bağlı potensial 

təhlükələr barədə məlumatlandırma işləri həyata keçirmək lazım gələcək. Belə nəzərdə tutulur 

ki, ŞD2 infrastruktur layihəsi mövcud nəqliyyat axınlarına mənfi təsir göstərəcək. 

 

Yolların vəziyyəti 

 

Gözlənilir ki, Bakı-Salyan magistral avtomobil yolu tikinti materiallarının daşınması üçün 



istifadə olunan başlıca marşrut olacaq. Buna baxmayaraq, təchizat strategiyası tətbiq edilənə 

və müqavilə bağlanılana qədər istifadə edilməli olan dəqiq nəqliyyat marşrutları 

müəyyənləşdirilməyəcək.  ŞD2 infrastruktur işlərindən  əvvəl və sonra, tikinti materiallarının 

daşınmasında istifadə edilən yerli yolların mövcud vəziyyətini qiymətləndirmək məqsədilə 

həmin yollara baxış keçirilməsi planlaşdırılır. Layihə ilə bağlı yerli yolların vəziyyətindəki hər 

hansı  dəyişikliklər müəyyən ediləcək və onların vəziyyətini bərpa etmək üçün təmir işləri 

aparılacaq. Tikinti ilə bağlı  nəqliyyat axını  əsas avtomagistralın gələcək vəziyyətinə  təsir 

göstərməyəcək və ona görə də həm yerli yollara, həm də magistral yola cüzi miqdarda təsir 

olacağı təxmin edilir. 

 

Avtomobil yolu və dəmir yolu ilə bağlı işlər 

 

Gözlənildiyinə görə, avtomobil və dəmir yolu istifadəçilərinin yoldan normal istifadə rejiminin 



pozulması, çox ehtimal ki, avtomobil və  dəmir yollarında aparılan işlər, o cümlədən yolların 

mümkün müvəqqəti bağlanılması  və dolayı istiqamətləndirilməsi nəticəsində baş verəcək. 

Avtomobil yollarının bağlanılması ilə bağlı  hər hansı  tələblərin öhdəsindən gəlmək və/və ya 

dəmir yolu xidmətlərinin fəaliyyətinin pozulmasını aradan qaldırmaq üçün pozulmanı 

minimuma endirəcək müddət, vaxtlar və variantlar üzrə prosedurlar müəyyənləşdiriləcək. 

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və  qəza/təcili yardım xidmətləri yolun 




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə