Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə118/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   114   115   116   117   118   119   120   121   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

ƏLAVƏ 2A 

 

Dekabr 2011 



 

2A/4 


Yekun variant

 

26.5 Ətraf Mühitin Mühafizəsi Strategiyası 

Ətraf mühitin mühafizəsi strategiyası hazırlanacaq və bu strategiyaya aşağıdakılar daxil 

olacaq:


 

 

(a) Neft-qaz 



Əməliyyatlarının ayrılmaz tərkib hissəsi kimi ətraf mühitin mühafizəsinin 

idarəetmə sistemi və  Ətraf mühitin mühafizəsinin standartlarında təsvir edildiyi kimi 

ətraf mühitin mühafizəsi üzrə köməkçi komitənin təsis edilməsi. 

(b) 


Ətraf mühitin mühafizəsi üzrə iş proqramının Neft-qaz Əməliyyatlarının Ətraf mühitin 

mühafizəsi standartlarında təsvir edilmiş normal mərhələləri ilə uyğun gələn 

ardıcıllıqla yerinə yetirilməsi (seysmik tədqiqat, geoloji kəşfiyyat qazmaları, yatağın 

istismarı və hasilat). 

 

26.6 Ətraf mühitə ziyan vurulması 

(a) Podratçı onun Azərbaycan Respublikasının müvafiq məhkəməsi tərəfindən müəyyən 

edilmiş  təqsiri üzündən  ətraf mühitin hər hansı  şəkildə çirklənməsi nəticəsində 

Üçüncü tərəfin (Hökumət orqanı istisna olmaqla) məruz qaldığı birbaşa itkilər və ya 

ziyan üçün məsuliyyət daşıyır. Podratçının təqsiri üzündən ətraf mühitin çirkləndiyi və 

ya ona ziyan vurulduğu halda Podratçı beynəlxalq neft-qaz sənayesində hamılıqla 

qəbul olunmuş üsullara müvafiq surətdə  ətraf mühitin belə çirklənməsinin və ya 

vurulmuş ziyanın təsirini azaltmaq üçün lazımi səylər göstərəcək. 

(b) Podratçı bu Sazişin Qüvvəyə minmə tarixindən əvvəl mövcud olan, o cümlədən, lakin 

bunlarla məhdudlaşmayan halların səbəbkarı olmadığı hər hansı ekoloji çirklənmə və 

ya  ətraf mühitə  dəyən digər ziyan üçün, yaxud yaranmış ekoloji vəziyyətə  və ya 

problemlərə görə cavabdeh deyil və onlardan irəli gələn, yaxud onlarla bağlı iddialar, 

ziyan və itkilər üçün heç bir xərc çəkmir, ödənc vermir və maddi məsuliyyət daşımır; 

və ARDNŞ Podratçını, onun Subpodratçılarını, onun və onların məsləhətçilərini, 

agentlərini, işçilərini, qulluqçularını  və direktorlarını yuxarıda deyilənlərlə  əlaqədar 

olaraq hər cür və bütün məsrəflərdən, xərclərdən və məsuliyyətdən azad edəcək və 

onlara kompensasiya verəcək. 

(c) 


Ətraf mühitin çirklənməsinə  və ya ona ziyan dəyməsinə görə Podratçıya qarşı irəli 

sürülən hər hansı iddialar, tələblər, məhkəmə  təqibləri, yaxud məhkəmə baxışları 

nəticəsində və ya bunlarla əlaqədar olaraq Podratçının məruz qaldığı hər hansı zərər, 

məsuliyyət, itkilər, məsrəflər və  xərclər (Podratçının Qərəzli xətası  nəticəsində baş 

verən belə çirklənmə və ya dəyən zərər istisna olmaqla), habelə Podratçının apardığı 

hər hansı  bərpa və  təmizləmə  işlərinə  çəkilən məsrəflər Neft-qaz əməliyyatlarına 

çəkilən məsrəflərə daxil edilir. 

 

MADDƏ XXVI – ƏLAVƏ IX – Ətraf mühitin mühafizəsinin standartları və Üsulları 

 

I. Kompleks İdarəetmə Sistemi 

 

A. Ətraf mühitin mühafizəsi üzrə köməkçi komitə 

1. Rəhbər Komitənin ətraf mühitin mühafizəsi üzrə köməkçi komitəsinin təsis edilməsi və 

təşkilati strukturu Podratçının təklifində  şərh olunur; təklif təsdiq olunmaq üçün 

ARDNŞ-ə  təqdim edilir. ARDNŞ  tərəfindən təsdiq edildikdən sonra ətraf mühitin 

mühafizəsi üzrə köməkçi komitə  təsdiq olunmuş tövsiyələrə uyğun yaradılır və 

Podratçı  tərəflərin, ARDNŞ-ın, Azərbaycan Respublikası Dövlət Ekologiya və 

Təbiətdən  İstifadəyə  Nəzarət Komitəsinin, Azərbaycan Elmlər Akademiyasının və 

digər müvafiq tədqiqat institutlarının nümayəndələrindən ibarət olur. 

2. 


Responsibilities of the environmental sub-committee shall be to: Ətraf mühitin 

mühafizəsi üzrə köməkçi komitənin vəzifələri bunlardan ibarət olacaq: 

 

- Müəyyən edilmiş ekoloji parametrlərə  nəzarət üçün nəzarət proqramını  tərtib 



etmək 

- Nəzarət proqramını əlaqələndirmək 

- Nəticələri nəzərdən keçirmək və tövsiyələr vermək 

İllik hesabatı dərc etdirmək 



 

 


Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

ƏLAVƏ 2A 

 

Dekabr 2011 



 

2A/5 


Yekun variant

 

B. Ekoloji iş proqramı 

Neft-qaz əməliyyatları zamanı əməl ediləcək ekoloji iş proqramı 26.2 Maddəsinə əsasən 

aşağıdakı mərhələlərə bölünəcək: 

 

1.   


For seismic surveys Seysmik tədqiqatlar üçün 

Ətraf mühitə təsirin qiymətləndirilməsi 



- Seysmik 

əməliyyatlar üçün sağlamlıq, təhlükəsizlik texnikası  və  ətraf mühitin 

mühafizəsini idarəetmə planı, o cümlədən qəza halları üçün prosedurlar, neft 

dağılması halları ilə bağlı fövqəladə  tədbirlər planı, tullantıların idarə olunması 

planı və audit proqramı 

2. Geoloji 

kəşfiyyat qazması işləri üçün 

- Qazmanın ətraf mühitə təsirinin qiymətləndirilməsi 

Ətraf mühitin ilkin vəziyyətinin  tədqiqi 



- Geoloji 

kəşfiyyat qazması  işləri üçün sağlamlıq, təhlükəsizlik texnikası  və  ətraf 

mühitin mühafizəsini idarəetmə planı, o cümlədən qəza halları üçün prosedurlar, 

neft dağılması halları ilə bağlı fövqəladə  tədbirlər planı, tullantıların idarə 

olunması planı (o cümlədən qazma şlamlarının atılması) və audit proqramı 

3.  


İşlənmə və hasilat üçün

 



İşlənmə  və Hasilat Müddəti üçün ekoloji iş proqramı  İşlənmə Proqramı ilə birgə 

təsdiq edilmək üçün ARDNŞ-a təqdim ediləcək. 

 

II Ətraf mühitin mühafizəsi standartları 

Aşağıda neftin və təbii qazın geoloji kəşfiyyatı və hasilatı sahəsində tullantılar üzrə ümumi və 

konkret normativlər verilmişdir. 

 

A. Ümumi normativlər 

1. Aşağıdakı normativlərdə göstərilənlər istisna edilməklə  işlədilmiş yağlar, quyulardan 

çıxan , lay suyu və qum, buruq məhlulu, qazma şlamı, yaxud geoloji kəşfiyyat və 

hasilat sahələrində əmələ gələn digər tullantılar atılmır. 

2. 


İcazə olmadan bilavasitə  dəniz səthinə tullantıların atılması qadağandır. Belə 

normativlərlə yol verilən bütün tullantılara kessonlarla buraxılma yolu ilə nəzarət edilir; 

kessonların açıq tərəfləri həmişə  dəniz səthindən azı iki (2) fut (60 sm) dərində 

yerləşdirilir. 

 

B. Tullantılara nəzarət və təlimatlar 

1. Lay suları 

(a)  Lay suyu Xəzərin suyu ilə birgə uyuşmaya görə standart sınaqdan keçirsə və bu iki suyun 

qarışığı laydan əldə olunan karbohidrogenlərin ümumi həcminin azalmasına səbəb 

olmursa, bu halda Podratçı lay təzyiqini lazımi səviyyədə saxlamaq üçün lay suyundan 

istifadə etməyə cəhd göstərəcək. Əgər bu iki su uyuşan olsa, Podratçı lay suyunu yalnız 

təmizlədikdən sonra və laydakı  təzyiqi saxlamaq üçün tələb olunan suyun miqdarından 

çox olduqda və ya qəza halları, nasazlıq və mexaniki zədələnmələr baş verdikdə Xəzər 

dənizinə axıda bilər.  Bu  iki  su    uyuşmadığı halda Podratçı  çıxan lay sularını hamılıqla 

qəbul edilmiş beynəlxalq Neft-qaz sənayesi standartları  və üsullarına uyğun surətdə 

təmizlədikdən sonra dənizə ata bilər. 

2. Qazma şlamı və qazma məhlulları 

(a) Zəhərlilik dərəcəsi aşağı olan və bioloji parçalanan qazma məhlulları istisna olmaqla, 

digər neft əsaslı qazma məhlullarının tullanılması qadağandır.  

(b) Zəhərlilik dərəcəsi aşağı olan və bioloji parçalanan qazma məhlullarından istifadə 

nəticəsində  əmələ  gələn qazma şlamı istisna olmaqla, çevrilmiş emulsiyalı qazma 

məhlulları  və ya əgər varsa, tərkibində radiasiya olan qazma məhlulları, işlənmiş maşın 

yağı, soyuducu yağ, transmissiya yağı  və ya neft əsaslı  hər hansı sürtgü yağları olan 

qazma məhlullarının istifadəsi ilə  əmələ  gələn qazma şlamlarının tullanılması qadağan 

olunmalıdır.  

(c) Qazma  məhlulu sistemində (yuyucu maye) xloridlərin maksimum konsentrasiyası 

qəbuledici suyun (yəni dənizin) mühit konsentrasiyasından 4 (dörd) dəfədən çox 

olarsa,qazma şlamları və qazma məhlullarının tullanılması qadağan olunmalıdır.  

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə