Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə12/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   8   9   10   11   12   13   14   15   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Vahidlər və Qısaltmalar 

 

 

UNFCCC  



BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası 

URS 


“URS Corporation Ltd” şirkəti 

USEPA ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi 

UÜB 

Uçucu Üzvi Birləşmələr 



ÜKM 

Ümumi Karbohidrogen Miqdarı 

ÜKÜM Üzvi 

karbonların ümumi miqdarı 

ÜNK 

Ümumi neft konsentrasiyası 



ÜST Ümumdünya 

Səhiyyə Təşkilatı 

WRA Hidroloji 

Araşdırmalar Assosiasiyası 

YBTT Yaşayış Blokları və Texnoloji Təchizat 

YUNESKO BMT-nin 

Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı  

  



Şahdəniz 2  İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi Terminlər Lüğəti 

 

 

XÜSUSİ TERMİNLƏR LÜĞƏTİ 



 

Açıq anbar sahəsi 

Təchizat malları  və materiallar üçün 

müvəqqəti saxlama sahəsi. 

 

Ağır Metallar 

Yüksək atom çəkilərinə malik metal 

elementlər, o cümlədən civə, xrom, 

kadmium, arsen və qurğuşun.  



 

Axın Əmsalı 

Suyun səthə hopmayan miqdarının yağıntı 

zamanı yağan suların ümumi miqdarına 

olan nisbəti. 

 

Axıntı Suyu 

İstismar yaxud texnoloji proses 

nəticəsində maye halında axıdılan 

tullantılar. 



 

Antropogen 

İnsan fəaliyyəti ilə əlaqədar olan. 

 

Aromatik karbohidrogenlər 

Dövri  şəkildə birləşən karbon atomlarının, 

məsələn benzolun, toluolun, ksilolun və s.-

nin daxil olduğu karbohidrogenlər qrupu.  

 

Avrasiya 

Avropa və Asiyanın uzanmış quru sahəsi 

və xüsusən də iki kontinentin birləşdiyi iri 

qeyri-müəyyən region. 

 

Avropa üçün Ətraf Mühit 

BMT-nin Avropa üzrə  İqtisadi Komissiyası 

(UNECE) daxilində üzv dövlətlərin (o 

cümlədən Azərbaycanın) və digər 

təşkilatların tərəfdaşlığı. 

 

Avtosisternlər 

Tərkibində yanacaq və  ya  su  daşıyan 

sisternə malik avtomobil. 

 

Azərbaycan Manatı (AYM) 

Azərbaycan valyutası. 



 

Azərilər və ya Azərbaycanlılar  

Azərbaycan Respublikasında yaşayan 

xalq. 

 

Ballast 



Avtomobil yolu və ya dəmir yolu xətləri 

üçün yataq formalaşdırmaq məqsədilə 

sərilmiş iri fraksiyalı çınqıl və ya qırma daş. 

 

Beynəlxalq Maliyyə Korporasiyası 

Dünya Bankının üzvü olan təşkilatdır və 

inkişaf etməkdə olan ölkələrdə özəl 

sektorun davamlı inkişafını təşviq edir.  



Bənd 

Zədələnmə  və ya material dağılması baş 

verdiyi təqdirdə saxlama sahəsinin 

tərkibindəki mayeləri lokallaşdırmaq üçün 

saxlama sahəsi ətrafında çəkilən saxlayıcı 

vasitə/divar. 

 

Boru kəmərinin sahilə çıxma sahəsi 

Sualtı boru kəmərinin sahilə çıxdığı yer. 

 

Çıxarılmış qrunt 

Təmizlik/qazıntı  işləri zamanı formalaşan 

material. 

 

Çirkab sular 

Məişət və istehsalat tullantıları ilə 

çirklənmiş su. 

 

Çirklənmə 

Canlı (bioloji) ehtiyatlara zərər yetirilməsi

insan sağlamlığına təhlükələr; dənizçilik 

fəaliyyətlərinə, o cümlədən balıqçılığa 

maneə törədilməsi; dəniz suyunun 

keyfiyyətinin pisləşməsi və sahil 

zolağından rekreasiya məqsədilə 

istifadənin korlanması kimi ziyanlı təsirlərlə 

nəticələnən, insanlar tərəfindən birbaşa və 

ya dolayı yolla maddələrin yaxud enerjinin 

ətraf mühitə tətbiqi. 

 

Çöküntü 

Flüid axını vasitəsilə  nəql olunan və 

nəticədə çökən hər hansı sülb maddələr. 

 

Damba 

Əks axınlı suların qarşısını almaq və 

avtomobil yoluna dəstək olmaq üçün inşa 

edilən qaldırılmış torpaq və ya daş kütləsi.  



 

Daşqın əleyhinə sahil bəndi 

Çayın daşmasının qarşısını almaq üçün 

layihələndirilmiş damba. 

 

Davamlılıq 

Bioloji, ekoloji və ya insan reseptorlarının 

müəyyənləşdirilmiş stress amillərinin 

təsirinə necə  məruz qalmasının ölçü 

vahidi. 

 

Desibel (dB) 

Səs intensivliyi ilə bağlı iki güc 

səviyyəsinin müqayisəsi üçün istifadə 

olunan ölçü vahidi (“bel”in onda bir 

hissəsi). 

 

Dolub daşma 

Suyun bənd divarının və ya dambanın 

üstündən axması. 

 

Doğum Səviyyəsi 

İldə hər 1000 nəfərə düşən uşaq doğumu. 



 


Şahdəniz 2  İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Xüsusi Terminlər Lüğəti 

 

 

Drenaj Suları üçün Suyığıcı Ərazilər 



Torpağın müxtəlif sahələrdə  təbii  şəkildə 

elə bir formada formalaşmasıdır ki, yağıntı 

şəklində yerə düşən suların  ərazinin  ən 

alçaq hissəsinə axmasına şərait yaradır. 

 

Dünyanın Mədəni İrs Abidəsi 

YUNESKO-nun Ümumdünya Mədəni  İrs 

Komitəsi tərəfindən idarə olunan 

beynəlxalq Ümumdünya Mədəni  İrs 

Proqramı  çərçivəsində  tərtib olunmuş 

siyahıya daxil edilən sahə (məsələn, 

meşə, dağ, göl, səhra, abidə, bina, 

kompleks yaxud şəhər). 

 

Efemer 

Qısa müddət yaşayan yaxud davam edən 

bir  şey – məsələn: ilin bir sıra ayları 

ərzində çayın axması. 

 

Ehtimal 

Fəaliyyətin və ya təsirin baş vermə 

mümkünlüyü. 

 

Ekoloji Aspekt 

Təşkilatın fəaliyyətlərinin, məhsullarının 

yaxud xidmətlərinin  ətraf mühitlə qarşılıqlı 

təsirə malik ola bilən və ona görə  də 

idarəetmə forması tələb edən elementi. 

 

Ekoloji Reseptorlar 

Ətraf mühitə  təsirin birbaşa yaxud dolayı 

yolla təsir göstərdiyi hər hansı müxtəlif 

orqanizmlər. 

 

Ekosistem 

Müəyyən bir ərazidə mövcud olan bütün 

canlı orqanizmlərin bir-biri ilə qarşılıqlı 

əlaqəsi və onların qeyri-canlı materiallar ilə 

əlaqəsi. 

 

Endemik 

Lokal  ərazi daxilində mövcud olan və ya 

bu cür ərazidəki orqanizmlər üçün 

xarakteristik olan. 

 

Espoo Konvensiyası 

ƏMSSTQ tətbiq etməklə ekoloji baxımdan 

zərərsiz və davamlı iqtisadi inkişafı  təşviq 

edən regional hüquqi saziş. 

 

Etnoqrafiya 

Ayn-ayrı etnosların, insan qruplarının, 

tayfalann adət-ənənələrinin, mədəni 

irslərinin öyrənilməsi. 

 

Əhatə Dairəsi 

Qurğunun, binanın və yaxud təsirə  məruz 

qalmış sahənin torpağa məkan 

baxımından təsiri/təzyiqi. 

 

Əhatə dairəsinin müəyyənləşdirilməsi 

mərhələsi 

ƏMSSTQ prosesinin ilkin mərhələsi – bu 

mərhələdə  təfsilatlı qiymətləndirilmə  tələb 

edəcəyi güman edilən  əsas məsələlərin 

ilkin dəyərləndirilməsi aparılır. 

 

Əsas Layihələndirmə Variantı 

Layihənin ƏMSSTQ sənədi daxilində təsvir 

olunmuş və qiymətləndirilmiş variantı. 

 

Ətraf Mühitin İdarə Olunması Sistemi 

Təşkilatın fəaliyyətlərini və proseslərini və 

nəticə etibarilə meydana çıxan ekoloji 

təsirləri planlaşdıran, idarə edən və 

sənədləşdirən sistem. 

 

Ətraf Mühitin Mühafizəsi haqqında 

Qanun 

Təbii ehtiyatlardan istifadə, Dövlətin və 

onun vətəndaşlarının hüquq və  vəzifələri, 

iqtisadi fəaliyyətlərə dair ekoloji tələblər

ekoloji fövqəladə hallar və  təbii fəlakət 

zonaları  və s. kimi məsələləri ehtiva edən 

Azərbaycan qanunvericiliyi. 

 

Ətraf mühitə  və Sosial-İqtisadi Sahəyə 

Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) 

Layihə  və onun əlaqədar fəaliyyətləri ilə 

bağlı olan ətraf mühitə  və sosial-iqtisadi 

sahəyə 


təsirlərin sistematik şəkildə 

müəyyənləşdirilməsi və qiymətləndirilməsi. 



 

Ətraf Mühitə (Ekoloji) Təsir 

Qismən və ya bütövlüklə  təşkilatın 

fəaliyyətləri, məhsulları yaxud xidmətləri 

nəticəsində  ətraf mühitə istər mənfi, 

istərsə də müsbət dəyişiklik. 

 

Fekal (qara) sular 

Tərkibində insanların formalaşdırdığı fekal 

maddələr və sidik olan çirkab suyu. 

 

Flora/fauna 

Müəyyənləşdirilmiş coğrafi  ərazidə rast 

gəlinən bitkilər/canlılar. 

 

Fon səviyyələri 

Bilavasitə ətrafındakılar ilə eyni fiziki və/və 

ya kimyəvi xüsusiyyətlərin bölüşdürülməsi. 

 

Fövqəladə / Nəzərdə Tutulmamış İşlər 

Planlaşdırılmamış  fəaliyyət – məsələn: 

avadanlığın nasazlığı, tutumların 

(lokallaşdırma vasitələrinin) sıradan 

çıxması, operatorun xətası 

və ya 


layihələndirmə xətası səbəbindən. 

 



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə