Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi Terminlər Lüğəti
Geo-şəbəkəli strukturlar
Sıxıla bilən qruntda inşa edilmiş
dambaların altında qeyri-bərabər
çökmənin qarşısını almaq məqsədilə
istifadə edilə bilən sərt özül qatı
formalaşdırmaq üçün dənəvər material ilə
doldurulmuş qrunt bərkidici
şəbəkələrin/geotekstil materialının bir-
birinə birləşmiş zolaqlarından ibarət qat.
Geotekstil
Dambanı saxlamaq üçün inşaatda istifadə
edilən möhkəm sintetik parça.
Hasilat
Karbohidrogen ehtiyatlarının tam miqyaslı
şəkildə çıxardılması.
Hasilat (istismar) Quyusu
Neft və qazı hasil olunduğu qazılmış quyu.
Hasilatın Pay Bölgüsü Haqqında Saziş
(HPBS)
Hökumət və hasilatçı şirkət (yaxud
şirkətlər qrupu) arasında imzalanmış
müqavilə növü.
Həssaslıq
Flora və ya faunanın əhəmiyyətli təsirdən
yaxud korlanmadan bərpa olunma sürəti.
Hidrologiya
Yerdəki su və atmosfer hadisələrini,
dövranını, paylanmasını
və
xüsusiyyətlərini öyrənən elm.
Hissəciklər
Qazda yaxud mayedə asılı vəziyyətdə
olan çox kiçik bərk yaxud maye
hissəciklər.
Xam Neft
Müxtəlif sıxlıqlara və xüsusiyyətlərə malik
təbii formada olan karbohidrogenlərin emal
olunmamış qarışığı.
İcmalar / Toplumlar
Spesifik
ərazidə
məskunlaşan, eyni
hökumət strukturunu bölüşən və çox vaxt
ümumi mədəni və tarixi irsə malik üzvləri
olan ictimai qrup/konkret bir sahədə
məskunlaşan mikroorqanizmlərin, bitkilərin
və heyvanların müxtəlif toplumlarından
təşkil olunmuş ekoloji vahid.
İctimaiyyətin İştirakı
İctimaiyyətin planlaşdırılan fəaliyyətlər
barədə məlumatlandırılması prosesi.
İnfiltrasiya
Suyun yer səthindən yerin təkinə axması..
İrs
Keçmiş nəsillərdən ötürülmüş mədəni
adətlər, yaşayış əraziləri və tarixi binalar
kimi dəyərli obyektlər və keyfiyyətlər.
ISO 14001
Beynəlxalq Standartlar Təşkilatı tərəfindən
hazırlanmış inkişaf etməkdə olan bir sıra
ümumi ətraf mühitin idarə olunması
sistemləri; bu, biznesin idarəetmə sahəsini
ətraf mühitə təsirlərin idarə olunması
strukturu ilə təmin edir.
İstixana Qazları (İXQ)
İnfraqırmızı istilik diapazonu daxilində
radiasiyanı udmaqla və şüalandırmaqla
Planetin istixana effektinə şərait yaratdığı
hesab edilən atmosfer qazları. İXQ-ə
karbon dioksid və metan daxildir.
İstismardan çıxarma
Hər hansı qurğuların fəaliyyətinin
dayandırılması və sökülməsi.
İlkin Neft Layihəsi
Xəzər dənizində ilk iri miqyaslı neft
layihəsi. Bu layihəyə 1994-cü ildə
başlanılıb və sözügedən layihədə Azəri,
Çıraq və Günəşli yataqlarından neftin
hasilatına sərmayə yatırmış şirkətlər
konsorsiumu iştirak edib.
İlkin yoxlama mərhələsi
Layihə üçün ƏMSSTQ-nin həyata
keçirilməsinin tələb olunub-olunmadığına
dair qərar verildiyi proses.
İnformasiyanın Təqdim
Olunması/Açıqlanması
ƏMSSTQ üzrə məlumatın ictimaiyyətə
açıqlanması.
Karbohidrogen
Hidrogen və karbon atomlarından ibarət
üzvi kimyəvi birləşmələr. Bu
birləşmələrdən böyük miqdarda
mövcuddur və onlar bütün neft
məhsullarının əsasını təşkil edirlər. Onlar
qaz, maye və ya bərk hallarda (məsələn
metan, heksan və parafin kimi) mövcud
ola bilərlər.
Karvansaray
Mərkəzi və
Qərbi Asiyada ticarət
marşrutları boyunca karvanların
məskunlaşması üçün geniş meydançada
tikilən mehmanxana.
Kol
Alt hissəsində bir neçə budağı olan
nisbətən alçaq ağacşəkilli bitki.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Xüsusi Terminlər Lüğəti
Koliform bakteriyaları
Adətən insanların və digər onurğalıların
bağırsaqlarında (xüsusilə yoğun
bağırsaqda) məskunlaşan bakteriyalar və
ya bu bakteriyalara aid olanlar.
Kondensat (Qaz Kondensatı)
Səthdəki hasilat avadanlığı ilə bağlı olan
normal temperaturlarda və təzyiqlərdə
mayeyə kondensasiya olan, təbii qazla
birlikdə hasil olunmuş yüngül
karbohidrogen fraksiyaları.
Kontinental Şelf
Yer kürəsindəki materiklərdən birinin bir
hissəsini təşkil edən tektonik plitə.
Kumulyativ Təsir
Özü-özlüyündə
əhəmiyyətli təsir
göstərməyən, lakin gələcəkdə nəzərdə
tutulan işlərin təsirləri ilə birlikdə daha
böyük və daha əhəmiyyətli təsir(lər)ə
səbəb ola bilən ekoloji və/və ya sosial-
iqtisadi aspektlər.
Qalıq Təsirlər
Qalıq təsirlər həm layihənin
əsas
layihələndirmə variantında nəzərdə
tutulmuş və həm də əsas varianta əlavə
olaraq hazırlanmış təsirazaltma tədbirləri
görüldükdən sonra qalan təsirlərdir.
Qamışlıq
Dayaz sulu yerlərdə və ya həmişə rütubətli
və yumşaq olan qruntda iri dəstələrlə bitən
hündür bitkilər.
Qamış-Bataqlıq ərazi
Yağıntılardan sonra səth sularının
müvəqqəti toplanması ilə əlaqəli olan bitki
toplumu, bu toplumda
Tamarix meyeri
kolları üstünlük təşkil edir və buna adətən
çökəkliklərdə və drenaj xətləri boyunca
rast gəlinir.
Qazma-Doldurma Payalar
Ağır şaquli yükə malik konstruksiyanı
saxlamaq üçün yerə vintlənmiş beton
payalar.
Qeyri-Müntəzəm Fəaliyyət
Qurğular / gəmilər və ya avadanlıq Əsas
Layihələndirmə Variantında
müəyyənləşdirildiyi kimi deyil, əvvəlcədən
planlaşdırılmış qaydada işlədiyi təqdirdə
həyata keçirilən fəaliyyət.
Qəza/Təsadüfi Hallar
Digər qaydada baş verməsi gözlənilməyən
təsirlər yaratmaq potensialına malik olan
hadisələr və ya qeyri-müntəzəm hallar.
Qırmızı Siyahı/Qırmızı Kitab
Nadir və nəsli tükənmək təhlükəsiz altında
olan bitki və heyvan növlərinin siyahısı.
Quyu lüləsi
Qazma vasitəsilə torpaqda qazılmış quyu.
Quyunun tamamlanması
Yenicə qazılmış quyunun hasilata
hazırlanması işləri.
Lay/kollektor
Hasil oluna bilən karbohidrogenlər üçün
tutum əmələ gətirən məsaməli, çatlı yaxud
oyuqlu, geoloji baxımdan hermetik süxur
formasiyası.
Lay dəstəsi
Ayrıca, adətən paralel süxur layları.
Maraqlı tərəf
Layihədə marağı olan şəxs, qrup və/və ya
təşkilat.
Mayekeçirməz
Mayenin keçməsinə imkan verməyən.
Meteoroloji dinamikalar
Atmosferdə hava və iqlim ilə bağlı
hərəkətlərin tədqiqi.
Məişət tullantıları
Adətən yaşayış yerində meydana çıxan
zibil və tullantılardan ibarət tullantılar.
Məməlilər
Ağ ciyəri olan, isti-qan dövranına malik
onurğalılar sinifi.
Məsləhətləşmə
Maraqlı tərəflərin layihəyə dair fikir və
rəylərini əldə etmək məqsədilə keçirilən
rəsmi proses.
Milli Məclis
Azərbaycan Parlamenti.
Miqrasiya
İnsanların iş tapmaq və ya daha yaxşı
yaşayış şərtləri əldə etmək məqsədilə yeni
ərazilərə və ya ölkələrə köçməsi/yaxşı
müəyyənləşdirilmiş marşrutlar boyunca
heyvanların (xüsusən də nəsilartırma üçün
geri qayıdan heyvanlar) hər hansı
müntəzəm səfərləri.
Müqavilə Sahəsi
Karbohidrogenlərin kəşfiyyatı və hasilatı
məqsədilə şirkət yaxud şirkətlər qrupu
üçün lisenziyalaşdırılmış/icarəyə verilmiş
və hissələrə bölünmüş dəniz sahəsi.