Şahdəniz 2
infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Qısa xülasə
Dekabr 2011
Yekun variant
E/5
konsentrasiyası, onun toksikliyi, yaxud bioakkumulyasiya üçün potensialı və
onun ətraf mühitdə güman edilən dayanıqlığı
Reseptorların həssaslığı: Aşağıdakılara əsasən müəyyənləşdirilir:
Mövcudluq – növlərin/insanların müntəzəm olaraq mövcud/ötəri olub-olmadığı,
mövcud olan növlərin nadir, nəsli kəsilmək təhlükəsi altında olan, yaxud
mühafizə edilən növlər olub-olmadığı; və
Davamlılıq – mövcud ilkin şərtlərə və tendensiyalara (məsələn, ekoloji
bolluqda/müxtəliflikdə/vəziyyətdə, ətraf havanın keyfiyyətində və s. özünü
göstərən təmayüllər) istinadən ətraf mühitlə qarşılıqlı təsir ilə əlaqədar olaraq
dəyişikliyə, yaxud narahatlığa qarşı insanlar/növlər nə dərəcədə həssasdır.
Sosial-iqtisadi sahəyə təsirlər hadisənin miqyasını, baş vermə ehtimalını və reseptorun
həssaslığını nəzərə almaqla qiymətləndirilmişdir.
Reseptorlara potensial təsiri müəyyənləşdirmək məqsədilə mövcud şərtlərə dair anlayış
formalaşdırılmışdır. ŞD2 infrastruktur layihəsi çərçivəsində ƏMSSTQ üzrə əhatə dairəsinin
müəyyənləşdirilməsi prosesi müəyyənləşdirdiyinə görə, layihə, çox güman ki, aşağıdakı
reseptor qruplarına təsirlər ilə nəticələnəcək:
Bioloji/ekoloji reseptorlar;
Fiziki
reseptor/xüsusiyyətlər;
Torpaq, qrunt suyu və səth suyunun keyfiyyəti; və
Sosial-iqtisadi/insan
reseptorları.
Təsirlərin qiymətləndirilməsi aşağıda göstərilmiş əsas məlumat mənbələrinə əsaslanıb:
Bakı Dövlət Universitetinin Milli Hidrometeorologiya Departamentindən əldə olunmuş
meteoroloji məlumatlar;
Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan əldə
olunmuş hidroloji məlumatlar;
Ətraf mühitə dair əlavə məlumatlar toplamaq üçün bir sıra spesifik tədqiqatlar həyata
keçirilmişdir, o cümlədən səs-küy, qoxu, vizual şərait və işıqlandırma üzrə tədqiqatların
nəticələri əldə edilmişdir;
1996-cı ildən 2011-ci ilə qədər mövcud fon şəraitinin nəzərdən keçirilməsi, o cümlədən
davam etməkdə olan Kompleks Ekoloji Monitorinq Proqramının (KEMP) nəticələri (bu
proqram üzrə müntəzəm olaraq “regional” monitorinq həyata keçirilir ki, ətraf mühitdəki
təbii tendensiyalar aşkarlansın və kəmiyyətlə müəyyənləşdirilsin). Quruda aparılmış
tədqiqatlar terminalın daxilində və kənarında ekoloji və hava keyfiyyəti üzrə monitorinqi
əhatə edir; və
İkinci dərəcəli məlumat mənbələrindən, o cümlədən Dövlət Statistika göstəricilərindən
və Qaradağ Rayon İcra Hakimiyyətinin təqdim etdiyi məlumatlardan əldə olunmuş
mövcud sosial-iqtisadi şərait ilə bağlı məlumatlar. Terminal ətrafındakı dörd yerli
icmada sosial-iqtisadi vəziyyəti xarakterizə edən müvafiq ən son məlumatları əldə
etmək üçün həmçinin Maraqlı Tərəflər və Sosial-İqtisadi Sahə üzrə Tədqiqat (MTSİST)
həyata keçirilmişdir.
E.5 Məsləhətləşmə və məlumatın ictimaiyyətə təqdim olunması
İctimaiyətlə məsləhətləşmə və məlumatın ictimaiyyətə təqdim olunması prosesinin ilk
mərhələləri əsas ƏMSSTQ sənədinin ilkin layihə variantının hazırlanmasına başlanılmazdan
əvvəl həyata keçirildi. Əsas dövlət nəzarət orqanlarının və hökumət qurumlarının
nümayəndələrini məlumatlandırmaq və onların rəy və şərhlərini almaq və beləliklə də vacib
məsələlərin ƏMSSTQ-nin əhatə dairəsinə daxil edilməsinə şərait yaratmaq məqsədilə 2011-ci
ilin mart və may aylarında əhatə dairəsinin müəyyənləşdirilməsinə dair görüşlər keçirildi.
Əhatə dairəsinin müəyyənləşdirilməsinə dair görüşlər ETSN ilə, habelə Qaradağ Rayon İcra
Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi (MTN) və Arxeologiya və Etnoqrafiya İnstitutu
(AEİ) ilə də keçirildi. MTSİST vasitəsilə dörd yerli icma cəlb olundu. ŞD2 İnfrastruktur
Layihəsinin ƏMSSTQ sənədinin hazırlanması zamanı həmçinin ŞD2 İnfrastruktur Layihəsinin
Layihələndirmə Qrupu ilə də məsləhətləşmə aparıldı.
Şahdəniz 2 infrastruktur layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Qısa xülasə
Dekabr 2011
Yekun variant
E/6
ƏMSSTQ hesabatının layihə variantı ETSN-ə təqdim olunmuşdur və eyni zamanda rəy və
şərhlərin alınması üçün paralel olaraq ictimaiyyətə və maraqlı tərəfləri təmsil edən qruplara
açıqlanmışdır. ƏMSSTQ sənədinin ilkin layihə variantı ilə əlaqədar olaraq məsləhətləşmə
prosesinin tərkib hissəsi olaraq 2011-ci ilin oktyabr ayında Əzimkənd, Səngəçal qəsəbəsi və
“Ümid” qəsəbəsində icmalarla görüşlər keçirilmişdir. ƏMSSTQ hesabatının ilkin layihə
variantına aid rəy və şərhlər toplanmış, təhlil edilmiş və müvafiq hallarda cavablar verilmişdir.
Bundan sonra ƏMSSTQ sənədi ETSN-in təsdiq etməsi üçün yoxlanılmış və
yekunlaşdırılmışdır.
E.6
Ətraf mühitə təsirin qiymətləndirilməsi
ŞD2 infrastruktur layihəsi üçün ətraf mühitə təsirlər qiymətləndirilmişdir və Cədvəl E.1-də
qalıq təsirlərin xülasəsi təqdim olunur.
Cədvəl E.1 Ətraf mühitə qalıq təsirlərin xülasəsi
Hadisə
Hadisənin
miqyası
Reseptorun
həssaslığı
Təsirin dərəcəsi
Sahədəki və sahədən kənardakı tikinti
texnikasından və maşınlarından havaya atılan
emissiyalar.
Atmosfer
Qruntun səth qatının çıxarılması və qazılmış
qruntun daşınması nəticəsində havaya atılan
emissiyalar.
Orta
(İnsanlar)
Orta
Orta mənfi
(İnsanlar)
Orta
S
əs-küy
Tikinti fəaliyyətləri ilə bağlı səs-küy emissiyaları.
Orta
(Bioloji/Ekoloji)
Orta
Orta mənfi
Qurudak
ı v
ə
Sahilyan
ı
Mühit
ə t
əsir
(ekologiya)
Torpağın səth qatının çıxarılması və qazılmış
qruntun daşınması, drenajın idarə olunması işləri
və boru kəmərinin sahilə çıxma sahəsinin
hazırlanması.
Orta
(Bioloji/Ekoloji)
Orta
Orta mənfi
(Torpaq)
Orta
Orta mənfi
Qurudak
ı Mühit
ə
tə
sirl
ər (torpaq,
qrunt suyu v
ə
sə
th suyu)
Qazıntı işləri və torpağın pozulması
Orta
(Səth suyu) Orta
Orta mənfi
Qurudak
ı v
ə
Sahilyan
ı Mühit
ə
tə
sir (m
əd
əni irs)
Torpaq işləri və sütunvurma işləri nəticəsində
mədəni irsə təsirlər.
Orta
(Fiziki reseptorlar)
Orta
Orta mənfi