Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/19
İnşaatçılar üçün yaşayış düşərgəsinin və tikinti obyektlərinin kommunikasiyaları
İnşaatçılar üçün yaşayış düşərgəsi və tikinti obyektlərinin su təchizatı, çirkab suların
otəmizlənməsi, enerji təchizatı və telekommunikasiyalar kimi kommunikasiyalara qoşulması
nəzərə alınacaq. Bu birləşmələrin təmin edilməsi üçün görülən işlər Bölmə 5.5.4-də verilib.
Yaşayış düşərgəsi və obyektlərlə əlaqədar kommunikasiyalar aşağıdakıları əhatə edir:
Elektrik enerjisi – istismara verildikdən sonra təchizat magistral xətdən və ya mövcud
terminaldan təmin olunacaq. İnşaatçılar üçün yaşayış düşərgəsi və tikinti obyektləri
üçün qəza ehtiyat dizel generatorları təmin olunacaq. Tələb olunan zaman generatorlar
yanacaq daşıyan maşınlar vasitəsilə yanacaqla doldurulacaq. Elektrik birləşmələr
həyata keçirilənə qədər, enerji təchizatı səyyar dizel generator avadanlığı vasitəsilə
təmin olunacaq.
Su – Qeyri-içməli su magistral su xəttindən təchiz olunacaq. İçməli su içməli su
qurğusundan təmin olunacaq (bax Bölmə 5.5.4). Əsas ŞD2 tikinti işləri ərzində suya
(içməli və qeyri-içməli) ümumi tələbatın sutkada təxminən 1.600m
3
təşkil edəcəyi
gözlənilir.
Çirkab suları – Bu sular yeni ÇSTQ-yə göndəriləcək (yuxarıdakı Bölmə 5.5.4-ə baxın).
ÇSTQ-yə texniki xidmətin göstərilməsi zamanı ehtiyat üçün yaşayış düşərgəsində və
tikinti obyektlərində septik çənlər yerləşdiriləcək
4
və
Drenaj – İnşaatçılar üçün yaşayış düşərgəsi və tikinti obyektləri daxilindəki drenaj
sistemi aşağıdakılar üçün nəzərdə tutulacaq:
o
Yağış sularının yeni drenaj kanalları vasitəsilə vadi sisteminə axması;
o
Dayanacaq sahələrindən və təhlükəli sahələrin ətrafında çəkilmiş bəndlərdən drenaj
olunan suyun xüsusi ayrılmış və tullantılar üzrə su-neft standartlarına cavab verən
su-neft separasiya sisteminə axması
5
və
o
Yeməkxanadan axan çirkab suları xüsusi olaraq ayrılmış sistem vasitəsilə piylərin,
yağların və qatı yağların ÇSTQ-nin potensial çirklənməsini minimuma endirmək
üçün ayrılma sistemindən axıdılacaq.
İnşaatçılar üçün yaşayış düşərgəsinin drenaj sistemi ilə bağlı boru sisteminin sızmalara görə
yoxlanması və ola bilsin, yüksək dozalarla xlorlaşması planlaşdırılır. Boru sisteminin
yoxlanması və xlorlaşması əməliyyatlarından hasil olunan çirkab sular və su-neft üzrə
mövcud standartlara cavab verəcək
6
.
İLE tələbləri kimi beynəlxalq tələblərə uyğun şəkildə layihələndirilmiş yüksək səviyyəli
işıqlandırma sisteminin tikinti yaşayış düşərgəsinin və tikinti obyektlərinin sahəsində
quraşdırılması planlaşdırılır.
5.5.7 Faza 7 – Yardımçı yolun və yerüstü dəmir yolu keçidlərinin bağlanması
Faza 7 aşağıdakı işləri daxil edəcək (Şəkil 5.11-ə baxın):
Yardımçı yolun bağlanması (Bakı-Salyan şosesi ilə birləşmənin tamamlanmasından
sonra);
Dəmir yolu kəsişməsi ilə birləşən yardımçı yolun istismardan çıxarılması; və
Giriş-çıxış yolu və terminalın qurşaq (perimetr) yolu arasında birləşmənin istismardan
çıxarılması.
4
Gözlənilir ki, septik çənlərin daxilindəkilər texniki xidmət zamanı sisternlərlə sahədən kənara daşınacaq.
5
Aylıq orta göstərici kimi 10mq/l-dən az və gündəlik olaraq 19 mq/l-dən az.
6
pH (6-9) 5 günlük OBT - 20 mq/l-dən az, koliform bakteriyalarının ümumi miqdarı hər 100 ml-də 400 ƏÇEG-dən (Ən
Çox Ehtimal Olunan Göstəricisən) az,OKT 100mq/l-dən az, asılı bərk hissəciklər 30 mq/l-dən az və qalıq xlor 1 mq/l-
dən az (irriqasiya üçün istifadə olunduğunda) və ya 0.2 mq/l-dən az (ətraf mühitə axıdıldığında).
Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə
və Sosial-iqtisadi Sahəyə
Təsirin
Qiymətləndirilməsi
Fəsil 5:
Layihənin Təsviri
Dekabr 2011
Yekun variant
5/20
Şəkil 5.11 Faza 7 - Yardımçı yolun bağlanması halları
Girişin qabağını almaq üçün giriş-çıxış yolunun Bakı-Salyan yolu ilə birləşməsi yerlərində çox
güman ki, torpaq təməllərini da əhatə edəcək baryerlər qoyulacaq. Dəmir yolu ilə kəsişmə
istismardan çıxarılacaq və yardımçı yolun terminalın qurşaq yolu ilə birləşməsi nöqtəsi də
həmçinin qurşaq yolla hərəkət edən avtomobillərin ona dönə bilməməsi üçün bağlanacaq.
5.6 Tikinti
materialları
SD2 infrastruktur layihəsi üçün tikinti materiallarının aşağıdakılardan ibarət olacağı ehtimal
olunur:
Çıxarılmış bitki qatı və torpağın üst qatı;
Qazılıb çıxarılan materiallar və mövcud torpaq qalaqları;
Yanacaqlar, boyalar, yağlar, həlledicilər və bitum kimi təhlükəli mayelər
Əvvəlcədən tökülmüş beton bloklar;
Kabellər;
Geosel
konstruksiyaları, misal üçün, su daşqınından qoruma bəndi üçün;
Çınqıl (daimi yolun və tikinti sahəsinin üzlənməsi üçün);
Sement;
Plastik
və paslanmayan polad borular (su və çirkab sular üçün);
Modul tipli konstruksiyalar, misal üçün, mühafizə postunun binası;
Əvvəlcədən hazırlanmış polad binalar və konstruksiyalar; misal üçün, tikinti obyektinin
sahəsi daxilindəki sexlər və yol təməlləri boyunca yerləşən təhlükəsizlik baryerləri;
Zəncirlə bəndlənmiş çəpər; və
ÇSTQ
kimi
əvvəlcədən hazırlanmış digər elementlər.
Cədvəl 5.3-də potensial təhlükəli materialların saxlanması ilə əlaqədar qəbul olunacaq
prinsiplərin xülasəsi verilir.