128
bu fənn proqramının tədrisinə təqribən 80 saat ayırıbdır və
proqramı maliyyələşdirir.
Məktəb isə dövlətdən maliyyə alaraq bu proqramın
reallaşmasını öz üzərinə götürən qurumdur. Bunun üçün zəruri
infrastruktura (sinif otağı, maddi-texniki baza və s.) yaradaraq,
coğrafiya müəllimini bu
işə cəlb edərək, proqramı yerinə yetirir.
Fənnin öyrənilməsinə nəzarət etmək üçün düşünülmüş bir
mexanizm də vardır. Mexanizm də bundan ibarətdir ki, müəllim
rüb ərzində şagirdi bir neçə dəfə danışdırır, biliyini qiymətləndirir
və rüblük qiymətini müəyyənləşdirir. Sonra rüblük qiymətlər
əsasında illik qiymət çıxarır (bəzən nəticəni dəqiqləşdirmək üçün
proqramın tədrisinin sonunda əlavə imtahan da keçirmək olar).
Fərz edək ki, hər hansı bir şagird “Azərbaycan coğrafiyası“
fənnindən bütün rüblərin nəticələrinə görə 3 qiymət almışdır. 700
ballı şkalada bu, 420 bala ekvivalentdir. Bu, nə deməkdir? Bu, o
deməkdir ki, şagird dövlət tərəfindən tərtib edilmiş fənn
proqramının 3/5-nü mənimsəmişdir, yəni 10 göl, dəniz və çaydan
6-nın adını, 10 şəhərdən 6-sı haqqında, onun iqtisadiyyatı,
haqqında kifayət qədər məlumatı var, yerini xəritədə düz
göstərəbilir və s.
Dövləti baxımdan bu o deməkdir ki, bu fənnin bu şagird
tərəfindən mənimsənilməsi üçün ayrılan vəsaitin 60 faizi biliyə
çevrilib, 40 faizi çevrilməyibdir. Digər tərəfdən bu o deməkdir ki,
şagird minumum bilik toplayıb, vaxtından çox da səmərəli
istifadə etməyibdir. Bütün dünya dövlətləri yəqin ki, bu səbəbdən
50%-i yox, məhz 60%-i məqbul, kafi hədd sayırlar. 60%
mənimsəmə
qiymətləndirilmənin
beynəlxalq
standartının
minimum həddi hesab edilir. Məntiq isə sadədir: dövlətin və ya
vətəndaşların təhsilə ayırdıqları vəsaitin yarıdan çoxu (60%-i)
məqsədinə xidmət etməli və biliyə çevrilməlidir.
Atalarımız çox yaxşı deyiblər:
“dad yarımçıq əlindən“.
Məktəb yarımçıq insan yetişdirməməlidir.
Milli standart adı
altında mənimsəməni 40-50%-ə endirmək yolverilməzdir.
Dövlət və cəmiyyət buna dözməməlidir. Prinsipcə cəmiyyət
129
kamilləşdikcə kafi hədd (60%) sağ tərəfə, yüksək faizlər tərəfə
sürüşməlidir.
«Bilmir» parçasının uzunluğunun L
m
«bilir» parçasının
uzunluğuna L
L
(bax: şəkil 14.1) nisbəti ilə biliyin
mənimsənilməsinin faiz göstəricisi arasında münasibət şəkil 14.2-
də göstərilmişdir. Şəkildə
A nöqtəsi sovet təhsil sistemini,
B
nöqtəsi çağdaş inkişaf etmiş ölkələrin təhsil sistemini xarakterizə
edir.
Şəkil 14.2. Mənimsəmənin
faiz göstəricisinin L
m
/ L
L
faktorundan asılılığı.
Qrafikdən göründüyü kimi ideal təhsil sistemi yaratmaq
mümkün deyildir. Ancaq çalışmaq lazımdır ki, işçi nöqtə absis
oxu boyunca sağ tərəfə sürüşsün.
Şəkil 14.3-dən görünür ki, təhsilin keyfiyyətini
yüksəltmək üçün qeyri-məqbul sahə (ştrixlənmiş), məqbul
sahənin hesabına genişlənməlidir.
Əgər on ballı şkaladan istifadə etsək, onda müəllimin bir bal
xətası (üzürlü və ya üzürsüz səbəbdən) fənn proqramının
mənimsənilməsində 10 faiz xəta yaradır. Yüz ballı şkalada belə