Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə3/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   2   3   4   5   6   7   8   9   ...   314

  

bağlı olan xalqımızın dini bilgiləri çox təəssüf ki, repressiya dövründə qırılmış, 



ən  məşhur  ilahiyyatçı  alimlərimiz  sürgün  olunmuş  yaxudda  güllələnmişdir. 

Bunun  da  nəticəsində  Azərbaycanda  ilahiyyatşünaslıq  sahəsində  böyük  bir 

boşluq  yaranmışdır.  Bu  dövrlərdə  dinimizin  tarixi  və  mənəvi  mədəniyyəti 

haqqında xalqımızda yalnız cüzi məlumatlar qalmışdı. Amma sevindirici haldır 

ki,  ölkəmiz  müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycanda  elmi-dini ocaqlar, 

mədrəsələr və universitetlər açılmış, burada gənclərimizə İslamın tarixi, əqidə 

prinsipləri və bir sözlə İslam mədəniyyəti haqqında doğru və faktoloji əsaslara 

söykənən məlumatlar verilmişdir. 

Müasir  dövrdə  Azərbaycanda  islamşünaslığın  geniş  və  səmərəli  şəkildə 

öyrənilməsinə  şərait  əlbəttə  ki,  Ümumilli  liderimiz  Heydər  Əliyev  tərəfindən 

yaradılmışdır. O, 1998-ci ilin dekabr ayının 9-11-də Bakıda keçirilən 

“İslam 

sivilizasiyası  Qafqazda”  mövzusunda  beynəlxalq  simpoziumdakı  dərin 

məzmunlu  məruzəsində  demişdir  ki,  Azərbaycanda  islamşünaslıq  elmini 

inkişaf etdirmək üçün çox işlər görmək lazımdır. 

“...Azərbaycan islamşünaslıq sahəsində XX əsr demək olar ki, tamamilə 

itirilmişdir. Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf 

etdirmək lazımdır. Azərbaycan Elmlər Akademiyası, Bakı Dövlət Universiteti 

və elmi tədqiqat institutları, bəlkə də bu sahə üçün xüsusi təşkilatlar, orqanlar, 

elmi  mərkəzlər  yaratmalıdırlar.  Belə  təşəbbüslər  olsa,  mən  onları 

dəstəkləyəcəyəm, bunlar üçün şərait də yaradacağam. Buna arxayın olun.”

1

 



Ümummili  liderimiz  gənc  nəslin  tərbiyəsində  dini  maarifin 

əhəmiyyətindən danışmış, o cümlədən ali məktəblərdə dini elmlərin tədqiqi və 

tədrisi məsələlərinə xüsusi diqqət yetirmişdir. Bu dediklərimizin hamısı onun 

aşağıdakı  ifadəsində  öz  əksini  tapmışdır:  “İslam  dini  bəşəriyyətə  bəxş  etdiyi 

bütün  nemətlərdən  istifadə  etməli  və  xüsusən,  cəmiyyətdə,  davranışda  islam 

dininin 


tələblərinə  uyğun  olaraq  özünü  göstərməlidir...  Gənclərimizin  islam 

dinini  mənimsəmələri  üçün  tədbirlər  görülməlidir.  Çünki  bu  tədbirlərin 

olmaması  nəticəsində  bəzi  mənfi  hallar  meydana  çıxır,  ayrı-ayrı  qruplar 

gənclərə fanatizm əhvali-ruhiyyəsi aşılamaq istəyirlər.”

2

 

Bu  kitabın  işıq  üzü  görməsində  mənə  dəstək  olduqları  üçün  başda  Bakı 



İslam Universitetinin rektoru Hacı Sabir Həsənliyə və Bakı İslam Universiteti-

nin dekanı Hacı Fuad Nurullaha öz dərin minnətdarlığımı bildirirəm. 



 

 

 

I FƏSİL 

 

MƏKKƏ VƏ MƏDİNƏ DÖVRÜ 

1

 



Azərbaycan qəzeti, 10 dekabr 1998-ci il 

2

 



Gənclərin birinci respublika toplantısının materialları, Bakı, 1996, səh. 7 

  

                                                           




 

 



 

 

 

1. 

İslam tarixi haqqında ümumi məlumat 

Müxtəlif xalqların  necə  yaşadıqlarını,  onların  həyatında  hansı  hadisələrin 

baş verdiyini, insanların necə və nə üçün dəyişib indiki şəklə düşdüyünü öyrə-

nən elmə tarix elmi deyilir. Tarix elminin bir neçə qolu vardır ki, onlardan biri-

ni də islam tarixi təşkil edir. İslam tarixi ümumilikdə on dörd əsrlik bir dövrü 

əhatə edir, islam Peyğəmbərinin (s) və məsum İmamların (ə) həyatını, Hz.Pey-

ğəmbərdən (s) sonrakı xəlifələrin dövrünü və ümumilikdə islamla bağlı hadisə-

ləri araşdırır. İslam tarixi aşağıdakı dövrlərə ayrılır: 

1. Hz.

Peyğəmbərin (s) həyatı (570-632-ci illər) 



2. Raşidilər dövrü (632-661-ci illər) 

3. Əməvilər dövrü (661-750-ci illər) 

4. Abbasilər dövrü (750-1258-ci illər) 

5. Əndəlüs Əməvi xilafəti (754-1032-ci illər) 

6. Misirdə Abbasi xilafəti (1261-1517-ci illər) 

7. Osmanlı Türk imperatorluğu (1299-1924-ci illər). 

Müsəlmanların  tarix  mövzusunda  qələmə  aldıqları  ilk  kitablar  “siyər”  və 

“məğazi”  kitabları  olmuşdur.  Bu  kitablarda  Hz.Muhəmmədin  (s)  tərcümeyi-

halı, doğumundan başlayaraq vəfatına kimi həyatı araşdırılır, apardığı mühari-

bələr təsvir edilir. İlk mükəmməl siyərin müəllifi Urvə ibn Zubeyr və ya Mə-

həmməd ibn İshaq hesab edilir. Sonralar bu alimlər sırasına Vəhb ibn Münəb-

bih və Məhəmməd ibn Müslim də qoşulmuşdur. 

İslam tarixi haqqında yazılan əsərlər dörd yerə bölünür: 

1. 


Ümumi tarixlər – Hz.Adəmin yaranışından başlayaraq bir neçə dövlət-

lərdən və daha çox islam dövlətlərindən və millətlərindən bəhs edən əsərlərə 

deyi

lir.  Bu  növ  əsərlərə  Təbərinin  “Tarix”,  Məsudinin  “Tarix”  və  Yəqubinin 



“Ta

rix”əsərləri aiddir. 

2. 

Xüsusi tarixlər – Bir dövrün, hökmdarın, sülalənin, məmləkətin tarixin-



dən bəhs edən əsərlərə deyilir. Vaqidinin “Futuhuş-Şamı”, Bəlazurinin “Futu-

hul-Buldan

ı”, “Tarixi-Dəməşqi”, ”Tarixi-Bağdadi” və s. əsərlər bu növ əsərlərə 

daxildir. 

3. 

Təbaqat və Hal tərcümələri – Bu növ əsərlərin başında İbn Sədin “Təba-



qatus-

səhabə” və İbn Qutəybənin “Təbaqatuş-Şüara” əsərləri gəlir. 

4. 

Məsləklərə aid əsərlər – Bu əsərlər dinlərə, məzhəblərə, siyasətə, dövlət 



ida

rəsinə aid olan əsərlərdir. Dinlər və məzhəblərə aid Əbdulqadir əl-Bağdadi 

ilə Tahib ibn Muhəmməd əl-İsfərainin “Miləl vən Nihalla”rı, siyasətə, idarəyə 

aid əsərlərdən imam Əbu Yusifin “Kitabul-Xəracı”, İbn Əbdi Rəbbihin “İqdul-

Fərid” əsəri aiddir. 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə