Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə6/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   2   3   4   5   6   7   8   9   ...   314

  

13 


Həzrət buyurdu: “Üç yüz on üç nəfər”. Dedim: İlk peyğəmbər kimdir? Həzrət 

buyurdu: “Adəm”. Dedim: O, mürsəl peyğəmbərlərdən idimi? Hərət buyurdu: 

“Bəli,  Allah  onu  öz  əli  ilə  yaratmış  və  ona  öz  ruhundan  üfürmüşdür...”

5

 



Bunlardan  313  rəsul,  qalanları  isə  nəbidir.  Kitab  və  səhifə  verilənlərə  rəsul, 

kitab  və  səhifə  verilməyənlərə  isə  nəbi  deyilir.  Qurani-Kərimdə  28 

peyğəmbərin  adı  çəkilir,  bunlardan üçünün  (Zülqərneyn,  Loğman,  Üzeyir) 

peyğəmbərliyi  haqqında  ixtilaflar mövcuddur. Qurani-Kərimdə  adı  çəkilən 

peyğəmbərlər bunlardır: 

Adəm (ə), İdris (ə), Nuh (ə), Saleh (ə), Hud (ə), Lut (ə), İbrahim (ə), İsmail (ə), 

İshaq (ə), Yəqub (ə), Yusif (ə), Şueyb (ə), Harun (ə), Musa (ə), Davud (ə), Süley-

man 


(ə), Əyyub (ə), Zülkifl (ə), Yunis (ə), İlyas (ə), Əlyasa (ə), Zəkəriyyə (ə), Yəh-

ya 


(ə), İsa (ə) və Muhəmməd (s). 

Yeddi ərəb peyğəmbəri bunlardır: 

İbrahim (ə), İsmail (ə), Lut (ə), Hud (ə), Saleh (ə), Şueyb (ə) və Hz.Mu-

həmməd (s)

Ululəzm peyğəmbərlər bunlardır: 

Nuh 


(ə), İbrahim (ə), Musa (ə), İsa (ə), Hz.Muhəmməd (s). Bu haqda İmam 

Baqir (ə) buyurur: “İmam Baqir (ə) buyurub: 

“Ulul-

əzm  olan  peyğəmbərlər  beşdir:  Nuh,  İbrahim,  Musa,  İsa  və 



Muhəmməd (s)...”

6

 



Şəriət verilən peyğəmbərlər bunlardır: 

Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə), Hz.Muhəmməd (s)

Cihad əmr olunmuş peyğəmbərlər bunlardır: Şis (ə), İdris (ə), İbrahim (ə), 

Musa 



(ə) və Hz.Muhəmməd (s). Bəqərə surəsinin 190, Nisa surəsinin 84, Həcc 

sur


əsinin isə 39-cu ayələri ilə cihad müsəlmanlara vacib buyurulmuşdur. Cihad 

iki yerə bölünür: 1) Cihadi-əsğər yəni, Allah və dini uğrunda vuruşmaq, 2) Ci-

hadi-

əkbər yəni, insanın öz nəfsinə qalib gəlməsi. 



Peyğəmbərlərin təbliğ etdikləri dinlərdə eyni olan əsaslar üçdür:iman əsas-

la

rı, ibadətlər və əxlaqi qayda-qanunlar. 



 

İslamiyyətdən əvvəl Ərəbistan 

Ərəbistan yarımadası üç əsas hissəyə ayrılır: 

1.  “

Hicaz”  adlanan  Şimal-Qərb  hissəsi.  Hicaz  əkinçiliyə  yararlı  olmayan 



səhralardan ibarət bir yer olub Ərəbistanın Şimal və Qərb hissəsini təşkil edir. 

Bu ərazi bütünlüklə Fələstindən tutmuş Yəmənədək Qırmızı dənizin sahilində 

yer

ləşir. Ən mühüm şəhərləri Məkkə, Mədinə və Taifdir. Burada iki məşhur li-



man yerləşir. Məkkəlilərin istifadə etdiyi “Cəddə”, mədinəlilərin istifadə etdiyi 

Yənbu” limanı. 



5

 Biharul-ənvar, XI cild, səh-525; Xisal, II cild, səh-104 

6

 Biharul-ənvar, XI cild, səh-531. 



  

                                                           




 

14 


2.  “

Ərəb”  səhrası  adlanan  Mərkəzi  və  Şərq  hissəsi.  Nəcd  məntəqəsində 

yer

ləşən bu ərazi azsaylı abadlıqlardan ibarətdir. 



3. “

Yəmən” adlanan Cənub hissəsi. Bu ərazinin uzunluğu Şimaldan Cənu-

ba doğru 750 km, Qərbdən Şərqə doğru isə 400 km uzanır. Ən məhşur şəhərlə-

rindən Səna, limanlarından isə Qırmızı dəniz sahilində yerləşən “Əl-Hədidə ” 

limanını qeyd etmək olar. 

Ərəbistan şimaldan Fələstin, Suriya, İordaniya və İraq ilə, şərqdən Dəclə-

Fərat  çayları,  Bəsrə  və  İran  körfəzi,  Ərəb  və  Oman  dənizi,  cənubdan  Hind 

okeanı və Ədən körfəzi, qərbdən isə Qırmızı dəniz ilə həmsərhəddir. Ərəbistan 

üç tərəfdən beş dənizlə əhatə olunsa da ölkənin daxili hissəsi canlı aləmin yaşa-

yışı üçün lazım olan sudan məhrumdur. Yalnız Həcər vadisində uzunluğu 100 

km-

ə çatan (Yəməndə yerləşir) bir çay axır. Yarımadanın şimal sərhədləri quru 



tor

paqlardır. Sina yarımadasından başlayaraq Qırmızı dəniz boyunca İran kör-

fəzinə çatan hündür sıra dağlar yerləşir. Vadilərin əhəmiyyətlisi Sirhan, Rum-

mə, Dəvasir və Həzra-mautdan ibarətdir. İslamdan öncə bu vadilər, o cümlədən 

Sirhan ticarət yolu olmuşdur. Şimalda Fələstindən başlayaraq İraqın cənub-qər-

binə qədər uzanan Badiyətuş-şam düzənliyi yerləşir. Yarımadanın cənubundan 

şərqə doğru Rubəl-xari səhrası yerləşir. 

İslamdan öncə yarımadanın əhalisi iki yerə bölünürdü: xalis və qeyri-xalis 

ərəblər.  Cənub  məntəqəsində  yaşayan  əhali  özlərini  Qəhtanın  oğlu  Yərəbin 

nəslindən bilirlər ki, o da öz növbəsində Nuh (ə) peyğəmbərin beşinci oğludur. 

Mərkəz və Şimalda yaşayan əhali özlərini Ədnanın nəslindən hesab edirlər ki, 

o da İsmail (ə) peyğəmbərin nəvələrindən biridir. Qəhtanilər xalis, Ədnanilər 

isə qeyri-xalis ərəblər hesab edilir. 

Coğrafi baxımdan Ərəbistan beş hissəyə ayrılır: 

1. 

Təhamə – Qırmızı dənizin sahilində yerləşən Yənbudan başlayaraq Nəc-



ra

na qədər uzanan düzənlik bir ərazidir. 

2. Hicaz – 

Yəmənin şimalı ilə Təhamənin şərq tərəfində yerləşib onları bir-

birindən ayırır. 

3. 


Nəcd – Cənubdan Yəmənə, şimaldan isə Badiyətus-səmavəyə qədər uzanır. 

4. 


Yəmən – Cənubda  Nəcddən Hind okeanına qədər, qərbdə isə  Qırmıza 

dənizə qədər uzanan bir ərazidir. 

5. 

Həzrə-maut – bu ərazi Yəmamə, Oman, Bəhreynə şamil olunur. 



Ərəbistanda islamdan əvvəl bir çox dövlətlər qurulmuşdur. Bu dövlətlərin 

ən qədimi Muin, Səba, Qətban və Həzrə-mautdan ibarətdir. 

Paytaxtı  Qərnu  olan  Muinilər  dövləti  eradan  əvvəl  600-1200-ci  illərdə 

mey


dana gəlmişdir. Bu dövlətin ticarət dairəsi İran körfəzindən Aralıq dənizinə 

qədər olan ərazini əhatə etmişdir. 

Paytaxtı Təmnə şəhəri olan Qətban dövləti isə yarımadanın cənub qərbində 

Həzrə-Mautun qonşuluğunda qurulmuşdur. Bu dövlət eradan əvvəl birinci min-

il

likdə yaranmış və eramızın ikinci yüz ilinə qədər davam etmişdir. Bəzi mən-



bələrə görə isə eradan əlli il əvvəl süqüt etmişdir. Qətban dövlətinin varlığına 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə