Sairler indd


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə16/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   ...   13   14   15   16   17   18   19   20   21

Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
99
Aydın  Əzimov haqqında və b. məqalələri qeyd edə bilərik.  İstedadlı 
gəncin publisistik sahədəki bu fəaliyyətinə müəllimləri – akademik, Xalq 
artisti Oqtay Rəcəbov, Bəstəkarlar İttifaqının katibi, musiqişünas Zemfira 
Qafarova və b. qiymət veriblər.
  İlahə Qismət 2014-cü il noyabr ayının 23-də Arif Məlikovun 
“Məhəbbət  əfsanəsi” baletinin Moskvanın Böyük Teatr səhnəsində 
baş tutmuş premyerasında  Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 
nümayəndə heyətinin üzvü kimi iştirak edib. “Muğam” vokal-instrumental 
qrupunda solist olaraq çıxış edir. 2014-cü ildə  bəstəkarın (sözləri və 
musiqisi özünə aid olan) “Sənsizəm” adlı mahnısına “Yeni Ulduz-11”in 
qalibi Anar Məmmədovun ifasında klip çəkilib. Həmin ildə İlahə Qismətin 
“Muğamatım bir dəryadır” adlı layihəsi Azərbaycan Respublikası 
Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib 
olmuş, layihə Bakı Musiqi Akademiyasının təşkilati dəstəyi ilə keçirilib və 
uğurla sonuclanıb. Həmçinin Dövlət Neft Şirkəti, Mədəniyyət və Turizm 
Nazirliyinin və İTV-nin birgə layihəsi olan “Əsrin müqaviləsi”nin 20 illik 
yubileyinə  həsr olunmuş “20 şanlı il” mövzusunda ən yaxşı vokal əsər 
müsabiqəsində I yerə layiq görülərək, “Diplom” və qiymətli hədiyyələr 
qazanıb.  Əsər Xalq artisti Samir Cəfərov tərəfindən ifa edilib.
2014-cü ildən etibarən Bakı Musiqi Akdemiyasının əməkdaşıdır.
Bəstəkarlıq fəaliyyəti zamanı fərqli janrlarda bir çox əsər bəstələyib: 
“Rəngli lövhələr”- uşaq albomu (2005-2008-ci illərdə yazılmış pyeslər 
daxildir)
“Qalaktika”- proqramlı prelüdlər toplusu (2009-2011- ci illər)
“Müqəddəs Vətən” - Hərbi orkestr üçün Marş (2005-ci il )
“Sənsizəm” adlı mahnı - söz/mus.- İlahə Qismət (2006-cı il)
“Anxiety” (Əndişə) – fortepiano üçün sonatina (2011-ci il)
  Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış “Hisslər” adlı silsilə 
romanslar (2011-2012-ci illər)
“Arzulara gedən yolda” qısametrajlı filminə musiqilər (2012-ci il)
“Yadıma sən düşəndə” xalq mahnısının simli kvartet və balaban üçün 
işlənməsi (2011-ci il)
 “Reasons” String Quartet  N-1- Bela Bartoka həsr olunub ( 2013-cü il)
“Qələbə” Simfonik Poema – Böyük Simfonik Orkestr üçün nəzərdə 
tutulub (2014-cü il)
“Əsrin müqaviləsi” adlı himnn – söz/mus.- İlahə Qismət (2014-cü il)
“Paysaqe” adlı əsər - Böyük Simfonik Orkestr üçün nəzərdə tutulub 
(2015-cı il)


SƏS... SÖZ... RƏNG...
100


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
101


SƏS... SÖZ... RƏNG...
102


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
103


SƏS... SÖZ... RƏNG...
104


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
105


SƏS... SÖZ... RƏNG...
106


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
107


SƏS... SÖZ... RƏNG...
108


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
109


SƏS... SÖZ... RƏNG...
110


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
111


SƏS... SÖZ... RƏNG...
112


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
113


SƏS... SÖZ... RƏNG...
114


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
115


SƏS... SÖZ... RƏNG...
116
KAMRAN  NƏSİROV
(Kamran Yusif oğlu Nəsirov) – 
11 mart 1982-ci ildə Bakı  şəhərində 
doğulub. Orta təhsilini Bakıdakı 20 saylı 
məktəbdə    alıb. 1999-2003-cü illərdə  Bakı 
Biznes Universitetinin “Beynəlxalq iqtisadi 
münasibətlər” fakültəsində  təhsil alaraq
beynəlxalq iqtisadi münasibətlər ixtisası 
üzrə  bakalavr dərəcəsi qazanıb.
Musiqiyə böyük həvəsi olduğundan, 
tələbəlik illərində eyni zamanda Bakı şəhəri 34 Saylı Musiqi məktəbinə 
daxil olub və  2003-cü ildə həmin məktəbi fortepiano ixtisası üzrə əla 
qiymətlə bitirib. Daha sonra musiqi təhsilini davam etdirmək üçün 
Azərbaycan Milli Konservatoriyası  tərkibində Musiqi Kollecinə 
“Fortepiano” ixtisası üzrə daxil olub və 2007-ci ildə oranı da uğurla 
bitirib.
Kollecdə oxuduğu illərdə  həyat və yaradıcılıqları ilə yaxından 
tanış olduğu dünya və Azərbaycan bəstəkarlarının  əsərləri onun 
dünyagörüşündə önəmli rol oynayıb və o özü də bir sıra  əsərlər 
bəstələyib.
Xalq musiqisinə olan böyük həvəsinə görə 2007-ci ildə sənədlərini  
Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisasına verib və 
“Forteriano üçün prelüdlər”, “Vals-pyes”, “Aşıq mahnısı”, “Lay-
lay”, “Skertso”, “Marş”, “Vətənim”  əsərlərini təqdim edərək, 
gələcəkdə müəllimi (ustadı) olan (görkəmli bəstəkar Əşrəf Abbasovun 
oğlu, Qara Qarayevinsə tələbəsi olmuş) Bakı Musiqi  Akademiyasının, 
Azərbaycan Milli Konservatoriyasının müəllimi,  əməkdar incəsənət 
xadimi Cəlal Abbasovun bəstəkarlıq sinfinə daxil olub.  
Konservatoriyada təhsil aldığı  və sonrakı illərdə  aşağıdakı 
əsərləri bəstələyib: Prelüdlər: №11, №12, №13, “Aşıqsayağı”, “Lirik 
prelüd”, “Novruz alovu”, “Hoboy və fortopiano üçün pyes”, “Yanvar 
elegiyası”, simli kvartet və simli orkestr üçün “Üzeyirnamə”, “Klarnet 
və xalq çalğı alətləri üçün konsert”, “Məhəbbətin fəryadı” simfonik 
poeması.


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə