Sairler indd



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə13/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

SƏS... SÖZ... RƏNG...
60
ÜLKƏR PİRİ
(Ülkər Söhbət qızı Piriyeva) – 
24 avqust 1988-ci ildə Masallının Ağakişibəyli 
kəndində doğulub. Azərbaycan Universitetinin Xarici 
dillər fakultəsini bitirib. Hazırda BSU-nun Yaradıcılıq 
fakultəsində  təhsil alır.  Şeir, esse, hekayələr yazır, 
eyni zamanda, bədii qiraətçi kimi tanınır. 
Bədii qiraət üzrə yarışmalarda dəfələrlə res-
publika üzrə I dərəcəli diploma layiq görülüb. 
DGTYB-nin üzvüdür.  “Zamana  Baxış” adlı CD-al-
bomu işıq üzü görüb.
 
Ürəyimə yağış yağır bu gecə...
Gözlərimdən baxışların tökülür, 
Od nəfəsim sənlə dara çəkilir... 
Varlığımda eşq sarayı tikilir, 
Bir xəbərsiz eşq yaranır gizlicə, 
Ürəyimə yağış yağır bu gecə...
Nə, bəxt sənə “gəl, göz yaşım ol”, deyir, 
nə “göydən ələnən daşım ol”, deyir;
Bir ürəyin, gəl, sirdaşı ol, deyir. 
Diləkləri ötub gedir gün necə..? 
Ürəyimə yağış yağır bu gecə...
Baxışların gözlərimə dolanda, 
Ta qayıtma... sığın ona, qal onda... 
Adın qəlbdə, taleyinsə əlində, 
Sənsiz günüm nə yaşana, nə keçə, 
Ürəyimə yağış yağır bu gecə...


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
61
VASİF ZÖHRABOĞLU
(Vasif Zöhrab oğlu Mustafayev) –
1986-cı ildə Şəki şəhərində doğulub. Orta mək-
təbi bitirdikdən sonra 2004-2006-cı illərdə ordu sı-
ralarında xidmət edib. Şeirləri müxtəlif mətbuat  
orqanlarında,  ədəbi por 
tallarda, toplularda  ya-
yımlanır.  İlk kitabı 2015-ci ildə  işıq üzü görüb.
 2012-ci ildən DGTYB üzvüdür. 
              ***
Sən məni sevmisənsə,
Ayrılıqdan payın var.
Darıxsa,n baş qoymağa,
Sinəmdə çarpayın var.
Sən məni sevmisənsə,
Məndən uzaqsan demək.
Əllərin üşüyürsə,
Gündən uzaqsan demək.
Sən məni sevmisənsə,
Qayıt uzaqlarla gəl.
Qatarlar ayrılıqdı,
Gəl, sən uçaqlarla gəl.
Sən məni sevmisənsə:
Darıxmağın qadını,
Bu dəlinin qadını,
Bu axmağın qadını.
Sən məni sevmisənsə...
Yox, daha məni sevmə...


SƏS... SÖZ... RƏNG...
62
Gəl...
Divlər uydururam, nağıl gəzirəm,
Saat əqrəbində zaman daş olsun...
Könlünü almağa bir yol gəzirəm,
Mən necə darıxım sənə xoş olsun..?
Vecsiz adamların soyuq salamı...
Bezmişəm şəhərin bu səs-küyündən.
Göylər də qarğışa tutur adamı,
Məktublar tökülür quş dimdiyindən…
Daha darıxdırma şüşədə canı,
Qurtar bu tilsimdən sən məni, gözəl.
Bütün nağılların baş qəhramanı,
Sonunda qayıdır, sən də qayıt, gəl...
Gör necə kiriyib göz-qaşı, əli,
Bu əsər önündə necə məst oldum…
Bu heykəl gözəli, bu daşgözəli,
Sevib tapınmaqdan bütpərəst oldum.
Daşlara tapındım, daş ömrü sürdüm,
Mənim tək daşlara inanan varmış.
Usta əlləriylə yonuldu, gördüm
Hər daşın içində bir insan varmış..
Sənin də daş olmaq imiş taleyin,
Məni unutmağa yaddaşın yoxdu.
Yaşasam, 
  sevməyə
 vuran ürəyin,
Ölsəm, ağlamağa gözyaşın yoxdu…
Daha tapındırma məni özünə,
Daha daş gözlərin mənə baxmasın…
İlahi, rəhm eylə, bu yer üzünə,
Analar qız doğsun, heykəl doğmasın..!


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
63
VÜSAL YURDOĞLU
(Vüsal Teymur oğlu  Dadaşov) –
 
11 iyul 1988-ci ildə Xaçmaz şəhərində doğulub. 
Xaçmaz şəhər 1 saylı tam orta məktəbində (1995-
2006) orta təhsil alıb. 2006-2008-ci illərdə həqiqi 
hərbi xidmətdə olub. Hazırda Daxili Qoşunlarda 
(müddətdən artıq) xidmət edir.
BSU Yaradıcılıq fakultəsinin I kurs dinlə-
yicisidir.
Nədir.?!
Fəsillərmi üzdə gülən, ağlayan,
Bahar nədir, payız nədir, qış nədir?..
Nədir bizi yarı yolda saxlayan,
Əcəl nədir, kədər nədir, yas nədir?
Alacaqdır həyatından halalın,
Verəcəkdir əvəzinə zavalın.
Sevə-sevə uzaq qılar vüsalın,
Tale nədir, qismət nədir, bəxt nədir?!
Əriməkdə şam yerinə ürəklər,
Uzaq qaçır ehtiyaclar, gərəklər...
Yavaş-yavaş çöküb gedir dirəklər,
Arxa nədir, dayaq nədir, dik nədir?!
Vüsal neydir, ah çəkəndən bu günə,
Öz əliylə yazı yazıb özünə.
Giriftarmış, tikan batıb dizinə,
Tanımışdir, sərhəd nədir, sədd nədir...


SƏS... SÖZ... RƏNG...
64
 XƏYALƏ SEVİL
(Xəyalə Vaqif qızı  Abbasova) –
18 mart 1985-ci ildə  doğulub. Azərbaycan 
Müəllimlər  İnstitunun «Pedaqogika və me 
to-
dika « fakultəsini bitirib.  “Səni sevdiyimi bil mə-
yəcəksən”, “Bəxtimə  çıxan adam”, “Daş”  şeir 
kitablarının müəllifidir. Ailəlidir, iki övladı var.
 
Başımın üstündə ağlayan 
payız
Başımın üstündə ağlayan payız,
yolların vəfası yoxdu,
saxlamaz göz yaşını.
Gedənimin arxasınca 
 elə töküb qarğışını,
 geri gəlmir.
Gözlərimdə su qalmadı,
başımdakı daşı atdım,
daşım da diri gəlmir...
Başımın üstündə ağlayan payız,
Ağaclar da ağlayır,
yarpaq-yarpaq,
                       sarı-sarı...
Mən bu qarı yolların
inadın qıra bilmədim,
Yoruldum, yora bilmədim...
Ürəyimi atanın 
arxasınca ürək atdım.
Gözlərim qara buluddu,
heç kim bilmir...
Heç kim bilmir...
payızı mən yaratdım.       
Gözlərim təzə yol çəkir
Həsrətin ağacdı sənin,
Yanağımda bar veribdi.
Tanrı mənim əllərimi
Göz yaşıma gor veribdi...
Ürəyimi bədənimə
Bağlayan ruh bağı yoxdu.
Canımdan çıxıb qaçardı,
Yaxşı ki, ayağı yoxdu...
…Ağaclar da üstümüzə
Saçlarını yolub tökür.
Qayıt, sənin dönüşünə
Gözlərim təzə yol çəkir...


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə