Sairler indd



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə11/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

SƏS... SÖZ... RƏNG...
48
Ax, can alır göz qaşıyla
Bacarmıram mən naşıyla.
Qismətini sirdaşıyla
Bölən arzularım mənim.
Ruhum zərgər, ömür ləldi,
Ayrlıqlar bağrım dəldi...
Məzarınız nə gözəldi
Ölən arzularım mənim... 
                            
 
 
 
  11.05.2015
Torpaqlara
Çoxdan ölə bilərdim
Dözürəm, torpaqlara...
Torpağa dönmək üçün
Hazıram torpaqlara...
Səslənirəm ud kimi,
Dayanmaram büt kimi...
Ya Tanrı, şəhid kimi,
nəzirəm torpaqlara...
Bu açılan danımla,
Varam hər bir anımla.
Son şeirimi, qanımla
Yazıram torpaqlara..!


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
49
Gərək vulkan püskürsün 
Azərbaycan şairi
Siz, Vətən şeirlərini, söylə, necə yazdınız?
Qarabağı heç zaman unutmayın, şairlər!..
Ruh dəyişdi, bir anlıq fikirdənmi azdınız?
Qarabağı heç zaman unutmayın, şairlər..!
Gecələri düşünün, açılanda dan, yazın,
Əbədi coşa gəlsin damarlarda qan, yazın.
Yazın o Kəlbəcərdən,yazın Şuşadan, yazın,
Qarabağı heç zaman unutmayın şairlər..!
Ürəyimdə neçə dərd boya çatdı, irildi,
Sağlarım ölü kimi,ölülərim dirildi...
Qarabağ qan ağlayır elsiz iyirmi bir ildi,
Qarabağı heç zaman unutmayın şairlər..!
Birin yazıb durmayın, yazın, beşindən yazın,
Rus ilə erməninin qanlı işindən yazın;
Xocalıda kəsilən gəlin döşündən yazın,
Qarabağı heç zaman unutmayın şairlər..!
Yaralı məmləkətin, söyləsin qan! Şairi,
Vətən! Vətən! deməli, verəndə can, şairi.
Gərək vulkan püskürsün Azərbaycan şairi!
Qarabağı heç zaman unutmayın şairlər!..


SƏS... SÖZ... RƏNG...
50
ŞƏFA NUR
(Şəfa Söhbət qızı Piriyeva) – 
17 fevral 1991-ci ildə Masallıda doğulub. 
Orta təhsilini  Masallıdakı Qəhrəman İsmayılov 
adına orta məktəbində alıb.  İxtisasca tibb ba-
cısıdır. Hazırda BSU-nun Yaradıcılıq fakultəsi-
nin dinləyicisidir.  İngilis, rus, ərəb dillərini bilir. 
Həyat
İndi vaxtın keçdiyindən 
Xoşbəxtliyin damla-damla əriyib getdiyindən
xəbərsizəm, doğrusu...
Zaman səssizcə alıb aparar hər şeyi...
İşıqlı görünən dünya qaranlığın gözündən keçir.
Səssiz şütüyən zamanın içində sürət
damla-damla əridər ömür şamını...
Bu sənin qismətindir,
bu sənin tale yolun...
Bu yollar uzundur, bu yollsr qısa...
Uzunu da həyatdır, qısası da...
Bəzən bir yanlışın bütün doğruları sildiyi bir səhnədir həyat...
Səhnə demişkən, orda rolunla, fərqli obrazlara dönə bilirsən...
ancaq həyat... həyat başqadır...
Həyat - yaşamadığımız “bəlkə?”lər, yaşadığımız “kaşki!”lər, dilimizin 
dibindəki “nə isə...”lərdir, bəlkə də...
...Piyada kimi şah əsarətində qaldığın 
bir şahmat oyunudur həyat!
Cavab bəndləri olan, 
lakin içində yalnız bir bəndi doğru çıxan 
“sınaq sualı”dır həyat...
Ağlayaraq beşiyə qoyulub, gözüyumulu tabutda getdiyin ikiqatlı binanın 


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
51
“0”cı qatıdır həyat...
Əlini karta uzatdığın andan ya bütün dünyanı dəyişdirdiyin, 
ya da bütün həyatını uduzduğun bir qumardır həyat...
Pulla dəyər biçilməyən 
Düşüncə, Dostluq, Azadlıq, Sevgi gözəlliyidir həyat...
Kimsənin yardımına ehtiyacın olmadan 
   zirvəyə dırmanmaqdır əslində, həyat...
...İlin bütün günlərində Yuxu, Ümid, Gülüş hədiyyəsi olan 
   “Qar adamı”dır Həyat...
...Yeddiboya xəyalımızla sabaha səsləyən 
          göyqurşağıdır Həyat...
Əslində, rolu əlimizdə olan yeganə 
“Yaşam nəqliyyatı”dır Həyat...
Bu sənin qismətindir,
Bu sənin tale yolundur..
...Yollar uzun da olsa, qısa da,
hər iki yolun bir adı var – HƏYAT..!
İnsanoğlu axtarışda
Əslində, 
bəlkə də, insanı ac qoyan, yaşamağı mümkünkən, 
yaşamadığı xoşbəxt anlardır... və... 
beləcə, kimsə görməsin deyə, 
gündüzləri gülüb, gecələri ağlayar insan...
Bəlkə də, yanlış insanlar üzündən 
qırılan xəyallardır onu ağladan.
Necə deyib müdrik? –
sözlərinə diqqət etməli insan –
gün gələr düşüncələrinə çevrilər o sözlər, 
düşüncələrinə diqqət etməli insan –
gün gələr də, duyğularına çevrilə bilər
oysa, insan duyğularına da diqqət etməli! –
bir gün gəlib, davranışa çevrilər duyğu dediyin...
beləcə, onlar da alışqanlığa çevrilə bilər,
alışqanlıqlar – dəyərlərə, 


SƏS... SÖZ... RƏNG...
52
dəyrlər – xarakterə çevrilə bilər..! 
Xarakter! – bu artıq Həyatla baş-başa qoyar sizi...
İnsanoğlu axtarır:
Bugünündə Dünəni...
...Dünən, Bugün, Sabah... 
Heç nə, heç yerdə, hüç cür qane qılmır onu...
Sanki hər şey köhnədir 
axtaran insana...
köhnəlik – bu ancaq xatirədir...
...axtarır insanoğlu... insanoğlu axtarır...
Musiqi dinləyir, şeirlər yazır –
yazır, öz içini azaltmaq üçün...
...axtarır insanoğlu... 
Axtarmaq mübarəkdir..!


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
53
ŞƏFA VƏLİ
(Şəfa Elxan qızı Vəliyeva) –
15 iyul 1988-ci ildə Göyçə mahalının Dərə 
kəndində doğulub. Azərbaycan Müəllimlər  İns-
ti tutunun  Gəncə  filialının “İbtidai təhsilin me-
todikası və pedaqogikası” fakultəsini 2009-cu ildə 
bitirib. Kiçik həcmli öykülərdən oluşan ilk kitabı 
“Ümiddən olan qurbanlar” adı ilə 2010-cu ildə 
işıq üzü görüb. DGTYB-nin üzvüdür. Azərbaycan 
Prezidenti Təqaüd Fondunun tə qaüd çüsüdür.
                          ***
İnanma hər deyilənə,
Hələ sənə nə yazmışam? 
(İntiqam Yaşar)
Mənim sənə yazdıqlarım
Bu yay torpağı oxşadı...
Döndü üzü qiblə sarı
Tərsa eşqimə baxmadı...
Eşq – naməhrəm... eşq – səd günah...
Eşq – beş ləçəkli zanbaqmı?
Eşq – kitabsız bir səcdəgah
Eşqli – məbəd Şamxatımı*?
Elə asan öldürürlər
Eşq qoxuyan ümidləri...
Tanrı qıymazdı belə...
Ayırmazdı sevənləri...
Vallah, bizi ayıranlar
Tanrısını tanımadı...
Yoxsa, eşqə tapınanlar
Tanrısından yarımadı?!. 
Şamxatı – “GilQamış”da obraz


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə