Sairler indd



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə12/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

SƏS... SÖZ... RƏNG...
54
***
Hər səs gələn tərəfin
yolçusu sevilməz ki...
Payız boyda qəhərin
sarısı silinməz ki...
Saçlarını yolmağa
Başlayıbdı ağaclar...
Bu mövsüm Xan bağında
Oturmağa ürək var?..
Yaxşı ki, yolun düşmür
Bu aralar Gəncəyə...
Baxışımdan üşüyüb
Küsərsən gəlməyinə...
Gərək mən də tez qaçım...
Bakı? Qazax?.. – ya səbr!
Durum qapını açım:
- Bu sənsən, oktyabr?..
***
Ayrılığı tanımırdın,
Ayrıldıq... Xoşun gəldimi? 
Bədbəxtliyin məni saydın,
Xoşbəxtlik naxışın gəldimi?
Öz təkliyinin filmində,
Baş rolda məni çəkəsən...
Hönkürəsən dəlilərtək,
Bir azca mənə çəkəsən...
Ürəyin dərddən hayqıra,
Məni günahkar sayasan...
Öləm gedəm, ayrılıqdan
Bir şeir də sən yazasan... 


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
55
TALEH ODOĞLU
(Taleh Rafiq oğlu Haqverdiyev) -
3 noyabr 1991-ci ildə Naxçıvan  şəhə-
rində doğulub. Naxçıvan Dövlət Uni 
ver 
si-
te tinin  məzunudur. Hazırda həmin  uni ver si-
tetdə  İnformasiya Texnologiyaları  və Tele 
ko-
mmunikasiya Sistemləri ixitsası üzrə ma 
gis-
trantdır. 
Ədəbi yaradıcılığıa 15 yaşından başlayan 
Taleh ilk kitabını  nəşrə hazırlayır
Sarı gəlin
Kədəri ağladıb, qəmə gülmüsən
İndi gül bağında solan gülmüsən? 
Səsin yoxdu, bəlkə çoxdan ölmüsən? 
Nəğmən susdu tarda, ay Sarı gəlin.
Könüllər yandırıb uzağa getdin, 
Şirin nağıl idin, zamansız bitdin... 
Ağdamda, Şuşada, Laçında itdin, 
De, indi hardasan, ay Sarı gəlin?..
Gül üzünə xain gözlə baxdılar, 
Atəşə atdılar, oda yaxdılar, 
Düşmənlər adına sahib çıxdılar, 
Qaldın ahu-zarda, ay Sarı gəlin.
Saraldın adıntək ağ duyğularda, 
Biz gerçək həyatda, sən yuxularda... 
Batdı göz yaşların dərin sularda
Yağışsan baharda, ay Sarı gəlin.
Hər zaman bizimdin, bizim olmusan, 
Tarixdən silinməz izim olmusan; 
Bahar təravətli sözüm olmusan, 
Soyuq qışda, qarda, ay Sarı gəlin.
Soldu tellərində gül dəstə-dəstə, 
Qara bulud durdu başının üstə; 
Dildə əzbər oldu bir yeni bəstə,
Adın mahnılarda, ay Sarı gəlin...


SƏS... SÖZ... RƏNG...
56
TƏRANƏ ABBAS
(Təranə Rizvan qızı Abbasova) –
 2 fevral 1993-cü ildə doğulub. 
2009-cu ildə Gəncə şəhər Nizami Aydın 
adına 18 saylı orta məktəbdə təhsilini başa 
vurub, 2010-2014-cü illərdə Gəncə Dövlət 
Universitetində Musiqi müəllimliyi fakultəsində 
ali təhsil alıb. Aldığı ixtisasla yanaşı şair və 
rəssam kimliyi ilə tanınır. 
Yaşlı qadın 
Yağışla Gün rəqs eləyən bir yaz günüydü…
Oturmuşdu skamyada yaşlı bir qadın,
Sanki qəm-kədərdi həyatdan payı…
Baxırdı sağına, baxırdı sola,
Bəlkə düşməyirdi kimsə yadına?
Bəlkə doğuluşdan tək olmuşdu o,
Bəlkə yaşamağı unutmuşdu o?
Qocalmış əlləri, bükülmüş beli,
Tutulmuş ayağı, görmür gözləri...
Sevgi istəyirdi çarpan ürəyi,
Baxma, gözəlliyni almışdı illər...
Övlad doğmamışdı, ana deyildi,
…Qəlbini ağrıdan keçmişi vardı,
Onu tez qocaldan sevgisi vardı…
Çatmamışdı arzusuna, 
  yetməmişdi kamına,
Amma, yenə gülürdü həyatın axarına…
Gülüb də, heyf alırdı 
 həyatdan, xəyalında…
Həyat ondan aldığını almışdı,
O həyatdan kamını almamışdı…
Oynadığı oyunda tək qalmışdı…
Qəlbimi çox ağrıdı bu mənzərədən,


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
57
Gözümü yumdum da, sızladı qəlbim...
Açanda gözümü, artıq o, yoxdu…
Hara qeyb olmuşdu o yaşlı qadın?
Sonra anladım ki, o yaşlı qadın,
elə mən özüməm, elə mən özüm… 
Deyirəm, bəlkə də, özüm bilmədən
yaşayıb ölmüşəm… ölüb, gəlmişəm…
Bulud olmaq istəyirəm 
Bulud olmaq istəyirəm,
göylərdə uçub dağılmaq…
Hərdən dolub ağlamaq…
Bəzən yox olmaq,
bəzən var olmaq…
Hərdən pambıq kimi yumşaq, ağappaq,
hərdən şimşək kimi hirsli, qəzəbli…
Bulud olmaq istəyirəm…
Yüksəklərdə olmaq…
Səmalarda süzmək…
Hərdən Ay işığında görünən,
hərdən təkliyə çəkilib gizlənən…
Bulud olmaq istəyirəm…


SƏS... SÖZ... RƏNG...
58
TURANƏ TURAN
 (Turanə Vaqif qızı Nəsibova) –
11 noyabr 1991-ci ildə Tovuzun Qovlar 
şəhərində doğulub. Ali təhsilini Gəncə Dövlət 
Universitetində alıb. Tovuzda fəaliyyət göstərən 
Aşıq Hüseyn Bozalqanlı adına “Varislər” Ədəbi 
Birliyinin üzvüdür. 
Xoşbəxtlik qatarı
Küsgün dostum, üzülmə,
Gəl, birlikdə gözləyək
Xoşbəxtlik qatarını.
Səmti bizə düşməyən
İllərin qaçağını...
Bir vaxtlar uşaq ikən
Minmişəm o qatara.
Atamla birdim deyə -
İstəmirdim yol bitə.
Yolumuz qısa oldu,
Atam çox tezcə düşdü
Həyatın qatarından…
Xoşbəxtlik məni qovdu
Uzaqlaşdı yanımdan.
Bax, o gündən görmədim
Bu dünyada bir ağ gün.
Heç özüm də bilmədim
Necə keçir ömür-gün.
İkimiz də, gəlməyən
Xoşbəxtlik gözləyirik.
İştahımız böyükdü
Nə az şey istəyirik.
Onun gəlməyi çətin–


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
59
Biz nəsə etməliyik.
Bəlkə də, tapmaq üçün
Dünyadan köçməliyik.
Bu dünyada gözlədim
Heç gəlmədi qatarım.
Köçürəm o dünyaya
Bəlkə orada tapdım.
Xoşbəxtlik qatarımın
Məkanı bəlli daha,
Getmək üçün Əcəldən
Bilet aldım sabaha…
Bu dünyada heçmi sevgi yoxdu, dost?
 
Kədər olub gündüzüm də, gecəm də,
Son qoyulub ürəyimdə sevincə.
Ümid ölüb, qəlb qırılıb beləcə,
Sevib, xoşbəxt olan bəndə yoxmu, dost?
Bu dünyada heçmi sevgi yoxdu, dost?
 
Bədənimdən ruhum uçar vaxtı çatanda,
Qəlbimi qəm oyar, dərd çoxalanda;
Göz yaşım sel olar, ürək sınanda,
Mənim kimi kimdə əzab çoxdu, dost?
Bu dünyada heçmi sevgi yoxdu, dost?
 
Qəm-kədərdi ürəyimin sakini
Çoxmu gördü mənə bir az sevgini?
Axı, ona vermiş idim qəlbimi,
O, heç sayıb, tutub yerə vurdu, dost.
Bu dünyada heçmi sevgi yoxdu, dost?
 
Vəfasız dünya tək çoxdu vəfasız,
Elə bir eşq varmı olsun cəfasız?
Turanə Turanı sorğu-sualsız,
Diriykən məzara qoydu o, ey dost..!
Bu dünyada heçmi sevgi yoxdu, dost?


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə