Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   39   40   41   42   43   44   45   46   ...   151

O, güman edirdi ki, (bir vaxtlar belə bir beynəlxalq münaqişə yaranmışdı və ona tək-tük adamlar da 
qoşulmuşdu. Yüzlərlə insan isə onu ittiham edirdi) epidemiyadan xilas olmuş beş-altı nəsil təbii 
immuniteti həddindən artıq zəif olan insan nəsli yaradar və nəticədə "demək olar ki, yoxa çıxmış" taun və 
ya digər yoluxucu xəstəliklər gözlənilmədən arta bilər. Hətta onların tufan kimi bütün yer üzünə 
yayılması da mümkündür. Nəticədə həyatların qurtuluşu üçün Qotlibin öz zəkasını qurban verdiyi həmin 
tədbirlər bütün insanlığın məhvinə gətirib çıxara bilər. 
O, düşünürdü: elm, ictimai gigiyena vərəm və digər ağır xəstəlikləri məhv edərsə, dünyada o qədər əhali 
artıqlığı yaranacaq və dünya elə bir ümumi köləliyin üfunətli quyusuna çevriləcək ki,  bütün gözəlliklər, 
rahatlıqlar aclığın qovduğu mövcudluq uğrunda mübarizədə yoxa çıxacaq.  
Ancaq, bu cür fikirlər ona işləməyə mane olmurdu. Gələcəkdə əhali artıqlığı təhlükəsi var idisə, gələcək 
nəsillər doğuş sayının süni azaldılması, yaxud digər tədbirlərlə özü-özünü qoruya bilərdi. "Çox ehtimal ki, 
qoruyacaq da!" – deyə o, fikirləşirdi.  
Amma Qotlibin bu sağlam optimizmin son damlası belə bu son şübhələrinin içində yoxa çıxıb itdi. Çünki 
o, hansısa şüurun və hissin inkişafına deyil, Allaha hər kəsdən daha çox bənzəyən insanın nəşəli itlərdən, 
qüsursuz cazibəli pişiklərdən, əxlaq, təlaş və dindən uzaq olan atlardan üstünlüyünə şübhə edirdi.   
Şarlatan həkimlərin, patentləşmiş dərman fabriklərinin sahiblərinin, saqqızla ticarət edənlərin, reklam 
kahinlərinin xidmətçilərlə dolu böyük evlərdə yaşadıqları və bahalı limuzinlərdə gəzdikləri vaxt  Maks 
Qotlib suvağı qopub tökülmüş əyri bir evdə daldalanır, öz laboratoriyasına köhnə, cırıldayan velosipedlə 
gedib-gəlirdi. Qotlibin özü şikayətlənmirdi. O elə də düşüncəsiz deyildi ki, özü üçün həm azadlıq, həm də 
məhkum edilmiş xalqın məhəbbətini tələb etsin. "Nə etmək olar? – o bir dəfə Martinə dedi, – məgər 
dünya lazım olan işlə məşğul olduğum üçün mənə haqq vermək məcburiyyətindədir?" 
Qotlibin evində yalnız bir rahat kreslo var idi, var-dövlət əvəzinə isə stolunun üstündə Almaniyanın, 
Fransanın, İtaliyanın, Daniyanın dahi insanlarından, Böyük Britaniyanın dəyərli alimlərindən (onları elə 
dəyərli idi ki, araqçəkənlərin, papiros fabriki sahiblərinin, bulvar qəzetlərinin naşirlərinin aldığı yüksək 
titullardan alırdılar) aldığı uzun, səmimiyyət və ehtiram dolu məktublar dururdu.  
Amma kasıblıq Qotlibə imkan vermirdi ki, yayda ona il ərzində əzab verən bir arzunu reallaşdırsın. O, 
istəyirdi ki, Sena üzərində qovaqların altında otursun, yaxud sakit Sena çayı sahillərində dama-dama 
süfrə örtülmüş stol arxasında dincəlsin… Süfrənin üstündə isə çörək, pendir və şərab, bir də tünd rəngli 
albalılar olsun. Bir sözlə, sadə dünyanın qədim sevinci…  
 

 
Maks Qotlibin arvadı kök, bu azmış kimi, həm də astagəl və dilsiz-ağızsız bir qadındı. Altmışa yaxın yaşı 
olsa da, hələ də ingilis dilində sərbəst danışmağı öyrənə bilməmişdi. Alman dilində də öz borclarını 
ödəyən, həddindən artıq çox yeyən və qıpqırmızı qızaran əyalət bürgerlərinin  şivəsində danışırdı. 


Arvadına öz fikirlərini etibar etmirdisə və süfrə arxasında uzun düşüncələrə qərq olaraq, onun varlığını 
unudurdusa, bu o demək deyildi ki, Qotlib xanımına qarşı kobudluq edirdi.  O heç xanımı ilə öcəşmirdi 
də. Onun təsərrüfatı idarə etməsinə, Qotlibin köhnə dəbdə olan ev xələtini hansı yolla isitməsinə belə 
qarışmırdı. Son zamanlar arvadı naxoşlayırdı, ürəkbulanmasından, həzmetmə prosesinin pozulmasından 
əzab çəkirdi. Amma öz işini boş buraxmırdı. Onun köhnə ev tuflilərini sürüyə-sürüyə evin içində necə 
yeridiyini daima eşitmək olurdu.  
Qotlibin üç övladı var idi. Onların hər üçü arvadının yaşı otuz səkkizi keçdikdən sonra dünyaya gəlmişdi. 
Miriam, kiçik qız, odlu-alovlu idi. Yaxşı musiqi istedadı vardı, Bethoveni sevir və anlayırdı, Amerikada 
populyar olan "reqtaym"ı isə qəbul etmirdi; böyük qızı özü-özlüyündə heç nə ifadə etmirdi, oğlu Robert 
isə – Robert Kox Qotlib – valideynlərini həmişə məyus edirdi. Yüksək ödənişə baxmayaraq, onlar 
canlarını dişlərinə tutaraq Roberti Zenit yaxınlığında olan bahalı bir məktəbə vermişdilər. Orada o, fabrik 
sahiblərinin oğulları ilə dostluq edirdi. Onlardan maşını sürətli sürmək və bahalı geyim geyinmək 
zövqünü mənimsəmişdi, amma dərslərə maraq bacarığını qətiyyən öyrənə bilməmişdi. Evdə o, elə hey 
atasının simiclik etdiyini söyləyərək bar-bar bağırırdı. Qotlib kasıb olduqlarını izah etməyə çalışanda isə 
oğlan cavab verirdi ki, kasıbdırsa niyə  gizlində təcrübələrə pul xərcləyir,  halbuki belə edərək oğlunu 
rüsvay etməyə haqqı yoxdur! Qoy onun lənətə gəlmiş universiteti öz professorunu lazımi materiallarla 
təmin etsin. 
 

 
Maks Qotlibin tələbələrinin böyük əksəriyyəti onun fənninə maneə kimi baxırdılar və fikirləşirdilər ki, nə 
qədər mümkündürsə, onun üstündən tez adlayıb keçmək lazımdır. Çox az adamlar özlərini bu fənn üzrə 
qabiliyyətli sayırdılar. Bu tələbələrin arasında Martin Erousmit də var idi.  
Qotlib adətən Martinlə onun səhvləri ilə bağlı kəskin danışırdı. Müəlliminin sədaqətinə təkəbbürlə 
etinasızlıq göstərməyə çalışsa da, Martin Qotlib üçün heç də Qotlibin Martin üçün daşıdığı əhəmiyyətdən 
az əhəmiyyət daşımırdı. O, Martinlə bağlı geniş planlar qururdu. Martin həqiqətən də onun köməyini 
istəyərsə (Qotlib elmi yarışmalarda nə qədər ifrat xudbin və təkəbbürlü olsa da, şəxsi məsələlərdə bir o 
qədər təvazökar idi), bu oğlanın karyerası Qotlibin şəxsi karyerası olacaqdı. Martin kiçik müstəqil 
təcrübələr aparsa belə, Qotlib onun hamı tərəfindən qəbul edilmiş və əlverişli immunologiya  
nəzəriyyəsini darmadağın etməyə daim hazır olmasına, nəticələri yoxlamaq üçün göstərdiyi ciddi 
cəhdlərə baxaraq sevinirdi. Onun naməlum səbəblər üzündən etinasız olduğu vaxtlarda, Qotlibə elə 
gəlirdi ki, o, içir və hansısa şəxsi məsələlərin içində axmaqcasına dolaşıb qalıb. Yalnız gözəl iş qarşısında 
hörmət hissi onu Martinin üstünə qışqırmağa vadar etmişdi. Silvanın üzr tələb etməsi haqqında isə 
təsəvvürü belə yox idi. Xəbər tutsa idi, bu, onu bərk qəzəbləndirə bilərdi. 
Qotlib Martinin qayıdacağını gözləyirdi. Ürəyində özü-özünü danlayırdı: "Qoca axmaq! Gəncin incə ruhu 
var. Sən bilməli idin ki, kömür parçasını platin məftillə qarışdırmaq olmaz". O bacardığı qədər (nə qədər 
ki Martin restoranlarda qab yuyur və ağlagəlməz şəhərlərdə, ağla gəlməyən səfərlərdə sərgərdan həyat 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə