– Sonra da birtəhər çamadanı çardağa çıxardarıq…
– Sənə deyirəm ki, çardaq ağzına kimi doludur…
– Biz ora şam yeməyindən sonra baxarıq…
– Yenə də başladı! Axı sənə deyirəm ki, ora qayığı dürtməyə çalışanda…
Bəlkə də, Martin dişlərini qıcamırdı, amma onların qıcırtısını açıq-aydın eşidirdi.
Firavan cəsur məmləkət
artıq yüz mil uzaqda qalmış və çoxdan idı ki, unudulmuşdu.
2
Həkim kabineti üçün yer kirayə götürmək məqsədilə hər üç ailə düz iki həftə diplomatik söhbət və həssas
fikir mübadiləsi aparmalı oldu… Düzdü, bu o demək deyil ki, Tozerlərin yeganə mövzusu kabinet idi.
Onlar Martinlə yaşanan günün hər dəqiqəsini detallı araşdırır, onun həzm etmək qabiliyyətini,
məktublarını, gəzintisini, təmirə ehtiyacı olan çəkmələrini müzakirə edir və soruşurdular ki, Martin
çəkmələri "tələ hazırlayan və çəkmə düzəldən" həmin fermerə aparıb, yoxsa yox… Sonra da təmirin
neçəyə başa gələcəyi ilə maraqlanır, çəkməçinin dini və siyasi əqidəsi, onun ailə həyatı ilə bağlı müxtəlif
fərziyyələr irəli sürürdülər.
Cənab Tozer elə əvvəlcədən kabinet üçün çox gözəl bir yer nəzərdə tutmuşdu. Norblomlar öz
mağazalarının üstündə yaşayırdılar
və cənab Tozer bilirdi ki, onlar başqa yerə köçmək fikrindədirlər.
Uitsilvaniyada nəsə baş verəndə, ya da nəsə baş verməli olanda, Tozer mütləq bundan xəbər tuturdu. O
eşitmişdi ki, Norblomun arvadını təsərrüfatla əlləşmək bezdirib və o, bundan sonra missis Bisonun
pansionunda yaşamaq istəyir Bura küçəyə açılan pəncərələri olan otaq idi, dəhlizin sağ tərəfində…
Qəşəng balaca sobası olan bu suvaqlı otağı missis Bison Otto Kreqdən yeddi dollar otuz beş sentə
almışdı… Yox, yeddi qırx beşə…
Onlar Norblomların evinə gəldilər və cənab Tozer söhbətə belə başladı: "…Ola bilsin ki, Norblomlar nə
zamansa
mənzili dəyişmək istəyərlər, belə olarsa, doktor üçün mağazanın üstündə kabinet açmaq heç də
pis olmazdı…"
Norblomlar uzun-uzadı və ehtiyatlı skandinaviyalı baxışları ilə bir-birinə baxdılar. Sonra nəsə nəm-nüm
etdilər: "Bilmirəm,… əlbəttə, şəhərdə daha yaxşı mənzil tapmaq çətindir…" Cənab Norblom da əlavə etdi
ki, onlar heç nəyə baxmayaraq, köçmək qərarına gələrlərsə,
onlar mənzil üçün -əlbəttə ki, mebelsiz –
ayda iyirmi beş dollar ödəməli olacaqlar.
Cənab Tozer bu "beynəlxalq konfrans"dan şən və məmnun qayıtdı. Elə bil, Vaşinqtondan hansısa dövlət
katibi Tozer, yaxud da Londondan hansısa lord Tozer gəlmişdi...
– Əla! Çox yaxşı! Biz onu əsas sözü ağzından qaçırtmağa vadar etdik! O iyirmi beş dedi! Deməli, vaxtı
yetişəndə biz ona on səkkiz təklif edəcəyik və iyirmi bir dollar yetmiş beş sentə razılaşacağıq. Ehtiyatla
hərəkət etsək, digər tərəfdən də Norbloma missis Bisonla görüşmək və pansiona görə onunla danışmaq
üçün zaman versək, onları necə lazımdırsa, sıxışdıra bilərik.
– Ah, Norblom bir qərara gələ bilməsə, başqa bir yerdə mənzil tutmağa çalışarıq, – Martin dedi, –
Eşitdiyimə görə, "Qartal" redaksiyasının arxasında bir neçə boş otaq var.
– Nə? Bütün şəhəri axtarmaq? Özü də elə bir vaxtda?! Axı biz Norbloma fikrimizin ciddi olduğunu başa
salmışıq… Onlar ölənə kimi bizə düşmən olarlar! Uğurlu işə başlamaq üçün sizcə, bu, yaxşı yoldur? İndi
Norblomdan imtina etsəniz,
o da sizə hücuma keçsə, heç mən də onu qınaya bilmərəm. Bura sizin üçün
Zenit deyil ki, hər şeyin iki dəqiqəyə hazır olmasını tələb edəsiniz!
İki həftə ərzində, yəni Noblomlar onlar üçün çoxdan həll edilmiş məsələnin üzərində baş sındırdıqları
vaxt, Martin səbirsizliklə gözləyir və işə başlaya bilmirdi. O, bilirdi ki, normalara uyğun münasib kabinet
açmayınca, həkim kimi uitsilvaniyalıların inamını qazana bilməyəcək. Heç Endi Tozerin də...
Burada olduğu iki həftə ərzində onu cəmi bircə dəfə xəstə yanına çağırmışdılar. O da Aleka İnqlbledin baş
ağrısından əziyyət çəkən xalası miss Aqnes İnqlbledin yanına. Amma çağırışdan qayıdanda Bert Tozer
onun sevincini ürəyində qoydu:
– Ah, deməli, sizi o çağırmışdı? Onun işi elə həkimləri gəzməkdir də. Əslində,
o heç xəstə deyil, amma
həmişə yeni müalicə vasitələri dalınca qaçır. Sonuncu dəfə bura səyahət edən bir cavana qır-saqqız
olmuşdu. Həmin oğlan "Ford"un cürbəcür dərman və mazlarını satmaqla məşğul idi. Ondan əvvəl isə
miss İnqlbled hansısa bir ara həkiminin, holland əsilli dəli avaranın yanında müalicə alırdı. Hə, bir də uzun
müddət onu Leopolisdə yaşayan bir osteopat müalicə edib. Bilirsiniz, sizə deyim ki,
osteopatiyada nəsə
var… Osteopatlar o xəstələri müalicə edirlər ki, adi həkimlər onları müalicə etməkdən imtina edir, hətta
xəstəliklərinin səbəbini belə başa düşmürlər. Siz mənimlə razılaşırsınız?
Martin cavab verdi ki, razı deyil.
– Eh, siz, başa bəla həkimlər! – Bert alicənab görünüş alaraq qırıldadı, hər halda, o,
bəzən çox şən və
mülayim ola bilirdi, – sizin hamınız eyni cürsünüz. Xüsusilə də kursu yenicə bitirdiyiniz və həyatda hər
şeyi bildiyinizi düşündüyünüz vaxtlarda... Siz nə xiropraktikada, nə elektrik kəmərlərində, nə də
kostropravda yaxşı heç nə görmürsünüz. Çünki belə bir rəqabət cingiltili dollarları sizin əlinizdən alır.
Və budur, bir zamanlar öz tibbi mühafizəkarlığı ilə Anqus Dyueri və Ervinq Uotersi acıqlandıran doktor
Martin Erousmit indi həyasızcasına onun üzünə gülən Bert Tozerlə kəllə-kəlləyə gəlirdi. O, elmi biliklərlə
silahlanaraq, həm də təmənnasız şəkildə bütün həkimlərin nüfuzunu qorumağa çalışırdı. İnandırmaq
istəyirdi ki, Uinnemak diplomu olan həkimləri heç biri hansısa dərmanı əbəs yerə xəstəyə təyin
etməyiblər. Xüsusi ehtiyac olmadan heç bir əməliyyat aparmayıblar.
Martin indi Bertlə həddindən artıq tez-tez görüşürdü. O, xəstə yanına çağırılacağını gözləyə-gözləyə
bankda otururdu. Bu müddət ərzində isə barmaqları kiməsə sarğı qoymaq üçün elə bərk gicişirdi ki... Tez-