Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   43   44   45   46   47   48   49   50   ...   151

Qotlibin dini mərasimlərə səssiz və dərin nifrətinə baxmayaraq, qəribə bir adəti var idi – yeri gəlmişkən, 
bu adət  dini mərasimə çox bənzəyirdi. 
O, tez-tez çarpayısının yanında dizi üstə durur və düşüncələrinin axınına dalırdı. Bu, dua etməyə çox 
oxşayırdı. Əlbəttə, Qotlib bu vaxt heç kəsi səsləmir və özündən başqa hansısa yüksək qüvvənin varlığını 
hiss etmirdi…  
Bu gecə professor yenə də dizləri üstə çökmüşdü. Yorğun sifətindəki qırışlar indi daha yumşaq 
görünürdü. O düşünürdü: "Mən kommersiyaçıları söyəndə uzunqulaqlıq edirdim! Bu taciri götürək – o, 
işini daha möhkəm bünövrə üzərində qurub. Bu, onu göstərir ki, sonuncu alverçi belə qorxmuş 
professordan daha qiymətlidir. Fərasətli laborantlar... Azadlıq! Ağıldan kəmləri öyrətmək lazım 
gəlməyəcək! Du Helliger! "  
Amma Qotlib Doson Hanzikerlə  müqavilə bağlamadı. 
 

 
"Doson Hanziker və K(0)" firması vaxt itirmədən tibb jurnallarında gözəl və ifrat dərəcədə ciddi şriftlərlə 
bir səhifəlik elan yerləşdirdi. Elanda deyilirdi ki, dünyada az qala, ən görkəmli immunoloq, professor 
Maks Qotlib onların firmasında işə başlayır. 
Raunsfild adlı doktor Çikaqodakı klinikasında, az qala, bayram edirdi: 
– Bu ağıldan kəmlər indi də gör nəyə əl atıblar. Bağışlayın, bu elə görünməsin ki, guya, mən başqalarının 
fəlakətinə sevinirəm. Qətiyyən belə deyil… 
Erlix və Runun, Bordenin, həmçinin cənab Devid Bryusun laboratoriyalarında isə kədərlə köks 
ötürürdülər: 
– Qoca Maks bu dərman alverçilərinin cəbhəsinə necə keçə bildi? Nə üçün  bizim yanımıza gəlmədi? Hə, 
nə olar, istəməyibsə, bu başqa məsələ… Voila . O, məhv oldu. 
Uitselvaniya qəsəbəsində, Şimali Dokotada, gənc həkim oturub hirslə arvadına ürəyini boşaldırdı: 
– Onun… Məhz onun… Heç zaman inanmazdım! Maks Qotlib etibarsız çıxdı, özü də gör kimə, 
fırıldaqçılara qoşuldu.  
– Nə olsun ki?! – arvadı dedi, – o, işgüzar aləmlə əlaqə qurubsa, deməli, bunun üçün səbəbi olub. Bir 
dəfə sənə demişəm: onun xətrinə mən hətta səni də atardım… 
– Nə olar… – ər köksünü ötürdü, – qınamayacağıq. Mən Qotlibin yanında çox şey öyrənmişəm, ona 
minnətdaram… Ah, Leora, məhz onun məğlub olması elə dəhşətlidir ki! 


Maks Qotlib isə özünün üç uşağı və saçları ağappaq ağarmış, güclə yeriyən arvadı ilə bərabər sürtülüb 
dağılmış çantasını sürüyə-sürüyə Pittsburq stansiyasına gəlib çıxdı. O, qatarda gələrkən yolboyu qürurlu 
sıldırım qayalara, çayın tüstülü parıltısına baxır, baxdıqca da ürəyi gəncləşirdi. Deməli, Uinnemakın 
dırnaqarası zəkaları buradadır – alovlu işgüzarlıq buradadır! Vağzalın girişində hər bir çirkli taksi, sanki, 
işıq saçaraq onu gözləyirdi. O da qalib görkəmi ilə inamla irəliyə doğru addımlayırdı. 
 

 
"Doson Hanzikerə və K(0)"-ya məxsus  böyük evdə Qotlib elə laboratoriyalar gördü ki, beləsini heç 
xəyalına da gətirməzdi. Burada ona tələbələr deyil, bir vaxtlar bakteriologiya tədris etmiş mütəxəssislər, 
hətta biri alman məktəbi keçmiş üç zirək laborant kömək edirdi.  
Qotlibi Hanzikerin kiçik ölçülü kafedral kilsəyə bənzəyən şəxsi kabinetində hay-küylə qarşıladılar. 
Hanzikerin keçəl kəlləsi əsl işbaz başı idi, gözləri bağa qınından düzəldilmiş eynəyin  arxasından 
mehribanlıqla boylanırdı. O, Qotlibi görən kimi 16-cı əsrə aid yazı masasının arxasından qalxdı, ona liman 
siqarı təklif etdi və dedi ki, yolunu səbirsizliklə gözləyib. 
Heyət üçün nəzərdə tutulan çox böyük yemək otağında Qotlibə, az qala, onu hörmətlə salamlayan yüzə 
yaxın gənc kimyaçı və bioloq təqdim edildi.  Onlar qocanın xoşuna gəldilər. Burada pul haqqında 
həddindən artıq çox danışırdılar (yeni kinə tinkturası  neçəyə satılacaq və onların əməkhaqları tezlikləmi 
artırılacaq), əvəzində isə onlar universitet müəllimlərinin saxta təşəxxüsündən uzaq idilər. Tələbəlik 
illərində gənc Maks ürəkdən gülməyi bacarırdı və indi, qızğın mübahisələrin içinə düşdükdə, gülüş yenə 
də yavaş-yavaş onun simasına qayıtmağa başlayırdı.  
Arvadı da, elə bil, bura gəldikdən sonra sağalırdı; qızı Miriam gözəl bir musiqi müəllimi tapmışdı, oğlu 
Robert isə payızda kollecə daxil olmuşdu. Qotlib ailəsi köhnə də olsa, geniş evdə yaşayırdı. Dərs 
vermənin zəhlətökən, ildən-ilə təkrarlanan qaçılmaz ətalətindən qurtulmaq gözəl idi. Qotlib həyatında 
heç vaxt bu cür yaxşı işləməmişdi. O, laboratoriyasının divarlarından çöldə baş verən heç nədən xəbər 
tutmurdu, yalnız hərdənbir teatra, ya da konsertə gedirdi.  
Qotlib iş yoldaşlarının merkantilizminə  qarşı "zarafatyana hücum" adlandırdığı şeyin gənc köməkçilərinə 
toxunduğunu dərk edənə kimi düz altı ay keçdi. Onun riyazi quruluşa daimi həvəsi gəncləri təngə gətirirdi 
və iş yoldaşlarının bir çoxu onu darıxdırıcı xırdaçı adam hesab edir, öz aralarında onu "qoca yəhudi" 
adlandırırdılar. Əlbəttə, bu, Qotlibi mütəəssir edirdi, çünki, o, öz köməkçiləri ilə zarafat etməyi xoşlayırdı.  
Bir müddət sonra Qotlib suallar verməyə və Hanziker binasını təftiş etməyə başladı. Bu vaxta qədər o, öz 
laboratoriyasından başqa yalnız yeməkxananı, iki-üç dəhlizi və Doson Hanzikerin kabinetini görmüşdü. 
Bütün diqqətsizliyinə və təcrübəsizliyinə baxmayaraq, Qotlibdən yaxşı Şerlok Holms alınardı… Təbii ki, 
Şerlok Holmsluğa yararlı olan bu adam xəfiyyə olmağa razılıq versəydi… Onun təfəkkürü üzdə 
görünəndən gerçək həqiqətə doğru aparan yolu, az qala, məşəllə işıqlandıra bilirdi! O, tezliklə aşkar etdi 


ki, "Doson Hanziker və K(0)" – keçmiş günlərdə onu nə hesab edirdisə, əslində, elə odur. Burada 
həqiqətən də çox gözəl antitoksinlər və keyfiyyətcə yaxşı preparatlar hazırlayırdılar. Amma bundan 
başqa, həm də səhləb çiçəyindən düzəldilən "xərçəngə qarşı dərman" da istehsal edirdilər ki, bütün 
tanınmış simalar tərəfindən tövsiyə edilən bu dərman insanlara zibildən çox şəfa verə bilməzdi. Geniş 
reklamı olan "gözəllik kabinetlərinə" milyonlarla flakon üz kremi satırdılar ki, bu kremlər istənilən 
kanadalı bələdçi-hindini zanbaq kimi zərif mələyə çevirəcəyinə "tam zəmanət" verirdi. Bu cəvahiratın 
flakonu firmaya altı sentə başa gəlirdi, alıcıya isə bir dollara. Nə qədər qəribə olsa da, Doson Hanzikerin 
adı heç vaxt bununla əlaqələndirilmirdi. 
Qotlib (iyirmi illik tədqiqatla məşğul olduqdan sonra) bu vaxta qədər öz əsas işində uğur qazanmışdı. O, 
sınaq şüşəsində antitoksin əldə etmiş, bununla da heyvanların zəhlətökən immunizasiyası vasitəsilə 
zərdab hasil etmədən insanda bir sıra xəstəliklərə qarşı immunitet imkanı yaratmışdı. Bu, inqilab demək 
idi, immuniologiya sahəsində əsl inqilab... Əgər o yanılmırdısa… 
Qotlib öz sirrini nahar zamanı açdı, Hanziker bir generalı, bir kollec rektorunu və bir pioner-təyyarəçini 
tovlayıb öz tərəfində çəkdi. Nahar bahalı idi, çox gözəl reynvey  verilirdi… Uzun illərdən bəri Qotlib ilk 
dəfə idi ki, yaxşı alman şərabının dadına baxırdı. O, qəşəng yaşıl qədəhi əlində tutaraq incəliklə fırladırdı. 
O, içkidən sonra, elə bil, mürgüdən ayıldı və coşqun, şən, tələbkar oldu... Onu heyranlıqla dinləyirdilər; 
bir saat ərzində o dahi alim olmuşdu. Tərif məsələsindən Hanziker hamıdan səxavətli çıxdı. Qotlib bu 
keçəl mehriban adamın möcüzəli kremlərlə bağlı fırıldağa necə sürüklədiyinə heyrət edirdi.  
Səhəri gün Hanziker onu öz kabinetinə dəvət etdi. Dəvət (ancaq hansısa bir stenoqrafçı qız bunu 
boynuna götürməmişdisə) çox tərifli təşkil edilmişdi. Dəvəti Qotlibə bəzək-düzəkli vizitka  geyinmiş katib 
çatdırdı. O, cənab Hanzikerdən dəfələrlə az gözəgəlimli olan doktor Qotlibə salam yetirdi və yenicə 
açılmış bənövşə nəzakətilə anlatdı ki, "münasibdirsə, bu, zərrə qədər də olsa doktor Qotlibin təcrübəsinə 
mane olmayacaqsa, cənab Hanziker onu dördə on beş dəqiqə qalmış öz kabinetində görməkdən şərəf 
duyacaq". 
Qotlib tələsmədən içəri daxil olduğu vaxt Hanziker katibə işarə etdi və hündür ispan kreslosunu stolun 
qabağına tərəf sürüşdürdü. 
– Sizin kəşfiniz haqqında düşünərək gecə yarısına qədər yuxuya gedə bilməmişəm, doktor Qotlib. Texniki 
direktorla və ticarət sektorunun müdiri ilə də danışmışam. Biz qərara gəlmişik ki, dəmiri isti-isti döymək 
lazımdır. Anticisimlərin sintezləşməsi metoduna patent veririk və dərhal onları böyük miqdarda, başa 
düşürsünüzmü, geniş xəbərdarlıqla, reklam xətrinə yox, əlbəttə yox, etik xarakterli reklamla bazara 
çıxarırıq. Difteriya əleyhinə zərdabdan başlayaq. Yeri gəlmişkən, siz özünüzün növbəti çekinizi aldığınız 
zaman görəcəksiniz ki, məvacibinizi ildə yeddi minə qədər artırmışıq. 
Hanziker bu sözləri söyləyərkən mırıldayan böyük pişiyə bənzəyirdi. Qotlibin rəngi isə ölü rəngi kimi 
avazımışdı: 
– Əziz dostum, məncə, deməyə ehtiyac yoxdur ki, tələbat ümidlərimizi doğrultsa, siz faizdən gələn gəlirlə 
həddindən artıq varlanacaqsınız.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə