Şamil Vəliyev – 50


səhifə13/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   9   10   11   12   13   14   15   16   ...   97

47
Nola xəm olsa qəddim, səndən artıqdı mənim yaşım.
Səməd Vurğun Abdulla şaiqə üz tutub dedi:
- Şaiq müəllim, Füzuliin şagirdi imtəhandan necə çıxı? Şaiq gülümsəyib cavab
verdi: - Vahid bu imtəhandan vahid kimi çıxdı.
Əlbəttə, Vahidin belə bədahətən, gözəl və bədii şəkildə verdiyi cavabın əsas
kökü birinci ona məxsus olan istedadı, sonra isə onun poeziyasının sirrlərinə dərindən
bələd olmasından və mütəmadi olaraq şeir yazmasından törənir.
Yenə bir gün 1939-cu ildə Filarmoniyada mügənni qadınlardan Həqiqət xanım,
Sürəyya Tacir, Münəvvər xanım, Yavər Kələntərli və Cahan xanım Talışınski, onu
dövrəyə alıb zarafatla: Ay Vahid qardaş, sən bu qədər gözəl qəzəllər yazırsan, amma
heç bizi yada salmırsan, dedilər. Vahid gülümsəyərək: - Siz
həmişə mənim
ürəyimdəsiz, - deyərək, aşağıdakı beyti söylədi.
Həqiqətən də cahan parlayır Sürəyya tək,
Münəvvər bir ölkənin hər bir zaman Yavəriyəm.
Münəvvər bir ölkənin sözlərindən hər kəs başa düşə bilər ki, doğurdan da Vahid
üçün ən sevimli şey onun vətəni və daima sevgiylə qəlbində saxladığı həməvətənləri
idi.
Fəxr eyləmə, ey bülbülü şeyda, vətənim var,
Qoy fəxr eyləyim mən ki, gözəl bir vətənim var.
Və yaxud:
Könlüm yenə bülbül kimi şeydayi – vətəndir,
Məcnun edən aşiqləri Leylayi-vətəndir.
Yüzlərlə gözəl aşiqi olsam da mən əmma,
Qəlbim yenə də aşiqi sevdiyi vətəndir.


48
Dünyaya gözəllik verən, əlbəttə, günəşdir,
Ondan da gözəl xəlqə təcəllayi-vətəndir
Qoymam bu müqəddəs yerə biganə toxunsun,
Hər kəs ki, sədaqətli bir əblayi vətəndir
Vahid, elə zənn eylə ki, mən Yusifi-əsrəm
Məşirə mənə eşq, Züleyxayi vətəndir.
Vahidin qəzəl divanı və ya başqa forma və şəkillərdə yazdığı şeirlər vətən eşqi
və vətən mövzuları ilə doludur, onun vətən sevərliyinə heç bir mühəqqiq (təşqiqatçı)
və ədibin sözü yoxdur və Vahid də olan vətən eşqanə hörmət ilə yanaşırlar. Qəzəl
məlum olduğu kimi əruzda, bu vəznin oynaq musiqiyə yatan müxtəlif bəhrlərdə
yazılır. Qəzəl musiqi ilə, xüsusilə muğamlarla sıx bağlıdır. Ədəbiyyat və incəsənətin
bu iki canrı vəhdət olaraq muvazi ədəbi-bədii canr kimi formalaşmışdır.
Xaqani, Nizami, Nəsimi, Füzuli, Nəbati, Seyid Əzim, Ə. Vahid və başqa
sənətkarlar qəzəlin yüksək səviyyəli, əvəzsiz nümunələri ilə Azərbaycan poeziyasını,
ümumiyyətlə, ədəbiyyatımızın şöhrətini ucaltmışlar.
Əruzu türk dilinə (azəri türkcəsi – V. Ə) uyğunlaşdıran ana dilimizdə qəzəlin
misilsiz nümunələri yaranmış «Füzuli ədəbi məkəbinin ən əlaçı şagirdi» (M. Sail) Ə.
Vahiddir. Ə. Vahid şeir növü kimi qəzəli müasirləşdirmiş, canlı danışıq dilində gözəl,
təravətli, lətif, şöhrət tapmış qəzəllər yaratmışdır. Vahid sözün əsl mənasında fitri
istedada malik bir şair olmuşdur. Həmişə təravətlə səslənən Vahid qəzəllərində artıq
söz, ifadə, yersiz, təşbeh, qəliz ibarəyə rast gəlmək qeyri-mümkündür:
Deyərdim əhli qələm, Vahid, əhv edərsə məni,
Böyük Füzulimizin yadigarı mən özüməm.
«Qəzəlin yeniləşməsində məşhur Azərbaycan şairi Əliağa Vahidin xidmətləri
çoxdur. Klassik poeziyanın, xüsusilə Füzuli qəzəllərinin ən yaxşı ənənələrini


49
məharətlə yaşadıb inkişaf etdirən bu orijinal söz ustası qəzəli istər məzmun istərsə
sənətkarlıq cəhətdən xalqa,
onun həyatına, bədii zövqünə, dilinə daha da
yaxınlaşdırmışdır.
Vahidin qəzəllərində
qəzəln məhəbbət, dostluq, sədaqət,
qəhrəmanlıq motivləri üstünlük təşkil edir.  (Ə. Mirəhmədov)».
Əliağa Vahid – Əliağa Məhəmmədqulu oğlu İskəndərov ötən yüz illiyin
sonunda,  1895-ci ildə ədəbiyyat və
incəsənətimizə böyük
dahilər vermiş,
Azərbaycanımızın baş şəhəri, türk eli, qədim Bakıda doğulmuşdur. Sağlığıında
klassiklərin sırasında fəxri yerini tutmuş Vahidin fəxri adları da, təbliğ edənləri də xalq
olmuşdur. Nə qədər ki, Azərbaycan radiosu var, muğam konsertləri səslənir Vahid
yaşayacaq, seviləcək. Nə qədər ki, toy-düyünümüz, şənliklərimiz əskik olmur, Vahid
qəzəlləri bu ziyafətlərin bəzəyi olacaq.
Keçmiş Kirov adına ADU – nun (indiki BDU) Azərbaycan sovet ədəbiyyatı
kafedrasının professor-müəllimi heyəti tərəfindən hazırlanan «Azərbaycan sovet
ədbiyyatı» dərslyində sovet yazarlarına çox həcmli oçerklər ayrılsa da, Ə, Vahid bir
səhifəlik məlumatla yad edilir.
Vahidin ədəbiyyatşünaslıqda «ulduza» çevrilməsinin digər səbəbi də əruz
vəznində yaratması olmuuşdur.    70 il heca və sərbəst vəznli partiya, Lenin şeirləri
təqdir olunurdusa, türk dilli əruzda yaranan poeziyaya biganəlik yaranırdı. Məlumdur
ki,
şair sərbəstdir, əruzda da yaza bilər, hecada da,
sərbəstdə də, milli
ədəbiyyatşünaslığımızda klassiklərimizin yazdığı əruz vəzni şeir növləri həmişə təqdir
olunmuş, müasir dövrdə yaranan qəzəllər və digər əruz növləri çox vaxt ədəbi
münasibət və tədqiqatdan kənarda qalmış, sərbəst şeir isə qədim türk şeir şəkli olsa
belə rus poeziyasının təsiri ilə yaradıldığı iddia edilərək Mayakovskinin adı ilə bağlı
olmuşdur.
Kitabın əvvəllərində qeyd olunduğu kimi, Ə.Vahid hələ gənc yaşlarından həm
lirik, həm də satirik şeirlər yazırdı. Bu bədii nümunələri «Bəsirət»,  «İqbal»,
«Tərəqqi»,  «Babayi-Əmir»,  «Molla Nəsrəddin» və s. mətbu orqanlarımızda çap
etdirmişdir. Sabir ənənələrinə sadiq qalan Vahid satirik şeirlərini, əsasən, «Babayi-


50
Əmir», «İqbal», «Məzəli»,  «Tuti», «Dirilik» kimi qəzet və jurnallarda çap etdirmişdi.
Satirik şeir canrında Sabirin açdığı cığırla addımlayan Vahidin 1916-cı ildə
«Tamahın nəticəsi» adlı ilk şeirlər kitabı nəşr olunmuşdur.  «Ə. Vahidin inqilabdan
əvvəl dövri mətbuatda çıxmış satiralarının çoxu qəzəl canrı şəklində yazılmışdır».
Şairin klassik irsində meyxana, həcv formasında yazılan şeirlər də mühüm yer
tutur. Ümumiyyətlə, qəzəllə yanaşı, meyxana da Vahid yaradıcılığının əsas
qollarından birini təşkil edir. Kitabın əvvəlində qeyd edildiyi kimi vahid meyxana
canrında da öz qələmindən məharətlə istifadə etmiş, təsirli şəkildə məşhur ictimai-
siyasi və tənqidi məzmunlu meyxanaları ilə çıxış edib geniş rəğbət qazanmışdır.
Vahid leksikon zənginliyi, hazıravablıq, bədahətən deyim tələb edən meyxananın
ustadı olmuşdur. Ölməz şairin sağlığından bu günə qədər ədəbi fəaliyyət göstərən,
habelə bugünkü gənc meyxanaçılar Vahid məktəbinin yetirmələridir.
Ə.Vahidin bu gün xalqımız tərəfindən hər çıxışı hərarətlə qarşılanan ən
istedadlı davamçısı Ağasəlim Çıldağın simasında da bunun şahidi oluruq. Müasir
meyxana deyənlərdən mərhum Nizami Rəmzi, Kəbir, eləcə də Elçin Maştağalı,
Kərim, Məşədi Baba, Kürdəxanlı Bayram, Vüqar və s. də Vahidin meyxana məktəbinin
istedadlı davamçılarıdır. Təəssüf hissi ilə deyək ki, klassik şairin qəzəlləri, aforizm və
epitafiyalar, mərsiyələrinin az bir qismi işıq üüzü görsə də, meyxanaları
öz ədəbi
nəşrini gözləyir. Vaxtilə XIX əsrin 50 ildən çox dövrü əhatə edən mərsiyə
ədəbiyyatımız, şükr Allaha ki, çap və tədqiq olunmağa başlamışdır.
Bizə belə gəlir ki, meyxanaya konsert salonlarında yer verildiyi kimi, çap
nümunələrində də yer verilməlidir. Meyxanaya biganə yanaşmaq olmaz. «Meyxana bir
ədəbi canr kimi
«gəlmə» deyildir, türk dilli poeziyaya məxsusdur. Nəsimi
poeziyasındakı bir çox nümunələr, Sabir ənənələrinin bir qismi meyxana üslubuna
yaxındır və elə «meyxana» da bir canr kimi bu kökdən pərvəriş tapmışdır. Vahidin,
eləcə də onun istedadlı davamçılarının meyxanaları çap olunsa, şairin də ruhu şad
olar.


Yüklə

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə