Şamil Vəliyev – 50


səhifə10/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   6   7   8   9   10   11   12   13   ...   97

37
Gülşəndə açıb gül, eləyir aləmi xoşhal
Eşq əhlinə xoş nəğməli tarım təzələndi
Qızlar bürünüb al qumaşa işvə naz ilə,
Könlüm sevən aşiq-deyə, yarım təzələndi.
Ellər geyinər fəxr libasın belə gündə
Həftsin düzülən nəqşi-nigarım təzələndi
Vahid yazacaq məmləkətə, millətə təbrik,
İl döndü, fələk döndü, diyarım təzələndi.
Vahid 40 ildən çox bədii yaradıcılıq sahəsində çalışmış, şair qələmini, bir çox
canrlarda sınamış, çoxlu miqdarda epik və lirik bədii əsərlər yaratmışdır. Bu canrların
imkanlarından istifadə edən sənətkar humanizmin, vətənpərvərliyin, gözəlliyin ehtirasla
təbliğatçısı, xəyanətin nankorluğun, eybəcərliyin güclü inkarçısı olmuşdur. Vahidin
əsərləri yaşadığı dövrün poetik səlnaməsidir.
1895-ci ildə nəccar Məmmədqulunun kasıb ailəsində bir oğlan uşağı dünyaya
göz açdı. Ailə üzvləri sevinib uşağın adını Əliağa qoydular. Ellərin və xalqların
tarixində hərdən elə bir insan dünyaya gəlir ki, elin həyat və yaşayışında dönüş və
çevriliş yaradır. O insan çox qabarıq və faydalı işlərilə həm özünü, həm də xalqını
yüksəldib dillərə salır, ancaq nədənsə bu cür adamların çoxunun həyatı ağır və çətin
keçir. Vahidin də həyatı belə çətinliklərlə başladı.
O, uşaq ikən ixtisasca dülgər olan atası Məmmədqulu vəfat etdi. Onun rəndəsi,
mişarı, çəkicləri bir də ailəsi və yetim Əliağası bu dünyada qalır:
Qaldım avarə səfil öz başına,
Elə ki, çatdım on-on bir yaşna.


38
Məktəbə, sənətə artdı həvəsim,
Kimsəsizdim, yox idi dadirəsim.
Əlbəttə göydə Allah, yerdə də Vahidin əmisi Məşədi Ağabəyin uzaqdan uzağa
bir əli onların üstündə idi. Lakin balaca Əliağanın kökündə tez sınan həssas şair ürəyi
var idi. O, hələ şeir yazmırdı, onun ruhu, qəlbi, duyğu və düüşüncəsi şairanə idi.
Ancaq el qınamasın deyə, onu qədim səpgidə olan mollaxanaya qoydular.
Mollanın haqqını hər ayda gərək
Hələ, əlbəttə, bizə borcdu verək.
Mümkün etməzdi yenə bir paramız,
Verə bilməzdi, yox paramız.
Mollanın müəllimlik haqqını vaxtında verə bilmədiyi üçün Əliağa təhsilini iki
ildən çox davam etdirə bilmədi, məktəbi yarımçıq qoyub, çörək dalınca gedir. Bir az
xərratlıqla məşqul olduqdan sonra, çilingər yanında şagirdlik edir, ancaq o məktəbdə
yazıb oxumağı öyrənmişdi. İki illik ibtidai məktəb ona ölümünün sonunadək yardımçı
olur, yaradıcılıq işlərində ona uğurlar qazandırır, yavaş-yavaş ağır məişət yükünü
daşımaqla şeir deməyə başlayır. Bu haqda özü belə deyir: Yadıma gəlir uşaq idim.
1914-cü il idi. Bir az qabaq və ya bu həndəvərdə şeir yazmağa başlamışam, mübtəda
olaraq bu şeiri demişəm.
İlahi töbəyəm eşqə, məni hifz et bəlalərdən,
Sənə ərz eyləyim ya Rəbb, bu yari naxudalərdən
Sözün ardı yadından çıxır, haçandan-haçana:
Hə, yadıma düşdü: sonralar bu məqtə və təkləbə
Sənə ar olsun eyy Vahid dilimlə yarım aldatdın
Gəlibdir başuva yüz bəlalar bu aşinalardan


39
Vahid dedim, mənim də Vahidin necə
Vahid olmağı yadıma düşdü.
Gənc Əliağanın yavaş-yavaş təbi coşur, daşır. Onun öz tay-tuşları ilə adi
danışıqları ölçülü-biçimli olub, çox vaxt sözlərin sonu qafiyələnir. Yavaş-yavaş şeir
sayağı danışmağa vərdiş edir. Bədahətən deyir. Avam camaat nə bilir şeir, sənət və
istedad nədir? Bilənlərdə ki, savadlı, varlı adamlardı. Əliağa kimi yoxsul oğlu yoxsul,
elə yerlərə, məhfil və məclislərə necə gedib çıxa bilərdi? Get-gedə o vaxtın dəyərli
şairlərini tərif edir və yığıncaqlarını eşidir, dostlarının birinin vasitəsilə Əliağa da ədəb
məclisinə yol tapır, bir neçə dəfə orada iştirak edir, lakin sıxıla-sıxıla, çünki o, mal-
dövlət və yaş baxımından bu cür mühümlərlə uyğun gəlmirdi. Lakin bu cür məclislərdə
iştirak etmək, onun üçün ədəbiyyat fakultəsində təhsil almağa bərabər idi.
Əliağa sağlam düşüncəli, istedadlı, zatən çox həyalı, ədəbli və utancaq idi, elə
buna görə də sıxılırdı…
Vahidin dediklərindən:
- Bir gün Seyid zərgərlikdə idim, uca boylu, enli kürəkli bir kişi ora gəldi, Seyid
mənə: - Tanış ol Azər Əfəndiylə, - dedi. Mən Azər Əfəndinin adını eşitmişdim. Seyid
ona da: Əliağa ilə tanış ol, gələcəkdə milli şairimizdir, - dedi.
Azər əfəndi mənə meylsiz baxıb dedi:
- Yaxşı qoçaq, şeirlərindən oxu görək
Mən də utana-utana dedim:
- Sizin hüzurunuzda mən nə oxuya bilərəm? O dedi: - Oxu, bu özü də elə böyük
şeydi mənimçün ki, belə deyirsən… mən bu qəzəli:
Tökmüş o şux mah üzə zülfi siyahını,
Guya ki, gizlədib fələk abır içrə mahını.


40
Sona qədər oxudum. Mirzə mənə: - Sağ ol qoçaq, sağ ol, - dedi və mən bir qədər
şeirlərimdən oxudum. O, mətbəəyə gedəcəkdi, ayağa qalxıb gedəndə, mən də onunla
çıxdım, mənə dedi:  «Sən şeir yaz, yaxşı şair olacaqsan». Getdik mətbəəyə, məni
ordan Seyid Hüseynlə tanış eləyib, tapşırdı ki, şeir yazıb gətirsəm, çap eləsin, mən
sevindim, Azər əfəndi bir qəzet götürüb bayıra çıxanda, qəzetdə çap olunmuş bir şeiri
mənə oxudu, qafiyələr «dad», «fəryad» belə gedirdi. Mən də getdim evə, gecə ikən o
qafiyədə bir şeir yazdım. Sabahı gün «İqbal» qəzetində çıxdı.
Olmadım bir ləhzə, ya Rəbb bu vətən mülkündə şad,
Ömrüm əskildi günü-gündən qəmim oldu ziyad.
Bivəfa gördüm, kimə dünyada etdim etimad,
Çünki dün süphü məsa oldu mənimlə gəc inad.
Rəhmsiz səyyad qərpə seydumi oldum şikar,
Damu fəqrə payibənd etdi məni ol gəcmədir,
Mərdumi iqbalımı çərx eylədi dərdə-düçar.
Söndürüb iqbalımın şəmin edibdir tirə tar,
Yeddi dəmi çəxri bədxurdən mənə zülmi-fəsad.
Bir müalic tapmışdım ta eyləsin dəf qəmim.
Bütün dərdi-qəm içrə yandı məhv oldu tənim,
Böyləmi kçsin, rəvadırmı həbibim eləmiş?
Bəs deyilmi çərx düneylər mnə bunca inad,
Gəldi könlüm təngə Vahid qüsseyi dövrandan,
Yoxdur kimsə xəbər tutsun məni palanidək.
Bəttər oldu xaneyi dünya mənə zit dinidən,
Səbri aramım kəsildi ifnə və əfqanidən.
Qüsseyi dərdi bəladən olmadım bir ləhzə şad.


Yüklə

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə