Şamil Vəliyev – 50


səhifə9/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   5   6   7   8   9   10   11   12   ...   97

32
və leksikalı Vahid qələmi üçün bu qədər münbit və əlverişli bir zəmin yaradırdı.
Dramatik ehtiraslarla aşıb-daşan daxili aləmin lirik ifadəsi Füzulidə olduğu qədər,
Vahid də iztirabla, ruhi vəziyyətin təsviri nəticəsində meydana çıxır. Burda Füzulinin
«eylərəm» rədifli qəzəlinə və Ə.Vahidin «etmişəm» rədifli qəzəlinə nəzər yetirəndə,
eyni həsrət, iztirab və vüsal təşnəliyinin şahidi oluruq:
Ney kimi, hərdəm ki, bəzmi-vəslin yad eylərəm,
Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm.
Tap yaşım qılmaz vəfa, giryan gözüm nerafına,
Bunca kim, hərdəm cigər qanından imdad eylərəm.
İnciməm, hər gecə kim, əğyar bidad eyləsə,
Yar qövrüçün, könül bidadi mötad eylərəm
Bilmişəm bilməm vüsalın, leyk bir ümmid ilə,
Gah-gah öz xatiri naşadımı şad eylərəm.
Lövhi-aləmdən yudum eşq ilə Məcnun adını,
Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm.
1
Və Vahiddə:
Könlümü zülfün xəyalilə pərişan etmişəm,
Öz əlimlə eşq mülkün gör nə viran etmişəm!
Bir vəfasız güldən ötrü xarə çox yalvarmışam,
Hər zaman bülbül kimi min ahu-fəğan etmişəm
Eşq bir divanəlikdir, dərdə düşmüş könlümə
Eşqdən əl çəkmədi yüz dəfə dərman etmişəm
Məndən əvvəl yoxdu bir aşiq diyari-eşqdə
1
Фцзули, ясярляри 1ъ.  Бакы 1958, сящ 245.


33
Eşq dərsin mən gedib Məcnuna elan etmişəm
Vahidəm, mən Leylivəşlər zülfünün Məcnuniyəm,
Çox zamanlar verdiyi eşq içrə cövlan etmişəm.
Xalis formal struktur əlamətlərin səslənməsi mənasında müəyyən tipoloci
paralelləri hər iki şairin işlətdiyi bədii şəkil və növ xüsusiyyətləri arasında da davam
etdirmək olar: Şikayət, fəryad, etiraz və giley-güzar nitqinin eyni çalarlığı Füzulinin
də, Vahidin də «daxili nitq» avtobioqrafik monoloq formasına maraq göstərməsinə
səbəb olmuşdur. Füzuliyə bənzərliyi Vahidin zahirin də «Füzuli libasını» əsərlərində
axtaran tədqiqatlar, Füzuli nəfəsini, bütünlüklə Vahid ruhunun və ehtiraslarının
məzmununda, miqyas və ölçülərində aparılsa daha məqsədə uyğun olar. Məlumdur ki,
Ə. Vahid şeirlərnin və qəzəllərinin bir çoxunu əruz vəznində yazmışdır. O, əruzun
əsasən həzəc, rəməl, müzare, müctəs bəhrələrindən istifadə etmişdir. Əsərlərinin
əksəriyyətini rəməl bəhrində yazan şair, həmin bəhrin bir neçə növündən istifadə
etmişdir.
FA il - Atün FA il Atün FA il Atün Failün
Ey vətən ev - ladı, bir an dərsi-ibrət düşmənə,
Qəhrəman zər - bəldə göstər vermə-fürsət düşmənə.
Əsasən rəməl bəhrinin üç failatün, bir fəülün bölümündən istifadə edən şair bəzi
şeirlərini rəməlin üç fəülatün ölçüsündə yazmışdır. Bir çox xanəndələrimiz tərəfindən
iffa olunan «Dəli Ceyran» təsnifi rəməl bəhrinin bü ölçüsündədir.
FəilAtün fəilAtün fəilAtün
Gözəlim a şiqini sal -ma nəzərdən,
Həsrətindən ölürəm, gəl bizə hərdən!
Ə. Vahid eyni zamanda:
Müftə ilün Məfaülün Müftəilün məfA ilün


34
Ölçüsündə şeirlər və qəzəllər yazmışdır.
Məlumdur ki, Ə. Vahid bədii yaradıcılığa satira ilə gəlmişdir.
Satirik şeirin misilsiz sənətkarı olan M.Ə.Sabir Vahid yaradıcılığına öz güclü
təsirini göstərmişdir.
Ə.Vahid Füzulini sevdiyi qədər Sabiri də sevmiş, onu öz müəllimi adlandırmış,
çox təbii olaraq ona şeirlər həsr etmişdir.
Sabir! Ey möhtəşəm, böyük şair!
Şeirdə, nəzmü nəsrdə mahir!
Yazdığın dahiyyanə məzhəkələr
Göstərir xalq içində möcüzələr
Ə.Vahid Sabir ənənələrinə sadiq qalaraq 1914-1920-ci illərdə «Babayi-Əmir»,
«İqbal»,    «Məzəli»,    «Tuti»,    «Dirilik» kimi qəzet və curnallarda çap olunan
əsərlərində elmsizlik, cəhalət, mövhumat və məişətdəki qusurların tənqidi əsas hədəf
olmuşdur.    «Mollanın» adlı satirada Sabir ədəbi ənənələrinin davamına, Vahidin
satirik janrda Sabirlə eyni ideya-məfkurə cəbhəsinin şahidi oluruq:
Deyir bu ayda mollalar: o kəs ki, töksə göz yaşı,
Haqq ona huri lütf edər, üzü günəş, kaman qaşı
Ayağı səmti-qərbdə, keçib də şərqdən başı
Olar o huridən biri aşinası mollanın
Bu ayda müstəcəb olar bütün düası mollanın.
1
İstər 1920-ci ilə, yəni Azərbaycanı Rus Bolşevik qoşunları işğal edənə qədər,
istərsə də ondan sonrakı dövrlərdə Ə. Vahidin yaradıcılığında qəzəl canrı kimi, satira
1
«Бабайи – Ямир» 1915. № 11


35
canrı da özünəməxsus yer tutmuşdur. Bundan əlavə, Ə. Vahid Azərbaycan şifahi
xalq ədəbiyyatının kiçik qrupunun növünə daxil olan «meyxana» canrından da
məharətlə istifadə etmiş, müharibə dövründə Hitlerin və faşizmin əleyhinə bədahətən
çoxlu meyxanələr demişdir.
Faşist köpək jmke itirib başın.
Birinci sillədə tökdü göz yaşın.
Hansı yerdə faşist gördün, əz başın,
Nütləyə duşmandı, qurtardı getdi.
Bu yerdə işləməz faşistin atı,
Ölür acından azalıb sursatı.
Gündə əsir düşür nemes soldatı.
Hamı lüt-üryandı, qurtardı getdi.
Tapdadı Hitler yolu düz yol deyil,
Zənn edirdi bizdə qoşun bol deyil,
İndi görür ki, gülşən kol deyil,
İt kimi peşimandı qurtardı getdi.
Düşmənə üstün gəlirik hər səfər,
Faşistlərdəən qalmayacaq bir nəfər
Aqibətdə yenə bizimdir zəfər,
Bu mərd, bu meydandı, qurtardı getdi.
Siqlətli ideya ilə, fikir vüsəti və miqyası ilə yanaşı, Vahid yaradıcılığı bədii
forma mədəniyyətinin yüksəkliyi və zənginliyi ilə seçilir. Yeni poetik lüğət, bədii
sintaksis, vəzn və ritm, sənətkarlığı öz ifadəsini Vahid şeirlərində tapmışdır. Müxtəlif
ritmik vahidlər və formalar, söz materialının məharətlə seçilməsi, orijinal qafiyə,
bənzətmə və ifadə sistemi – bütün bunlar Vahidin üslubunda sözün enercisi, onun


36
bədii zərbə qüvvəsini, təsir və siyasət gücünü artırır. Vahid şeirində musiqisiz …
yoxdur. Yüksək dərəcədə yığcamlıq, təbiilik və səmimiyyət Vahid şeirinin ən yüksək
keyfiyyətləridir.
Vahid yaradıcılığında vətən mövzusu əsas yerlərdən birini tutur. Onun
mövzusu əsas yerlərdən birini tutur. Onun vətən mövzusu ilə bağlı şeirləri şairin öz
mənəviyyatının tərənnüm yolu ilə ifadəsidir. Məhəbbətini də,  …. Bayrağa çevirərək
car çəkən şair öz arzularını aləmə nəğmələr kimi yayır:
Ev yıxmağı, qan tökməyi, zənn etmə, hünərdir;
Hər kim vətənin sevdi, o, əhli hünər oldu.
Və yaxud:
Vətən yolunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələyi – nəcnədarə yalvarma!
Və ya:
Dünyaya gözəllik verən, əlbəttə, günəşdir,
Ondan da gözəl xəlqə təcəllayi – vətəndir.
Vətənin, xalqının, torpağını üəkdən sevən Vahid xalqın milli dəyərlərinə, adət-
ənənələrinə, bayram və mərasimlərinə böyük məhəbbət bəsləyir, yeri gəldikcə milli
adət-ənənələrimizi, tariximizi, bir sözlə xalqımızın mənəvi aləmini özündə əks etdirən,
möhtəşəm əsərlər yaradırdı:
Bayram yeli əsdi, gülüzarim təzələndi,
Şadlıq gətirən xəlqə baharım təzələndi.
Hər il bu ili bayram edir xalqımız azad,
Tarixlərə səbt oldu vüqarım, təzələndi.


Yüklə

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə