Şamil Vəliyev – 50


səhifə5/97
tarix08.07.2018
ölçüsü
#54161
1   2   3   4   5   6   7   8   9   ...   97

15
və mənəvi gözəllikləri özündə birləşdirən lirik qəhrəmanı Vahid dövranını, əxlaq
normaları, estetik baxışları ilə təqdim edir. Bu gözəl şairin dövrünün məşuqə, sevgi
surətindən reallığı, konkretliyi və s. ilə seçilir. O keçmiş şeirin mücərrəd, ancaq çox
dərin fəlsəfi ümumiləşdirmə nəticəsi olan gözəlinə oxşamır.
Naz etmə sevgilim, bilirik mahiparəsən,
Eşq əhlini kəməndə salan zülfüqarəsən.
Açdıqca gül camalını aləm işıqlanır
Aysan, günəşmisən gözəlim, ya sitarəsən.
Vahid dönə-dönə gözəllik idealını irəli sürür. Hər qəzəlində sevgilinin
gözəlliyindən danışmağı özünə borc bilir. Zahiri gözəllik canlı, insani gözəlliklə
vəhdətdə götürülür. Hisslərin təzahürü, hərarəti insanı həyəcanlandırır, heyran edir.
Hər dəfə oxunsa da, bu qəzəllər təzə, yeni görünür. Bu qəzəllərdə təkrar olunmaz bir
insanilik vardır:
Gözəllər içrə sən, ey mahiparə birdənəsən.
Gözəllərin gözüsən, zülfüqarə birdənəsən.
Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,
Bu çeşmi - məst ilə qılan işarə bir dənəsən.
Sən olmasan məni hicran dəmi həlak eylər,
Şikəstə könlümə aləmdə çarə bir dənəsən.
Zəmanə əhlinə məşhursan gözəllikdə,
Bu sirr gizli deyil, aşikarə bir dənəsən.
Rəqibi qoyma yaxın vəsminə, xəyanət edər
Ki, qorxuram səni çəksin kənarə birdənəsən.
O zövqü dövləti-dünyaya vermərəm hərdən
Məni fəqirə də qılsan nəzirə bir dənəsən.


16
Gözəl həyatını Vahid fənaya sərf etmə,
Səni zəmanə yetirməz dübarə birdənəsən.
Vahidi sevən qəlbin sevincini, kədərni, rəngarəng boyalarla qələmə alır. O,
Füzuli məktəbinin bədiilik piryomlarından məharətlə istifadə edir. Ənənəvi üsul,
obraz və təşbehlərlə səmimi insan duyğularının inikasına nail olur. Müəyyən bir fikri
və ya hissi ifadə etməklə bərabər gözəl bədii lövhələr yaradır. Şair böyük heyranlıqla
insanın gözəlliyini, daha çox bu gözəlliyin təsrindən doğan hissləri əks etdirir:
Dəli könlüm gözəlim, zülfünə olmuş mail.
Yenə zənciri-cünün əqlimi etmiş zail.
Min bahar olsa, cahan cənnətə dönsə, gözəlm
Görməyincə üzünü aşiqin olmaz zail.
Vahidin bir qisim qəzəllərində aşiqin vüsal dəmində keçirdiyi sevinci hissləri
əks olununr. Bu tipli qəzəllərdə fikirlərini kiçik lövhələr cızmaqla ifadə etməyə
çalışan şair oynaqlığa, şuxluğa xüsusi diqqət yetirir, aşiqlə məşuqənin görüşüündən
epizodlar verir, canlı mənzərələr yaradır:
Gülşəndə idim seyrdə bir yar idi, bir mən,
Bir bülbül idi, bir də çəmənzar idi, bir mən
Hər aşiq öz istəklisi eşqində yanırdı,
Pərvanə idi, şəmi-şəbi-tar idi, bir mən.
Bülbül gülə, gül bülbülə min naz eləyirdi,
Bir kəs yox idi, ol güli-bixar idi, bir mən
Göylər də həsəddən bizə baxdıqca yanırdı,
Dövrəmdə gəzən sabitü-səyyar idi bir mən.
Görsəydi, rəqibim gözü qəmdən çıxacaqdı,


17
Mən məst idim, ol gözləri xumar idi, bir mən.
Bir çeşmə kənarıydı, qədəh lalə tək əldə
Canan özü saqi, meyi-gülnar idi, bir mən.
Öz sirrimi əğyarə nə yaxşı deməmişdim,
Düşdü elə bir yerdə ki, əğyar idi, bir mən
Vahid, yanıram xatirə gəldikcə bu aləm
Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.
Burada real insan hərəkət və duyğuları ecazkar sənət dili ilə səmimi bir tərzdə
tərənnüm edilir. Aşiqlə məşuqə arasındakı münasibətlər o qədər insani cizgilərlə
verilmişdir ki, insanın sevmək, sevilmək, sevginin nəşəsi ilə yaşamaq hüququ obrazlı
bir şəkildə bəraət qazanır. Şair insanın mənəvi arzu və meyllərini tərənnüm etməklə
həyat eşqini, gözəlliyi təsdiq edir. Vahid bu səpgili qəzəllərində vüsal dəmlərini
sevinci və şadlıq hissləri ilə əks etdirərək oxucusunu da sevincə, şadlığa səsləyir.
Vahidin qəzəllərinin bir qədər geniş şəkildə nəzərdən keçirməsi göstərir ki, bu
qəzəllər insan haqqında dərin düşüncələrin məhsuludur. Bu qəzəllər ancaq geniş fəlsəfi
mənada aşiqanə əsərlərdir. İnsanlığın, gözəlliyin, idealın təsdiqidir. Bu qəzəllər
sadədən mürəkkəbə, müəyyənlikdn mücərrədliyə, dünyəvi məhəbbətdən fəlsəfi
məhəbbətə doğru inkişafı vermək baxımından isə ardıcıllıq, qanuna uyğunluq Vahid
irsini klassik şeirimizin ən yaxşı nümunələri kimi qiymətləndirməyə bizə haqq
qazandırır.
Vahidin qəzəlləri istər mövzusu, istərsə də bədii gözəlliklərinə görə də
səciyyəvidir. Bu qəzəllər bədii ümumiləşdirmələri, forma rəngarənglikləri ilə seçilərək
heyrətamiz bir gözəlliyi vəsf edir:
Xilqətdə sənin tək gözəlim jan ola bilməz.
Əxlaqi gözəl, sevgili janan ola bilməz
Fəxr eyləməsin öz gülünə bülbülü-şeyda


18
Bir gül hələ də sən kimi xəndan ola bilməz
Minlərjə gözəllər yetirib gündə təbiət
Amma sənə bənzər gözəl insan ola bilməz.
Bu tipli qəzəllərdə Ə. Vahid gözəlim təsvirinə nə qədər geniş yer versə də, bu
təsvirlər sevgi duyğularına haqq qazandırır, onu əsaslandıran bir vasitə kimi götürülür.
Füzuli ədəbi məktəbinin ən əlaçı şagirdlərindən biri olan Ə. Vahid klassik
poetika qanunlarına çox dərindən bələd olduğu üçün olduqca səti, rəvan, vahid ölçüdə
və vahid qafiyə prinsipi əsasında qəzəllər yazmışdır.
Bu qəzəllər əruzun oynaq vəznlərində yazılmış, səlist, koloritli nümunələrdir. Və
ürəyə yatımlı ahəngləri ilə nəğmə-təranə məqamındadırlar:
Gələndə sübh zamanı sədası bülbülümün,
Aşır bu canımı şuri-nəvası bülbülümün.
Ə.Vahid qəzəllərinin çox orijinal avazı vardır, sanki bu qəzəllər Azərbaycan
musiqisinin
təməli,
kökü olan muğamların hər guşəsi üçün cilalanmışdır.
Xanəndələrin muğam üstündə Vahid qəzəllərindən istifadə etməsi, onların ifa zamanı
nəfəslərinə,
zəngulələrinə,
xırdalıqlarına yardımçı olur, onların öz səslərindən
məharətlə istifadə etməsi üçün zəmin yaradır. Vahid qəzəllərinin dili olduqca rəvan,
səlist, tez anlaşılan, tez yadda qalan və sadə olduğuna görə hələ xanəndəlik sənətini
öyrənən gənc müğənnilər oxuduqları muğam şöbələrini bu qəzəllər vasitəsiylə ifa
edəndə, onun daha asan ifa olunması üçün şərait yaranır və gənc mügənnillər Vahidin
qəzəlləri vasitəsilə muğamı daha tezliklə
mənimsəyir və bir neçə il müddətində
peşəkarlığa yiyələnirlər.
Məlumdur ki, Ə.Vahid Azərbaycan milli musiqisini və muğamını çox sevdiyi
üçün muğam ifaçıları – xanəndələrlə, müğənnilərlə dostluq və əməkdaşlıq etmiş, bəzi
qəzəllərində klassik xanəndələrimizin ifaçılıq məharətini vəsf etmiş, bəzi xanəndələrin
sifarişi və xahişi ilə qəzəllər yazmışdır. Ə.Vahid xalq şairi Süleyman Rüstəmin 50


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə