Şamil Vəliyev – 50


səhifə7/97
tarix08.07.2018
ölçüsü
#54161
1   2   3   4   5   6   7   8   9   10   ...   97

24
Biz bir qatar tutiyi-şirin sünənlərik
Öz nəğməmizlə ziynəti-sərvi-çəmənlərik
Gülüzlülər təranəmizin həsrətin çəkir
Baği-vətəndə bülbüli-xoş nəğməzənlərik,
Bir kimsə bilməyir nə xərabətilərdənik.
Meyxanələr müsafiri rindü-kuhənlərik,
Bizdən həmişə zövq alır Ərbabi-tərifət,
Biz əhli-halə ətir saçan yasəmənlərik.
Məşuqəmiz həqiqi Züleyxayi-əsrdir.
Eşq aləmində Yusifi-gülpirihənlərik
Lövh üzrə pirimiz bizi yazmış şəhidi-eşq,
Meydani-ədli-daddə gülgün nəfənlərik.
Cavid həmişə xəlqimizin xatirindədir,
Vahid, o yoxsa, ruhi ilə həmvətənlərik.
Ürəyi sevgi və məhəbbətlə dolu Vahid Azərbaycanın və Azərbaycan xalqının
vurğunu idi. Qəzəl ənənəsi üzərində böyüyən, formalaşan Vahid Füzulinin lirik
üslubuna
sədaqətlə bərabər, qəzəlin çərçivəsini məna və məzmun baxımından
zənginləşdirməyə səy göstərdi. O, özünü xalqdan ayrı hesab etmirdi, onun qəlb
tellərinin ifadəçisi adlandırırdı:
Vahidəm-xəlqimin qəzəl şairi,
Məhəbbət şairi, gözəl şairi.
Vahidin bədii yaradıcılığını nəzərdən keçirən bütöv bir Azərbaycan obrazı ilə
rastlaşır. Vahid əsərlərində yaşadığı sovetlər birliyi dövrünün bir sıra şairləri kimi elə
yerli, yersiz sosializmi, Leninizmi, bolşevizmi, kommunist partiyasını, komsomolu
təbliğ və tərənnüm etmir, onun bədii yaradıcılığında bu uydurma zorakı quruluş və


25
onun faşist təbliğatçıları haqqında bir kəlməyə də rast gəlmək mükün deyil. Vahid
heç bir quruluşdan asılı olmayaraq, Azərbaycanın sədaqətli övladı idi və Azərbaycanın
füsunkar təbiətinin aşiqi eyni zamanda tarixinin gözəl bilicisi, Azərbaycan xalqıının
bulaq tək qaynayan istedadının, yüksək mənəvi keyfiyyətlərnin öz möhtəşəm əsərləri
ilə nəhəng bir güzgüsü idi. Vahidin əsərləri formaca klassik poeziyanın ənənəvi
qəliblərini xatırlatsa da, məzmun və mahiyyətcə müasir tələblər, müasir zövq, duyğu
baxımından xeyli fərqlənirdi. Onun lirik qəhrəmanı Azərbaycan xalqının mənafeyi
uğrunda əlindən gələni əsirgəmir. Xüsusilə söhbət eldən, obadan, vətəndən gedəndə bu
qəhrəman mübariz ruhlu, canlı obraza çevrilir. Vahidin lirikasına ilham və qanad verən
də məhz vətən, xalq və onun səadəti mübarizəsi, azadlıq istəyi, qurub yaradan oğul və
qızlardır. Ona görə də: - Yaz yaxşı əsərlər vətənə yadigar üçün, - deməklə şairin
cəmiyyət qarşısındakı borcunu səmimi etiraf edir və istedadının tələb və imkanlarına
müvafiq oynaq qəzəllər, lirik şeirlər, şərqilər, mahnılar yazırdı:
Məni zənn etməyin Məcnundan əskik,
Mən ondan yüksəyəm əfsanələrdə.
Beləliklə Ə.Vahid sözün əsil mənasında xalqının şairi idi. Nazirindən tutmuş
fəhləsinə qədər, akademikindən tutmuş – savadsız adamına qədər, hamılıqla Vahidi
sevən Azərbaycan xalqıdır. Hər yerdə, hər şeydə gözəllik axtaran şair bütün çatışmayan
cəhətlərin, eyiblərin, nöqsanların üstündən xətt çəkərək, yalnız gözəlliyi, məhəbbəti,
müsbət əhval-ruhiyyə doğuran hissləri, duyğuları tərənnüm və təbliğ edirdi.
Bununla belə, vahid klassik poeziyamıza, muğamımıza, milli dəyərlərimizə, dil
və din azadlığımıza, insan hüquqlarını tapdalayan zorakı və istismarçı bolşevik
quruluşuna nifrətini sözaltı mənalarla daim bildirmiş, onları güclü satira atəşinə
tutmuş və ifşa etmişdir. Xalqın milli qürurunu əzməkdən, soyunu, kökünü, adət,
ənənəsini təhqir etməkdən zövq alan, fəqət öz partiya bileti ilə öyünən vətəni satan
məsləksiz və əqidəsiz nadanlara Vahid bədahətən belə müraciət edirdi:


26
O sizin firqənizün qırmızı dəftərçəsidir,
Hər kimin bir belə dəftərçəsi varsa, bəsidir!
Ə.Vahid daim öz oxucularını maarifə, mədəniyyətə çağıran, ədalətsizliyi, zülmü,
avamlığı, fanatizmi ilə ifşa edirdi. Buna görə də şair öz yaradıcılığında aforizm və
epitafiyalara geniş yer verirdi. Onun arxivində saxlanan üç yüzdən artıq ailənin
kədərinə həsr edilmiş əsərlər də onun xalqa yaxın olmasına sübutdur. Vahid
aforizmləri öz oxucusunda dərin fikirlər, bəşəri hisslər oyadır, yüksək mənəvi-əxlaqi
keyfiyyətlər yaradır, onun biliyini zənginləşdirir, məntiqi təfəkkürün inkişafında
mühüm rol oynayır, məqsəd və idealını oxucuya bütün təfərrüfatı ilə, həm də
olduqca sadə və aydın şəkildə çatdırır. Vahidin aforizmləri bu günümüz üçün daha
aktualdır:
Qəsd etsə həsədlə bizi məhv etməyə zalim,
Keçməz bizim ərbabi-qələm qatilimizdən.
Tufani-bəla gəlsə də qorxan deyilik biz,
Dağlar belə sədd olsa, qaçar sahilimizdən.
Aciz xəba qılırsa, ətayə ümidi var
Heç yerdə yox xilas yolu zülmkar üçün.
Qorxma, Vahid, hədə eylərsə də biganə sənə,
Nuri-həqq zülmət olan yerdə təğənna eylər.
Ziynətlə, bəzəklə qadının qiyməti artmaz,
Övlada gözəl tərbiyə qiymətli bəzəkdir.
Zalmin bir min firavanıdan Allah saxlasın,


27
Acizin də ahü əfqanından allah saxlasın
Qoy özü haqsızlığını göstərsin eyləsin zülmünü,
Həzrəti-həqqin də divanından Allah saxlasın!
Hörmətlə bax ətrafıva artıqca vəzifən
Əksilməsən öz xəlqivə yüksəlməyəcəksən
Alsın nəzərə bizləri Qurani-təbarək,
Olsun bütün islam olanın eydi mübarək.
Yaxşı bir ad qalır aləmdə, yamanlıq fani,
Yaxşılıq mərd ucadar daha da əlaya.
Səndən sonra Vahid, ayıq ol, qoy deməsinlər
Dünyaya gəlib getdi hayıf, bixəbər oldu.
1
Bütün bunları Ə.Vahidin yüzlərcə aforizmindən cəmi bir neçə nümunədir. İndi
isə şairin bir neçə epitafiyasını nəzərdən keçirək:
Dənizdə üç bacımı qərqdən xilas etdim,
Bu gənc yaşımda cəsarətlə məhv olub getdim.
Mənim bu mərdliyimi xəlqimiz unutmayacaq.
Vətən igidlərinə yadigar olub qalacaq.
(Bakıdakı 134-№li məktəbin VIII sinif şagirdi Tofiq Hüseynov dənizdə batan 3
nəfər kiçik yaşlı qızı xilas edir, dördüncünü xilas edə bilmir, həlak olur. Həmin məktəb
Tofiqin adını daşıyır, epitafiya onun məzar daşı üçün yazılıb)
1
Ъ.Ъаббарлы ачдыьы гафийя ясасында бядащятян дейилиб.


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə