Şamil Vəliyev – 50


səhifə17/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   13   14   15   16   17   18   19   20   ...   97

61
Pişəvərinin  ölümü  ilə  əlaqədar  Azərbaycan  demokrat  firqəsindən  sonra,  Bakıya
getməsi şayələri nəinki ağızlarda, hətta bir neçə kitab və jurnallarda da qeyd olunmuşdu
ki,  o  öldürülüb.  Onun  Bağırovlan əlaqəsi,  bir  iclasın  nəticəsi idi  ki,  o  iclasda
Azərbaycan  demokrat  partiyasının  nümayəndələri  ki,  onun  da  başında  M.C.Bağırov
dayanırdı-təşkil  olunurdu  ki,  görsünlər  Azərbaycan  demokrat  partiyasının
məğlubiyyətinin səbəbləri nədən ibarət olmuşdu? M.C.Bağırov beləki sözə başlayır və
qəti şəkildə  bildirir  ki,  bu  məğlubiyyətin  əsas  səbəbi  ondan  ibarətdir  ki,  Azərbaycan
demokrat partiyası lazimi qədər Sovet Azərbaycanına söykənməmişdir.
Pişəvəri çox əsəbi bir adam idi. O ara vurmadan dedi: - Yoldaş M.C.Bağırov səhv
edir. Əsil səbəb bundan ibarət idi ki, Azərbaycan demokrat partiyası İranın fəhlə sinfinə
və  azadxanlarına  söykənmədi. O,  bu  sözüylə  necə  deyərlər  öz  qətlinə  fərman  verdi:
Pişəvəri  bir  az  sonra  Gəncə  səfərinə  çıxarkən  maşını  çevrilərək  aşır. Güya  sürücüsü
gecəni  yatmadığından  onu  yuxu  aparır  və  nəticədə  maşın  çevrilir.  Pişəvəri  ağır
yaralanır.  Və  huşunun  itirmiş  halda  xəstəxanaya  aparılır  və  orada  dünyasını  dəyişir.
Ancaq sürücüsü heç bir zərər çəkmir. Bu da çox qəribə, maraqlı və təəccüblüdür.
M.C.Bağırov  Stalinin  himayəsi  altında  idi.  Nə  təkcə  Azərbaycanda  həm  də
Gürcüstanda və Ermənistanda da böyük hörməti var idi və sözü keçirdi. M.C.Bağırov
Stalinin  ölümündən  sonra,  Xruşşovun  dövründə,  etdiyi  xəyanətlərə  görə  gülləbaran
edildi.  Daryuş  Pişəvərinin  yeganə  oğlu  idi  və  Bakıda  yaşayırdı. Atasının  ölümündən
sonra xəstələnir, illərlə Almanda və Avropada dərman qəbul etməklə yaşayır, xərcini isə
xalaları  göndərir.  Xülasə  bilmirəm  necə  olmuşdu  Pişəvərinin  həyat yoldaşı  bir,  iki  il
inqilabdan öncə (yəni İslam inqilabından söhbət gedir. V.Əhməd) icazə almışdılar ki,
İrana  qayıtsınlar.  Mənə  elə  gəlir  ki,  mühəndis Şəqaqi  və  dostları  lazimi  şərait
yaratmışdılar. O da nədənsə baş tutmadı. Mühəndis Şəqaqi bir neçə il öncə vəfat etdi. O,
çox istedadlı və xeyirxah insan idi.
Müqəddimə


62
Son  illərdə  Milli  Konservatoriyamızın    rektoru,  xalq  artisti  Şəyavuş  Kəriminin
xalq  musiqimiz  sahəsindəki    işləri  təqdirəlayiqdir.  O,  Norveç –Azərbaycan  musiqi
əlaqələri  sahəsində  beynəlxalq  aləmdə şöhrət  tapmaqla  dünya  musiqi  ictimaiyyətinin
diqqətini cəlb edir.
Ötən  illərdə  sənətşünaslıq  namizədi  Rafiq  Musazadənin  “Dügah”  muğamı  ilə
bağlı  qiymətli elmi araşdırması muğamsevərlərə ərmağan edilmişdir.
Xalq  artisti  Alim  Qasımovun  muğamı  dünya  səhnələrində  sevdirməsi  bu
möhtəşəm  mədəniyyət abidəsinin şöhrətlənməsinə əyani sübutdur.
Xalq  artisti  Ağaxan  Abdullayevin  də  muğam  ifaçılıq  sahəsində  xidmətləri
sevindiricidir.
Muğamın  son  illərdə dahd  geniş şöhrət  tapması,  genişlənməsi “H.Əliyev”
fondunun  prezidenti,  ölkənin  birinci  xanımı,  YUNESKO-nun  xoşməramlı  səfiri
Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanımın təəssübkeşliyi sayəsində
keçirilən  muğam  konsertləri,  ifaçılara  qayğı,  beynəlxalq  aləmdə  respublikamızda
muğamın  təbliği  ilə  bağlı  gördüyü  işlərin  analoqu  yoxdur. Şübhəsiz,  bütün  bunlar
hörmətli  prezidentimiz  İlham Əliyevin  bütün  sahələrə  olduğu  kimi,  mədəniyyətimizə,
milli-mənəvi dəyərlərimizə qayğı və məhəbbətinin təzahürüdür.
2
X                              X                            X
Muğam xalqın bütövlüyünü , mənəvi böyüklüyünü, tarix boyu nəsil-nəsil özünə
çatdırır. Nizamini, Xaqanini, Xətaini, Sabiri, Vahidi bizə muğam verib. Muğam onların
canında, qanında olub. Onlar muğamı öz istedadları ilə birləşdirib hikmət xəzinələri,
söz inciləri yaradıblar. Və nəhayət, muğam sevgi, məhəbbət sədasıdır.
Muğam bütün musiqi növlərinin sintezidir. Muğam  Ana Musiqidir. Bütövlükdə
Şərq musiqisinin və ərazicə Avropada yerləşən Yunanıstan muciqisinin deyil, o, Afrika-
Amerika  mənşəli  caz  musiqisinin  də  kökündə  duran  ən  qədim  tarixi  reallıqdır.  Buna
görə də  Muğamın  yaşca əlahiddə qoca olduğunu deməyə  tam  haqqımız  var. O,  bəşər
tarixi  ilə  birgə  yaranıb. Heç  şübhəsiz  dünyaya  yeni  gəlmiş  və  bilavasitə  biz  Azəri
türklərinin şaquli  istiqamətdə  birbaşa  babası  olmuş  Adam  muğam  oxumurdu.  Amma


63
Muğamın  yaşı  barədəki  fikirlərimiz  yazılı  tarixi  mənbəələrə  əsaslandığımdan
dediklərimizdə böyük həqiqət var. (T.V.Nüvədili. Əcdad. Sietl. ABŞ. 1997. səh5.)
Bu mənbələrə kezməzdən əvvəl Muğam Ana musiqisi kimi bütün Şərqdə mövcud
olduğunu vurğulayaq. Bu mənada son illərdə çap olunmuş məşhur muğam bilicisi prof.
Rafiq  İmraninin əsərlərinə  müraciət  edək. ”Muğam  tarixi“ (Bakı, Elm,  1998, 280s)  I
cild əsərinin  31-ci  səhifəsində  tərtib  etdiyi  1-ci  cədvəldə  müəllif  muğam janrlarının
yayıldığı əraziləri  göstərmişdir.  Orada  barəsində  heç  zaman  eşitmədiyimiz    Uyğur
makamına rast gələndə təəccübümüzü  heç cürə gizlədə bilməyən bu kitabın müəllifi,
Hind  makamlarının  cədvələ  salınmasına  da  təəccüblənməyə  bilmədim.  Əslində  Çin
Türküstanında  muğamın  mövcud  olduğu xəbərini  ilk  dəfədir  ki,  bu  əsərdən alırıq.
Bununla  belə,  Hind muğamlarının  cədvələ  salınmaması  görünür onların  ümumiləşmiş
məxsusi  adı  ilə  əlaqədardır.  Yəni  prof. İmrani, yalnız  muğam  və  ya  makan  adlanan
musiqi ərazilərini əhatə etməyə səy göstərib. Bildiyimiz kimi, hindlilər öz muğamlarını
Raq  adlandırırdılar.  Fəqət  Hind  raqlan  da  heç şübhəsiz  qərbdən  (Şumerdən) Şərqə -
Hindistan yarımadasma miqrasiyanın məhsulu olub, muğamın kökündən rişə almış özəl
musiqi  formasıdır.  Muğamın  Hinducə  tam  və  qəti  transfprmasiyasıdır  və  biz  Muğam
dünyasından danışanda bu nəhəng Muğam ərazisini nəzərə  almaya  bilmərik.  Bununla
belə cədvəl  muğamı ərazicə öyrənmək işində çox yaxşı vəsaitdir, kompasdır. R.İmran:
Muğam Şumerdən başlanır. Bakı, Elm 200, səh35.
Müəllif  yazır:  “Əvvəlki  bəhsdə  sxem şəklində  göstərilmiş  muğam  cədvəlində
Azərbaycan, fars, özbək, ərəb,türk xalqlarının ərazilərində inkişaf tapmış muğam sənəti
müstəqil şaxəni təmsil edir. Müstəqil şaxə əsrlər ərzində artıq bir növ özəlləşmiş sənət
nümunəsidir ki,  burada  milli  özünüdərketmə,  milli  çalar  daha  güclü  və  daha  realdır.
Buna  görə  də  Azərbaycan fars, ərəb,  özbək  muğam  (makan)  sənət  nümunələrini
eşidərkən  adi dinləyici  o  saat  onun  hansı  xalqın  musiqisi  olduğunu  asanlıqla
müəyyənləşdirir”. (R.İmrani. Muğam Şumerdən başlanır. Elm, 2000, səh35).
Hər  hansı  xalqın  mənəviyyatına  bələd  olmaq  istəyən,  onun  folkloruna  nəzər
salmaq və musiqisinə qulaq asmaq kifayətdir. Xalqımızın bədii təfəkkürünün qiymətli


Yüklə

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə