Şamil Vəliyev – 50


səhifə19/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   15   16   17   18   19   20   21   22   ...   97

68
qızılgüllərin  ləçəklərində  mirvariləşdi,qönçələr  körpə  dodaqları  tək  açıldı....  Muğam
sədası  gəldi.  Müqəddəs    torpağımıza  göz  dikənlər  musiqinin  gücü,  sehri  qarşısında
məğlub  olurlar.  Muğam  yenilməz  bir  ordu  kimi  hücum  çəkir;  muğam  bir  torpağın
təkindən  çıxır  və  düşmənlərə  qarşı  bir  qəzəb  seli  kimi  axıb  gurlayır.  Muğam  şimşək
saçan qılınc kimi onları kəsir.
Muğam    sədası  gəldi.  Azərbaycanın  tarixini  nəyin  bahasına  olur-olsun  İslam
dininə qarşı çevirən, onu mərkəzə yarınmaq məqsədi ilə türkü türklərin düşməni kimi
göstərmək  istəyən  üzdəniraq  tarixçilərin  bağrı  çatladı.  Muğam    sədası  gəldi,  hər şeyi
rüşvətlə ölçən, pulu kilolarla rüşvət alanların əli qurudu. Muğam sədası gəldi, özündən
vəzifəcə  kiçiklərə  ağalıq  eləmək  istəyən,  vəzifəcə  böyüklərə  yeddi  qat  əyilən
simasızların sifəti dəyişib daha qorxulu oldu.
....Sakit  olun  qardaşlar,  bacılar, əl  saxlayın cavanlar,  uşaqlar,  muğama  qulaq
asıram, siz də qulaq asın. Qulaq asmaq azdır, sevin muğamı və bu sevgidən dostlarınıza,
özünüzdən kiçiklərə,  övladlarınıza  pay  ayırın. Inanın mənə, hamımız  muğamı  sevsək,
torpaqlarımızda  humanizm  və  ədalət  bərqərar  olacaq,  xəbislik  ürəklərdən    silinəcək,
daşlar da gül bitirəcək.
Muğam ən yaxşı əxlaq dərsidir, muğam bir-birimizə hörmət etməyi, bir-birimizin
qədrini  bilməyi,  alicənablığı,  müdrikliyi  öyrədəcək.  Çünki  muğam  məhəbbətdən
yaranıb.  Məhəbbəti,  eşqi  ulu Tanrı  hələ  həyat  yox  ikən  Aləmdə  icad  edib, muğamı
sevmək Tanrını sevməkdi, sevin muğamı.
Azərbaycan tarı
Azərbaycan ta qədimdən , əsrlər boyu xalq arasında sevilən görkəmli xanəndələri,
aşıqları  və  gözəl  çalğıçıları  ilə  məşhurdur. Şəhər  və  kəndlərdə  ən müxtəlif  musiqi
alətləri geniş yayılmışdır. Bunlardan bəziləri xüsusilə məşhurdur. Həmin alətlərdən ən
geniş  yayılanlardan,  adətən,  daha  çox  məhz şəhərlərdə  istifadə  edilir. Müasir


69
Azərbaycan  tarının  yaradıcısı,  xalq  arasında  Sadıqcan  adı  ilə  tanınmış  Sadıq Əsəd
oğludur (1846- 1902). Sadıqcana qədər tarı diz üstündə tuturdular. O isə ilk dəfə tarı
sinədə tutub çalmışdır.
Tar  mizrabla  çalınan  simli  alətdir.  Gövdəsi  səkkiz  rəqəminə  bənzər  çanaqdan
(böyük və kiçik çanaq) ibarətdir. Çanağın üzərinə balıq dərisi çəkilir. Müasir tarın on bir
simi var: qoşa ağ, sarı və kök simlər əsas, qalın beş simi – iki cüt zəng sim və kök sim
rezonans simlər adlanır.
Tarın tembri çox ifadəli, səsinin gücü yüksək, diapazonu genişdir.  Ona görə də
tarda ən çox muğamları ifa edirlər.
Tar sazəndələr ansamblında (üçlükdə), xalq çalğı alətləri ansamblı və orkestrində
əsas alətdir. Bəzən Azərbaycan bəstəkarları tarı simfonik orkestrə də daxil edirlər. Dahi
Üzeyir Hacıbəyovun “Koroğlu” operası buna misal ola bilər.
Azərbaycan xalqı özünün məşhur muğam ustaları, tarzənləri ilə haqlı olaraq fəxr
edir. Sadıqcan Əsəd oğlu (1846-1902), Qarabağlı Zeynal (1861-1918), Şirin Axundov
(1878-1927), Qurban Pirimov (1880-1965), Mənsur Mənsurov (1887-1971) kimi ustad
çalğıçıların adları bu gün də hörmətlə yad edilir, sənətkarlıqları yüksək qiymətləndirilir.
Bu tarzənlərin hər birinin fərdi ifaçılıq üslubu olmuşdur. Ə.Bakıxanov da özünəməxsus
yaradıcılığa, fərdi üsluba malik kamil sənətkar olmuşdur.
Muğam Şərqin bir çox xalqlarının musiqisi kimi Azərbaycan xalq musiqisinin də
ən mühüm sahələrindən biridir. Tsiklik kompazisiya kimi yaranaraq cilalanmış formaya
salınan muğam Azərbaycan musiqi mədəniyyətində xalqın dünya görünüşünün və əhval
ruhiyyəsinin  dərindən  və  cəmləşdirilmiş  ifadəsi  kimi,  milli  estetikanın əsası  kimi
qarşıya  çıxır. Böyük  Üzeyir  Hacıbəyovun  muğamları  Fizulinin  poemasına  müvafiq
forma  sayaraq  ilk  operasında  ariyaları,  məhz,  muğamla əvəz  etməsi  heç  də  təsadüfi
deyil.
Dərin düşüncədən ən yüksək emosional səviyyəyədək insanın daxili vəziyyətinin
dinamikasını simvolizə edən ifadəliliyin çox böyük spektri, obrazlı diapazonun genişliyi
də burdan irəli gəlir. Bütün bunlar həm muğamın fəlsəfi konsepsiyasında, həm də onun


70
obrazlı məzmununda təcəssümünü tapıb. Muğam sənətinin səciyyəvi cəhətlərindən biri
də lirik hekayətin və  emosional dolğunluğun son  dərəcə   üzvi  surətdə üzləşməsin də,
birləşməsindədir.
Azərbaycanda  muğamı,  adətən,  üçlüyün(tar,  kamança,  qaval)  müşayiəti  ilə
xanəndə ifa edir (çox vaxt xanəndə qavalı özü çalır). Belə ansamblın ifa etdiyi vokal
instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun
dəramədinin,  bütün  şöbə  və  guşələrinin,  eləcə  də  hər şöbənin  təsnif  və  rəng,  yaxud
diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr
əsərin  musiqi-poetik  məzmununu  müəyyənləşdirən  improvizə  reçitavit  səpkili  vokal
melodiyalardan  ibarətdir.  Bunlar  dəqiq  ritmə  malik  mahnı  və  rəqs  epizodları  ilə
əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.
Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son
dərəcə  cilalanması  melodiyanın  ifadəlilik  imkanlarının əks  etdirilməsindəki
çoxplanlılıqla fərqlənir.
Vokal – instrumental  muğamdan  fərqli  olaraq  çox  vaxt  rəngdə  ifa  edilmir.
Muğamda  xalqımızın  müdrikliyi,  onun  xarakteri,  taleyi əks  olunmuşdur,  bir  sözlə,
mayamız  muğamla  yoğrulmuşdur.  Milli  musiqimizin  daha  çox  inkişaf  etmiş  forması
muğamlar  klassik  sənət  səviyyəsinə  qalxmışdır.  Bizə  elə  gəlir  ki,  muğamın  bu  cür
yüksək  qiymətləndirilməsi  yalnız  musiqinin  özü  ilə  deyil,  həmçinin  onun  ifasının
mürəkkəbliyi ilə bağlıdır. Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı,
həm bütün kompazisiyanın quruluşunun qanunauyğunluqlqrına, həm də şöbədən-şöbəyə
keçidin məntiqinə bələd olmağı tələb edir. Lakin bu hqalda da muğamı standart şəkildə,
formal ifa etmək də olar, çünki keçidləri, tamamlamaları daha maraqlı, musiqiyə şirinlik
gətirən çoxlu xallar vurmaqla orijinal səsləndirmək mümkündür.
Unudulmamalıdır  ki,  muğam  kompozisiyasının  bütün  strukturu  kifayət  qədər
mürəkkəbdir, onun şöbələrindən hər birinin öz dayaq nöqtələri var və ifaçı bütün bunları
bilməli,  yadda  saxlamalıdır.  Bu  səbəbdən  xanəndələrin  insturmentalçıların  heç  də
hamısı  muğamı  yüksık  səviyyədə  ifa  edə  bilmir.  Ifaçılar  hələ  keçmişdən  tanınmış


Yüklə

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə