Şamil Vəliyev – 50


səhifə18/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   14   15   16   17   18   19   20   21   ...   97

64
məhsulu  olan  musiqi  folklorumuzda  torpağımızın  müqəddəsliyi,  namus  və  azadlıq
uğrunda  mübarizəmiz,    heyrətamiz  igidliklərimiz,  sevincimiz,  kədərimiz  öz  parlaq
əksini tapmışdır. Vətən məhəbbətindən, ağsaqqal-ağbirçək hörmətindən ürək dolusu söz
açan  bu  misilsiz  təranələr,  sözün  əsl  mənasında,  elimizin  mənəviyyat  pasportu  sayıla
bilər. Bu tükənməz xəzinəyə bələd olmaq vətən övladı kimi şərəfli ad daşıyan hər bir
elsevərin  ümdə  borcudur.  Azərbaycan şifahi-professional  musiqisinin  aparıcı janrı
nuğamatdır.  Qəliz  sturukturuna  ,  həcm  və  əhatə  dairəsinə,  fəlsəfi  mahiyyətinə  görə
muğamlar monumental və möhtəşəm sənət abidələridir.
Bəşər  tarixinin  müxtəlif  taleli şəxsiyyətləri  iki şeyə - ədəbiyyata  və  musiqiyə
böyük  maraq  göstərmiş,  ona  mənəvi  qaynaq  kimi  baxmışlar.  J.J.Russoya  görə,
musiqidəki “harmoniya təbiətin özündə bir prinsipdir”: buna görə də o, bütün xalqlar
üçün ümumidir.
Dünya ədəbiyyatı salnaməsində qiymətli sənət inciləri ilə xüsusi yer tutmuş Höte,
Balzak,Tolstoy və başqaları musiqini ilham mənbəyi, qüssə və kədəri dağıdan qüdrətli
vasitə kimi yüksək qiymətləndirmişlər.
Əbdi  bəy Şirazi  yazmışdır: ”Musiqi  cana  səfa və ürəyə şəfa bəxş  edəndir. Hey
ruha təsir edən, dəf dini-imanı aparan, ərqanun könüllərini qarət edən, cəng şur salan, ud
atəş  vuran,  tənbur  aşiq  oxşayan...  bərbat  bir  Babil  səhridir. Bax,  budur  musiqinin
qüdrəti”.
Musiqi  insanın  hiss  və  duyğularının  harmonik  ladlarda  ifadəsidir.  Çoxjanrlı,
müxtəlif  formalı  musiqi əsərləri  həyat,  təbiət  və  cəmiyyət  hadisələri  haqqında  insan
duyğularıdır. Bu duyğular insana əxlaqi gözəllik,  mənəvi saflıq; həyat eşqi bəxş edir,
insanı düşündürür, onu həyata bağlayır, humanizm və ədalətin təntənəsinə sonsuz inam
oyadır. Zəmanəmizin qüdrətli qəzəlxanı Ə.Vahid yazırdı:
Musiqi qəm dağıdır, zövq v erir insana,
Dərk etməz bunu onlar ki, səfalətləri var.


65
Musiqimiz çoxjanrlı, müxtəlif formalıdır. Fərəhli milli qürur hissi doğuran budur
ki, Azərbaycan musiqisi “bir çox xalqların qəlbinə yol aça bilir. Bu musiqi, xüsusilə,
Zaqafqaziya və Orta Asiya xalqlarına daha yaxındır. (Ü.Hacıbəyov).
Xalqın  mənəvi  sərvəti  olan  musiqimizin  yaşaması,  təbliği  və  inkişafında
musiqiçilərimizin əməyi böyük, rolu misilsizdir. Onların həyatı bir sıra məziyyətləri ilə
qeyri-adidir, hisslərin axarında söz və hərəkət musiqidən bir özgə qüvvət alaraq günəş
kimi hərarət verir. Bu yanğını, sevinci, kədəri, xalqın tarixini, eşqini, amalını yaşaya-
yaşaya çatdirmaq özü yanğınlardan salamat çıxmaq deməkdir.
Əhsən yqaradana...   (esse).
Muğam bir xəzinədir,açarıdır duyğular,
Muğamda sevinc də var, muğamda kədər də var.
Muğam mənim xalqımın misilsiz kamalıdır,
Tarixidir, eşqidir, arzusu, amalıdır.
B.Vahabzadə.
“ Musiqi ilə muğam dinləyirəm mən”
Musiqi ilə muğam dinləyirəm mən,
Muğamat nəğmələr xəzinəsidir.
Təmiz məhəbbətlə sevən, sevilən
Odlu ürəklərin vurğun səsidir.
“Rast”inda məna var göylərdən dərin,
“Şahnaz”sədasıdır düşüncələrin.
“Şur” Xəstə Qasımın, böyük Mirzənin,
Aşıq Ələsgərin zənguləsidir.
“Zabul”yada salır hicran qəmini,
“Qatar” xatırladır vüsal dəmini.


66
“Mahur”arzuların silsiləsini,
Məcnunlar, Kərəmlər nəşidəsidir.
“Bayatı-İsfahan”, “Bayatı-Şiraz”,
“Hicaz”dəsgahından heç doymaq olmaz.
Diqqətlə, həvəslə qulaq as bir az,
Ürək tellərinin dəfinəsidir.
“Segah”ı nə zaman dinləyirəm mən,
Duyğular karvanı keçir qəlbimdən.
Gözəl “heyratı”nı elə bil ki, sən,
Qoç Koroğlumuzun cəngi səsidir.
Çıxıb seyrəngaha bir al səhərdə,
Qulağını bir ver “Bayatı kürdə”.
Dayan “Səmayi-Şəms” oxunan yerdə,
Gör: Necə kamanın inləməsidir?
Bu yurdun kamança, qaval səsi də,
Çoban tütəyinin gur nəfəsi də.
Şirin “Gəraylı”sı, “Şikəstə”si də,
Coşğun bir musiqi şəlaləsidir.
Səs  salmayın,  bacılar,sakit  olun,  qardaşlar, əl  saxlayın,  uşaqlar... musiqi  ilə
muğam  dinləyirəm  mən.  Maraqlı,  təsirli, mənalı  bir  hekayət  dinləyirəm  mən, muğam
dinləyəndə...  lazım  deyil, yazmayın  Dədəm  Qorqudun  tarixini, yanıla  bilərsiz,  yalnış
yazarsınız.  O  vaxt  yaşamamışsız, ancaq  muğam  yaşayıb.  O  mənə  hər şeyi  söyləyir,


67
nurani aşıq sazını öz doğma balası kimi  bağrına basıb simlərin dillərilə mənə Dədəm
Qorquddan  danışır. Qəm  karvanı  Fizulinin  qürbətdə  keçmiş  həyatından  danışmayın,
çünki bir az öncə qoca xanəndə Fizulinin məhəbbət və kədər dolu qəzəlini muğam üstə
oxuya-oxuya ulu şairin özünü buraya “gətirmişdi”.
Mən  o  müdrik  insanı  lap  yaxından  gördüm, əlçatmaz  sevgisi  önündə  səcdə
elədim,  ətəyindən  öpdüm. O sanki  bahar  günəşi  idi.  Hərarəti  məni yandırmadı,  odlu
nəfəsi qəlbimi, varlığımı isindirdi və..... məni birdə sevmək üçün məhəbbətin qucağına
atdı.
Hər şeyi,  hər  sirri  mənə  muğam  öyrədib  və  muğam  öyrədir:  Vətəni,  xalqı
sevməyi, böyüyə hörməti, Allaha tapınmağı, ədəbi-ərkanı, bu böyük dünyanı....
Beşiyimiz başında analar muğam üstə layla dedilər. Hər gün müəzzin bizi Allah
yoluna – həqiqətə  muğam  üstə  səsləyir,  bizi  ulu  yaradanla  musiqinin  gücü  ilə
qovuşdurur. Toylarımız da muğamla başlayır, muğamla yaşayır, muğamla sona yetir.
Muğam  təmizlikdir,  muğam  haqq  və  ədalətdir.  Muğam  saflıqdır, paklıqdır,
qeyrətdir,  namusdur.  Muğam    vətənin  keşikçisidir,  muğam  xalqın  özüdür.  Muğam
olsaydı  xalqımız  öz  tarixini,  türklüyünü, əqidəsini,  dinini,  dilini  itirib  kim  bilir  nəyə
çevriləcəkdi....
Muğam  xalqın  bütövlüyünü,  mənəvi  böyüklüyünü  tarix  boyu  nəsil-nəsil  özünə
çatdırır.  Nizamini,  Fizulini, Nəsimini,  Xəqanini,  Xətaini,  Seyid  Əzimi,  Sabiri,  Vahidi
bizə muğam verib. Muğam onların canında, qanında olub. Onlar muğamı öz istedadları
ilə  birləşdirib  hikmət  xəzinələri,  söz inciləri  yaradıblar  və  nəhayət,  muğam
sevgi,məhəbbət sədasıdır.
Ah,  muğam  sədası  gəldi,  hər şey  gözəlləşdi,  çiçəklər  boy  atıb  pöhrələndi,  dağ
şəlaləsi  axıb  çağladı,bülbüllər  cəh-cəh  vurdu,  səhrada  çiçək  açdı,  qurumuş  düzənlərə
göy  dolu  su  çiləndi,  göydən  zər  səpələndi.  Muğam  sədası  gəldi,  mələk  kimi  ucaboy,
incəbel qızlar qızılgüllərin, çiçəklərin arasıyla, üstlərinə zər səpələnərkən, yağış onları
islada-islada    gülüşərək  qaçışdılar,  səsləri  bülbüllərin  cəh-cəhinə  qarışdı.  Donları
yağışdan  islanıb  bədənlərinə  yapışdı.  Qızılı  saçlardan  süzülən  yağış  damlaları  qönçə


Yüklə

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə