Şamil Vəliyev – 50


səhifə20/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   16   17   18   19   20   21   22   23   ...   97

71
ustadların ətrafında  cəmləşir,  onlardan  muğam  sənətinin  sirlərini  öyrənirdilər.  XIX
əsrdə Şuşada,  Şamaxıda,  Bakıda  musiqi  məclislərində  dövrün  ustad  musiqiçiləri
ifaçılığın qaydalarını gənclərə öyrədirdilər. Tez-tez dinləyicilərin və muğam bilicilərinin
məclislərində,  bəzən  toylarda, şənliklərdə  və  ya  həvəskarların  bəhsləşmələrində
xanəndələr,  insturmentalçılarçıxış  edir, ən  yaxşı  ifaçılar  müəyyən  olunurdu.  Belə
”müsabiqələr” istedadları üzə çıxardır və zaman keçdikcə onların şöhrəti başqa yerlərdə
yayılırdı. Bu qayda ilə ifaçılar peşəkarlaşır və artıq  XIX əsrin ikinci yarısından etibarən
muğamlar  geniş  konsert  estradasına  çıxır.  “Şərq  konsertləri”  adlanan  tədbirlər
keçirilirdi.
Görkəmlıi muğam ifaçılarının adları mədəniyyət tariximizə həkk olunub. Onların
arasında  tarzənlər  də  var:  Sadıqcan,  Cavad  bəy  Əlibəy  oğlu,  Usta  Zeynal  Qarabağlı,
Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Mənsur Mənsurov, Bəhram Mənsurov, Əhməd
Bakıxanov, Hacı Məm-mədov, Əhsən Dadaşov və s.
Əsrlər boyu musiqi sənətinin mühüm sahəsini təşkil edən muğamlar xalqın bütün
həyatı ilə, onun mənəvi dünyası ilə sıx bağlıdır. Təsadüfi deyil ki, Nizami, Fizuli kimi
dahıləri öz əsərlərində muğamı tərənnüm etmişlər.
Nizami “Xosrov və Şirin” poemasında yazmışdır:
Nikisa , necə ki demişdi Şirin.
Bir qəzəl oxudu Rast üstə həzin...
yaxud:
Barbədin setarı qaldırdı səsi,
Bir məst aşiq kimi saza vurdu əl,
Üşşaq pərdəsində oxudu qəzəl.
və ya,
İsfanah pərdəsi başladı Nəva,
Oxudu eşq ilə bir gözəl hava...
Sadıqcan, Q.Primovun ənənələri, dövrümüzün ustad tarzənləri Əhsən Dadaşovun,
Adil  Gərayın,  Hacı  Məmmədovun  təcrübəsi  nəsildən-nəslə  keçmişdir.  Onlardan  hər


72
birinin  özünəməxsus  ifaçılıq  tərzi  var  idi,  hər  biri  öz  repertuarının  bənzərsizliyi  ilə
fərqlənirdi. Qurban Pirimovun ifasında “Çoban bayatı”, Əhsən Dadaşovun “Şur”, Hacı
Məmmədovun  “Orta  Mahur”  və  not  repertuarı  daha  məşhur  idi.  Təbii  ki,  keçmişdə
yaşamış  tarzənlər  müasir  həyatın  dinamakasını,  emosional  dolğunluğunu,  ifaçılılıq
üsullarının  çoxplanlılığını  görməmiş  və  ifaçılıq  texnikaları  da  indiki  kimi  inkişaf
etməmişdi. Lakin ötən illərdə olduğu kimi, indi də tarzənlərin bir çoxunun repertuarında
elə  əsərlər  var  ki,  bunların  ifası  təkcə  virtuozluğu  ilə  deyil,  həm  də  incəliyi,  dərin
mənalılığı  ilə,  ifasına  fərdilik,  mükəmməllik  verən  çoxlu  əlavə  çaları  ilə  dinləyicini
valeh  edir. Dinləyici  ifaçı  ilə  onun  ifa  etdiyi  əsərin  üzvi  vəhdətini  hiss  edir.İfaçı
muğamın yaradıcısına çevrilir və dinləyiciyə elə gəlir ki, həmin muğa-mın mahiyyətini,
ruhunu  və  xarakterini ona  yalnız  o  çatdıra  bilər.  Hal–hazırda  Ramiz  Quliyev,  Firuz
Əliyev, Möhlət Müslümov, Ağasəlim Abdullayev, Elçin Həmidov, Yumay Qədimova
Azərbaycan xalqının məhz belə tarzənləri səviyyəsinə yüksəlmişdirlər.
X                 X                   X
“Azərbaycan  tarı” termini  Azərbaycanda  işlədilməsə  də,  Qafqaz  və  Orta  Asiya
respublikalarında,  İranda  musiqişünaslar  arasında  çox  işlədilən  sözlərdəndir.  Əslində
tar sırf türk alətidir.
Tanınmış  musiqi  tədqiqatçısı  Firudin  Şuşinski  (1925-1997) “Azərbaycan    xalq
musiqiçiləri”  adlı  kitabında  tarın  yaranma  tarixi  ilə  əlaqədar    “Yeni  yol”  qəzetinə
istinadən (1929-cu il №15) yazırdı: ”...Mötəbər tarixi vəsiqələrə əsaslanıb deyə bilərik
ki, tarı miladın X əsrində Türküstan türklərindən olan Tərxanın oğlu Məhəmməd Cərco
şəhərinin Fərab adlı bir kəndində qayırmışdır”.
Gördüyünüz kimi , tar alətinin kim tərəfindən, nə zaman yaradıldığını və dəqiq
ünvanını  F.Şuşinski  göstərmişdir. Həmin    dövrdən,  yəni  X  əsrdən  tar  alətindən
Azərbaycanda  da  istifadə  edilmişdir.  Tarın  “atası” sayılan  Mirzə  Sadıq Əsəd  oğlu
(1846-1902) 1870-1875-ci illərdə tar üzərində bir sıra uğurlu islahatlar apardıqdan sonra
alətə  qonşu  ölkələrdə  Azərbaycan  tarı  adı  verilmişdir.  Tarın əski  forması  isə  1875-ci
ildən sonra “İran tarı” kimi adlandırılmışdır. Çünki, İranda bu növ tarlardan o vaxtdan


73
müasir  dövrə  kimi  də  istifadə  edilir. İranda  Sadıqcanın  (Mirzə  Sadıq Əsəd  oğlu  el
arasında çox sevildiyindən ona Sadıqcan kimi müraciət edilirdi) tarlarından da istifadə
edilir, belə tarlar İranda Azərbaycan tarları adlandırılır. Professor Vaqif Əbdülqasımov
“Azərbaycan tarı” kitabında əski yəni “beş simli tarın“ mahir ifaçısı, prof.Jan Dürinqin
qədim mənbələrə əsaslanan fikirlərini yazır. ”Rübablara daha yaxın olan həmahəng səsli
tellərə  malik  olan  tar  həmişə  Qafqazda  olmuş  və XVIII əsrin  sonunda  oradan İrana
gətirilmişdir”. Elə həmin kitabda V.Əbdülqasımov İran musiqişünası Ruhulla Xaliqinin
“Sərqozəşte-musiqiye-İran” əsərindən  həmçinin, İranda  uzun  illər  fars  musiqisinin
tədqiqi  ilə  məşğul  olan  amerikalı  alim  Ella  Zonisin  “Klassik  fars  musiqisi” adlı
əsərindən  nümunələr  göstərərək  tar  adlı  alətin İrana  Qafqazdan,  daha  doğrusu
Azərbaycandan gətirilməsi haqda məlumat verir. “Tar” sözü farsca sim, tel deməkdir.
Simli  mizrabla  çalınan  alətin  adıdır.  Azərbaycan  tarı  dedikdə  isə azərbaycanlı
Sadıqcanın  formalaşdırdığı, təkmilləşdirdiyi  tar  növü  nəzərdə  tutulur.  Tar  haqqında
kitabda Azərbaycan tarı, şərqi tar, bas tar, bəm tar, əsa tar, İran tarı, Qafqaz tarı, qədim
tar, saya tar, sədəfli tar, vətər başlıqları ilə məlumat verilir.
Muğam adlarının yaranması haqqında
Muğam,şöbə  və  guşə  adlarının  yaranma  tarixi  ilə  bu  günə  qədər  bir  çox
musiqişünas və ifaçılar  maraqlanır. Muğamlar   haqqında elmi traktatlar Şərqin böyük
musiqişünasları – Əbdülqədir  Məraqi,  Səfiəddin  Urməvi,  əl-Fərabi və  başqaları
tərəfindən yaranmışdır. Onlar öz elmi əsərlərində muğamların yaranma tarixindən, şöbə
və guşələrin bir-biri ilə qarşılıqlı əlaqəsindən, musiqi alətlərində istifadə olunan ifaçılıq
ştrixlərindən və bir çox başqa xüsusiyyətlərdən bəhs edirlər.
Bütün muğam, şöbə və guşə adlarının yaranma tarixi 4 qismə bölünür:
1. Say adları
2. a) yer, məkan adları  (toponimlər)


Yüklə

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə