Şamil Vəliyev – 50


səhifə11/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   7   8   9   10   11   12   13   14   ...   97

41
O gün Əliağanın ürəyindən qalxan qəəmli misralarla yanaşı, şad və xoşbəxt
günlərindən idi.    1914-cü il mayın 4-ü nə qədər, o neçə il idi şeir yazırdı, meyxaa
qoşub bədahətən deyirdi, amma bu gün səhər onun adı, onun şeiri mötəbər bir
qəzetin səhifəsində idi, şairin gələcək və istiqbal yolu «İqbal» dan başlamışdı. Bura
kimi onun az-çox tanıdığı ədəbi çevrə və mühiti Əbdül Xaliq Yusifin evində təşkil
olan «Rindanə» adlı şeir məclisindən başlanırdı. Bu şeir məclisinə, ədəb və söz
yığıncaçına gələnlər buzovnalı məhşur Azər, Seyid Zərgər, Əbdül Xaliq Cənnəti,
Mirzə Hadi Sabit, Haşım bəy Saqib, Ağa Dadaş Münir və s. idi ki, sinələri hikmətli
kəlmələrlə dolu idi. Gənc Əliağa onları diqqətlə dinləyib eşitdiklərini zehninə hopdurup
hafizəsini tapşırmağa
çalışırdı, yaddaşı yaxşı idi, bir dəfə eşitdiyi uzun illər
hafizəsindən pozulmazdı, amma bunula belə Vahid bu məclislərə gedəndə utanar və
aşağı tərəflərdə oturardı. Çünki Allah ona fitri istedad, işıqlı zəka, güclü hafizə ilə
yanaşı bol həya vermişdi. Mirzə Əbdül Xaliqin yumşaq xalı-xalçalarla döşənmiş
hücrəsində, Əliağanın hər gəlişində ustadın ayağı qalxıb onu hörmətlə qarşılaması
Əliağaya təəccüblü gəlirdi və onu çox utandırırdı. Növbəti gəlişlərndən birində, yenə
də Mirzə Əbdül Xaliqin ayağa durub onu qarşılamasını görən Əliağa sıxıla-sıxıla
dedi:
- Mirzə, daha sizə gəlməyəcəyəm.
Mirzə Əbdül Xaliq təəccübləndi: - Niyə?
- Çünki hər dəfə gəlirəm, sizi əziyyətə salıram, məni görəndə ayağa durursuz.
Ağsaqqal şair gülümsəyib, dedi:
- Bala mənim ayağa durmağım boş-boşuna deyil ki, Sənə ədəb öyrədirəm ki,
böyüyün, kiçiyin yerini biləsən.
Əliağa oturdu çay gəldi. Bir qədər sonra məclisin üzvləri də gələcəkdilər.
Əbdül Xadiq dilləndi: - Dedi ki, bir də gəlməyəcəksən. Çox yaxşı, indi mən də
bir misra deyəcəyəm, ikinci misranı sən deməlisən, mən çayımı içib qurtaranacan dedin-
dedin, deyə bilmədin, xudahafiz. Sonra Əbdülxaliq belə söylədi:
«Min qəmim vardır, birin mindən bir adəm bilməyir».


42
Ayrı vaxt tay-tuşlarının adicə sözlərindən qafiyə tutub gedən Əliağa indi ilişib
qalmışdı, nə illah eləyirdisə, ilhamı hərəkətə gəlmirdi, gözü Mirzənin stəkanında idi.
Artıq stəkan yarı olmuşdu «birdən deyə bilmədim, Mirzə də gerçəklədi, daha məni
məclisə buraxmadı, ayağım kəsiləcək burdan, buradakı gözəl mənaları almaqdan, gözəl
söhbətləri eşitmək feyzindən məhrum olacam, qəfildən Əliağanın təbi cuşə gəldi, elə
ustadın dediyi misranın içindən siyrilən bir sətir düşdü dilinə:
Min qəmim vardır birin mindən bir adəm bilməyir,
Həm də bu bir qəm ki min adəmdən biri qəm bilməyir.
Mirzə başını qaldırır, üzündən razı qalıdığı hiss olunur, ancaq gənc şairi
tərifləməyi yaxşı xüsusiyyət hesab etmədiyi üçün, sadəcə olaraq, - yaxşılaşmısan, -
deyir. Elə bu anda məclisin daimi üzvləri Məşədi Azər, Əbdül Xaliq Cənnəti,
Ağadadaş Müniri, Səməd Mənsur, Əli Fəhmi və başqaları təşrf gətirirlər. Məclis şeir,
elm və hikmət adamları ilə dolur. Əliağa onları heyranlıqla dinləiyr və bir sözü
yaddaşına həkk etməyə çalışırdı. Söhbət Seyid Əzimdən gedirdi, ona 19-cu əsrin
Füzulisi deyirdilər. Danışanların arasında fikir ayrılığı olduğu üçün Əbdül xaliq yusif
məclis üzvlərini, mübahisədən çəkindirsin deyə üzünü Cənnətiyə tutub: - Adam, bəlkə,
bir qafiyə açasan, - dedi. Cənnəti bir ağsaqqal təmkinlə, razılıq işarəsi verib, başladı:
Piri təbimdən cavanlar istəmişlər tazə söz,
Onların tənincə var təbimdə min əndazə söz.
Sonra Mirzə Əbdül Xaliq gənc Əliağaya nəzər salıb, onun gözlərindən sözlə
qaynadığını hiss etdi və gördü ki, Əliağanın həyası ona dillənməyə mane olur, odur ki,
onu ürəkləndirdi: - Oğul, Əliağa, bəlkə, arxasını sən deyəsən…
Bayaqdan özünü zorla saxlayan Əliağa olduqca həyəcanlı sözə başladı:
Təngidir qönçə dəhanın gec gəlir avazə söz,


43
Bir sənəmdir nazənin qoymuş özünü nazə söz.
Sordum ağzın sirrini hər kimsədən, ey tazə gül,
Tapmadı yüz min xəyal, etdi bu məqfi razə söz.
Olmasa ustad bəzmində sözün billah qəbul
Pirilər yazsın cavanlar üçün yenə bir tazə söz
Mirzə Əbdül xaliq: - Afərin, əhsən, deyərək, yerindən qalxıb aşağı başa
Əliağaya tərəf gəldi, Əliağa da tez sıçrayıb yerindən ayağa durdu. Ustad onu
qucaqlayıb alnından öpdü; - Bir də mərhəba, oğlum, mən səni belə bilmirdim, bir az
ümidsiz baxırdım, ancaq elə bu gündən, məclisimizin ən əziz üzvü, həm də vahid şairi
oldun. Mən sənə bu gündən «Vahid» təxəllüsü verirəm və bu qəzəlin axırıncı
beytindəki, «billah» sözünü poz, «Vahid» təxəllüsünü yaz. Beləliklə, Əliağa «Əliağa
Vahid» oldu.
Bir çox ziyalılarımız elm və sənət adamları, ədəbiyyatşünaslar, publisistlər və s.
Vahid haqqında
saysız-hesabsız xatirələr, monoqrafiyalar, məqalələr yazıb çap
etdirmişlər. Musiqi xadimlərimiz Ə.Vahid haqqında böyük sevgi ilə öz ürək sözlərini
söyləmişlər. Hamıya da məlumdur ki, Ə.Vahid Şimali Azərbaycanda sevildiyi qədər,
Cənubi Aərbaycanda da sevilməkdədir. Vahid sevələrdən cənublu soydaşlarımızdan
«Min bir mahnı» qəzetinin redaksiya heyyətinin üzvü N. M. Savalanın şairi həyat və
yaradıcılığını əks etdirən similə məqalələrindən biri Ə. Vahidin özbək qızı Zülfiyyə
ilə eşq məcarasını əks etdirir. Həqiqətən də şairin başına gəlmiş bu əhvalat olduqca
dramatik sucetli, zəngin bir eşq romanını xatırladır. Bəlkə də, Vahidin vüsal həsrətli
qəzəllərinin bu qədər həzin, kövrək və lirik olmasının, şairin sevgilisi Zülfiyyənin
vüsalına çatmamasının kövrək bir ifadəsidir…
Vahidin öz danışdıqlarından. Mən şeir və qəzəllərimdəki lirikaya görə müəyyən
dərəcədə özbək qızı Zülfiyyəyə borcluyam. Zülfiyyə eşq və məhəbbət ilahəsi kimi
cazibədar idi, onun özbək adətinə görə xüsusi geyimi, qara uzun hörükləri, incə
vücudu, nazik beli, zərif hərəkətləri qara gözləri məni heyran eləmişdi. Qızın atası


Yüklə

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə