Şamsudinova leyla movludiN qızı İNGİLİs diLİNİn xüsusi MƏQSƏDLƏRLƏ ÖYRƏDİLMƏSİ prosesiNDƏ meydana çixan problemləRİn həLLİ yollari ixtisaslaşma



Yüklə 419,49 Kb.
səhifə2/3
tarix14.10.2017
ölçüsü419,49 Kb.
#4964
1   2   3

II FƏSİL
İNGİLİS DİLİNİN XÜSUSİ MƏQSƏDLƏRLƏ ÖYRƏDİLMƏSİ ÜZRƏ İŞİN SƏMƏRƏLİ TƏŞKİLİ
2.1 İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəsinin Diplomatik ingilis

dili nümunəsində öyrənilməsi


İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahələrindən biri də dünyanın bir çox ölkələrində tədris edilən Diplomatik ingilis dilidir. Azərbaycan Dillər Universitetində “Diplomatik İngilis dili” fənni Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələrinə tədris olunur. Diplomatik İngilis dilinin tərkibi hər bir diplomatın bilməsi vacib olan müxtəlif xüsusi sözlərdən, söz birləşmələrindən, diplomatik etiketdən, ifadələrdən, terminlərdən və akronimlərdən təşkil olunub. Bu kimi mövzular Diplomatik İngilis dilində mühüm əhəmiyyət kəsb edir. Məhz xüsusi terminlərdən, diplomatiyaya aid söz birləşmələrindən və diplomatik etiketdən istifadə edərək müfəssəl diplomatik ünsiyyəti qurmaq mümkündür. İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi təcrübəsinin Diplomatik ingilis dili nümunəsində araşdırılması müasir dil tədrisi sahələrindən biridir.

Diplomatiya termini «diplomat» sözündən əmələ gəlib. İlkin olaraq diplomat sözü diploma tutan kimi tərcümə edilirdi. Məhz diploma yunan terminologiyasına əsasən Qədim Romada əyalətlərə, yaxud xaricə göndərilən rəsmi şəxslərə senat tərəfindən verilən zəmanət məktubu, yaxud etimadnamə adlanırdı. Diplomas sözü hökmdarların rəsmi sənədləri (aktları) demək idi, diploma sözü isə yunancadan “ikiqat artırmaq”, yəni onların qatlanması üsulundan əmələ gəlmişdi. Diploma dedikdə, imtiyaz verən sənəd, yəni  dövlət kağızı, rəsmi sənəd başa düşülürdü. Bu fikirləri ümumiləşdirərək deyə bilərik ki, diplomatiya «diplom» (yunan dilində diploma – ikiqat yığılmış sənədlər deməkdir) sözündəndir.[38]

Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması sənəti və təcrübəsi nəzərdə tutulur. Diplomatiyanın dünyaya inteqrasiya etməsində ünsiyyətin rolu əvəz edilməzdir. İnsan cəmiyyətini ünsiyyətsiz təsəvvür etmək olmaz, insanların iştirak etdiyi hər sahədə ünsiyyət də mövcuddur. Ünsiyyətin həyata keçməsinin əsas vasitəsi isə dildir. İnsanlar müxtəlif sahələrdə başa düşülmək üçün bir neçə dildən istifadə etməlidirlər. Belə ki, “Diplomatlar hansı dildən istifadə etməlidirlər?” və yaxud “Diplomatlarla ünsiyyət quran şəxslər hansı dildən istifadə etməlidir?” kimi suallar meydana gəlir. Diplomatiyada dil termini müxtəlif məna daşıya bilər. Diplomatiyada dil terminini dedikdə xalq, cəmiyyət, ümumiyyətlə müəyyən qrup insan tərəfindən, kütlə tərəfindən danışılan xüsusi dil və diplomatiya sahələrində xüsusi ifadə tərzi nəzərdə tutulur. [32,40]

Dünya miqyasinda diplomatiyanın inkişaf etməsi üçün xüsusi bir ortaq dildən istifadə edilməlidir. Buraya aid olan bütün dövlətlər, şəxslər üçün ortaq dil diplomatik dildir. Diplomatik dil anlayışı 3 fərqli mənanı ifadə edir:



  1. Diplomatların danışarkən və yazarkən istifadə etdikləri dil anlyışı – diplomatik dil;

  2. Diplomatiyaya aid sözlər, söz birləşmələri, ifadələr, terminlər, akronimlər və sairə (jargon diplomatique);

  3. Diplomatlara məxsus metodlar – diplomatik etiket.

Diplomatların istifadə etdikləri dil anlyışının müxtəlif tarixi dövrləri və özünəməxsus xüsusiyyətləri vardır. Diplomatiyada XVIII əsrədək istifadə edilən dil latın dili idi. Diplomatlar bu dildə yazışmalar aparır, hətta danışırdılar. Lakin sonralar Fransanın beynəlxalq arenada nüfüzunun artması ilə fransızlar öz dillərini diplomatik dilə çevirmək üçün cəhdlər etdilər. Məsələn onlar müqavilələri, xüsusi sənədləri fransız dilində tərtib edirdilər ki, bu da öz növbəsində fransız dilinin beynəlxalq dilə çevrilməsinə yardımcı oldu. 1815-ci ildə Viyana konqresində və Paris konfransında işlədilən dil fransız dili oldu. Yalnız Birinci Dünya müharibəsindən sonra beynəlxalq konfranslarda fransız dili ilə, yanaşı, ingilis dilindən də istifadə edilirdi. Beləcə, ingilis və fransız dilləri konfranslarda rəsmi dil kimi qəbul edilib işlədildi. Artıq II Dünya müharibəsindən sonra ABŞ-ın nüfuzunun dünyanın siyasi arenasında artması nəticəsində ingilis dilinin istifadəsi geniş vüsət aldı. [6,107-108]

Müstəqil dövlətlərin hökumətləri arasında olan rəsmi əlaqələri həyata keçirmək üçün istifadə edilən istənilən dil diplomatik dil adlanır. Belə dillər müxtəlif saydadır. Halhazırda “diplomatik dil” termini tərcüməçilərsiz rahat ünsiyyət üçün və yaxud ümumi bir dildə diplomatik sövdələşmələrin yerinə yetirilməsi üçün dövlət nümayəndələri tərəfindən istifadə edilən dili bildirir. Bu sahədə tez-tez istifadə edilən dillər başlıca diplomatik dillər sayılır. Bu dillər arasında İngilis dili tədricən və gec müddətdə də olsa belə ilk yeri tutdu. German dil qrupuna daxil olan ingilis dili dünyada ən çox danışılan xarici dilə çevrildi. Artıq qloballaşan dünyada İngilis dilinin hökmranlığı danılmazdır və ingilis dili bütün ictimai sahələrə təsir etdiyi kimi diplomatiyadan da yan keçmədi. Beləliklə, dövrümüzdə diplomatiya İngilis dilinin xüsüsi məqsədlərlə öyrədilməsi sahəsinin bir növü olan Diplomatik ingilis dili (Diplomatic English) nümunəsində öyrənilir.

Diplomatiyada düzgün ifadə, açıq, birmənalı anlayış və təsirli ünsiyyət hər şeydən vacibdir. Diplomatik İngilis dili müəyyən səviyyədə ingilis dili biliyi ilə yanaşı, eyni zamanda düzgün ifadə seçimini, diplomatik danışıq, yazı, oxu, dinləmə və anlama bacarıqlarını inkişaf etdirən mövzuları tərkibinə daxil edir. Diplomatik İngilis dili programında iştirak edən tələbələr burada xüsusi vurğu və tonlarla ingilis dilində danışa, öz fikirlərini aydın ifadə edə, həmçinin kütlə içində əminliklə təsirli danışıq bacarıqlarını inkişaf etdirə bilərlər. Praktik diplomatiya, diplomatik simulyasiyalar, ictimai diplomatiya, beynəlxalq əlaqələr, siyasət və ideologiya kimi sahələrdə uğurlu çıxışlar etmək istəyən diplomat Diplomatik İngilis dilinə yiyələnməlidir.[40]

Ümumiyyətlə Diplomatik İngilis dili fənnini öyrənən tələbələrin bilməsi vacib olan diplomatik bacarıqlar hansılardır? Diplomatik münasibətlər iki və ya daha çox rəsmi şəxslər, ölkələr arasında həyata keçirilir. Bu münasibətlərin qarşılıqlı şəkildə həyata keçirilməsində gələcək diplomatlar bu ümumi bacarıqlara sahib olmalıdırlar:



  • Kommunikativ bacarıq - əsas diplomatik bacarıqlardandır. Müvafiq situasiyalara uyğun olaraq diplomatların beynəlxalq sferada ünsiyyətini təşkil edir. Burada həm ana dildən, həm də beynəlxalq dillərdən istifadə nəzərdə tuturlur. Buna görə də Diplomatik ingilis dili fənnini öyrənən tələbələrə ixtisas bilikləri ilə yanaşı, dil bilikləri də tədris edilir.

  • Danışıqların aparılması bacarığına hər bir gələcək diplomat sahib olmalıdır. Diplomatlar ikimənalı cümlələrdən istifadə etməməli və müsahibinin nitqinə diqqət yetirməlidirlər. Buna görə də diplomatik sahələri öyrənən tələbələrdə xüsusi danışıq bacarıqları inkişaf etdirilməlidir.

  • Tədqiqatların aparılması bacarığına informasiyanın araşdırılması və əldə edilməsi aiddir. Bu informasiyaya diplomatik sənədlər və diplomatların bir-biriləri haqqında məlumatlar daxildir. Buna görə də tələbələr bu məsələdə diqqətli olmalı, öz sahələri ilə dərindən maraqlanmalıdırlar.

  • Qaydalara və prosedurlara uyğun olaraq çalışmaq ixtisaslı diplomatların əsas biliklərinə daxildir. Tələbələr diplomatik sferada verilən əmrləri, fərmanları birə-bir olaraq öyrənməli və onlara əməl etməlidirlər. [49]

Qeyd edilənləri ümumiləşdirərək deyə bilərik ki, tələbələrin Diplomatik İngilis dilinə peşəkarcasına yiyələnməsi yalnız xarici dilllərin öyrədilməsinin 4 əsas dil bacarıqlarına aid olan diplomatik danışıq, diplomatik eşidib-anlama, diplomatik oxu və diplomatik yazıda bilikli olmaları ilə mümkündür. Diplomatik dinləmə və diplomatik oxuya nisbətən tələbələrin diplomatik danışıq və diplomatik yazı bacarıqlarına sahib olması Diplomatik İngilis dilinin tədrisində daha çox əhəmiyyət kəsb edir.

Diplomatik İngilis dilinin tədrisində diplomatik danışıq (diplomatik speaking) bacarığının mənimsənilməsi olduqca vacib amillərdəndir. Diplomatik danışıq produktiv bacarıqdır. Diplomatik danışığı interaktiv, qeyri-interaktiv və qismən interaktiv olmaqla 3 qrupa bölə bilərik. İnteraktiv danışıqlara müzakirələr, müsahibələr, dialoqlar, qeyri-interaktiv danışıqlara nitqlərin, monoloqların, rəsmi çıxışların deyilməsi, qismən interaktiv danışıqlara müəllimlərin, diplomatların mühazirələri aiddir. Belə bir sual meydana çıxır: Diplomatik danışıq bacarığını tələbələrə necə tədris etmək olar? Diplomatik danışıq diplomatik sferada, rəsmi görüşlərdə diplomatların, rəsmi dövlət işçilərinin istifadə etdikləri danışıqdır. Bu bacarığı tələbələrə aşağıdakı yollarla aşılaya bilərik:



  • Tələbələrin diplomatik sferada püxtələşmələri və sərbəst şəkildə özlərini ifadə edə bilmələri üçün kommunikativ təlimdən istifadə edilməlidir.

  • Tələbələr tərəfindən nitq zamanı edilən səhvlər üzərində işlənilməlidir.

  • Kommunikasiyanı daha aydın, dəqiq və ətraflı etmək üçün əlavə materiallardan istifadə edilməlidir.

  • Kommunikativ bacarığın inkişaf etməsi üçün tələbələr məşhur diplomatların nitqlərini imitasiya etməli, verbal ünsiyyət, interaktiv söhbətlər aparmalı, və şifahi təqdimatlar həyata keçirməlidirlər.

  • Diplomatik danışığa dair tələbələrə verilən materiallar praktiki və real ünsiyyətdə istifadə edilməsi üçün faydalı olmalıdır.

  • Müəllimlər tələbələrə uyğun şifahi qiymətdirmə etməlidirlər, lakin təcrübi diplomatik söhbət əsnasında onların nitqlərini bölməməlidirlər.

  • Diplomatik sferada tələbələr situasiyalara uyğun lazımı mimikalardan, jestlərdən istifadə etməli, danışıq zamanı parafrazaları, xüsusi şablon ifadələri işlətməlidirlər. [45]

Diplomatik danışıq bacarığı dedikdə diplomatik ünsiyyət nəzərdə tutulur. Diplomatik danışıqlarda tələbələr mehriban, pozitiv yanaşmalı, xüsusi söz ehtiyatından, birmənalı ifadələrdən istifadə etməlidirlər. Burada tələbələr ünsiyyətdə tələsməməli, aramla danışmalıdır, yalnış başa düşülməmək üçün əvvəlcədən danışılacaq səs tonu müəyyənləşdirmək, “xeyr” deyərkən səbənini izah etmək, diplomatik dildə məşqlər həyata keçirmək və sair lazımdır.

Diplomatik danışıq özündə rəsmi danışığı təşkil edir. Buna görə də tələbələr rəsmi danışığın tərkib hissə daxil olan və gələcək diplomatların bilməsi vacib olan xüsusi diplomatik sözləri, söz birləşmələrini, ifadələri, terminləri, akronimləri bilməlidirlər. Diplomatik İngilis dilinin əsasını təşkil edən bütün bu ixtisaslaşdırılmış sözləri diplomatik jargon adlandırmaq olar. [40] Bu diplomatik jargonlar ADU-nun “Beynəlxalq münasibətlər” ixtisasında keçirilən “Diplomatik İngilis dili” fənnin işçi materialını təşkil edir. İndisə dissertasiyamızın işçi materialını təşkil edən Diplomatik İngilis dilinə aid xüsusi sözləri, söz birləşmələrini, terminləri və akronimləri hər birini ayrı-ayrılıqda nəzərdən keçirdək:



Diplomatik sözlər – Diplomatik İngilis dilinin əsas hissələrini təşkil edən bölmələrdəndir. Buraya elə sözlər aiddir ki, onlar həm ümumişlək, həm də xüsusi diplomatik məqsədlərlə istifadə edilə bilər. Ümumi mənada işlənməsinə baxmayaraq diplomatik sferada bu sözlər xüsusi diplomatik məna daşıyır:

Abdicate – İdarəedicilərin sahib olduğu vəzifədən, səlahiyyətdən çəkilmək.

Accession – Bir başçının vəzifəyə gəlməsi, bir partiyaya üzv olmaq,taxta çıxmaq.

Acclamation – Səs birliyi ilə seçim.

Accomodate – Uyğunlaşdırmaq və ya uyğun hala gətirmək.

Accomplish – Tamamlamaq, bacarmaq.

Accords – Razılıq, icazə, saziş. Beynəlxalq razılaşmaların müqavilələrə nisbətən təsir gücü azdır, lakin dövlətlərarası əlaqələrdə böyük əhəmiyyət kəsb edir.

Accredition – Rəsmi elçi, nümayəndə göndərmə.

Accuracy – Doğruluq, dəqiqlik, əminlik.

Accusation – Təqsirləndirmə, ittiham etmə, günahkar bilmə

Acquire – Ələ keçirtmək, zəbt etməq, əldə etmək.

Adherence – Tərkibinə qatılma, üzvlüyə girmək, üzvü olma, tərəfdar olmaq.

Affiliation – Şərik, üzvlük, üzvlüyə qəbul etmə.

Agenda – Gündəm, hazırki vəziyyət,durum, iclasın gündəliyi.

Alliance – ittifaq, birlik.

Bargain – Sövdələşmə etmək, siyasi sövdələşmə və ya razılıq əldə etmək, təhdit və təklif kimi vasitələrdən, üsullardan istifadə edərək müəyyən bir nəticəni əldə etməyə çalışmaq.

Biannual – İldə 2 dəfə, 6 aydan bir həyata keçirilən, baş tutan.

Carnage Qətliam, qırğın, insanların toplu olaraq öldürülməsi.

Campaign – Səfər, hərəkat, hərbi əməliyyat,müəyyən məqsədə yönəlmiş mübarizə.

Disangagement – Əlaqələri kəsmək, ünsiyyəti dayandırmaq, mühariyə son deyib düşməndən uzaqlaşmaq.

Enlargement Avropa Birliyinin genişlənməsi. Avropa Birliyinin yeni ölkələri üzv olaraq qəbul etməsidir.

LandlockedDənizə çıxışı olmayan, yalnız quru torpaqları olan ölkə.

İmmixion – Daxili işlərə qarışma. Bir dövlətin söz ya da hərbi yollarla başqa bir dövlətin səlahiyyəti altında olan bir mövzuya müdaxilə etməsidir.

İmpartiality – Tərəfsiz olmaq, bitərəflik.

İncompatibility – Anlaşmazlıq, ziddiyyət.

İnvasion – İstila, işğal, hücum, təcavüz, müdaxilə.

İrrevocable – Təxirə salınmaz, dəyişilməz, ləğv olunmaz.

Hegemony – Bir dövlətin digərləri üzərində müəyyən üstünlük qurması.

Hinterland – Bir dövlətin sərhəddən uzaq rayonları, daxili torpaqları.

Genocide–Soyqırım. Bir xalqın və ya dini qrupun kütlə halında məhv edilməsi.

Penetrate Nüfuz etmək, təsiri altına salmaq.

Pullback – Hərbi qüvvələri geri çəkmək və ya çağırmaq.

Seat Yer, vəzifə.

SanctionTəqdir etmə, icazə vermək, himayə etmək.

SatisfactoryQənaətbəxş, təmin edici; təmin edən

Scarcity Qıtlıq dövrü.

SchedulePlanlamaq, program halına salmaq. [42]

Guardianship / Trusteeship – Qəyyumluq.

DisarmamentSilahsızlanma. Dövlətlərin sahib olduqları silah toplusu və ya bazaları mövzusunda vəziyyət etibarı ilə razılığa gəlmələridir. Silah azaltma və ya tamamilə aradan qaldırılmasıdır.

Treaty – Müqavilə. [1]

Diplomatik söz birləşmələri – Diplomatik İngilis dilində geniş şəkildə istifadə edilir. Diplomatik söz birləşmələri iki və daha çox sözün birləşməsindən əmələ gəlib, diplomatik mənanı ifadə edir. Diplomatik sözlərdən fərqli olaraq diplomarik söz birləşmələri ümumişlək deyildir, onlar daha çox xüsusi məna daşıyır.

Abandonded matter – Müxtəlif səbəblərə görə başqa ölkəyə köçmüş qaçqınlar tərəfındən tərk edilmiş mülkiyyət.

ABC weapons – ABC silahları (Atomic, Biological, Chemical Weapons)

Abolition of privileges – Üstünlükləri ləğv etmə, imtiyazlara aradan qaldırma.

Forbidden zone – Qadağan edilmiş bölgə, ərazi(hərbi və ya müharibə səbəbləri ilə)

Balance of power – Müəyyən bir ölkənin hərbi, siyasi güc balansı.

Bilateral Agreement – İkili anlaşma. İki dövlət və ya təşkilat arasında imzalanan ve qarşılıqlı münasibətləri formalaşdıran anlaşmadır.

Bilateral relations – İkili münasibətlər, uluslar arası ilişkilerde taraf olan iki aktörün karşılıklı ilişkisi.

Breakdown of negotiations – Çoxtərəfli görüşlərin nəticəsi olmadan bitməsi.

Jurisdictional immunity – Hüquqi toxunmazlıq.

Keep currently informed Davamlı olaraq informasiya əldə etmək.

Enemy state – Düşmən ölkə.

Neighbouring countries – Qonşu ölkələr.

Meddle in domestic affair – Daxili işlərə qarışma.

Mutual guarantees – Qarşılıqlı zəmanət vermə.

State visit – Rəsmi ziyarət, səfər.

Diplomatic İmmunitiesXarici ölkəyə təyin edilmiş diplomatların sahib olduğu diplomatik toxunulmazlıq.

Establisment of their own independent state – Müstəqil dövləti qurulma

External İnfluence / Relations – Xarici təsir /münasibətlər.

Foreign Delegations – Bir dövlətin sərhədləri içində olan xarici nümayəndələr.

Foreign İnterventionXarici bir ölkənin hərbi və siyasi xarici müdaxiləsidir.

Case parties – Siyasi anlaşmazlıqda rəqib olan tərəflər.

Combat operation – Hərbi əməliyyat.

Cease fire agreement – Atəşkəs Andlaşması.

Demarcation line – Sərhəd xətti.

Diplomatic Bargaining – Diplomatik sövdələşmə.

Code of conduct – Davranış ve protokol qanunları. [43]

Establishment of diplomatic relation – Diplomatic əlaqələrin yaradılması.

To act in a consular capacity–Konsulluğun rəsmi nümayəndəsi kimi çıxış etmək.

To delegate functions to smb – Funksiyalarını ötürmək.

At smb’s disposal / in smb’s charge – Kiminsə səlahiyyətində

Matters relating intercourse between the states – Dövlətlərarası qarşılıqlı əlaqələr.

To remain valid – Qüvvədə qalmaq.

Without prejudice to the powers of the authorities - hakimiyyətin gücünə xələl gətirmədən.

To exert diplomatic pressure – Diplomatik təzyiq göstərmək.

To relinquish responsibility – Məsuliyyətdən imtina etmək (boyun qaçırtmaq).

General provisions – Ümumi müddəalar.

Obtain a visa – Viza almaq; to issue a visa – viza vermək.

Body corporate – Hüqquqi sima.

Social welfare – İctimai rifah.



Without distinction as to race, sex, language or religion –irqinə, cinsinə, dilinə və dininə fərq qoymadan.

Regular diplomatic courier - Daimi diplomatik kuryer.

Breach of the peace – İctimai asayişin pozulması.

To carry out obligations – Öhdəliyi yerinə yetirmək.

Compatible with laws – Qanunla uyğun.

To obtain a peaceful settlement of the dispute-Mübahisənin sülh yolu ilə həllinə nail olmaq.

Swift dispatch of the diplomatic bag – diplomatik poçtun təcili göndərilməsi.

Adjustment of international disputes – Beynəlxalq mübahisələrin tənzimlənməsi.

To submit matters to settlement – Məsələlərin həll olunması üçün təqdim etmək.

To refrain from giving assistance – Yardım etməkdən imtina etmək.

To execute letters rogatory – məhkəmə qərarını icra etmək. [1]



Diplomatik ifadələr – əsasən diplomatlar tərfindən diplomatik görüşlər və ya müsahibələr zamanı deyilən, müəyyən tarixi-diplomatik hadisələr nəticəsində meydana gələn sözlər, söz birləşmələri, cümlələr, şüarlar əsasında formalaşır.

Divide and rule/conquer – Parçala və hökmranlıq et. İfadənin mənbəyi hətta eramızdan əvvələ dayanır. Bu taktika Yuli Sezar, Napoleon Bonapart və sair siyasətçilər tərəfindən istifadə edilmişdir.

Hit and run – Vur-qaç siyasi-diplomatik taktikası. Müharibə zamanı düşmən qoşunlarına ani hücum edərək geri çəkilmək deməkdir.

Berlin Wall – 1961-ci ildə Qərbi Berlin ilə Şərqi Berlini bir-birindən ayırmaq üçün inşa edilən və 1989-cu ildə Almaniya Demokratik Respublikasının höküməti Almaniya Federativ Respublikası əhalisi ilə təmaslara qoyulmuş məhdidiyyəti aradan qaldırılmasına qədər Soyuq Müharibənin simvolu olan divardır. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmişdir.

Fight against terrorism – “Terrorla mübarizə” şüarı halhazırda dünya ölkələrinin siyasətində başlıca yeri tutur. [43]

The end justifies the means. – Hədəfə gedən hər yol mübahtır. Hədəfə gedən hər yolun istifadə edilməsini dəstəkləyən şüardır.

Jaw-jaw was better than war-war – Bu ifadə Uinston Çörçil tərəfindən işlədilmişdir. Bununla da o, diplomatiyanı sadə dillə izah etmişdir: “Danışmaq savaşmaqdan yaxşıdır.” [23]

Gunboat diplomacy – Siyasi-diplomatik taktikadır. Silah gücünə başqa bir dövləti təslim olmağa məcbur etmək deməkdir.

Shuttle Diplomacy - Bir birini tanımayan və ya əlaqələri olmayan dövlətlər arasında dialoq yaratmaq üçün vasitəçi olmaq deməkdir. [37]

Diplomatik terminlər – Diplomatik İngilis dilinin əsasını təşkil edir. Bu terminlər beynəlxalq xarakter daşıyır və bir çox ölkələrin diplomatiyasında, diplomatik ünsiyyətində işlədilir. Xüsusiləşmiş diplomatik sözlər, söz birləşmələrindən fərqli olaraq diplomatik terminlərin müəyyən qismi adətən tərcümə edilmir, diplomatik ünsiyyətdə həmin terminlər olduğu kimi istifadə edilir. Lakin diplomatik terminlərin digər bir qismi isə hər bir ölkənin öz dilindəki ekvivalentinə tərcümə edilib işlədilir. Diplomatik İngilis dilində istifadə edilən terminlər latın və fransız mənşəli ola bilərlər. Latın mənşəli terminlərə casus belli, Ad Referandum, Ad interim, Modus Vivendi, Persona non grata, Sine qua non, fransız mənşəli terminlərə isə acte finale, Chargé d’Affaire, compromis corps diplomatique, demarche və sair bu kimi nümunələrini göstərmək olar.

Diplomatik İngilis dilində istifadə edilən terminlər diplomatiya sahəsinə aid vəzifələrin, rütbələrin, diplomatik statusların, sənədlərin və dövlət qurumlarının adlarını ifadə edir:

Diplomatic mission – Diplomatik nümayəndəlik. Bir dövlətin digər dövlətdə yerləşən daimi dövlət xarici əlaqələr orqanı.

Ambassador Extra-ordinary and Plenipotentiary – Fövqəladə və səlahiyyətli səfir.

Head of legation – Missiya başçısı.

Deputy minister – Nazir müavini.

Part-time adviser – Müvəqqəti məsləhətçi.

Prinsipal adviser – Baş məsləhətçi.

Custodian – Mühafizəçi (Sənədlərin)

Home affairs – Daxili işlər.

Foreign affairs – Xarici işlər.

Political Affairs – Siyasi işlər.

Composition of Ministry – Nazirliyin tərkibi.

Ministry of Justice – Ədliyyə Nazirliyi.

Ministry of Defence – Müdafiə Nazirliyi.

Security Council – Təhlükəsizlik şurası.

Ministry of Foreign affairs – Xarici İşlər Nazirliyi.

Resident Ambassador – Daimi nümadəyəndə, səfir. [1]

Casus belli – Savaş və ya müharibə səbəbi.

Ad Referandum – Hökümətin təsdiqlənməsi.

Ad interim – Müvvəqqəti. Müəyyən zaman dövrü ərzində.

Modus Vivendi – Müvvəqqəti anlaşma, barışıq.

Persona non grata – İstənilməyən şəxs.

Persona Grata – Arzuolunan şəxs. Hər hansı bir dövlətdə diplomatik nümayəndə qismində kandidaturası bu dövlət tərəfindən qəbul olunan şəxsdir.

Sine qua non – Olmazsa olmaz. Mümkünsüzlük.

Statu quo – Müəyyən anda mövcud olmuş və ya mövcud olan faktiki və ya hüquqi vəziyyət.

Ultimatom – ultimatom, son və qəti tələb.

Pacta sund servanda – Əhdə vəfa. Razılığa və ya barışığa əməl etmək.

Acte finale – Dövlətlərarası münasibətlərdə imzalanan sənəd.

Chargé d’Affaire – diplomatik nümayəndəliyi idarə edən agent.

Compromis d'arbitrage – məhkəmə razılığı.

Demarché  – Qeyri-stabil vəziyyətə, əhalinin etirazına qarşı hökümət tərəfindən siyasi yanaşma, təşəbbüs. [6, 109]

Laissez-passer – Müəyyən əraziyə daxil olmağa və ya səyahət etmək üçün icazə.

The head of mission - "nümayəndəlik başçısı" göndərən dövlət tərəfindən üzərinə bu istiqamətdə fəaliyyət göstərmək vəzifəsi qoyulan adam.

Member of mission – "nümayəndəlik üzvləri" heyət başçısına və üzvlərinə deyilir.

Member of staff of the mission – "nümayəndəlik heyəti üzvləri" missiyanın diplomatik heyətinin, inzibati-texniki heyətinin, eləcə də xidməti heyətinin üzvləri;

Members of diplomatic staff – "diplomatik heyətin üzvləri" nümayəndəliyin diplomatik dərəcəyə malik üzvlərinə deyilir.

Diplomatic agent – "diplomatik agent" nümayəndəlik başçısı yaxud nümayəndəliyin diplomatik heyətinin üzvü.

Member of administrative and technical staff – "inzibati-texniki heyətin üzvləri" nümayəndəliyin inzibati-texniki xidmətini həyata keçirən nümayəndəlik üzvlərinə deyilir.

Member of the service staff – "xidməti heyətin üzvləri" nümayəndəlik heyətinin nümayəndəliyin daxili xidmətinin üzvlərinə deyilir.

Private servant – "şəxsi qulluqçu" nümayəndəlik üzvlərinə daxildə xidmətlə məşğul olan və göndərən dövlətin qulluqçusu olan adama deyilir. [1]

Ad hoc – Davamlı olmayan, müəyyən bir mövzu ilə əlaqəli xüsusi məqsədlər.

De facto – dövlətlə diplomatik əlaqələr qurmadan onun mövcudluğu faktını qəbul edərək işgüzar əlaqələrin qurulması.

De jure – dövlətin beynəlxalq münasibətlərdəki bütün hüquq və imtiyazları ilə birgə tanınması, diplomatik əlaqələrin qurulması.

Diplomatic ranks Səfirlik və missiyaların Xarici İşlər Nazirliyinin mərkəzi aparatının diplomatik personalının fərqlənmə dərəcələri.

Attaché  - ən aşağı diplomatik dərəcə. Adətən diplomatın karyerası məhz bu pillədən başlayır. Attaşe müəyyən sahə üzrə mütəxəssisdir və bu sahə üzrə səfirin məsləhətçisi qismində çıxış edir: hərbi attaşe, turizm üzrə attaşe və s.

Diplomatic corps / Corps diplomatique – hər hansı bir dövlətdə fəaliyyət göstərən xarici diplomatlar həmin dövlətdə duayenin başçılıq etdiyi diplomatik korpusu təşkil edirlər.

Doyen – ən yüksək ranqlı diplomatik nümayəndə, bir neçə bərabər dərəcəli diplomat olduqda həmin dövlətdə öz vəzifəsini daha uzun müddət icra edən şəxs seçilir. [3]

Alternat – Saziş imzalandıqdan sonrahər bir ölkəyə verilən rəsmi imzalı nüsxədə hər bir dövlətin öz adının birinci yazılmasıdır.



Agrément Hökümətin müəyyən şəxsin diplomatik nümayəndə qismində təyinatına razılığı. Aqremanını əsas şərti məxfilikdir. [39]

Veto – Latın sözü olub, mənası yasaqlamaq, qadağan etmək deməkdir.

Ratification – Müqavilənin rəsmi təsdiqi, imzalanması.

Proviso – Vəziyyət və ya şərt, istisna hal. [1]

Preliminary – gələcəkdə başqası ilə əvəz oluna biləcək ilkin razılıq.

Prolongation –hər-hansı bir müqavilənin qüvvədə qalması müddətinin uzadılması;

Yüklə 419,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə