Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə38/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   34   35   36   37   38   39   40   41   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

"gərçək” 
şəklində tərcümə etmiş, ikinci tərəfini isə bir qədər başqa şəkildə 
vermişdir. Tərcüməçi “
kerdar” 
isminin əvəzində 
"sözlü” 
düzəlt-
sifətini işlətmişdir ki, bu da həm leksik, həm də qrammatik 
məna baxımından farsca əslindən fərqlənir. Sözsüz ki, tərcüməçi 
"rastkerdar" 
sözünü "
gərçəksözlü
" kimi tərcümə edərkən onun 
bütövlükdə daşıdığı mənasını əsas götürmüşdür. Aydındır ki, 
"gərçəksözlü” 
mürəkkəb sözü quruluşca bu sözdən müəyyən də-
rəcədə fərqlənsə də, daşıdığı məna baxımından ona tam uyğun 
gəlir, çünki 
"əməli düz olan" 
elə 
"sözü düz olan” 
deməkdir. 
"
Gərçəksözlü" 
sözünə mürəkkəb sifət kimi qədim və orta əsr 
türk yazılı abidələri haqqındakı qaynaq və araşdırmalarda rast 
gəlmirik. Buna görə onu da Bəvazicinin tərcüməçilik fəaliyyəti-
nin məhsulu kimi dəyərləndiririk.
Bəvazici 
rastkerdar 
sözünün sinonimi olan 
rastqu
("qu” 
tərkibi 
"qoftən" 
demək, söyləmək felinin köküdür; 
"rastqu" 
düz 
danışan
 
deməkdir) sözünü isə bir qədər başqa şəkildə 

yenə də 
-ici 
şəkilçisinin iştirakı ilə - 
"gərçəksöyləyici” 
şəklində tərcümə 
etmişdir. Göründüyü kimi, "
gərçəksözlü” 
bu fars mürəkkəb sö-
zünə daha çox uyğun gəlir. Bəvazicinin farsca mətndəki 
sərbe-
mohr
sözünün qarşılığı kimi işlətdiyi “
başımöhürlü
leksemi 
də quruluşca “
gərçəksözlü
” mürəkkəb sözünə oxşayır. 
Sərbe-
mohr
mürəkkəb sözü farsmənşəli aşağıdakı üç tərkib hissəsin-
dən ibarətdir: 


92 
1. “
Sər
” ismi. 2. Əsasən, istiqamət və yer anlayışlarını bildi-
rən, dilimizdəki yönlük və yerlik halın şəkilçilərinin daşıdığı 
mənaya uyğun gələn 
be
önqoşması. 3. 
Mohr
(möhür) ismi. Bə-
vacizi isə bu mürəkkəb sözü hərfi şəkildə yox (sözün lüğəvi mə-
nası belədir: “baş möhürdə”, dilimizin öz xüsusiyyətinə uyğun 
olaraq, olduqca uğurlu bir biçimdə: dörd tərkiblə (isim+mənsu-
biyyət şəkilçisi + isim+əlamət bildirən-
li
şəkilçisi) vermişdir. 
Maraqlıdır ki, bu sözün çağdaş qarşılığı da oxşar quruluşdadır: 

başıbağlı
”. Elə Bəvazici də 
“başımöhürlü”
mürəkkəb sözünü 
eyni vərəqdə, həm də 
“başıbağlı”
şəklində işlətmişdir. İstər 

başımöhürlü
”, istərsə də “
başıbağlı
mürəkkəb sözlərinin qə-
dim və orta çağlara aid türkcə mətnlərdə işlənməsi haqqında bir 
qeydə rast gəlmirik. Yuxarıdakı nümunələrdə sıra ilə dördüncü 
olan
 "boğaztutar" 
mürəkkəb sözü isə orijinal quruluşa malikdir. 
Onun tərkibindəki 
-ar 
şəkilçisi çağdaş ədəbi dilimizdən fərqli 
olaraq, burada feili sifət mənasını daşıyır. Qeyd edək ki, bu şə-
kilçi ilə düzəlmiş feli sifətlər yazılı abidələrimizin dilində geniş 
yayıldığı kimi , müasir ədəbi dilimizdə də işlənir. Məsələn: 
"su-
basar", "suaxar", sututar", "astabasar" 
və s. mürəkkəb sifətləri 
bu qəbildəndir. 
"Boğaztutar" 
sözünün farsca əsli iki tərkibdən 
ibarətdir: 
gəlu
(boğaz) ismi və 
gereftən
(tutmaq) felinin kökü 
gir. 
Bəvazicinin olduqca dəqiq çevirdiyi bu söz dilmizdə söz ya-
radıcılığının uğurlu bir nümunəsi hesab edilə bilər. Bu sözə də 
dil tarixinə aid qaynaqlarda rast gəlmirik. 
Bəvazicinin işlətdiyi “

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə