Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə39/208
tarix30.12.2023
ölçüsü3,57 Mb.
#166309
1   ...   35   36   37   38   39   40   41   42   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son

çoxbilür
” mürəkkəb sözü də quruluş-
ca “
boğaztutar
” lekseminə oxşayır. Bu söz də mətndə feli sifət 
anlamını daşıyır: “
çoxbilür kişi
”. Bəvazici onu farsca mətndəki 
besyardan
mürəkkəb sözünün 
besyar
(çox) və 
danestən 
(bilmək) 
feilinin kökü 
dan
hissəciyindən ibarətdir) qarşılığı kimi işlətmiş-
dir. “Çoxbilür” mürəkkəb sözünün də yazılı abidələrdə işlənmə-
sinə dair bir qeydə rast gəlmirik. Deməli, bu sözü də ilk dəfə ya-
zılı ədəbi dilə gətirən Bəvazici olmuşdur. Çağdaş ədəbi dilimiz-
də isə bu söz azacıq dəyişikliklə - “çoxbilən” şəklində işlənir. 
Nəhayət, yuxarıdakı nümunələrdə sonuncu yerdə dayanan 
çəribaşı
mürəkkəb sözünün özü və farsca əsli də maraq doğurur. 


93 
Belə ki, bu sözün farscası 
sərhəng
leksemi 
sər 
(
baş
) və 
həng
(
alay
) isimlərindən ibarətdir və fars dilində 
"sərkərdə", "alay 
başçısı" 
mənalarında işlənir . Bəvazicinin işlətdiyi 
"çəribaşı" 
mürəkkəb sözü də eyni sözlərdən - 
"çəri' 
(
qoşun
) və 
"baş” 
isim-
lərindən ibarətdir. Fərq yalnız bu sözlərin yerindədir: "
sərhəng" 
sözündən
 
fərqli olaraq, onun türkcəsində 
"baş” 
ismi öndə yox
sondadır. Lakin bu quruluş fərqinə baxmayaraq, Bəvazicinin ol-
duqca uğurlu seçdiyi 
"çəribaşı" 
leksemi 
"sərhəng” 
sözünün da-
şıdığı mənaya tam uyğun gəlir və onun mütləq, birbaşa qarşılığı 
sayıla bilər. Bunu həmin sözün tarixən türk dillərində eyni mə-
nada işlənməsi də sübut edir. 
"Çəribaşı" 
sözü qədim türk mətn-
lərində işlənməsə də, bu sözün birinci tərəfı 
("çeriq") 
qeydə 
alınmışdır
1
. XIV-XVIII əsrlərə aid türkdilli yazılı abidələrdə də 
bu söz bol-bol işlənmişdir . Maraqlıdır ki, 
“Əs-Sihah"
da
 
, eləcə 
də 
"Miftahül-lüğə" 
(XV əsr) və 
"Lüğəti-Nemətullah" 
(XVI əsr) 
adlı farsca-türkcə sözlüklərdə 
"sərhəng” 
sözünün qarşısında 
"çəribaşı" 
yazılmışdır . Orta yüzilliklərə aid yazılı abidələrdə 
eyni mə'nada 
"çəri bəgi” 
ifadəsi də işlənmişdir. 
Həsən Zərinəza-
də 
Səfəvilər dövründə farsca yazılmış iki tarixi əsərdə eyni mə-
nada 
"alaybeygi” 
sözünün də işlənməsini göstərir. Qeyd edək ki, 
həmin dövrdə 
"başı" 
tərkibi ilə düzəlmiş onlarca mürəkkəb söz 
nəinki dilimizdə işlənmiş, hətta fars dilinə də keçmişdir. Məsə-
lən: 
"avçıbaşı", "qapuçıbaşı", "qurçibaşı", "eşikağasıbaşı", "sa-
ruqçıbaşı", "topçıbaşı", "tofəngçibaşı", "keşikçibaşı", "minbaşı", 
"yüzbaşı", "çavoşbaşı", "sübaşı” 
s. Sonuncu söz - 
"sübaşı" 
da 
"çəribaşi” 
sözünün
 
sinonimidir. Bu söz qədim türk mətnlərində 
və 
"Əs-Sihah” 
lüğətində
 
də işlənmişdir. Bütün bunlara baxma-
yaraq, 
"çəribaşı” 
sözü çağdaş ədəbi dilimiz üçün arxaik səciyyə 
daşıyan leksem sayıldığı kimi, 
"başı" 
tərkibi ilə düzəlmiş başqa 
sözlər də dilimizdə vətəndaşlıq hüququ qazana bilməmiş və unu-
dulmuşdur. 
Bəvazici həmçinin “Kamilüt-təbir”də işlənmiş
 
fəraxruzi 
və 
xoşbuy 
mürəkkəb sözlərini də eyni qayda ilə mürəkkəb söz kimi 
1
Древнетюркский словарь. Л., Наука, 1969, с.144. 


94 
tərcümə etmişdir: “
genrizqlü
” , “
xoşqoxulu
”. Bəvazicinin işlətdi-
yi bu sözlərdən birincisinə əlimizdə olan mənbələrdən heç birin-
də rast gəlmirik. Onun əsli 
fəraxruzi
fars dilində “
varlı
”, “
ruzisi
bol
olan
” mənasında işlənir. Tərcüməçi bu sözü hərfi şəkildə çe-
virərək onun əslinin tərkibindəki farsmənşəli “
ruzi
” sözünü ey-
nimənalı ərəbmənşəli 
“rizq”
sözü ilə əvəz etmişdir, halbuki bi-
rinci söz Azərbaycan-türk oxucusu üçün daha anlaşıqlıdır. Təsa-
düfi deyil ki, indi çağdaş danışıq dilimizdə bu mürəkkəb sözün 
qarşılığı olan “
ruzisi bol
” ifadəsində məhz həmin söz özünə yer 
almışdır. “
Xoşqoxulu
” mürəkkəb sözünün də yazılı mənbələrdə 
işlənməsinə aid bir qeyd yoxdur. Bu sözün əvəzində bir sıra 
klassiklərimizin dilində Tiflisdə olduğu kimi, “
xoşbuy
” fars mü-
rəkkəb sifəti işlənmişdir. Elə çağdaş dilimizdə də “
xoşqoxulu
” 
əvəzinə daha çox “
xoşətir
” sözü işlənir. Maraqlıdır ki, “
xoşbuy
” 
sözünün çağdaş tərcüməsi də Bəvazicinin tərcüməsinə yaxındır: 

xoşiyli
”. Bu söz bir tərəfdən Bəvazicinin peşəkar tərcüməçi ol-
masına dəlalət edirsə, bir yandan da onun bu sahədəki zəngin 
təcrübəsinin, xüsusilə də söz yaradıcılığı və ədəbi dilimizin zən-
ginləşdirilməsi sahələrindəki səmərəli fəaliyyətinin bu gün də 
gərəkli olduğunu bir daha sübut edir.
Beləliklə, “Kəvamilüt-təbir”dən verilən bu nümunələr açıq-
aşkar şəkildə sübut edir ki, XVI əsrin bu tərcümə əsəri ədəbi di-
limizin zənginləşmə yollarının tarixi aspektdən öyrənilməsi ba-
xımından dəyərli qaynaqdır. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə